Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə112/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   108   109   110   111   112   113   114   115   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
286 
iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsidir. 
Açıq  Hökumət  tərəfdaşlığının  prinsiplərini  rəhbər  tutan  Milli  Fəaliyyət  Planı 
dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə 
daha  geniş  formada  çatdırılması,  qərarların  qəbulu  prosesində  vətəndaş 
cəmiyyətinin  rolunun  artırılması,  elektron  xidmətlərin  genişləndirilməsi  və 
əhaliyə  təqdim  olunan  xidmətlərin  keyfiyyətinin  artırılması  üçün  tədbirlər 
müəyyən edir.
Hər  iki  fəaliyyət  planının  layihəsi  Azərbaycan  Respublikası  Prezidentinin 
tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ha-
zırlanmışdır.  Komissiyanın  sədri  cənab  Ramiz  Mehdiyev  bildirmişdir:  “5  sen-
tyabr 2012-ci il tarixli sərəncam dövlətin bu sahədə siyasətinin davamlı xarak-
ter daşıdığını göstərir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və 
siyasi iradəsini bir daha nümayiş etdirir. Fəaliyyət planlarının qəbul edilməsi 
Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu 
islahatların  həyata  keçirilməsi  ölkədə  dövlət  qurumlarının  nüfuzunu  daha 
da  artıracaq,  dövlət-vətəndaş  münasibətlərinin  keyfiyyətcə  yeni  müstəviyə 
keçməsinə təkan verəcək və vətəndaşların dövlətə etimadını daha da artıra-
caqdır”. 
Fəaliyyət Planlarının mühüm bir cəhəti ondan ibarətdir ki, onların  hazır-
lanmasında dövlət orqanları ilə yanaşı, ictimai dinləmələrdə fəal iştirak etmiş 
vətəndaş  cəmiyyəti  institutlarının  və  beynəlxalq  təşkilatların  rəy  və  təklifləri 
nəzərə alınmışdır [9, s.9]. Eyni zamanda, Fəaliyyət Planlarının icrasına və onların 
dəyərləndirilməsi prosesinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, geniş 
maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Göründüyü  kimi,  müstəqilliyin  bərpasından  bu  günə  kimi  demokratik, 
hüquqi  dövlət  quruculuğu  istiqamətində  həyata  keçirilmiş  hüquqi  islahatlar 
nəticəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi və 
qorunması sahəsində Azərbaycanda mühüm hüquqi baza yaranmışdır. 
Azərbaycanın  yaşadığı  yeni  inkişaf  mərhələsində  insan  hüquqlarının 
müdafiəsi  sahəsində  aparılan  ardıcıl  islahatların  davam  etdirilməsi,  qarşı-
dan  gələn  illər  üçün  dövlətin  normativ-hüquqi  aktlarının  insan  hüquqlarına 
dair  beynəlxalq  standartlara  tam  uyğunluğunun  təmin  edilməsi,  beynəlxalq 
təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, 
dövlət  orqanlarının  fəaliyyətinin  insan  hüquqlarının  təminatı  baxımından 
təkmilləşdirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin in-
kişaf etdirilməsi vəzifələri prioritet istiqamətlər  kimi müəyyən edilmişdir. 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
287
İstifadə edilmiş ədəbiyyat:    
      
1.  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: “Qanun”, 2009.
2.  “Azərbaycan Respublikasında  insan  hüquq və  azadlıqlarının həyata keçirilməsinin 
tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 24 de-
kabr 2002-ci il.
3.  “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Pla-
nının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 
Bakı, 2007.
4.  “Azərbaycan Respublikasında insanların əsas hüquq və azadlıqlarının müdafiəsi. Hü-
quq ədəbiyyatı, Bakı, 2005.
5.  Əliyev Ə. İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi. Bakı,  2009.
6.  Əsgərov Z., Nəsirov E., İsmayilov M. Azərbaycan Respublikasının Konstitusiyası və 
hüququn əsasları. Bakı: “Qapp-Poliqraf”, 2005.
7.  Hüseynov  Ə.  İnsan  hüquqlarının  qorunması  əsas  prioritet  kimi.  //  “Strateji  təhlil” 
jurnalı, № 4, Bakı, 2012. 
8.  İnsan hüquq və azadlıqlarının təmini. Azərbaycan seçimi. Bakı, 2004.
9.  İnsan hüquqları üzrə Milli Fəaliyyət Planlarına dair Məlumat Kitabçası. BMT-nin İn-
san Hüquqları üzrə Ali Komissarının İdarəsi. Nyu-York-Cenevrə, 2002.
10. Головистикова А.Н., Грудцина Л.Ю. Права человека. Москва: “Эксмо”, 2008.
Najiba Mustafayeva
Improvement of legislation and protection of human rights in process  
of construction of legal state in Azerbaijan
The article deals with the concept of the state ruled by law in Azerbaijan 
Republic, improvement of the national legislation and protection of human 
rights and freedoms. The list of basic documents, related to the protection of 
human rights in Azerbaijan Republic is considered by the author.  The main 
articles of national Constitution dedicated to protection of human rights and 
freedoms, as well as the changes and amendments to the Constitution of the 
Republic of Azerbaijan are examined in the article.
 The main goals and activity directions for state bodies formulated by the 
National Action Plan on Protection of Human Rights in the Republic of Azer-
baijan are also analyzed by the author. 
 The mechanism of the protection of human rights, particularly the legal 
bases of the activity of the Commissioner for Human Rights (Ombudsman) of 
the Republic of Azerbaijan are also considered. 
The main directions of the future law reforms in the Republic of Azerbai-
jan, building of the democratic society, particularly strengthening of the state 
ruled by law, bringing national human rights legislation into accord with inter-
national standards, as well as reinforcement of the civil society and its inter-
connection with the governmental states are contemplated in the conclusion 
of the article. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə