Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə109/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   105   106   107   108   109   110   111   112   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
278 
Azərbaycanda 
hüquqi dövlət 
quruculuğunda 
qanunvericiliyin və 
insan hüquqlarının 
müdafiəsinin 
təkmilləşdirilməsi


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
279
Açar sözlər:  hüquqi dövlət, vətəndaş cəmiyyəti, insan hüquqları, hüquqi 
islahatlar 
Key words:  legal state, civil society, human rights, legal reforms 
Ключевые слова: правовое государство, гражданское общество, права 
человека, правовые реформы
Azərbaycanda 
hüquqi dövlət 
quruculuğunda 
qanunvericiliyin və 
insan hüquqlarının 
müdafiəsinin 
təkmilləşdirilməsi
Nəcibə  
MUSTAFAYEVA                                                    
Azərbaycan Respublikasının 
Prezidenti yanında Strateji Araşdırmalar 
Mərkəzinin məsləhətçi-eksperti
najiba_mustafayeva@hotmail.com


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
280 
1991-ci  il  oktyabrın  18-də  təkrarən 
müstəqilliyini  elan  edən  Azərbaycan  Res-
publikası    dövlət  müstəqilliyi  haqqında 
Konstitusiya Aktında qarşısına hüquqi dövlət 
quruculuğu  ideyasını  həqiqətə  çevirmək 
məqsədini qoydu. Belə ki, Konstitusiya Ak-
tının 12-ci maddəsində Azərbaycan xalqının 
müstəqil,  dünyəvi,  demokratik,  hüquqi  və 
unitar dövlət yaratma yolunu tutması təsbit 
olunmuşdur.
Həmin  sənədin  III  fəslinin  19-cu  maddəsində  göstərilir  ki,  Azərbaycan 
Respublikası  “İnsan  hüquqları  haqqında  Ümumi  Bəyannamə”yə,  Helsinki 
Assamleyasının Yekun Aktına və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq 
sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara 
vətəndaşların cinsindən, irqindən, milli mənsubiyyətindən, dini etiqadından, 
sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq əməl edilməsini, bu 
hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir. Azərbaycan 
Respublikası vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş 
xüsusi hallardan başqa hər hansı formada məhdudlaşdırıla bilməz. 
Konstitusiya  Aktı  Azərbaycan  Respublikasının  yeni  Konstitusiyasının 
qəbulunda hüquqi baza rolunu oynamışdır. 
Məlumdur ki, hüquqi dövlətin qurulmasının birinci şərti insan və vətəndaş 
hüquq və azadlıqlarının təmin edilməsidir. 
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, 
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında 
əks olunmuş prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavan-
lığının təmin edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında 
öz məsuliyyətini dərk edərək, suveren hüququndan istifadə edərək 1995-ci il 
noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə öz milli Konstitu-
siyasını qəbul etmişdir [7, s. 11].
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan, bir tərəfdən insan və 
dövlət, digər tərəfdən isə insan və cəmiyyət arasında münasibətlərin əsaslarını 
nizamlayan hüquq normaları sistemidir. Bu hüquq normaları bir və ya bir neçə 
normativ-hüquqi aktda - əsas qanunlarda cəmlənə bilər. Həmin normalar çox-
saylı  normativ-hüquqi  aktlardan,  eləcə  də  məhkəmə  presedentlərindən  və 
konstitusiya adətlərindən ibarət ola bilər. 
Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ölkədə baş verən 
köklü ictimai-siyasi və iqtisadi dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması 
zərurəti ilə şərtlənirdi [6, s. 49]. 
Müstəqilliyini elan etmiş və beynəlxalq hüququn subyekti olan Azərbaycan 
Respublikasında demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin 
bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin 
edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qay-
dalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli 
Azərbaycan Respublikasının 
yeni Konstitusiyasının qəbulu 
ölkədə baş verən köklü 
ictimai-siyasi və iqtisadi 
dəyişikliklərin hüquqi 
cəhətdən təsbit olunması 
zərurəti ilə şərtlənirdi .


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
281
Konstitusiyaya  ehtiyac  duyulurdu.  Müa-
sir dünyada hər hansı cəmiyyətin, dövlətin 
demokratik xarakteri xeyli dərəcədə ölkədə 
şəxsiyyətin konstitusiya yolu ilə təsbit edil-
miş  hüquq  və  azadlıqları  sisteminin  miq-
yası,  təbiəti  və  təminatı  mexanizminin 
səmərəliliyi ilə müəyyən edilir.
Demokratik, hüquqi dövlətdə konstitusi-
ya nəinki dövlətin, habelə xalqın dövlətçilik 
iradəsini, suverenliyini ifadə edən əsas qa-
nundur [10, s. 36]. Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıq-
larını, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini 
təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası 
kimi çıxış edir. 
Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqla-
rının və azadlıqlarının təmin edilməsi dövlətin əsas məqsədi kimi təsbit olun-
muşdur. 
Azərbaycan Respublikasının Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət 
hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstitusiya qu-
ruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır, 
Konstitusiya quruluşunun sabitliyini təmin edir. 
Azərbaycan Respublikasının Konstitusiyası onun konstitusion quruluşunun 
əsaslarını, insan və vətəndaşların hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas 
cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunveri-
ci, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, 
yerli özünüidarəetmənin əsaslarını təsbit edir.
Azərbaycan  Respublikasının  ilk  milli  Konstitusiyası  “İnsan  hüquqlarının 
Ümumi Bəyannamə”sində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutul-
muş insan hüquq və azadlıqları ideyasına əməl etmək istəyindən xəbər verir.
Azərbaycan Respublikasının Konstitusiyasında şəxsiyyətin azadlıq, toxunul-
mazlıq hüququ, söz, fikir, mətbuat, vicdan azadlığı, sərbəst toplaşmaq hüququ, 
mülkiyyət və azad sahibkarlıq hüququ kimi vətəndaş hüquqları təsbit edilmişdir. 
Konstitusiyada  özünün  əksini  tapmış  insan  hüquqlarının  digər  mühüm 
qrupunu sosial hüquqlar təşkil edir. Dövlət şəxsiyyətin əmək, sosial təminat, 
sağlamlıq, təhsil, yaradıcılıq və digər mühüm hüquqlarına təminat verməklə 
ölkədə  insan  hüquq  və  azadlıqlarının  tam  sisteminin  yaradılmasının  əsasını 
qoymuşdur. 
Ölkənin  Əsas  Qanununun  12-ci  maddəsinin  I  hissəsinə  əsasən,  insan 
və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının,  Azərbaycan  Respublikasının 
vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir 
[1, s. 7].
Konstitusiyada təsbit olunmuş bu ali məqsədin təmin edilməsi istiqamətində 
bir sıra hüquqi islahatlar həyata keçirilmişdir. 
Azərbaycan  Respublikasının  Konstitusiyasında  təsbit  olunmuş  insan  və 
Azərbaycan Respublikasının 
Konstitusiyasında insan və 
vətəndaş hüquqlarının və 
azadlıqlarının təmin edilməsi 
dövlətin əsas məqsədi kimi 
təsbit olunmuşdur.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə