Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə125/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   121   122   123   124   125   126   127   128   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
321
4.  Seyidzadə  D.B.  Azərbaycan    burjuaziyası  və  1905-ci  il  milli  azadlıq  hərəkatı.  //                
“Tarix, fəlsəfə, hüquq” jurnalı, № 1, Bakı ,1972.
5.   “Kazan muxbiri” qəzeti, Kazan, № 155, 1906 (kazan türkcəsində).
6. Mehmedzade Mirze Bala. Azerbaycan müsaki-millisi. Ankara, Türk Dünyası araştır-
maları, 1995.
7.   Resulzade M.E. Kafkasiya Türkleri. İstanbul, 1993.
8.   Мусса Джаруллах Биги. Основы реформы. Петербург, 1915.
Rafail  Ahmadli
The socio-political situation and political movements in 
Azerbaijan in the early 20th century
The article is devoted to some peculiarities of the socio-political situation 
in Azerbaijan in the early 20th century and the current political processes in 
the mentioned period. The author analyzes the problems of ideological iden-
tification of the Azerbaijani people in this period.
The article draws attention to the work of an intelligent body to strengthen 
advocacy of nationalism and modernity in Northern Azerbaijan, adequately 
evaluates the life and work of some activists of this case with a modern view-
point and the comparative analysis.
It  is  noted  that  due  to  the  efforts  of  Azerbaijani  leaders  of  the  political 
movements of the period, important ideological direction such as Islamism, 
Turkism, modernism and Azerbaijanism became the basis of political views of 
the population of Azerbaijan.
Рафаил Ахмедли
Общественно-политическая ситуация и политические 
движения в Азербайджане в начале XX века
Статья посвящена некоторым особенностям общественно-политиче-
ской ситуации в Азербайджане в начале ХХ века и происходящим полити-
ческим процессам в этот период. В частности, автор анализирует вопросы 
идеологической идентификации азербайджанского народа в этот период. 
Автор также обращает внимание на работу интеллигенции в усилении 
просветительской  деятельности  в  Северном  Азербайджане,  оценивает 
жизнь и творчество некоторых активистов этого корпуса с современных 
позиций, проводит сравнительный анализ.
В статье отмечается, что благодаря усилиям азербайджанских лидеров 
политических движений того периода, такие важные идеологические на-
правления как исламизм, тюркизм, модернизм и “азербайджанство” ста-
ли основами политических воззрений населений Азербайджана.   
  


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
322 
Mədəniyyətlərin 
ənənə və müasirlik 
prizmasından təhlili


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
323
Açar  sözlər:  mədəniyyət,  sivilizasiya,  ənənə,  arxetip,  mentallıq,  din,  tarix, 
monoteist
Key  words:  culture,  civilization,  tradition,  archetype,  mentality,  religion, 
history, monotheist
Ключевые слова:  культура, цивилизация, традиция, ментальность, ре-
лигия, история, монотеист
Mədəniyyətlərin 
ənənə və müasirlik 
prizmasından təhlili
Ruhiyyə 
MƏMMƏDOVA 
AMEA Fəlsəfə, Sosiologiya 
və Hüquq İnstitutunun
doktorantı
r_mammadova@yahoo.com


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
324 
Yeni dövrdən etibarən sosioloji fikirdə mədəniyyətin dini və substansional 
ideyanı  əsas  götürən  fəlsəfi  mahiyyətdən  uzaqlaşdırılaraq  cəmiyyətin  zahiri 
inkişafının əsaslarının axtarışına doğru yönləndirilməsi əsas məsələyə çevrilir. 
Yəni mədəniyyətin tarixdən kənar mahiyyətinin əlindən alınması və tarixin em-
pirik fəlsəfi dərki ilə cəmiyyətin dəyişməz əsaslarının laxlaması və cəmiyyətə 
dəyişən  zaman,  onunla  birlikdə  də  dəyişən  cəmiyyət  kontekstində  yanaşma 
müşahidə olunur. Bununla birlikdə tarixin mahiyyətin dərki üçün vasitəyə deyil, 
mahiyyətin özünə çevrilməsi prosesi baş verir. Bu zaman tarix tarixdənkənarın 
dərkinə  yönəlmir,  əksinə,  tarixin  özü  ilə  kifayətlənmiş  olur.  Bəzi  filosofların 
da qeyd etdiyi kimi, beləliklə də, “təbiətin fəlsəfəsi” ilə “tarixin fəlsəfəsi” bir-
birinin tamamlayıcısı kimi çıxış etməyə başlayır [3, s.13]. Dini baxışlara əsasən 
isə təbiət İlahi qaydaların dərki üçün bir məkan kimi çıxış edirsə, tarix Allahın 
özünün dərki üçün insana verilən zamanı əks etdirir.
Mədəniyyətin  tarixdənkənar  mahiyyət  kəsb  etməsi,  sakrallığı  onun  son-
suzluğuna  və  əbədiliyinə  aparıb  çıxartdığı  kimi,  məhz  cəmiyyətin  özünə 
doğru  yönəlmə  sonda  fərdin  özü  ilə 
kifayətlənməsinə səbəb olur. Bu zaman istər 
Mütləq olanın, istərsə də fərdin, cəmiyyətin 
mütləqliyi  ideyasının  qorunub  saxlanılması 
hər  hansı  bir  toplumu  və  onun  baxışlarını 
qoruyub  saxlaya  biləcək  ənənələrin  möv-
cudluğunu  tələb  edir.  Mədəniyyətin  daşı-
yıcıları  olan  fərdin  və  toplumun  qarşılıqlı 
münasibətlərinə  gəldikdə  isə  onu  qeyd 
etməliyik ki, dini düşüncədə fərdlə cəmiyyət 
arasında 
uzlaşdırılmış 
münasibətlər 
müşahidə olunduğu halda, bu oriyentasiya-
dan  kənarlaşdıqca  düşüncələrdə  ya  toplumun,  ya  da  ki  fərdin  üstünlüyü  öz 
əlinə  alma cəhdi  müşahidə edilməyə başlayır. Misal üçün, Qoldtsierinin in-
terpretasiyasına əsasən, ərəblərdə nəsli anlayışların təsiri ilə yalnız bütöv vahid 
kimi çıxış edə bilərdi. Bu baxımdan ərəb tayfalarında etika ənənə vasitəsilə işıq-
landırılan vəzifələrə riayətdən ibarət idi [4, s.2.] Yəni əksər toplumlarda olduğu 
kimi ərəblərdə də adət və ənənələr rasional dərketməyə deyil, nəsli qaydaların 
qorunub saxlanılmasına xidmət edirdi. Ümumiyə itaətin kortəbiiliyinə islamın 
münasibəti ilə bağlı Qoldtsieri yazır: “İndi isə bu bütövdən ayrıca insan ayrıldı, 
öz şəxsi vəzifələri və məsuliyyəti ilə birlikdə fərdi mahiyyət əldə etdi” [4, s.11]. 
Bəşəriyyətin ən kiçik hissəsi olan fərd müəyyən toplumların bəsit qaydalarının 
tabeçiliyindən çıxaraq İlahi dərketmənin subyektinə çevrildi. İslam məsuliyyəti 
cəmiyyətin üzərindən götürərək fərdin üzərinə qoymaqla düşüncələrin aydın-
laşmasına, fərdin dərketmə imkanlarını genişləndirərək cəmiyyətdə iştirakına 
səbəb oldu ki, bu meyarlara əsaslanan toplumlarda da cəmiyyət fərdin olduğu 
kimi fərd də cəmiyyətin yaradıcısına çevrilir. 
Şərqdə baş verən dəyişikliklərə adekvat olaraq F.Tyonnis Qərbdə şəhəri onun 
təşkil olunduğu sosial birliklərə əsasən qruplaşdırmaqla icmaya (gemaynşaft) 
Mədəniyyətin tarixdənkənar 
mahiyyət kəsb etməsi
sakrallığı onun sonsuzluğuna 
və əbədiliyinə aparıb 
çıxartdığı kimi, məhz 
cəmiyyətin özünə doğru 
yönəlmə sonda fərdin özü ilə 
kifayətlənməsinə səbəb olur.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə