Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə110/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   106   107   108   109   110   111   112   113   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
282 
vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədi ilə Azərbaycan 
Respublikasının Prezidenti bu sahədə mühüm fərman və sərəncamlar imzala-
mışdır. Belə ki, 21 fevral 1996-ci il tarixində “Azərbaycan Respublikası Preziden-
ti yanında hüquqi islahatlar komissiyasının yaradılması haqqında” Azərbaycan 
Respublikası  Prezidenti  Sərəncam  imzalamışdı.  Həmin  Sərəncama  əsasən, 
ölkədə geniş hüquqi islahatların həyata keçirilməsi planlaşdırılmışdı. 
22  fevral  1998-ci  il  tarixində  insan  hüquqlarının  və  azadlıqlarının  təmin 
olunması istiqamətində vacib bir Fərman imzalandı. Fərmanda insan hüquq-
larının  müdafiəsinə  dair  Dövlət  Proqramı  layihəsinin,  insan  hüquqları  üzrə 
səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin,  qaçqınların və 
məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iq-
tisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar və insan 
hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazır-
lanması, həmçinin hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ-
hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlu-
ğunun təmin edilməsi və s. bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı 
müəyyən olunmuşdur.
Azərbaycan  Respublikası  Prezidentinin  “İnsan  və  vətəndaş  hüquqları-
nın  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında”  1998-ci 
il  22  fevral  tarixli  Fərmanından  irəli  gələn  məqsəd  və  vəzifələri  nəzərə  ala-
raq, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqla-
rının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq 
məqsədi  ilə  Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  18  iyun  tarixli 
832  saylı  Sərəncamı  ilə  təsdiq  edilmiş  “İnsan  hüquqlarının  müdafiəsinə  dair 
Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Dövlət Proqramında İnsan 
hüquqları  üzrə  Azərbaycan  Respublikasının  səlahiyyətli  müvəkkili  təsisatının 
yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq 
sazişlərə  qoşulması,  bu  sahədə  elmi-tədqiqat  institutunun  yaradılması, 
normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam 
uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan 
hüquqları  sahəsində  fəaliyyət  göstərən  beynəlxalq  qurumlarla  əməkdaşlığın 
daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut 
və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlan-
ması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm 
məsələlər nəzərdə tutulmuşdur. 
Azərbaycan 220-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur ki, bunla-
rın təxminən yarısı insan hüquq və azadlıqları ilə bağlıdır [5, s.7]. Dövlət Proq-
ramında təsbit olunmuş məsələlərin həlli istiqamətində Azərbaycan beynəlxalq 
hüquq normalarının üstünlüyü prinsipini qəbul edərək, öz milli qanunvericili-
yinin təkmilləşdirilməsi sahəsində geniş islahatlar həyata keçirmişdir. İslahatlar 
nəticəsində insan hüquq və azadlıqlarının təmin olunmasını müəyyən edən və 
beynəlxalq hüquq normalarına müvafiq normativ hüquqi baza yaradılmış, yeni 
mütərəqqi hüquq müdafiə mexanizmləri təsis edilmişdir. Belə səmərəli hüquq 
müdafiə mexanizmlərindən biri də Azərbaycan Respublikasının İnsan Hüquq-


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
283
ları üzrə Müvəkkili (Ombudsman) təsisatıdır. 
28 dekabr 2001-ci il tarixində “Azərbaycan Respublikasının İnsan Hüquqları 
üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş-
dir.  Müvəkkil  təsisatının  yaradılması  və  fəaliyyət  göstərməsi  üçün  maddi  və 
hüquqi baza yaradılmışdır [4, s.101-102]. 
Azərbaycan  Respublikası  insan  hüquq  və  əsas  azadlıqlarının  həyata 
keçirilməsinin  təmini,  respublikada  məhkəmə  islahatlarının  həyata 
keçirilməsindən irəli gələn, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin 
və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan 
Respublikasının Konstitusiyasında təsbit olunması məqsədilə 2002-ci il avqus-
tun 24-də referendum keçirilmişdir. Referendum nəticəsində həyata keçirilən 
bir sıra mütərəqqi dəyişikliklərlə yanaşı ölkəmizdə davam edən məhkəmə hü-
quq islahatının nəticələri, üçpilləli məhkəmə sisteminin, xüsusilə də apelyasiya 
məhkəmələrinin hakimlərinin Parlament tərəfindən təyin olunması, Konstitusi-
ya məhkəməsinə hər kəsin şikayət verə bilməsi, məhkəmələrə müraciət etməsi 
kimi mühüm müddəalar da Konstitusuyada öz əksini tapmışdır.
Konstitusiyada ilk dəfə olaraq hər kəsin onun hüquq və azadlıqlarını po-
zan  qanunvericilik  və  icra  hakimiyyəti  orqanlarının,  bələdiyyələrin  norma-
tiv  aktlarından,  məhkəmə  aktlarından  qanunla  müəyyən  edilmiş  qaydada 
Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin  III  hissəsinin 
1-7-ci  bəndlərində  göstərilən  məsələlərin  Azərbaycan  Respublikası  Konsti-
tusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının 
Konstitusiya  Məhkəməsinə  pozulmuş  insan  hüquq  və  azadlıqlarının  bərpa 
edilməsi məqsədi ilə şikayət vermək hüququ təsbit olunmuşdur. 
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi 
istiqamətində  həyata  keçirilən  hüquqi  islahatların  və  milli  qanunvericiliyin 
beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi dava-
mı kimi  24 dekabr 2002-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublika-
sında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haq-
qında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, əsasən, Azərbaycan 
Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini “İnsan hü-
quqlarını və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya uyğunlaşdırmaq 
məqsədini daşıyır [2].
28 dekabr 2006-ci il tarixində “Azərbaycan Respublikasında insan hüquqları-
nın müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncam 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfindən  imzalanaraq, 
qüvvəyə minmişdir. Sərəncama əsasən, Azərbaycanın müasir inkişaf dövründə 
hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin 
gücləndirilməsi  dövlət  siyasətinin  əsas  istiqamətlərindən  biri  kimi  müəyyən 
edilmişdir [3, s.1]. 
Qeyd  olunmalıdır  ki,  Milli  Fəaliyyət  Planında  dövlətin  insan  hüquqlarının 
müdafiəsi  sahəsində  fəaliyyətinin  konsepsiyası  inkişaf  etdirilərək  müxtəlif 
istiqamətlər  üzrə  kompleks  tədbirlərin  həyata  keçirilməsi,  onların  icra-
sı,  əlaqələndirilməsi,  monitorinqi  və  qiymətləndirilməsi  mexanizmi,  qarşıya 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə