Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə118/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   114   115   116   117   118   119   120   121   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
305
 1969-1982-ci illərdə Moskva tərəfindən 
“sovet  xalqının  formalaşması”  pərdəsi  al-
tında  yeridilən  ruslaşma  siyasətinə  qarşı 
mübarizə,  çətinliklə  də  olsa,  davam  etdi-
rilmişdir.  Həmin  dövrdə  kommunist  reji-
minin  ideoloji  inhisarçılığına  baxmayaraq 
milli  dəyərlərin  qorunması  Azərbaycan 
rəhbərliyinin  diqqət  mərkəzində  olmuş-
dur.  Azərbaycan  rəhbərliyinin  təşəbbüsü 
ilə  milli  hərbi  kadrların  hazırlanması  üçün 
Cəmşid  Naxçıvanski  adına  hərbi  məktəbin 
yaradılması,  Moskva  tərəfindən  uzun  illər 
təbliğinə  qadağalar  qoyulmuş  görkəmli 
ictimai-siyasi xadim Nəriman Nərimanovun 
adının 
əbədiləşdirilməsi, 
repressiyaya 
məruz  qalmış  şair  və  yazıçıların  əsərlərinin 
təbliğ  edilməsi,  Hüseyn  Cavidin  nəşinin 
Sibirdən  gətirilərək  Naxçıvanda  dəfn  olun-
ması, azərbaycanlı tələbələrin SSRİ-nin müxtəlif ali məktəblərinə təhsil almağa 
göndərilməsi, Moskvanın palanlarının əksinə olaraq iri sənaye müəssisələrinin 
Bakıda inşa edilməsi, ruslaşdırma siyasətinin əksinə olaraq Azərbaycan dilinin 
inkişafına xüsusi qayğı göstərilməsi və s. işlər bunun bariz nümunəsidir. 
Bu dövrdə milli dilin, milli dəyərlərin qorunmasında, milli kadrların hazırlan-
masında, həmçinin bu dövrün tarixşünaslığının formalaşmasında Azərbaycan 
KP MK-nın  birinci katibi Heydər Əliyevin göstərdiyi səylərin, müxtəlif çıxış və 
məruzələrində irəli sürülən ideyaların mühüm əhəmiyyəti olmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası-
nın hazırladığı “Heydər Əliyev” elektron sənədlər toplusunda olan “Azərbaycan 
KP MK-nın birinci katibi Heydər Əliyevin nitqlərindən, məruzələrindən, çıxış-
larından,  müsahibələrindən  seçmələr”  kitabında  müxtəlif  məsələlərə  aid  37 
sənəd verilib ki, bunlar da  problemin öyrənilməsində mühüm rol oynayır. Bu 
kitabda  Heydər  Əliyevin  “Azərbaycan  Dövlət  Universitetinin  50  illiyinə  həsr 
edilmiş təntənəli yığıncaqda nitqi” (1 noyabr 1969-cu il), “İdeoloji işi daha da 
gücləndirmək sahəsində Respublika partiya təşkilatlarının vəzifələri haqqında 
Azərbaycan KP MK Plenumunda məruzəsi” (29 oktyabr 1971-ci il), “Azərbaycan 
Yazıçılarının V qurultayında nitqi” (1 iyun 1972-ci il), “Nəriman Nərimanovun 
abidəsinin açlışında nitqi” (6 iyun 1972-ci il), “Nəriman Nərimanovun 100 il-
lik  yubiley  mərasimindəki  məruzəsi”  (29  iyun  1972-ci  il),  “Bərabər  ittifaqda” 
“Literaturnaya qazeta”ya müsahibəsi (16 avqust 1972-ci il), “Qoy ədalət zəfər 
çalsın”  “Literaturnaya  qazeta”ya  müsahibəsi  (18  noyabr  1981-ci  il)  ,  “Şuşa-
da  Vaqifin  məqbərəsinin  açlışı  mərasimində  çıxışından”  (14  yanvar  1982-ci 
il),  “Xankəndidə  (Stepanakertdə)  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Parti-
Ümummili lider Heydər 
Əliyev Azərbaycanın XX əsr 
tarixinin yenidən yazılmasının 
aktuallığı haqqında demişdir: 
“Azərbaycanın XX əsr tarixi 
yazılmalıdır… Bu əsrdə 
dünyada və respublikamızın 
həyatında baş verən 
ictimai-siyasi hadisələr 
məlumdur. Ancaq bu XX əsrdə 
yaşadığımız ideologiyaya 
və onun konsepsiyasına 
görə bizim tariximiz təhrif 
olunmuşdur”.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
306 
ya  fəallarının  yığıncağındakı  nitqindən”  (14  yanvar  1982-ci  il)  və  digər  tari-
xi materiallar 1969 – 1982-ci  illər ictimai-siyasi proseslərin tarixşünaslığının 
tədqiqində müstəsna əhəmiyyətə malikdir. 
Bu  çıxışlarında  Heydər  Əliyevin  Azərbaycan  elm  və  ədəbiyyatının  inkişa-
fına,  Azərbaycan  ədəbi  dilinin  saflığının  qorunub  saxlanılmasına  aid  dediyi 
fikirlər müasir dövrdə də aktuallığını qoruyub saxlayır. Heydər Əliyev həmin 
dövrdə  qeyd  edirdi  ki,  “dahi  rus  şairi  M.Y.Lermontov  Azərbaycanın  tarixi  ilə 
yaxından maraqlanmış və Azərbaycan dilini yüksək qiymətləndirmişdi. O, dos-
tu  Rayevskiyə  yazmışdı:  “Azərbaycan  dilini  öyrənməyə  başlamışam,  fransız 
dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə, Asiyada 
zəruridir” [9, 7 oktyabr 1972-ci il].
Digər çıxışında Heydər Əliyev bu fikri davam edirərək deyir: “Azərbaycan 
ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. 
Dilimizin jarqon, dialekt ifadələri ilə zibillənməsinə yol vermək olmaz. Yazıçı di-
lin, nitq mədəniyyətinin ədəbi normasının qanunvericisi olmalıdır. Təəssüf, elə 
yazıçılar var ki, bu tələblər səviyyəsində dura bilmirlər. Üstəlik ayrı-ayrı yazıçılar 
təkcə danışıqlarında yox, həm də əsərlərində dil xətalarına yol verirlər. Bununla 
əlaqədar olaraq mətbuat, radio, televiziya, teatr, kino işçilərinə, mühazirəçilərə 
və müəllimlərə xüsusi tələbkarlıqla yanaşmaq lazımdır. Mən ümid edirəm ki, bu 
problemlər sizin yaradıcılıq fəaliyyətinizdə özünün praktik həllini tapacaqdır” 
[11, 13 iyun 1981].
Azərbaycan rəhbərliyinin 1969 – 1982-ci illərdə yeritdiyi siyasətə  aid çoxlu 
sayda kitab və məqalələr yazılmışdır. Bunlardan F.Abdullazadənin 2003-cü ildə 
rus dilində nəşr olunmuş “Heydər Əliyev: siyasi portret”, Y.Mahmudovun 2005-
ci  ildə  nəşr  olunmuş  “Azərbaycan:  qısa  dövlətçilik  tarixi”,    İ.V.Andriyanovun 
2005-ci ildə Moskvada rus dilində nəşr olunmuş “Heydər Əliyev”, R.Mehdiyevin 
2 kitabdan ibarət  “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: məqalələr, çı-
xışlar, müsahibələr”, A.Xələfovun 2006-cı ildə nəşr olunmuş “Heydər Əliyev və 
Azərbaycanda kitabxana işi”,  M.Qasımlının 2006-cı ildə nəşr olunmuş “Heydər 
Əliyev - istiqlala gedən yol: 1969-1987-ci illər”, Ə.Qasımovun 2009-cu ildə nəşr 
olunmuş “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublika-
sı: XX əsrin 70-80-ci illəri”  və digər kitab və məqalələri  göstərmək olar.
Akademik R.Mehdiyevin 2 kitabdan ibarət,  iyun 1971 - iyun 2001 və yanvar  
2002 – dekabr 2006-cı illəri əhatə edən “Milli məfkurə, dövlətçilik, müstəqillik 
yolu ilə: məqalələr, çıxışlar, müsahibələr” kitabı mənbəşünaslıq və tarixşünaslıq 
baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.  Birinci  kitabda  digər  materiallarla 
yanaşı  Heydər  Əliyevin  1971-ci  ilin  iyun  ayından  etibarən  etdiyi    çıxışları  və  
müxtəlif  kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr nəşr olunub ki, 
bu da dövrün tədqiqi üçün əhəmiyyətlidir.  
Azərbaycan tarixinin 1969-1982-ci illərə aid tarixşünaslığının tədqiqi üçün 
birinci növbədə bu dövrün siyasi kursunu müəyyən etmiş Sov.İKP sənədlərinə, 
ən başlıcası isə Azərbaycan KP MK-nın 5 avqust  1969-cu il  və 29 oktyabr 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə