Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə120/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   116   117   118   119   120   121   122   123   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
309
aid tarixşünaslığının tədqiqi göstərir ki, bu dövrün yenidən, obyektiv şəkildə 
araşdırılması  aktual  olaraq  qalır.  Bu  dövrün  yenidən  tədqiqi  milli  dəyərlərin 
qorunmasına aid yeni-yeni faktların üzə çıxmasına da kömək edə bilər. 
İstifadə edilmiş ədəbiyyat:
1.  Azərbaycan  KP  MK-nın  “Azərbaycan  zəhmətkeşlərinin  qardaş  sovet  respublika-
ları  zəhmətkeşləri  ilə  beynəlmiləl  əlaqələrini  daha  da  inkişaf  etdirmək  tədbirləri 
haqqında”  (4  noyabr  1981-ci  il)  qərarı.  Актуальные  вопросы  прoпагандской, 
массово-политической работы в документах Компартии Азербайджана. Баку: 
Азернешр,1984,134 с.
2.  Azərbaycan Respublikası SPİH MDA. f.1, siy. 428, iş 30, v. 16.
3.   Azərbaycan Respublikası SPİH MDA f.1, siy. 444, iş 34, v. 11.
4.   Azərbaycan Respublikası SPİH MDA f.1, siy. 428, iş 60, v. 13, 18.
5.   Azərbaycan Respublikası SPİH MDA f.1, siy. 433, iş 46, v. 40.
6.   Azərbaycan Respublikası SPİH MDA f.1, siy. 444, iş 32, v. 2.
7.   Azərbaycan Respublikası Naxçıvan MR SPİH MDA f.1, siy.9, iş 15, v.24.
8.  Azərbaycanı kimlər idarə edib? ( may 1918 – oktyabr 2003). Bakı, 2006, 136 s.
9.  Əliyev  H.Ə.  Azərbaycan  yazıçılarının  VII  qurultayında  nitq  (12  iyun  1981-ci  il).  
“Ədəbiyyat və incəsənət” qəzeti.
10. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Bakı: Azərnəşr, 1998, 488 s.
11. Əliyev H.Ə. Azərbaycanda RSFSR ədəbiyyatı və incəsənəti günlərinin açılışında nitq 
(3 oktyabr 1972-ci il). “Kommunist” qəzeti.
12. Народная    хозяйства  Азербайджанской  ССР  за  60  лет.  Юбилейный  стат. 
сборник. Баку: Азернешр, 1980, 375 с.
13. Саядов С.А. По законам интернационализма. Москва: Мысль,1983, 269 с.
14.  Tağıyev Ə. Lenin milli siyasəti və antikommunizm. Bakı: Azərnəşr, 1988, 102 s.
15  Sovet Naxçıvanı. Bakı: Azərnəşr, 1984, 136 s.
16.  Yetkin  sosializm  şəraitində  zəhmətkeşlərin  beynəlmiləl  tərbiyəsi  məsələləri.  Bakı: 
“Elm”, 1984, 180 s.
Maharram Zulfugarli
Historiography of the struggle for the national values (1969 - 1982)
The article studies the historiography of the struggle for the protection and 
development of national culture, traditions and national language in 1969-
1982.  History of the Azerbaijan of the period from 1969 to 1982 is characte-
rized with the name of the famous politician and the statesman Haydar Ali-
yev. From 1969 to 1982 Haydar Aliyev leaded Azerbaijan SSR. Haydar Aliyev’s 
works  are  one  of  the  important  sources  for  studying  the  historical  process 
in the period from 1969 to 1982. In that period, despite of the russification 
policy of the Moscow, under the leadership of the Haydar Aliyev the national 
specialists, language and culture developed in the country. Throughout all his 
activity, Haydar Aliyev advocated the protection and development of the Azer-
baijani language, national originality, national consciousness, mentality, and 
he highly appreciated the labor of the people working in this area. 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
310 
Магеррам Зульфугарлы
Историография борьбы за национальные ценности
( 1969 –  1982 гг.)
В статье анализируется историография  1969-1982 годов в борьбе за со-
хранения и развития национальной культуры, обычаев, национального язы-
ка в Азербайджане. История Азербайджана этого периода  связана с именем 
выдающегося  государственного  и  политического  деятеля  Гейдара  Алиева. 
С 1969 по 1982 годы Гейдар Алиев руководил Азербайджанской Советской 
Социалистической Республикой. Труды Гейдара Алиева являются одним из 
важнейших  историографических  источников  для  изучения  исторических 
процессов того времени. В этот период  несмотря на политику  Москвы по 
русификации населения союзных республик, в Азербайджане при поддерж-
ке руководителя республики Гейдара Алиева развивались национальные ка-
дры, язык и культура. На протяжении всей своей деятельности Гейдар Алиев 
постоянно ратовал за сохранение и развитие азербайджанского языка, на-
родной самобытности, национального самосознания и менталитета, высоко 
оценивал труд людей, работавших в этой области. В статье  также приводятся 
выступления  руководителя республики в контексте их роли в формирова-
нии историографии исследуемого периода.
XX əsrin əvvəllərində 
Azərbaycanda 
ictimai-siyasi mühit 
siyasi hərəkat


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
311
Açar sözlər: Quzey Azərbaycan, ziyalı, maarifçilik, siyasi proseslər, inqilab, 
sosial-demokratiya, hümmətçilik, bolşevizm
Key words: Northern Azerbaijan, intellectual, educational, political processes, 
revolution, social democracy, gummatstvo, bolshevism
Ключевые слова: Северный Азербайджан, интеллигент, просвещение, 
политические  процессы,  революция,  социальная  демократия,  гума-
низм, большевизм
XX əsrin əvvəllərində 
Azərbaycanda 
ictimai-siyasi mühit 
və siyasi hərəkat
Rəfail  
ƏHMƏDLİ
fəlsəfə elmləri doktoru
axmedlirafail2009@rambler.ru


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
312 
Giriş
XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Quzey Azərbaycanda çoxsaylı 
və güclü ziyalı kadrları yetişmişdir. Bu ziyalıların əksəriyyəti daha çox maarifçilik 
sahəsində çalışmış, xalqın yazıb-oxuya bilməsinə xüsusi diqqət yetirmişlər. Bu 
səbəbdən tədqiqatçılar onlara “maarifçilər” adı vermişlər.
Azərbaycan  xalqının  maddi  və  mənəvi  inkişafı  üçün  çalışmış  bu  maa-
rifçi  ziyalılar  həm  də  xalqı  gələcək  azadlıq  uğrunda  mübarizəyə  hazırlamış-
lar.  Onlar  bütün  bu  işləri  çar  Rusiyasının  sərt  rejimi  ilə  mübarizə  şəraitində 
həyata keçirmişdilər. Bu dövrdə Azərbaycanda hələ ki müəyyən proqram və 
nizamnaməyə malik siyasi bir təşkilat yaradılmamışdı. Belə bir dövrdə Peter-
burq inqilabi hərəkatında iştirak etdikləri üçün Bakıya sürgün edilən rus sosial-
demokratları 1901-ci ildə burada ilk rus “Sosial-demokrat dərnəyi” və Tiflisdən 
Bakıya  gələn  qeyri-leqal  sosial-demokrat  təşkilatından  olan  gürcülər  də  bir 
“Sosial-demokrat təşkilatı” yaratdılar. Beləliklə, 1901-ci ildə Bakıda Rus Sosial-
Demokrat  Partiyasının Bakı Komitəsi fəaliyyət göstərməyə başladı.
Bakı  fəhlələrinin  rəğbətini  qazanan  sosial-demokratlar  bu  partiyanın 
nəzdində 1904-cü ildə türklərin sosialist yönümlü “Hümmət” adlı siyasi par-
tiyasını yaratdılar. “Hümmət” 1905-ci il rus inqilabından sonra yarımmüstəqil 
partiya  kimi  fəaliyyətə  başladı.  Bu  ilk  türk  siyasi  təşkilatının  yaradılmasında 
Məmmədəmin Rəsulzadə və Stalin əsas rol oynamışdı. Nəriman Nərimanov ilə 
Məşədi Əzizbəyov sonralar, 1905-ci ildə bu təşkilata daxil olmuşdular [1, s.73].
  “Hümmət”  təşkilatı  bir  çox  siyasi  məsələlərdə  RSDFP-nin  Bakı  Komitəsi 
ilə birgə fəaliyyət göstərmiş, bolşevik-daşnak birləşməsi tərəfindən törədilən 
qırğın və talanların dayandırılmasında müəyyən rol oynamışdı. Təşkilatın or-
qanı  olan  “Hümmət”  qəzeti  bağlandıqdan  sonra  hümmətçilər  “Təkamül”  və 
onun davamı olan “Yoldaş” qəzetlərini nəşr etmişdilər. Hümmətçilərin bir qru-
pu çar Rusiyasının tərkibindəki bütün xalqların zəhmətkeşlərini mütləqiyyətə 
və  kapitalistlərə  qarşı  mü-barizədə  birləşməyə  çağırırdısa,  Məmmədəmin 
Rəsulzadə,  Əlimərdan  bəy  Topçubaşov,  M.Hacınski  kimi  siyasi  xadimlər  mil-
li vəhdət və öz müqəddəratını təyin etmək uğrunda mübarizədə müsəlman 
xalqlarının birliyi ideyasına üstünlük verirdilər.
 “Hümmət” təşkilatının bolşeviklərə qoşulan qrupu 1917-ci il fevral burjua 
inqilabından sonra Azərbaycan Kommunist Partiyasını yaratmışdı [1, s.71-74].
Siyasi partiyaların yaranması və fəaliyyəti
1905-ci ildə Qafqazda ermənilərin türk və müsəlman əhaliyə qarşı törətdikləri 
qırğın  zamanı  Əhməd  bəy  Ağayev  (Ağaoğlu)  tərəfindən  Azərbaycanda  “Di-
fai”  adlı  partiya  yaradılmışdı.  Bu  partiya  ermənilərin  hücumunu  dəf  etmək, 
onlara  qarşı  mübarizə  aparmaq,  Azərbaycan  xalqını  erməni  qırğınından  qo-
rumaq  kimi  vacib  məsələləri  qarşısına  ilkin  məqsəd  qoymuşdu.  Məhz  bu 
təşkilatın  əzmkar  fəaliyyəti  sayəsində  ermənilərin  türklərə  qarşı  törətdikləri 
qırğınların  qarşısı  müəyyən  dərəcədə  və  müxtəlif  vasitələrlə  alındı.  “Difai” 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə