Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə124/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   120   121   122   123   124   125   126   127   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
319
Nəticə
O dövr Azərbaycan ziyalılarının böyük əksəriyyəti məhz bu adı çəkilən si-
yasi təşkilatlarda öz ictimai və siyasi fəaliyyətlərini davam etdirmişdilər. Bütün 
ideoloji və siyasi fərqliliklərinə baxmayaraq bu siyasi təşkilatları çarizmə və çar 
istibdadına qarşı mübarizə amalı birləşdirmişdi. Bu siyasi təşkilatların hər biri-
nin özünəməxsus siyasi-ideoloji orqanları var idi. Bu mətbu orqanlar vasitəsilə 
onlar öz ideologiyalarını, dini və fəlsəfi dünyagörüşlərini, siyasi platforma və 
proqramlarını açıqlayırdılar.
İstiqlal mübarizəsinə aparan yolda bu siyasi təşkilatlarla yanaşı, Azərbaycan 
toplumunun  maarif  və  sosial  problemlərinin  milli  təməl  üzərində  qurulma-
sında  və  xalqın  ehtiyacına  uyğun  şəkildə  həll  edilməsində,  toplumun  millət 
kimi formalaşmasında milli mətbuatın, romantizm və realizm ədəbi cərəyanı 
nümayəndələrinin, maarif və xeyriyyə cəmiyyətlərinin də əvəzsiz rolu olmuş-
dur.
Çar  Rusiyası  hökumətinin  milli  oyanışa  qarşı  bütün  jandarm  və  po-
lis  qüvvələrini  hərəkətə  gətirməsinə,  milli  mətbuat  üzərində  güclü  senzu-
ra  tətbiq  etməsinə,  yuxarıdan  başlayan  rus  şovinizminin  ucqar  vilayətlərin 
hürriyyətçiliyinə  qarşı  görülən  zorakı  tədbirlərinə  baxmayaraq,  yerlərdə 
milliyyətçilik dalğası daha da güclənmiş, fırtına işçi sinfini də bürümüşdü.
Bu dövrdə ədəbi-bədii maarifçiliyə siyasi maarifçilik də qoşulmuş, inqilabi 
hərəkatların təsiri ilə bir-birinin ardınca yeni-yeni mətbu orqanlar yaranmış-
dı.  1900-1918-ci  illər  ərzində  “Hümmət”,  “Təkamül”,  “Dəvət”  kimi  sol  sosia-
list, “Həyat”, “Füyuzat”, “İrşad”, “Tazə Həyat”, “Kaspi”, “Yeni Füyuzat”, “Şəlalə”, 
“Aşıq söz”, “Dirilik” kimi türkçü və milliyyətçi, “Molla Nəsrəddin”, “Dəbistan”, 
“Bəhlul” kimi xalqçı qəzet və jurnallar nəşr olunaraq müxtəlif yönlü və müxtəlif 
dünyagörüşlü Azərbaycan ziyalılarını öz ətraflarında birləşdirməyə müvəffəq 
olmuşdular. Müxtəlif siyasi və ideoloji baxışlarından asılı olmayaraq bütün bu 
qəzet və jurnallar dövrün mühüm və rəngarəng ictimai-siyasi, elmi-fəlsəfi və 
ədəbi-bədii  məsələlərini  əks  etdirən,  ümummilli  oyanışa  çağıran  tribunaya 
çevrilmişdilər.
Bu dövrün ən mühüm xüsusiyyətlərindən biri də milli burjuaziya ilə milli zi-
yalıların birləşməsi idi. Bu iki təbəqənin birləşməsindən milliyyətçilik doğmuş və 
qısa bir müddətdə bu hadisə siyasi hərəkata çevrilmişdi. Milli burjuaziya ilə milli 
ziyalıların həmrəyliyi ilə çap olunan “Kaspi”, “Həyat”, “Füyuzat”, “Tazə Həyat”, “İr-
şad”, “Tərəqqi” kimi qəzet və jurnalların sahibləri Hacı Zeynalabdin Tağıyev və İsa 
bəy Aşurbəyli, imtiyaz sahibi Əlimərdan bəy Topçubaşov, müdir və baş redaktor-
ları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu olmuşdur. Beləliklə, Azərbaycan 
ziyalıları,  burjuaziyası  və  mətbuatı  keçmiş  düşüncələrdən  uzaqlaşaraq  müasir 
milliyyətçi ideologiyaya yiyələnmiş və yeni milli kimlik ətrafında birləşərək milləti 
də vahid düşüncə ətrafında birləşdirməyə çalışmışdılar.
Bu dövrdə milli mədəniyyət və milli maarif sahəsində də böyük qeyrət nü-
mayiş etdirən “Nicat”, “Səadət”, “Səfa”, “Ədəb yurdu”, “Nəşri-maarif” kimi yarı 
siyasi, yarı milli mədəniyyət cəmiyyətlərinin də xidmətləri diqqətəlayiqdir. Bu 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
320 
cəmiyyətlər xalqın yardımı ilə Azərbaycanın müxtəlif bölgələrində ana dilində 
təhsil verən “Üsuli-cədid” adlı müasir məktəblər açaraq milli hərəkata önəmli 
köməkliklər göstərmişdilər.
İstər  romantik  ədəbi  cərəyanın  Hüseyn  Cavid,  Məhəmməd  Hadi,  Abbas 
Səhhət, Abdulla Şaiq, Əhməd Cavad kimi qabaqcıl nümayəndələri, istər tənqidi 
realizm ədəbi cərəyanının Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Eynəli 
Sultanov,  Ömər  Faiq  Nemənzadə,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Nəcəf  bəy 
Vəzirov, Üzeyir bəy Hacıbəyov, Firudin bəy Köçərli kimi əvəzsiz xadimləri, istərsə 
də Azərbaycan xalqının siyasi-ideoloji təfəkkürünün formalaşması və inkişafın-
da xüsusi rolu olan Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əlimərdan 
bəy  Topçubaşov,  Əhməd  bəy  Ağayev,  Məmmədəmin  Rəsulzadə  kimi  siyasi 
mütəfəkkirlər Azərbaycan xalqının maariflənməsi və istiqlal mübarizəsinə qo-
şulması sahəsində misilsiz xidmətlər göstərmişlər. Ümumiyyətlə, XX əsrin birin-
ci və ikinci onillikləri Azərbaycan cəmiyyətinin mədəni və siyasi-ideoloji intibah 
dövrüdür.  Bu  dövrdə  elə  bir  Azərbaycan  ziyalısı  tapmaq  olmaz  ki,  o,  bu  və 
ya digər dərəcədə imperiyada və dünyada gedən proseslərə öz münasibətini 
bildirməsin. Bu dövrdə fəaliyyət göstərən milli siyasi xadimlər kimi romantik 
cərəyanın nümayəndələri də, maarifçi və sosial demokratlar da rus çarizminin 
irtica və istibdad rejiminə, müstəmləkəçi siyasətinə qarşı birgə və çox kəskin 
mübarizə  aparmışlar.  Ona  görə  də  həm  milli  siyasi-ideoloji  liderlərin,  həm 
romantiklərin, həm də realistlərin birgə səyi nəticəsində Azərbaycan milli ide-
ologiyası formalaşmışdı.
Üzünü  sabaha,  tərəqqiyə  yönəltmiş  bu  milli,  siyasi-ideoloji,  romantik  və 
realist  cərəyan  nümayəndələrinin,  demək  olar  ki,  hamısı  Azərbaycan  ictimai 
təfəkkürünün qarantı rolunda çıxış etmiş və Azərbaycan dövlətçiliyinin məhək 
daşları olmuşlar. Mirzə Bala Məmmədzadə bu haqda qeyd edir: “Zənnimizcə, 
Mirzə Fətəli və Həsən bəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər, istiqlal tarixi, 
Azərbaycan istiqlal bəyannaməsi də 50 il sonra meydana gələcəkdi. Bunların 
arasında sıx bir münasibət və rabitə vardır” [6, s.67].  
Azərbaycanın  bu  milli,  siyasi-ideoloji,  romantik  və  realist  cərəyan 
nümayəndələri  bədii,  elmi,  siyasi  və  ideoloji  fəlsəfə  əsasında  bir  demokra-
tik  cəmiyyət  formalaşdırmaq,  milli  dəyərlərə  söykənən,  milli  ideologiyaya 
əsaslanan  bir  dövlət  yaratmaq  üçün    çalışmış,  buna  nail  olmuş,  Şərqdə  ilk 
demokratik dövlət qurmuş və qısa müddətdə olsa da bu demokratik dövləti 
Əli  bəy  Hüseynzadə  tərəfindən  “Türkləşmək,  islamlaşmaq,  müasirləşmək” 
kimi formulə edilən ideoloji əsasda idarə etməyə başlamışdılar. Onlar bütün 
həyatları boyu mənsub olduqları millətin, ölkənin ağır dövrlərində ön cəbhədə 
olmuş və mübarizə aparmışlar. 
İstifadə edilmiş ədəbiyyat:
1.  Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1992.
2.   Əhmədli R. Azərbaycan dövlətçilik fəlsəfəsi. Bakı: “Nurlan”, 2008.
3.   Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: “Nicat”, 1992.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə