Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə111/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   107   108   109   110   111   112   113   114   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
284 
qoyulan  məqsədlər  müəyyən  edilib.  Ölkəmizdə  insan  hüquq  və  azadlıqları-
nın müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının 
təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının daha səmərəli təmin edilməsi  
istiqamətində konkret tədbirlər nəzərdə tutulub. Belə ki, proqramda qanun-
vericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, 
Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə 
qoşulması  prosesinin  davam  etdirilməsi,  yeni  qanunvericilik  aktlarının  qəbul 
edilməsi,  ölkədə  korrupsiya  ilə  mübarizənin  gücləndirilməsi,  şəffaflığın  artı-
rılması,  əhaliyə  göstərilən  elektron  xidmətlərin  inkişaf  etdirilməsi  sahəsində 
fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva 
olunur. 
18  mart  2009-cu  il  tarixində  Azərbaycanda  daha  bir  referendum  keçi-
rilmişdir.  Qəbul  olunmuş  “Azərbaycan  Respublikasının  Konstitusiyasında 
dəyişikliklər  edilməsi  haqqında”  referen-
dum aktına uyğun olaraq, Konstitusiyaya bir 
sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və 
dəyişikliklər  ölkəmizin  “İnsan  hüquqlarının 
və  əsas  azadlıqların  müdafiəsi  haqqında” 
Avropa Konvensiyasına qoşulması, eləcə də 
məhkəmə  islahatları  nəticəsində  yaranan 
öhdəliklərə  əməl  olunması,  Milli  Məclisin 
fəaliyyətinin  və  seçki  sisteminin  daha  da 
təkmilləşdirilməsi kimi mühüm məqsədlərə 
xidmət  edirdi.  Bu  mənada,  qeyd  olunan 
əlavə  və  dəyişikliklər  Konstitusiyanı  yeni 
müddəalarla zənginləşdirib. 
Məhz  insan  hüquq  və  azadlıqlarının  daha  səmərəli  təmini  istiqamətində 
həyata  keçirilən  islahatların  məntiqi  davamı  olaraq,  insan  hüquq  və  azad-
lıqlarının  müdafiəsinin  səmərəliliyinin  artırılması,  hüquq  mədəniyyətinin  in-
kişaf  etdirilməsi,  normativ-hüquqi  bazanın  və  hüquq  müdafiə  sisteminin 
təkmilləşdirilməsi  istiqamətində  tədbirlərin  davamlılığının  təmin  edilməsi 
məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 de-
kabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq 
və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət 
Proqramı təsdiq edilmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  Milli  Fəaliyyət  Proqramı  konseptual  və  geniş-
miqyaslı xarakter daşıyır. Proqram “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf 
Konsepsiyası çərçivəsində qarşıya qoyulan məqsəd və vəzifələr kontekstində 
nəzərdən keçirilməlidir [7, s. 13].  
6 fəsil və 75 bəndi əhatə edən Azərbaycan Respublikasında insan hüquq 
və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət 
Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qrupla-
rının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, 
insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin 
Qeyd etmək lazımdır ki, Milli 
Fəaliyyət Proqramı konseptual 
və genişmiqyaslı xarakter 
daşıyır. Proqram “Azərbaycan 
2020: gələcəyə baxış” İnkişaf 
Konsepsiyası çərçivəsində 
qarşıya qoyulan məqsəd 
vəzifələr kontekstində 
nəzərdən keçirilməlidir.


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
285
həyata  keçirilməsi,  insan  hüquqları  sahəsində  beynəlxalq  təşkilatlarla 
əməkdaşlıq, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, 
monitorinqi və qiymətləndirilməsi kimi vəzifələrin həlli istiqamətində mühüm 
tədbirləri özündə ehtiva edir.
Azərbaycan  Respublikasında  insan  hüquq  və  azadlıqlarının  müdafiəsinin 
səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı 28 dekabr 2006-cı 
il tarixli Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli 
Fəaliyyət Planının bir növ məntiqi davamı olmaqla, bu planın bəzi maddələrinin 
icrasının tamamlandığı nəzərə alınaraq dövlət orqanları üzərinə insan hüquq-
larının müdafiəsi sahəsində yeni vəzifələr də müəyyən etmişdir. 
Bu  vəzifələr  həmçinin  ölkəmizin  üzərinə  götürdüyü  öhdəliklərin  icra-
sı  baxımından  da  əhəmiyyətli  olmaqla,  mövcud  prioritetlərə  əsaslanaraq 
gələcəyə  yönəlmişdir.  Məsələn,  həbs  yerlərində  saxlanılan  şəxslərin  hüquq 
və  azadlıqlarının  təmin  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Qanu-
nunun  qəbul  edilməsi,  barəsində  həbs  qətimkan  tədbiri  seçilmiş  şəxslərin 
həbsdə  saxlanılmasının  qanuniliyinin  təmin  edilməsi,  ekstradisiya  olunmaq 
üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə cinayət pro-
sessual  qanunvericiliyinə  əlavə  və  dəyişikliklərin  edilməsi,  uşaqların  cinsi  is-
tismarının qarşısının alınması məqsədilə cinayət qanunvericiliyinin beynəlxalq 
hüquq  standartlarına  uyğunlaşdırılması,  hüquqi  şəxslər  tərəfindən  insan 
hüquqlarının  pozulmasının  qarşısının  alınması  məqsədilə  onların  cinayət 
məsuliyyətinin müəyyən edilməsinə dair təkliflərin hazırlanması, diffamasiya-
ya  görə  cinayət  məsuliyyətinin  aradan  qaldırılması  məqsədilə  qanunvericili-
yin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, miqrantların hüquqlarının 
təmin  edilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  Miqrasiya  Məcəlləsi 
layihəsinin hazırlanması üzrə işin yekunlaşdırılması, işləyən qadınların və ailə 
vəzifələri  olan  işçilərin  əmək  hüquqları  ilə  əlaqədar  əmək  qanunvericiliyinin 
təkmilləşdirilməsi,  valideyn  məsuliyyətinin  artırılması  və  valideyn  vəzifələrini 
tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi və digər vəzifələr də 
bu qəbildəndirlər.
Respublikada  keçirilən    hüquqi  islahatlardan  danışarkən    ölkədə  korrup-
siyaya qarşı aparılan mübarizəni xüsusi olaraq qeyd etmək lazımdır. Belə ki, 
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı 
ilə  Açıq  Hökumətin  təşviq  edilməsinə  dair  Milli  Fəaliyyət  Planı  və  Korrupsi-
yaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir. 2012-2015-ci 
illəri əhatə edəcək Fəaliyyət Planları Azərbaycan Respublikasında korrupsiyaya 
qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılı-
ğının  təmin  edilməsi,  dövlət  orqanlarının  fəaliyyətində  şəffaflığın  artırılması, 
idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin 
təşviq edilməsi məqsədini daşıyır.
Qeyd edək ki, Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq 
Hökumət  Tərəfdaşlığına  qoşulan  ilk  dövlətlərdən  biri  olmuşdur.  Beynəlxalq 
təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət 
idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə