Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə127/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   123   124   125   126   127   128   129   130   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
327
ğunlaşa bilmək xüsusiyyətlərinin mövcudluğu həm onun var olmasını, həm də 
mədəniyyətlərin mövcudluğunu şərtləndirən amildir. Onun fikirlərinə əsasən, 
insanın istər öz təbiətindən imtina etməməsinin, istərsə də tamamilə imtina-
nın əsasında cəmiyyətin formalaşması tarixin gərəksizliyinə gətirib çıxara bilər 
[11,  s.45].  Yəni  hər  biri  ayrı-ayrılıqda  götürüldükdə  daimilik  və  dəyişkənlik 
mədəniyyətin durğunluğu ilə nəticələnməsinə səbəb olan amilə çevrilir.
Müasir  dövrdə  mədəniyyətin  futurizm  prinsipi  əsasında  mövcudluğu 
düşüncəsinin əksinə olaraq, deyə bilərik ki, əslində inkişafı yalnız gələcəyə doğru 
baxan baxışlarda axtarmaq heç də düzgün fikir deyildi. Özündə geriyə - keçmiş 
nəsillərin həyat tərzinə yönəlməni əhatə edən arxaizmin məqsədi heç də hər 
zaman keçmiş yaşantını statik qaydada qoruyub saxlamaq deyildir. Belə ki, Toyn-
binin də ifadə etdiyi kimi, bəzi hallarda mimesis (insan təbiətinə məxsus mexa-
nikilik) aktı yaradıcılıq aktına çevrilmək gücündədir [9, s.437]. Mədəniyyətlərin 
keçmişinə, bu gününə və gələcəyinə olan münasibətlər isə yalnız mədəniyyətin 
varlığını qoruyub saxlamağa xidmət etməməli, həm də bu varlığın qorunub sax-
lanılması əbədi olan həqiqətlərin axtarışı ilə müşayiət olunmalıdır.
A.Toynbi mədəniyyətlərdə keçmişə və gələcəyə yönəlməni mədəniyyətlərin 
mövcud  vəziyyətinin  qənaətbəxş  olmaması  ilə  izah  etməyə  çalışır.  Zelinskinin 
fikrincə isə insanları ayrılmaz şəkildə birləşdirən ümumi həyat tərzi olduğu kimi 
Avropa xalqlarını da onların milli və hətta tayfa fərqlərinin olmasına baxmaya-
raq bütövə çevirən onların keçmişə - antik mədəniyyətə yönəlik baxışlarıdır. O, 
antik mədəniyyəti əbədiyaşar ideyalar mərkəzi kimi səciyyələndirərək göstərir 
ki, bütün digər mədəniyyətlər yalnız bu ideyalardan bəhrələnməklə var olmaq 
gücündədir [6, s.65] 
Deyilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  əslində 
mədəniyyətlərdə varislik məsələsi iki aspektdə özünü ifadə etmək gücündədir: 
birincisi,  toplumun  mental  xüsusiyyətlərinin  arxetiplər  formasında,  ənənəyə 
çevrilərək qoruyub saxlanılması cəhdidirsə; ikincisi, hər bir mədəniyyətin daim 
keçmişə - əbədiyaşar həqiqətlərə üz tutaraq bəhrələnməsidir. Bu baxımdan, hər 
hansı bir toplumun özümlülüyünün qorunub saxlanılması məsələsinə H.Quliyev 
mentallığın  güzgüsündən  baxmağa  cəhd  göstərir.  O,  istənilən  etnosun  mü-
asir  şəraitdə  varlığının  mühafizəsinin  ənənələr  vasitəsilə  qorunub  saxlanılan 
arxetiplərin  yaxşı  və  pis  olmasından  asılı  olmadan  dərketmənin  süzgəcindən 
keçirilməsi ilə mümkünlüyü fikrini irəli sürərək yazır: “Demək olar ki, iki yüz il 
ərzində ənənəyə “gözübağlı” inamın sayəsində biz mentallığımızı müstəmləkəçilik 
və  sovet  totalitarizmi  təhlükələrindən  qoruyub  saxlaya  bilmişik.  Lakin  hal-
hazırda  mentallığımız  daha  təhlükəli  sınaqlar  sahəsinə  daxil  olur:  üstümüzə 
bütün xalqlara “tarixin dəhşətləri”ni, tərəqqinin yeniliklərini zorla qəbul etdirən 
güclü sivilizasiya gəlir” [5, s.338-339]. Belə bir şəraitdə o, ənənələrə kortəbii itaət 
vasitəsilə  toplumların  öz  mentallıqlarını  qoruyub  saxlamalarının  mümkünsüz-
lüyünü iddia edir. Məsələ burasındadır ki, əvvəlki toqquşmalarda toplumlarda 
bir mədəniyyətin digər mədəniyyətə itaəti göz qabağında olsa da, toplumun 
düşüncəsində və yaşantısında özünə önəmli yer tutan “biz” və “o” fərqləndirməsi 
mədəniyyətin  assimilyasiyasının  qarşısını  alan  amilə  çevrilirdi.  Lakin  mövcud 
vəziyyətdə müasir Qərb sivilizasiyasının hamı üçün ümumi olan həqiqətlər adın-


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
328 
dan  çıxış  etməsi  və  nəticədə  Qərbin  baxış-
larını  ümumiləşdirməsi  digər  toplumların 
bu  “universal  həqiqətləri”  öz  süzgəcindən 
keçirtmədən bütləşdirməsinə şərait yaratmış 
olur. Digər tərəfdən isə bu toplumlar əsasını 
müəyyənləşdirmədiyi  “həqiqətlər”i  yaşantı-
larına  çevirməklə  mentallıqlarından  imtina 
sayəsində özləri ilə gerçək həqiqətlər arasın-
dakı əlaqənin yaradılması imkanını da əldən 
vermiş olurlar. Nəticədə də ümumi həqiqətlər 
hər  bir  toplumla  bağlılıq  təşkil  etmədən 
ümumi  ideyalar  kimi  dövr  etməkdə  davam 
edirlər.  Ənənələr  mental  xüsusiyyətlərimizin 
qoruyucusu  kimi  çıxış  etdiyindən  keç-
mişi  həm  mühafizə  edən,  həm  də  onun 
mahiyyətinin  itməsinə  səbəb  olan  element 
kimi çıxış edir. Məsələ burasındadır ki, ənənə 
hər hansı bir toplumun həqiqətlərini zaman 
və məkanın sərhədlərindən kənara çıxararaq 
onu  ümumiləşdirməklə  qoruyub  saxlayır  və 
bunun  da  nəticəsində  toplumun  “dəyişməz 
həqiqətləri”nin  dəyişən  zaman  və  məkanla 
bağlılığı izlənilmir.
Mədəniyyətlərin  keçmişə  yönümlülü-
yünü  onun  əsaslılığının,  gücünün  ifadəsi 
kimi səciyyələndirən F.Brodel sivilizasiyaların daha az təsirə məruz qalmasının, 
dəyişikliyə  uğramamasının  səbəbini  onun  dövrün  ictimai,  siyasi  və  təsadüfi 
hadisələrinin  məhsulu  olmasında  deyil,  keçmiş  nəsillərin  düşüncələrinin, 
hisslərinin, yaşantılarının üzə çıxardığı və nəsildən-nəslə ötürdüyü simptom-
larda  axtarır.  Bu  baxımdan  din  cəmiyyətin  keçmişi  və  bu  gününü  də  əhatə 
etdiyindən  sivilizasiyanın  daha  dayanıqlı  əsası  kimi  çıxış  edir  [1,  s.52].  Tarixi 
inkişafda ənənələrin, keçmişin əsas dayaq kimi çıxış etməsi qənaətinə gələn 
F.Brodel  daha  geniş  zaman  intervalında  baş  verən  hadisələr  götürülməklə 
sivilizasiyaların  dayanıqlı  əsaslarının  müəyyənləşdirilməsinin  mümkünlüyü 
fikrini  irəli  sürür  [1,  s.64].  Sivilizasiyalardan  keçid  etməklə  isə  bəşər  tarixinin 
əsas aparıcı xəttini müəyyənləşdirmək nisbətdə daha asan görünür. Eyni za-
manda mədəniyyətlərə daha geniş zaman intervalında yanaşma tendensiya-
sını əsas götürən müəllif rassionallaşma ilə dindən azad olmanı eyniləşdirmə 
prinsipindən cıxış edərək, yunan mədəniyyəti ilə müasir Qərb mədəniyyətinin 
eynixətli  və  ardıcıl  inkişafı  fikrini  irəli  sürür  və  dindən  azad  olmanı  bu 
mədəniyyətin özünəməxsus xüsusiyyəti kimi açıqlayır [1, s.53]. Əslində isə yu-
nan fəlsəfi təfəkküründə transsendental aləmə açılışın özünü qabarıq şəkildə 
büruzə verməsi yunan cəmiyyətində dini yaşantı üçün əlverişli mühitin olma-
sından, eyni zamanda uzun bir dövr ərzində dini şüurun hakim olduğu Qərb 
Mədəniyyətlərin keçmişə 
yönümlülüyünü onun 
əsaslılığının, gücünün ifadəsi 
kimi səciyyələndirən F.Brodel 
sivilizasiyaların daha az 
təsirə məruz qalmasının, 
dəyişikliyə uğramamasının 
səbəbini onun dövrün 
ictimai, siyasi və təsadüfi 
hadisələrinin məhsulu 
olmasında deyil, keçmiş 
nəsillərin düşüncələrinin, 
hisslərinin, yaşantılarının 
üzə çıxardığı və nəsildən-
nəslə ötürdüyü simptomlarda 
axtarır. Bu baxımdan din 
cəmiyyətin keçmişi və bu 
gününü də əhatə etdiyindən 
sivilizasiyanın daha dayanıqlı 
əsası kimi çıxış edir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə