Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə128/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   124   125   126   127   128   129   130   131   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
329
cəmiyyətinin dini buxova çevirməsi və sonra da bu “buxovları” üzərindən ata-
raq fərqli inkişaf istiqaməti seçməsi isə dini düşüncənin özü üçün münbit zəmin 
tapmamasından xəbər verir. F.Brodelin yazdığı kimi, təxminən bütün dünyəvi 
sivilizasiyalara  dini  hissin  hakimliyi  müşahidə  olunduğu  bir  vəziyyətdə  Qərb 
sivilizasiyası  tarixin  bu  ənənəsini  pozaraq  özünə  fərqli  yol  seçir.  “Sivilizasiya 
hər zaman keçmişdir, müəyyən olunmuş canlı keçmiş” [1, s.54] yazan Brodel 
əslində əsası alman-roman mədəniyyətinə gedib çıxan Qərb mədəniyyətinin 
öz  tarixi  keçmişini  yaşatmasını  təsdiqləmiş  olur.  Xalqın  mentalitetindən  irəli 
gələn  xüsusiyyətlər  ilk  baxışdan  nəzərə  çarpmasa  da,  tədricən  sivilizasiya-
nın  mahiyyətinin  ifadəçisinə  çevrilir.  Bu  baxımdan  sivilizasiyanın  nədənsə 
imtina  edərək  nələrisə  qoruyub  saxlamasını  onun  öz  təbiətindən  irəli  cələn 
xüsusiyyətlərlə izah etmək mümkündür. 
Ümumilikdə götürdükdə, hər bir əvvəlki dövrün yeni dövrlə əvəzlənməsində 
ictimai inkişaf prinsiplərinin dəyişməsini istər həqiqətin, istərsə də mahiyyətin 
dəyişkənliyi  ilə  izah  etmək  düzgün  deyildir.  Bu  dəyişiklikləri  alman  tayfala-
rında  izləyən  Dr.  Kaufman  hesab  edir  ki,  digər  toplumlarda  olduğu  kimi  al-
manlarda  da  sıx  şəkildə  yaradılan  qohumluq  əlaqəsi  nəslin  möhkəmliyinə 
və qorunub saxlanılmasına xidmət edirdi ki, sonuncu da öz növbəsində hər 
bir üzvünün mühafizəsini öz üzərinə götürürdü. Nəsli quruluşda isə azadlığı 
şərtləndirən  qanunlar  deyil,  ənənələr  idi.  Yəni  ənənələr  qanun  rolunda  çıxış 
edirdi. Bununla bağlı deyə bilərik ki, cəmiyyətin təşkili foması onun qanunlarını 
da  müəyyənləşdirdiyindən  başlanğıcda  bu  cəmiyyətlərdə  inkişaf  qanunauy-
ğunluğunun  pozulduğu  müşahidə  olunmur.  Tədricən  mülkiyyət  artımı  daha 
geniş  azadlıqların  əldə  edilməsi  ilə  izlənir  ki,  bu  da  təbii  olaraq  digərlərinin 
mülkiyyət və azadlıqlarının məhdudlaşması sayəsində meydana çıxır. Sonun-
cular yenidən və daha çox mülkiyyət əldə etmək məqsədilə yenidən öz azad-
lıqlarından  imtina  edərək,  güc  və  söz  sahibərinin  yaxınlarına  –  zadəganlara 
çevrilərək  tədricən  nəsli  əlaqələri  zəiflədirlər  [8,  s.139].  Xristianlığın  birbaşa 
təsiri ilə əməyin və zəhmətin azad insanın meyarına çevrilməsi Avropanın yeni 
inkişafını  şərtləndirən  amillərdən  biri  oldu  ki,  bunun  da  nəticəsində  azadlıq 
başlanğıcda olduğu kimi qəhrəmanlıq, nəsil və mülklə müəyyənləşmirdi. Mülk 
hər zaman sonda azadlığın şərtləndiricisi kimi çıxış etsə də, insani qabiliyyət 
və  dəyərlər  yenidən  onu  müəyyənləşdirən  amilə  çevrilməyə  başladılar.  Gör-
düyümüz  kimi,  bütün  cəmiyyətlərdə  olduğu  kimi  Qərb  cəmiyyətlərində  də 
qeyd  etdiyimiz  anlamda  azadlığı  şərtləndirən  amil  öncə  insani  dəyər  oldu-
ğu halda, sonda bu amilin mülkiyyətlə əvəzlənməsi prosesi baş verir. Dövrün 
hərəkətverici qüvvələrinin dəyişməsi ilə bağlı isə N.İ.Konrad yazır: “Məsələ bu 
prinsiplərin öz-özlüyündə pis olmasından daha çox onların müəyyən formada 
donaraq insan düşüncəsini buxovlayan ehkama çevrilməsində idi” [7, s.507]. 
Onu  da  qeyd  etməliyik  ki,  bir  zamanlar  inkişafın  əsası  kimi  çıxış  edən 
prinsiplərin  tənəzzülə  səbəb  olmasını  prinsiplərin  özündə  deyil,  həyati  gü-
cünü  itirmiş  cəmiyyətdə  və  yaxud  da  toplumda  axtarmaq  lazımdır.  Bununla 
da belə bir nəticəyə gələ bilərik ki, hər bir gerçək inkişaf həqiqətin axtarışının 
məhsuludur. Yəni ayrı-ayrı zaman və məkan daxilində inkişafı şərtləndirən üsul-


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
330 
ların müxtəlifliyi inkişafın əsasında duran həqiqətin birliyini və dəyişməzliyini 
təkzib etmir. Həqiqətin axtarışı isə öz növbəsində axtarış və tapılan Həqiqətin 
qorunması  ənənəsinin  mövcudluğunun  zəruriliyini  tələb  edir.  Tarixin  bu  cür 
tədqiqi isə inkişafın dairəvi deyil, ziqzaqvariliyini ortaya qoymuş olur.
İstifadə edilmiş ədəbiyyat: 
1.  Грамматика цивилизаций/Фернан Бродель; Предисл. М.Эмара; Пер. с фр.- М.: 
Издательство “Весь Мир”, 2008. 
2.  Вебер  М.  Аграрная  история  Древнего  мира./  Пер.  с  нем.;  Под  ред. 
Д.Петрушевского;  Вступ.  ст.  Ю.Давыдова.  -  М.:  “КАНОН-прес-Ц”,  “Кучково 
поле”, 2001.
3.  Г.В.Ф.Гегель. Лекции по философии истории. Санкт-Петербург: “Наука”, 2005. 
4.  Императорское  общество  востоковедения.  Ислам.  И.Гольдциэра.  перевод 
И.Крачковскаго  под  редакцией  и  с  предисловием  прив.  доц.  А.Э.Шмидта. 
С-Петербург: “Восточная” типография И.Бораганскаго, В.О., Средний пр., 1-10. 
1911.
5.  Quliyev Həsən. Arxetipik azərilər: mentalitetin simaları. Bakı: “Qanun”, 2010.
6.  Древний  мир  и  мы.  Лекции  читанные  ученикам  выпускных  классов  С.-
Петербургских  гимназий  и  реальных  училищ  весной  1903  г.  Профессором 
С.-Петербургского  Университета  Ф.Зелинским.  С.-Петербург:  Сенатская 
типография ,1903.
7.  Н.И.Конрад. Запад и Восток. Cтатьи. Главная редакция восточной литературы. 
Москва, 1966.
8.   Конради. Средневековая культура Азии. Пер. С.М.Филипповой.  
9.  Тойнби А.Дж. Постижение истории: Сборник / Пер. с англ. Е.Д.Жаркова. – М.: 
Айрис-пресс, 2003. 
10. Психоанализ и культура: Избранные труды Карен  Хорни  и Эриха Фромма. – 
М.: Юрист, 1995.
11. Фромм Э. Психоанализ и этика. – М.: ООО “Издательство АСТ- ЛТД”, 1998. 
Ruhiyya Mammadova
Analysis of cultures from the traditional and modern point of views
Cultures  are  analyzed  by  their  character  of  being  past-prone  or  future-
prone.  It is noted that conservatism and futurism emerge in totally different 
ways, but at the same time as parts of same system.  Social phenomenon and 
the  possibility  of  transformation  between  these  two  serves  as  a  means  for 
maintaining balance.
Though it is stressed that the power of cultures is determined by the past, the 
overprotection of the past traditions that have lost power may lead to inertia. 
Thus, the traditions that function as heirs may also be characterized as the ele-
ments that create idolization. And at the end, the author comes to the conclusi-
on that any real development is the result of search of the truth. So the diversity 
of methods that stipulate development under certain circumstances does not 
refute the solitariness. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə