Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə122/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   118   119   120   121   122   123   124   125   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
315
çubaşovun uzaqgörənliklə hazırladığı bu proqram türk xalqlarının gələcək milli 
müstəqilliyinə doğru atılan ilk addım idi. Hüquqşünas Əlimərdan bəy Topçuba-
şov tərəfindən rusca mükəmməl şəkildə hazırlanan və Rusiya müsəlmanlarının 
III  qurultayında qəbul edilən 72 maddədən ibarət “bu proqram əslində rus 
imperatorluğunu konstitusiyalı monarxiyadan daha çox türklərdən və slavyan-
lardan  ibarət  konfederasiyalı  dövlət  sisteminə  uyğunlaşdırmağa  yönəlmişdi” 
[2, s.249]. Qurultay tərəfindən tarixdə ilk dəfə avqustun 15-nin bütün Rusiya 
müsəlmanlarının bayram günü kimi qeyd edilməsi qərara alınmışdı. Qurultay-
da  Bakı  şəhəri  bütün  Rusiya  müsəlmanlarının  siyasi  qüvvələrinin  müvəqqəti 
mərkəzi elan edilmişdi [8, s.17]. 
Qurultay  həmçinin  təşkilati  məsələlərə  baxaraq  Əlimərdan  bəy  Topçu-
başovu  partiyanın  sədri  seçmiş,  15  nəfərdən  ibarət  Mərkəzi  İdarə  Heyətinin 
üzvlərini  müəyyənləşdirmişdi.  Tədqiqatçıların  fikrincə,  “İttifaq”  partiyasının 
mərkəzinin müvəqqəti olaraq Bakı şəhərinin seçilməsi proqramın hazırlanma-
sında Azərbaycan türklərinin siyasi rəhbərlərindən olan Əlimərdan bəy Topçu-
başovun  bir hüquqşünas kimi oynadığı önəmli roldan irəli gəlmişdi [1, s.158]. 
Bu  qurultaya  hələ  sovet  dövründə  siyasi  qiymət  verən  Azərbaycan  alimi 
D.B.Seyidzadə bu fikirləri qeyd etmişdir: “Ümumrusiya Müsəlmanlarının Qurul-
tayı” lazımınca öyrənilməmiş və layiqli qiymətini almamışdır. Azərbaycan bur-
juaziyasının bu hərəkatdakı iştirakı və rəhbər rolu elmi yöndən çox az tədqiq 
edilmişdir” [4, № 1]. 
Qurultaya  ən  obyektiv  qiyməti  isə  hələ  1906-cı  ildə  onun  işində  yaxın-
dan iştirak edən və qurultay tərəfindən Mərkəzi İdarə Heyətinə üzv seçilən, 
türkçülük  ideologiyasının  rəhbərlərindən  sayılan  məşhur  Yusif  Akçuraoğlu 
vermişdir.  O,  “Kazan  müxbiri”  qəzetinin  1906-cı  ildə  nəşr  edilmiş  155-ci  sa-
yında yazmışdır: “Qurultay iştirakçılarının hamısı eyni siyasi görüşlü deyil. On-
lar bir-birinə tamamilə əks siyasi və iqtisadi fikir sahibləri idilər. Ancaq onları 
bir-birinə bağlayan iki tel mövcuddur - eyni dindən və türk olmaları. Üzvlərin 
hamısı səlahiyyətli vəkillər deyildilər. Ancaq nümayəndələr bir yerin, yaxud bir 
sinfin ideyasını və istəklərini irəli sürənlər idi. Xülasə, bu toplantı nə mitinq, 
nə  də  qurultay  idi,  bəlkə,  Rusiyadakı  müsəlmanların  dini  və  milli  müşavirə 
məclisləri, “Şurayi-ümmətləri”, fransız anlamı ilə qarşılığını söyləsək bir “Milli 
Parlamentləri” idi [5, № 155].
  Qurultayda  Rusiya  müsəlmanlarının  növbəti  -  IV  Qurultayının  10  av-
qust 1907-ci il tarixində yenə də Nijni Novqorodda keçirilməsi qərara alındı. 
Onu da qeyd edək ki, III  Qurultayda  bir sıra qətnamə qəbul edilmiş və bu 
qətnamələrin surətlərini teleqrafla Peterburqda nəşr olunan “Reç”, “Oka”, “To-
variş”, “Strana”, “Novıy put”, Moskvada nəşr olunan “Russkoye slovo” və “Russ-
kiye vedomosti” qəzetlərinə göndərilmişdi. Qurultay həmçinin 23 maddədən 
ibarət nizamnaməsini müzakirə edərək qəbul etmişdi [1, s. 144, 140, 143].  
Stolıpinin irtica və istibdad rejimi hakimiyyətə gəldikdən sonra Ümumrusiya 
müsəlmanlarının  ictimai-siyasi  həyatında  mühüm  rol  oynayan  bu  partiyanın 
fəaliyyəti tamamilə qadağan edilsə də, o, artıq Rusiyada yaşayan türk və digər 
müsəlman xalqlarının həyatına güclü təsir etmiş, onların beyinlərinə öz hüquq-


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
316 
ları uğrunda mübarizə toxumunu səpmişdi.
Azərbaycanda dördüncü siyasi partiya 1911-ci ildə vaxtilə Sosial Demokrat 
Partiyasının “Hümmət” təşkilatında çalışan “Nağı oğullarından Tağı, Rəsulzadə 
Məmmədəli, Kazımzadə Abbas bəylərin yaratdığı “Müsavat” partiyasıdır. Bu üç 
dost Bakıda “Müsavat” adı altında siyasi-milli bir firqənin ilk üçlüyünü yaratmış, 
ilk proqramını hazırlayaraq ilk bəyannaməsi ilə birlikdə nəşr etmişdilər” [3, s.5].
1905-ci  il  oktyabrın  17-də  çar  II  Nikolay  tərəfindən  elan  olunan  azadlıq 
bəyannaməsini 1907-ci il iyulun 3-də Stolıpin ləğv etmişdi. 1907-ci il irticası-
nın nəzəriyyəçisi və həyata keçirəni - çar Rusiyasının baş naziri Stolıpin inqi-
labçıların bir hissəsini güllələtmiş, bir hissəsini həbs etdirmiş, çox hissəsini isə 
Sibirə  sürgün  etdirmişdi.  Əlimərdan  bəy  Topçubaşov  Stolıpin  irticasına  qar-
şı bəyannaməni imzaladığı üçün bütün hüquqlardan məhrum edilərək həbs 
edilmiş, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Yusif Akçura və Məmmədəmin 
Rəsulzadə Türkiyəyə  müraciət etmək məcburiyyətində qalmışdılar.
Stolıpin  irticasının  bütün  təzyiqlərinə  baxmayaraq  1905-ci  il  inqilabının 
Azərbaycana gətirdiyi iki illik hürriyyət havası unudulmamışdı. Həmin illərdə 
açılan məktəblərin bir hissəsi öz fəaliyyətini davam etdirmiş, Azərbaycan ziya-
lıları mətbuat vasitəsilə xalqa xitab edərək onları mübarizəyə səsləmişdi. Çar 
senzurası tərəfindən qəzet və jurnalların bağlanmasına baxmayaraq, bir həftə 
keçməmiş başqa-başqa adlar altında eyni ideyanı təbliğ edən qəzet və jurnal-
lar nəşr olunmağa başlamışdı. 1910-cu ilə qədər Rusiyada rus liberalizmi ilə 
rus sosializmi arasında gedən siyasi mübarizədən fərqli olaraq Azərbaycanda 
üçüncü bir müstəqil siyasi cərəyan meydana gəlmişdi ki, “bu da milli demokra-
tizm və milli inqilab məfkurəçiliyindən ibarət idi. Sonradan Müsavat firqəsində 
açıq bir şəkildə özünü göstərən bu məfkurə ilk dəfə olaraq Qafqaz türklüyünün 
siyasi müqəddəratını Rusiya əlaqələri xaricində müstəqil olaraq düşünmüşdür. 
Bu şərəf isə türkçülüyə aiddir” [7, s.40-41].  
“Müsavat”  partiyasının  qəbul  etdiyi  8  maddədən  ibarət  ilk  proqramın-
da  islam  dini  ön  planda  olmuşdu.  Bu  proqramın  islam  təmayüllü  olmasını 
tədqiqatçılar  “Müsavat  partiyasının  yaradılması  vaxtının  Qərbi  Trablis  (Liviya 
-  R.Ə.)  və  Balkan  müharibələri  zamanına  təsadüf  etməsi”  ilə  bağlayırlar  [1, 
185].  Həqiqətən  də,  bu  müharibələr  haqqında  partiyanın  nəşr  etdirdiyi  bir 
bəyannamədə qeyd olunur: “Bu vaxta qədər özlərini mədəni sayan avropalılar 
islam  aləminin  cəmi  üzvlərini  əzir  və  müxtəlif  yollarla  təhqir  edirdilər.  Ümid 
edirdilər ki, islam aləminin qəlbi kimi tanınan Osmanlı xilafəti (1518-1923-cü 
illərdə  Osmanlı-türk  sultanları  həm  də  dünya  müsəlmanlarının  xəlifəsi  sayıl-
mışdı - R.Ə.) “xəstə adam” kimi bu qədər zərbədən sonra çarəsiz qalacaq və 
davam gətirməyib yıxılacaqdır. Ancaq məşrutiyyətin (1908-ci il  iyulun 24-də 
Sultan II Əbdülhəmid tərəfindən elan edilən “İkinci Məşrutiyyət” nəzərdə tutu-
lur  -  R.Ə.)  elanından  sonra  onlar  özlərinin  yanıldıqlarını,  Osmanlı  xilafətinin 
yenidən qüvvətləndiyini görərək qorxuya düşdülər və islam aləminin getdikcə 
tərəqqi  edəcəyinə  inandılar”.  Bəyannamədə  bütün  dünya  müsəlmanlarına 
xitabən deyilirdi: “Dindaşlar, bilin və inanın ki, yeganə ümidimiz və qurtuluş 
yolumuz Türkiyənin istiqlal və tərəqqisindədir” [3, s.45, 46].  


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə