Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə115/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   111   112   113   114   115   116   117   118   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
294 
və  digər  işlərin  olması  faktı  hakimlərin  nə 
qədər  gərgin  iş  şəraitində  işlədiyinin  bariz 
göstəricisi idi. Belə olan halda hər hakim bir 
gündə  2,  bəzən    hətta  3  işə  baxmaqla  in-
san taleyi baxımından həlledici qərar qəbul 
etməli idi. Məhz bu səbəbdən də hakimlərin 
baxdığı  işlər  üzrə  məhkəmə  araşdırması 
bəzən səthi olur, vaxtın azlığı tam və obyek-
tiv  məhkəmə  araşdırmasının  aparılmasına 
imkan  vermirdi.  Apelyasiya  şikayətlərinin 
çoxluğu  bir  çox  hallarda  birinci  instansi-
ya  məhkəmələrində  işlərə  ədalətli  və  ob-
yektiv  baxılmaması  ilə  bağlı  olurdu.  Bu  isə 
müəyyən  hallarda  əsassız  və  yolverilməz 
məhkəmə qərarlarının qəbuluna gətirib çı-
xarırdı” [12]. 
Prezident  İlham  Əliyevin  19  yanvar 
2006-cı  il  tarixli  “Azərbaycan  Respublika-
sında  məhkəmə  sisteminin  müasirləşdirilməsi  və  bəzi  qanunvericilik  akt-
larına  dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında”  Azərbaycan  Respubli-
kası  Qanununun  tətbiq  edilməsi  barədə”  Fərmanı  respublikanın  məhkəmə 
sisteminin  əsaslı  şəkildə  təkmilləşdirilməsi  yönündə  mühüm  addımlardan 
biri  oldu.  Prezidentin  2006-cı  il  17  avqust  tarixli  “Azərbaycan  Respublikası 
məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdik-
siyasının müəyyən edilməsi haqqında” Fərmanı ilə respublika məhkəmələri 
hakimlərinin  sayı  153  ştat  vahidi  artırılmışdır.  Görülən  məqsədyönlü 
tədbirlərlə yanaşı, Azərbaycanda  hər vətəndaşa düşən hakimlərin sayı Avro-
pa ölkələrindəki göstəricilərlə müqayisədə çox aşağıdır. Avropa ölkələrində 
mübahisələrin  80  faizi  barışdırıcı  prosedurların  vasitəsi  ilə  həll  edilir. 
Məhkəmələrdə hakimlərin sayca azlığı ədalət mühakiməsinin keyfiyyətlə və 
nəzərdə  tutulmuş  vaxtda  həyata  keçirilməsində  başlıca  problemlərdən  biri 
olaraq  qalır.  Statistikaya  görə,  “Azərbaycanda  800-dən  çox  vəkil  fəaliyyət 
göstərir  ki,  bu  da  əhalinin  sayına  görə  azdır.  Həmçinin  dünya  standartla-
rından qat-qat aşağıdır. Yəni ölkədə hər 12 min nəfərə cəmi 1 vəkil düşür. 
Hüquqşünaslar dünya üzrə orta göstəricinin hər 2 min nəfərə bir vəkil oldu-
ğunu deyirlər. Bu hesabla Azərbaycan vəkillərin sayına görə dünya üzrə orta 
göstəricidən 6 dəfə geridədir. Azərbaycanda vəkillərin sayı 3500, 4000 olma-
lıdır. Vəkillərin Azərbaycanda azlıq təşkil etməsi beynəlxalq aləmdə məhkəmə 
sistemi haqda müsbət rəy yaratmır. Beynəlxalq təşkilatlar Azərbaycanda ildə 
nə qədər məhkəmə prosesinin və bu proseslərdə nə qədər vəkilin iştirak et-
diyini müəyyənləşdiriblər. Nəticədə bəlli olub ki, eyni gündə bir vəkil bir neçə 
məhkəmə prosesində iştirak edir. Bu da Azərbaycanda ədalət mühakiməsinin 
Prezident İlham Əliyevin 
19 yanvar 2006-cı il tarixli 
“Azərbaycan Respublikasında 
məhkəmə sisteminin 
müasirləşdirilməsi və bəzi 
qanunvericilik aktlarına 
dəyişikliklər və əlavələr 
edilməsi haqqında” 
Azərbaycan Respublikası 
Qanununun tətbiq 
edilməsi barədə” Fərmanı 
respublikanın məhkəmə 
sisteminin əsaslı şəkildə 
təkmilləşdirilməsi yönündə 
mühüm addımlardan biri oldu


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
295
keyfiyyətinə  təsir  edən  amil  kimi  qəbul  edilir  və  zəif  təşkil  olunması 
təsəvvürünü  yaradır.  İnkişaf  etmiş,  məhkəmə  hakimiyyətinin  güclü  olduğu 
ölkələrdə vəkillərin sayı dünya üzrə orta göstəricidən bir neçə dəfə yuxarıdır. 
Məsələn, son məlumatlara görə, İsraildə hər 175, ABŞ-da hər 260, İtaliyada 
isə hər 280 adama bir vəkil düşür. Azərbaycanda vəkillərin sayı az olsa da, 
vəkilliyə  maraq  artır”  [13].  Digər  meyil  bundan  ibarətdir  ki,  Azərbaycanda 
şikayətlərin 15%-dən çoxu məhkəmə sisteminə aiddir.
4. Mediasiyanın ən mühüm əhəmiyyətindən biri də onun cəmiyyətdə hü-
quqi şüur və hüquq mədəniyyətinin yüksəldilməsinə kömək etməsidir. Bu gün 
Azərbaycanda mediasiyanın mübahisələrin həllinin məhkəmədənkənar meto-
du kimi qanunverici əsaslarının möhkəmləndirlməsini və mediasiya institutu-
nun hüquq sisteminə inteqrasiyasını intensivləşdirməyə sosial sifariş mövcud-
dur. Mediasiya mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin  müəyyən 
hissəsini  vətəndaşlarına    ötürməyə    və  bununla  eyni  vaxtda    cəmiyyətin  bu 
səlahiyyətləri  qəbul  etməyə  hazır  və  qabil  olmasına,  qəbul  edilən  qərarlara 
görə məsuliyyət daşımasına imkan verən humanist, eyni zamanda praqmatik 
yanaşmadır. Beləliklə,  mediasiya nəinki  hüquqi,  həmçinin  sosial baxımdan 
əhəmiyyətli bir institut olduğunu sübut etmişdir. Bu, dünya təcrübəsində me-
diasiyanın hüquqi mədəniyyətə və ümumilikdə cəmiyyətə tətbiqinə ildən-ilə 
artan diqqət və onun inkişafına göstərilən dəstəkdə özünü büruzə verir. Medi-
asiyanın Azərbaycanda inkişafına təkan vermək üçün ən mühüm tədbirlərdən 
biri mediasiyanın institusionallaşması və qanunverici bazasının yaradılmasıdır.
5. Məlumdur ki, müasir dövrün münaqişələrinin mürəkkəbliyi və çoxşaxəli 
olması  beynəlxalq  ictimaiyyətdən  ən  yeni  vasitəçilik  strategiyalarının  tətbiq 
edilməsini  gündəmə  gətirməyi  tələb  edir.  Hazırda  mübahisələrin  mediasiya 
əsasında  həll  edilməsi  dünya  ictimaiyyəti  tərəfindən  münaqişələrin  həllinin  
uğurlu  vasitəsi  kimi  qəbul  edilir.  Beynəlxalq  münasibətlərdə  qeyri-hökumət 
təşkilatlarının, həmçinin vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələrinin ro-
lunun genişlənməsi onların bir çox beynəlxalq münaqişələrin tənzimlənməsində 
vasitəçi rolunda çıxış etməsinə şərait yaradıb.
Eyni zamanda, mediasiya həm də qabaqcıl ölkələrin milli qanunvericiliklərində 
tətbiq  edilir.  Çünki  o,  iqtisadi  nöqteyi-nəzərdən  səmərəli,  daha  qənaətcil 
vasitədir. Müasir dövrdə beynəlxalq münasibətlərlə yanaşı siyasi, iqtisadi, ticarət, 
ailə, məktəb, ağır cinayətlər və s. sahələrdə mübahisələrin həllində də media-
siyanın tətbiqi genişlənməkdədir. Qanunvericilikdə mediasiyanın tətbiqi mülki 
hüquq münasibətlərində yaranan mübahisələrin tənzimlənməsində, eləcə də 
cinayət-hüquq münasibətlərində - orta ağır  və  xırda cinayət törədildiyi hallar-
da nəzərdə tutulur. Mediasiyanın tətbiqinin zəruriliyi ilk növbədə məhkəmələrin 
həddən  artıq  yüklənməsinin  yüngülləşdirilməsi  üçün  vacibdir.  Mediasiya 
institutunun  tərəfdarları  da  hesab  edir  ki,  bu,  məhkəmələrin  həddindən  ar-
tıq  yüklənməsinin  qarşısını  alır  və  ölkədə  münaqişələrin  həllinə  yeni  yanaş-
manın inkişaf etdirilməsinə şərait yaradır. Mediasiyanın tətbiqi sahələri, qeyd 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə