Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə123/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   119   120   121   122   123   124   125   126   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
317
  “Müsavat”  partiyası  az  vaxt  ərzində 
görünməmiş  bir  inkişaf  yoluna  qədəm 
qoymuşdu.  Bu  işdə  1913-cü  ildə  Roma-
novlar  sülaləsinin  300  illiyi  münasibətilə 
çar  tərəfindən  elan  edilən  siyasi  amnisti-
yadan  istifadə  edərək  İstanbuldan  Bakıya 
dönən Məmmədəmin Rəsulzadənin əvəzsiz 
xidmətləri  olmuşdur.  Bakıya  döndükdən 
sonra  “Müsavat”  partiyasına  daxil  olaraq 
tezliklə  liderliyi  əlinə  alan  Məmmədəmin 
Rəsulzadə  İstanbulda  mənimsədiyi  türkçü-
lük  ideologiyasını  partiyanın  ideologiya-
sı  olaraq  qəbul  etdirmiş  və  bu    ideologi-
yanı  1915-ci  ildə  nəşr  etdirdiyi  “Açıq  söz” 
qəzetinin ruporuna çevirmişdi. Artıq “1917-ci ilə doğru Azərbaycanda xüsusi 
bir “Açıq sözçülər” nəsli yaranmışdı” [3, s.53].
Qırx milyona yaxın türkü öz əsarəti altında saxlayan, onların heç bir hüqu-
qunu tanımayan çar Rusiyası ilə Osmanlı dövləti arasında müharibə başladığı 
zaman türklərlə yanaşı Rusiyadakı bütün məhkum millətlər də çar Rusiyasının 
məğlub  olmasını  arzulayır  və  qurtuluş  yolunu  bunda  görürdülər.  Rəsulzadə 
bu vəziyyətdən istifadə edərək Azərbaycan ziyalıları arasında təbliğat apara-
raq  özünə  tərəfdarlar  toplamış,  Azərbaycan  ziyalılarını,  o  cümlədən  Əhməd 
bəy Ağayevdən sonra başsız qalmış “Difai” partiyasının və öncədən yaratdığı 
“Hümmət” təşkilatının xeyli üzvünü “Müsavat” partiyası ətrafında birləşdirməyə 
nail olmuşdu. 
Azərbaycanda beşinci siyasi partiya 1917-ci il fevral-burjua inqilabının baş-
ladığı dövrdə Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən yaradılan “Türk ədəmi-
mərkəziyyət” partiyasıdır. Bir zamanlar Krımda məşhur İsmayıl bəy Qaspıralının 
“Tərcüman” qəzetində çalışan və onun “türkçülük” məfkurəsini qəbul edən, bir 
müddət İstanbulda yaşayıb oradakı “türkçülər”lə yaxından tanış olan, 1908-ci 
ildə İstanbulda yaranan “Türk dərnəyi” cəmiyyətinin ilk üzvlərindən biri olan 
Nəsib bəy Yusifbəyli Azərbaycana qayıdandan sonra “Açıq söz” ailəsinə daxil 
olaraq Məmmədəmin Rəsulzadə ilə yaxından tanış olmuşdu. Onun Gəncədə 
yaratdığı “Ədəmi-mərkəziyyət” firqəsi “Açıq söz”ün yaydığı milli nəzəriyyəyə 
əsaslanırdı və millət məsələsini “Müsavat” kimi düşünürdü. O da federalistlər 
kimi Rusiyanın milli muxtariyyətlərə bölünməsini, federalizm əsasları üzərində 
qurulmasını, bütün millətlərə, o cümlədən də Azərbaycana, Türküstana, İdil-
Urala və Krıma milli-məhəlli muxtariyyət verilməsini tələb edirdi. Dövlətin şəkli 
məsələsində də Nəsib bəy cümhuriyyətçi idi [3, s.54].  
Nəsib bəy Yusifbəyli “Açıq söz” qəzetində millətçiliyi təbliğ edən yazılar yazırdı.
1917-ci il aprel ayının əvvəllərində Bakıda Qafqaz müsəlmanlarının böyük 
bir qurultayı çağırılmış və bu qurultayda Azərbaycan, Ermənistan, Gürcüstan 
türkləri  ilə  yanaşı  Şimali  Qafqaz  müsəlmanlarının  nümayəndələri  də  iştirak 
etmişdi.  Qurultayın  gedişatınta  Qafqaz  müsəlmanlarının  fevral  inqilabından 
1917-ci il aprel ayının 
əvvəllərində Bakıda Qafqaz 
müsəlmanlarının böyük 
bir qurultayı çağırılmış və 
bu qurultayda Azərbaycan
Ermənistan, Gürcüstan 
türkləri ilə yanaşı Şimali 
Qafqaz müsəlmanlarının 
nümayəndələri də iştirak 
etmişdi. 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
318 
nə  istədikləri  müzakirə  olunmuş,  onların  siyasi  hərəkat  xətləri  və  taktikaları 
müəyyənləşdirilmişdi. Qurultaya Rusiya Müsəlmanları İttifaqının lideri və rus 
əsiri olan millətlərin “Muxtariyyətçilər Birliyi”nin sədr müavini Əlimərdan bəy 
Topçubaşov rəhbərlik etmişdi.
Qurultayın ilk günlərindən etibarən “Müsavat” və “Türk adəmi-mərkəziyyət” 
partiyaları hakim mövqe tutmuşdular. Başda Əlimərdan bəy Topçubaşov ol-
maqla  “Bitərəf  demokratik  qrup”  da  bu  milliyyətçi  cərəyana  qoşulmuşdu. 
Qurultay iki bənddən ibarət aşağıdakı çox əhəmiyyətli siyasi qərarları qəbul 
edərək öz işini bitirmişdi: 
1) Qafqaz Müsəlmanları Qurultayı milli, siyasi məqsədlər haqqında məsələni 
müzakirə edərək müsəlman qövmlərinin mənafeyini ən çox təmin edən Rusiya 
idarə şəklinin məhəlli federasiya əsasında qurulan Xalq Cümhuriyyəti olduğu-
nu qərara alır.
2) İslam dinindən olan bütün millətlərin dini və mədəni əlaqələrini nəzərə 
alaraq Qafqaz Müsəlmanları Qurultayı bütün Rusiya müsəlmanlarından ötrü 
qanunverici səlahiyyətə malik ümumi bir idarə qurulmasını lazım bilir.
Qurultayda günlərlə davam edən münaqişə və mübahisələrə baxmayaraq 
bu iki maddəlik qərarın böyük səs çoxluğu ilə qəbul olunmasında “Müsavat”, 
“Türk ədəmi-mərkəziyyət”  partiyalarının və “Bitərəf demokratik qrup”un birgə 
səylərinin böyük rolu olmuşdur [3, s.187-188].  
Bu qurultayın ən önəmli məsələlərindən biri də Rusiyanı federasiya əsasında 
qurmaq  istəyən,  millətlərə  ərazi  muxtariyyəti  tələb  edən  və  türk  millətinin 
mənfəətlərini  nəzərə  alan  “Müsavat”  partiyası  ilə  “Türk  ədəmi-mərkəziyyət” 
partiyasının  elə  oradaca rəsmən  vahid  bir  təşkilat  halında  birləşməyi  qərara 
almaları  idi.  Bu  anlaşmaya  əsasən,  birləşmiş  partiyanın  adı  “Türk  ədəmi-
mərkəziyyət Müsavat Xalq firqəsi” olmuşdu. Qurultayda bu birləşmiş partiya 
öz proqramını elan etmiş və bütün mübahisələr bu proqram ətrafında cərəyan 
etmişdi.
Qafqaz  Müsəlmanları    Qurultayında  qəbul  edilən  müddəalar  sonradan 
1917-ci  ilin  may  ayında  Moskvada  çağırılan  bütün  Rusiya  türklərinin  böyük 
qurultayında da müzakirə edilmiş, günlərlə sürən mübahisə və müzakirələrdən 
sonra bu qurultay da “Müsavat” partiyasının tezislərini qəbul etmişdi.
“Türk ədəmi-mərkəziyyət Müsavat Xalq firqəsi” adını aldıqdan sonra sadəcə 
“Müsavat”  deyə  tanınan  və  anılan  bu  partiya  ideologiya  baxımından  artıq 
formalaşmış,  Azərbaycan  cəmiyyətini  təmsil  edən,  onun  arzu  və  istəklərinin 
tərcümanı olan bir siyasi-ideoloji təşkilat halına gəlmişdi. Partiya 1917-ci ilin 
oktyabr ayında Bakıda çağırılan I qurultayında öz proqramını minimum əsaslar 
üzərində qurduğundan ilk öncə ərazi və regional muxtariyyət prinsipini irəli 
sürmüş [3, 188-189], lakin ildırım sürəti ilə inkişaf edən Rusiyanın süqutu onu 
maksimum proqrama keçməyə sövq etmiş və partiya tam istiqlal mövqeyinə 
keçmiş, nəhayət, Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycanın 
müstəqilliyini elan etmişdi.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə