Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə113/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   109   110   111   112   113   114   115   116   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
288 
Наджиба Мустафаева
Усовершенствование законодательства в сфере защиты 
прав человека в процессе построения правового государства 
в Азербайджане
Статья посвящена процессу построения правового государства в Азер-
байджане и усовершенствованию законодательной базы в сфере защиты 
прав и свобод человека. 
Автором рассматривается основной перечень нормативно-правовых 
актов, регулирующих сферу защиты прав и свобод человека, приводят-
ся  основные  статьи  Конституции  Азербайджанской  Республики,  посвя-
щенные  правовому  статусу  личности,  защите  ее  основных  прав  и  сво-
бод. Кроме этого, рассматриваются изменения и поправки к Конституции, 
принятые в результате референдумов, проведенных в республике в 2002 
и 2009 годах. 
Подробно  анализируются  задачи  и  основные  направления  деятель-
ности,  поставленные  Национальным  Планом  Действий  по  защите  прав 
человека перед органами государственной власти. 
В  статье  также  исследуются  механизмы  реализации  защиты  прав  и 
свобод,  в  частности,  правовые  основы  деятельности  Уполномоченного 
по Правам Человека (Омбудсмана) Азербайджанской  Республики.
В заключении содержатся основные направления проведения после-
дующих правовых реформ, а именно, укрепление правового государства, 
построение  демократического  общества,  приведение  нормативно-пра-
вовых актов по правам человека в соответствие с международными стан-
дартами, а также усиление роли гражданского общества и его взаимосвя-
зи с органами государственной власти. 
Mediasiya: 
beynəlxalq və 
milli təcrübə


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
289
Açar sözlər: münaqişə, danışıqlar, vasitəçilik, mediator  
Key words: conflict, agreement, mediation, mediator
Ключевые слова: конфликт, договоры, посредничество, медиатор
Mediasiya: 
beynəlxalq və 
milli təcrübə
Natiq 
ABDULLAYEV                                     
AMEA-nın Fəlsəfə, Sosiologiya və 
Hüquq İnstitutunun doktorantı
n.y.abdullayev@yahoo.com


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
290 
Müasir  dövrdə  demokratik  dövlət 
quruculuğunun  inkişafı  dünya  hüquq 
məkanına  inteqrasiyadan,  mütərəqqi  və 
çevik hüquqi mexanizmlərin yaradılması və 
tətbiqindən  bilavasitə  asılıdır.  Müstəqillik 
illərində  ölkəmizin  hüquq  sistemi  demok-
ratik prinsiplər əsasında tamamilə yenidən 
qurulmuşdur. Azərbaycan xalqının ümum-
milli  lideri  Heydər  Əliyevin  rəhbərliyi  ilə 
Konstitusiyanın  qəbul  edilməsi  mütərəqqi 
məhkəmə-hüquq islahatlarının əsasını qoy-
muşdur. Ardıcıl şəkildə həyata keçirilən isla-
hatlar başlıca olaraq bir məqsədə - insan və 
vətəndaşların  hüquq və azadlıqlarının eti-
barlı  qorunmasına,  ədalət  mühakiməsinin 
təmin  edilməsinə  və  təkmilləşdirilməsinə 
xidmət  edir.  Eyni  zamanda,  istər  dünya 
təcrübəsində tətbiq edilən hüquqi novasi-
yalar,  istərsə də cəmiyyətimizin dinamik inkişafı və ölkə həyatındakı mühüm 
yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələrin həyata 
keçirilməsini  tələb edir.
Azərbaycan  demokratik  və  hüquqi  dövlət  quruculuğu  yolunda  tarixi 
nailiyyətlər  əldə  etmiş,  miqyaslı  məhkəmə-hüquq  islahatlarını  həyata  keçir-
miş,  vətəndaş cəmiyyətinin tələblərinə cavab verən hüquqi təsisatları forma-
laşdırmışdır. Demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş 
cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilmişdir. Milli qanunveri-
cilik  sistemi  beynəlxalq hüquq normalarına əsaslanır. Ümummilli lider Heydər 
Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizdə qəbul edilən qanunlar, hüquq islahatları 
nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qal-
dırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə 
araşdırılmasına, hüquqi müdafiəsinə təminat almışdır”.
Prezident  İlham  Əliyevin  uğurla  davam  etdirdiyi  məhkəmə-hüquq  isla-
hatlarının  mahiyyətini  vətəndaşların  qanuni  maraq  və  mənafeyinin  ədalət 
mühakiməsi  yolu  ilə  qorunması  mexanizmlərinin  təkmilləşdirilməsi  təşkil 
edir.  Dövlət  başçısının  qeyd  etdiyi  kimi:  “Son  illər    ərzində  Azərbaycanda 
məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. Qa-
nunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm 
məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə 
azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan 
dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi isla-
hatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır və apa-
rılmalıdır” [1]. Dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq 
Ümummilli lider Heydər 
Əliyevin qeyd etdiyi kimi: 
“Ölkəmizdə qəbul edilən 
qanunlar, hüquq islahatları 
nəticəsində hər bir insan 
şəxsiyyət azadlığı və 
toxunulmazlığına, barəsində 
qaldırılmış işin müstəqil və 
qərəzsiz məhkəmə tərəfindən 
ədalətlə və açıq şəkildə 
araşdırılmasına, hüquqi 
müdafiəsinə təminat almışdır”.


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
291
dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, həm də milli qa-
nunvericiliyin təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilmişdir. Res-
publikamızda pakta sunt servanda (“müqavilələr icra olunmalıdır”) prinsipinə 
müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi vacib hesab 
edilir. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin 
bir hissəsi də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, məhkəmə siste-
minin müasirləşdirilməsinə xidmət edir.
Avropa hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən  mediasiya 
prosedurunun üzv ölkələrdə də geniş yayılması mühüm yeniliklərdən biri kimi 
məhz bu baxımdan aktuallıq kəsb edir. Müasir şəraitdə mübahisələrin səmərəli  
həlli məqsədilə üçüncü tərəfin müdaxiləsi zərurətə çevrilmişdir. Hazırda hüqu-
qi, siyasi-diplomatik vasitə kimi mediasiya münaqişələrin uğurlu həlli yolu he-
sab edilir və qabaqcıl ölkələrdə mediasiya institutunun inkişafına geniş şərait 
yaradılır. 
Mediasiya  bəşəriyyətin  təcrübəsi  ilə  ərsəyə  gələn  barışıq  strategiyasının 
və hüquqi praktikanın növlərindən biridir. Mediasiya çoxəsrlik tarixə malikdir. 
Onun kökləri qədim dövrlərə gedib çıxır. Belə deyim var ki, insan yaranan kimi, 
daha doğrusu, üç insan dünyaya gələndən mediasiya da yaranmışdır. Çünki 
insanların qrup halında birgəyaşayışı mübahisələr olmadan mümkün deyildir. 
Barışıq  qədim  dövrlərdə  də,  indiki  zamanda  da  ən  mürəkkəb,  həssaslıq, 
müdriklik  və təcrübə  tələb edən prosesdir. Buna görədir ki, hələ daş əsrindən 
başlayaraq barışdırıcı insanlar qismində ehtirama layiq, müdrik başçılar, ağsaq-
qallar, kahinlər, ruhanilər çıxış etmişlər.
 Mediasiya fəaliyyətin xüsusi növü olub, prosesdə üçüncü tərəfin  iştira-
kı  ilə    münaqişədə  olan  tərəflərin  probleminin  həllinə  imkan  verən  yolların 
tapılmasının  optimallaşmasını  ifadə  edir.  Hazırkı  dövrdə  məhkəmə  qərarları 
münaqişədə olan tərəflərin yalnız birini təmin edir. Digər tərəf isə narazı, uduz-
muş  vəziyyətdə  qalır.  Bu  da  sonrakı  uzunmüddətli  şikayət  prosesinə  səbəb 
olur.  Mediasiya  hüquqi  və  fiziki  şəxslər  arasında  kompromis  qərarların  əldə 
edilməsini təmin edə bilir. Bu da nəticədə mübahisələrin gərginlik səviyyəsini 
aşağı  salmağa,  onu  şəxsi  münaqişə  müstəvisindən  tərəflərin  maraqlarının 
müzakirə edildiyi dialoq prosesinə çevirməyə kömək edir.
Mediasiya  hüquq  ədəbiyyatında  “münaqişə  tərəfləri  arasında  danışıq-
lar  aparmaqla  onlara  qarşılıqlı  şəkildə  öz  mövqelərini  müqayisə  etməyə  və 
münaqişənin  qəbul  edilən  və  sağlam  həllini  tapmağa  kömək  edən  üçün-
cü  bitərəf  və  nüfuzlu  bir  şəxsin  vasitəçiliyi  ilə  keçirilən  rəsmi  proses  kimi” 
müəyyənləşdirilir. Həm məhkəmə, həm də danışıqlar əsasında keçirilən me-
diasiya  arbitrajdan,  barışıqdan  və  tranzaksiyadan  fərqlənir.  Belə  ki,  arbitraj 
tərəflər  arasında  üçüncü  tərəf  olan  arbitrin  qanuni  səlahiyyətlərinin  reallaş-
dırılması ilə bağlı olan hüquqi normalar əsasında keçirilir. Münaqişənin həlli 
yollarının tapılmasına yönəlmiş barışıq prosesində üçüncü tərəfin iştirakı vacib 
olmur. Tranzaksiya tərəflərin mübahisəni sona çatdırmaq məqsədilə qarşılıqlı 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə