Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə121/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   117   118   119   120   121   122   123   124   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
313
partiyasının  Bəyannaməsində  qeyd  olunur: 
“Mütəşəkkil  hərbi  qüvvəyə  malik,  eyni  za-
manda yeni silahlarla, hətta toplarla təchiz 
edilmiş  Daşnak  partiyası  bir  tərəfdən  silah 
gücü  ilə  bütün  erməniləri,  digər  tərəfdən 
də  Qafqaz  hökumətini  (Qafqaz  rus  cani-
şinliyi  nəzərdə  tutulur - R.Ə.)  özünə  tabe 
edib  ən  ümdə  məqsədlərinə  nail  olmağa 
çalışır. Ermənilərin əsas məqsədləri Qafqaz-
da  yaşayan  bütün  müsəlmanları  qırdıqdan 
sonra  onların  torpaqlarını  işğal  etməkdir. 
Ermənilərin  məqsədlərinə  nail  olduqdan 
sonra  fikirləri  Qafqazda  erməni  xalqı  üçün 
milli  müstəqil  bir  dövlət  yaratmaqdır.  Par-
tiyamızın  (“Difai”  partiyası  nəzərdə  tutulur 
-  R.Ə.)  əsas  məqsədi  Qafqazda  yaşayan 
bütün  xalqlar  arasında  səmimi  qardaşlıq 
və  birlik  yaratmaqdır.  Hərgah  Daşnak  par-
tiyası namus və səmimiyyətlə öz hərəkət və 
fəaliyyətlərinin həqiqi proqramlarını aşkar söylərsə, əgər bu proqram Qafqazda 
yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman 
biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi 
müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli 
cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz qanlı səhnə halına düşər. 
Daşnak  partiyası  əmin  olsun  ki,  heç  bir  vaxt  biz  öz  millətimizin  bədbəxtliyi 
üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik” [1, 
s.121-122].
Əhməd bəy Ağaoğlunun təfəkkürünün məhsulu olan bu Bəyannamə Qaf-
qaz müsəlmanlarının “olum, ya ölüm” mübarizəsini açıq şəkildə ortaya qoya-
raq partiyanın  siyasi platformasını elan etmişdir. Çox keçmədən Azərbaycanın 
əksər bölgələrində “Difai” təşkilatının yerli şöbələri yaradılmış, dövrün millətçi 
ziyalıları  bu  təşkilat  ətrafında  birləşərək  erməni  silahlı  dəstələrinə  və  onlara 
köməklik edən rus generalları, hərbi məhkəmə prokurorları və polis rəislərinə 
qarşı ciddi mübarizə aparmışlar. Təəssüflər olsun ki, imperiyanın hər yerində 
irticanın qüvvətlənməsi nəticəsində Əhməd bəy Ağaoğlu Türkiyəyə mühacirət 
etməyə məcbur olmuş,  başsız qalan “Difai” təşkilatı dağılmış və fəaliyyətini da-
yandırmışdır. Bu partiya yarandığı gündən xalqımız üçün böyük işlər görmüş, 
Azərbaycanın siyasi tarixində “Müdafiə Təşkilatı” kimi bir iz buraxmışdır.
Məlumdur  ki,  XX  əsrin  əvvəllərində  Rusiyanın  Yaponiya  qarşısında 
məğlubiyyəti çarizmin qüdrət və əzəmətini  sarsıtmış, ölkə daxilində inqilab 
baş vermiş, çar “Manifest” imzalamağa məcbur olmuş və 18 fevral 1905-ci il 
tarixində  “Dövlət  Duması”  layihəsinin  hazırlanmasına  dair  bəyanat  vermişdi. 
Bundan istifadə edən Azərbaycanın o dövrdəki millət xadimləri 15 mart 1905-
ci il tarixində Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıye-
1905-ci ildə Qafqazda 
ermənilərin türk və müsəlman 
əhaliyə qarşı törətdikləri 
qırğın zamanı Əhməd bəy 
Ağayev (Ağaoğlu) tərəfindən 
Azərbaycanda “Difai” 
adlı partiya yaradılmışdı. 
Bu partiya ermənilərin 
hücumunu dəf etmək, onlara 
qarşı mübarizə aparmaq, 
Azərbaycan xalqını erməni 
qırğınından qorumaq kimi 
vacib məsələləri qarşısına ilkin 
məqsəd qoymuşdu. 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
314 
vin evində toplaşaraq Əlimərdan bəy Topçubaşov, Fəxrəddin bəy Vəzirov və 
Əhməd bəy Ağayevin birgə hazırladıqları memorandum mahiyyətli bir layihəni 
müzakirə etmişdilər. Bu layihədə müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, 
dini hüquqların verilməsi və iqtisadi haqlarının tanınması ilə yanaşı hökumətin 
yardımı  ilə  pay  torpaqlarının  kəndlilər  tərəfindən  satın  alınması,  boş  qalan 
xəzinə torpaqlarından torpaqsız və aztorpaqlı kəndlilərə pay verilməsi, vaxtilə 
zorla  dövlətin  ixtiyarına  keçirilmiş  vəqf  torpaqlarının  müsəlman  ruhanilərə 
qaytarılması, vergilərin yerli şəraitə görə təyin edilməsi və s. kimi tələblər irəli 
sürülmüşdü.  Bakıda  tanınmış  ziyalıların,  tacirlərin,  kənd  nümayəndələrinin 
məclisində yekdilliklə qəbul edilən 15 bənddən ibarət “Ümummilli haqq istəyi” 
adlı memorandum mahiyyətli bu layihə ilə yanaşı digər buna bənzər layihələr 
Dumada  müsəlman  deputatlar  tərəfindən  səsləndirilmişdir.  Lakin  bütün  bu 
layihələr  rus  millət  vəkilləri  tərəfindən  hiddətlə  qarşılandığından  müsəlman 
ziyalıları - hüquqşünaslar, millət vəkilləri, müəllimlər, müxtəlif qəzetlərin naşir 
və mühərrirləri, müsəlman üləmaları bir araya gələrək “Rusiya Müsəlmanları 
İttifaqı”nı yaratmışdılar [1, s.112-115].
Beləliklə,  Azərbaycanın  siyasi  tarixində 
mühüm  rol  oynayan  üçüncü  siyasi  parti-
ya  1906-cı  il  avqustun  16-dan  21-nə  kimi 
Tatarıstanın  Nijni  Novqorod  şəhərində 
keçirilən  Rusiya  Müsəlmanlarının  III  Qurul-
tayının  qərarı  ilə  proqramı  hazırlanan  Ru-
siya  Müsəlmanları  İttifaqıdır.  Azərbaycan 
və  Ümumrusiya  müsəlmanlarının  siyasi 
həyatında  mühüm  rol  oynayan  bu  partiya 
ilk qurultayını 1905-ci il mayın 20-də Peter-
burqda, Zakir Həzrətin qızı Aliyə xanımın ni-
kah mərasimində, ikinci qurultayını 1906-cı 
il yanvarın 22-də Peterburqda Həsən Əfəndi 
Həbibullanın evində, üçüncü qurultayını isə 
1906-cı il avqustun 15-də Nijni Novqorodda Oka çayındakı “Qustav Struve” 
gəmisində keçirmişdi. Üçüncü qurultaya Əlimərdan bəy Topçubaşov sədr se-
çilmişdi. Qurultaya 7 proqram layihəsi təqdim edilmişdi. Bunlar Yusif Akçura-
nın, Rza Əfəndinin, Həsən Ata Qazının, Başqurd vəkillərinin, ufalıların və Ufa 
layihəsinə müfti Məhmədyar Əfəndi Sultanov tərəfindən edilən dəyişikliyi əks 
etdirən layihə və Əlimərdan bəy Topçubaşovun 79 maddədən ibarət proqram 
layihələri idi. Qurultay bütün layihələri nəzərdən keçirmiş, müzakirə etmiş və 
Əlimərdan bəy Topçubaşovun layihəsini gündəliyə çıxararaq qəbul etmişdi.
Bu proqramda 2 maddədən ibarət “Siyasi məqsədlər”, 13 maddədən ibarət 
“Əhalinin hüququ”, 8 maddə və bir qeyddən ibarət “Dövlət quruluşu”, 3 maddə 
4 bənddən ibarət “Dini faydalar”, 9 maddədən ibarət “Məhəlli muxtariyyət”, 
10 maddədən ibarət “Məhkəmə”, 8 maddədən ibarət “Maarif”, 4 maddədən 
ibarət “Maliyyə işləri”, 6 maddədən ibarət “Torpaq məsələləri” və 9 maddədən 
ibarət “Fəhlə məsələsi” öz əksini tapmışdı [1, s.130-162]. Əlimərdan bəy Top-
Azərbaycanın siyasi tarixində 
mühüm rol oynayan üçüncü 
siyasi partiya 1906-cı il 
avqustun 16-dan 21-nə 
kimi Tatarıstanın Nijni 
Novqorod şəhərində keçirilən 
Rusiya Müsəlmanlarının 
III Qurultayının qərarı ilə 
proqramı hazırlanan Rusiya 
Müsəlmanları İttifaqıdır.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə