Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə126/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   122   123   124   125   126   127   128   129   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
325
və cəmiyyətin özünə (gezelşaft) əsaslanan şəhər tiplərinə ayırır [2, s.21]. Qədim 
dövrdə  formalaşan  icmaya  əsaslanan  şəhər  tipinin  legitimliyi  ənənəvi  ritual 
qaydalara əsaslanırdı ki, bu ittifaqların da ritual formalarını nəsil, hərbi ittifaq, 
siyasi tayfa ittifaqı təşkil edirdi. M.Veber qədim dövrdə mövcud olan şəhərlərin 
nəsli qaydalara əsaslanmasını vurğulayaraq yazır: “Antik polisdə də hər bir in-
san şəhərli hesab olunurdu, lakin ilk növbədə nəslin üzvü olmaqla” [2, s.35]. 
Sonrakı inkişaf prosesində - orta əsrlərdə Avropada şəhərlərin yaranması nəsli 
əlaqələrin qırılması əsasında baş verir ki, tədqiqatçı bu hadisəni xristian dininin 
birbaşa təsiri ilə əlaqələndirir. Beləliklə də, fərdin şəhər sakininə çevrilməsini 
və  bu  ittifaqda  iştirakını  artıq  nəslə,  tayfaya  məxsusluq  müəyyənləşdirmirdi. 
Bu dövrdə İlahi qanunları əsas götürən fərdin düşüncəsi özündən bəşəriyyətə 
və  nəhayət,  Allaha  -  sonsuza  qədər  idisə,  müəyyən  cəmiyyətin  qaydalarının 
aliliyini  qəbul  edən  düşüncə  isə  bütövlüyün  mahiyyətini  dərk  etmədiyindən 
yalnız özü ilə kifayətlənmək gücündədir. Maraqlı olan həm də odur ki, qay-
daları  özündən  doğan  cəmiyyət  özündən  kənara  çıxmaq  gücündə  olmadı-
ğından  məhdudluğa  yiyələnərək  tədricən 
bütövlüyünü  və  genişliyini    itirdiyi  halda, 
İlahi qanunları əsas götürən düşüncə bütün 
bəşəriyyəti  birləşdirərək,  bütövə  çevrilərək 
genişlənmək  əzmindədir.  Bu  baxımdan, 
E.Frommun  qeyd  etdiyi  kimi,  hətta  ani-
mizm  və  totemizm  kimi  bəsit  sistemləri, 
qeyri-teist, fəlsəfi və ən nəhayət, monoteist 
dini sistemləri əhatə edən özündən kənara 
yönlənmə  əqli  mühakimələrdən  fərqli  ola-
raq həyatın mənasını axtaran insana cavab 
vermək  iqtidarındadır.  E.Fromm  insanın 
əqli inkişafından daha çox onun ruhi sağlamlığının təminatçısı kimi çıxış edən 
müəyyən  oriyentasiya  sisteminin  işlənib  hazırlanmasını  zəruri  hesab  edir  [9, 
s.326]. Onun fikirləri bizdə belə bir düşüncə formalaşdırır ki, əslində əqlin inki-
şaf imkanları ilə ruhun genişlənmə imkanları heç də üst-üstə düşmür. Tarixdə 
onların tərs mütənasib hərəkət forması ilə yanaşı, adekvatlıq təşkil etməsi də 
izlənilməkdədir. Lakin bu o zaman baş verir ki, cəmiyyət özü özünə yadlaşma-
dan, həyati gücünü itirmədən axtarışda iştirak edir. E.Fromm monoteist dinlərin 
bütpərəstliyə qarşı çıxmasının səbəbini də öz həyati gücünü ona güc vermək 
imkanında olmayan predmetə doğru yönəldən cəmiyyətin sonda tükənməyə 
gətirib çıxaran yadlaşmasında axtarır [10, s.373]. Bu baxımdan o, bəşəriyyətdə 
hər zaman yadlaşmanın mövcudluğu ilə yanaşı, ona qarşı mübarizənin möv-
cudluğu fikrini də irəli sürür, Qərb mədəniyyətində insanın öz yaratdıqlarının 
əsirinə  çevrilməsini  müasir  bütpərəstliyin  doğurduğu  və  geriyədönməz  hal 
alan yadlaşma kimi dəyərləndirir. 
Hər  hansı  bir  mədəniyyətdə  düzgün  istiqamətin  itirilməsi  insanın, 
cəmiyyətin həyati gücünün yox olmasına gətirib çıxarır ki, nəticədə də yara-
dılanların  bütləşməsi  prosesi  baş  verir.  Mədəniyyəti  insan  ruhunun  hərəkəti 
Hər hansı bir mədəniyyətdə 
düzgün istiqamətin itirilməsi 
insanın, cəmiyyətin həyati 
gücünün yox olmasına 
gətirib çıxarır ki, nəticədə 
də yaradılanların bütləşməsi 
prosesi baş verir. 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
326 
kimi səciyyələndirdikdə insan ruhunda baş verən durğunluğu ya düzgün ol-
mayan oriyentasiya, ya da ki düzgün yönəlmədə yanlış hərəkət istiqamətləri 
ilə  izah  etmək  mümkündür.  Başlanğıcda  hər  hansı  bir  toplum  üçün  gərəkli 
olan qaydaların zaman keçdikcə öz daxilində hərəkətliliyi itirərək cəmiyyətin 
var olmasında əngələ çevrilməsi də bu səbəbdən irəli gəlir. Müəyyən dövrdə 
münasib düşüncənin, ictimai strukturun formalaşdırdığı həyat tərzi tarixi in-
kişaf  prosesində  dəyişikliyin  getdiyi  ana  qədər  həyati  əhəmiyyətli  olduğu 
halda,  düşüncələrin  dəyişən  tələblərə  adekvat  cavab  verə  bilməməsi  onun 
gərəksizliyi  düşüncəsinə  gətirib  çıxarır.  Mədəniyyətlərdəki  ətalətin  səbəbini 
də  düşüncənin  lazım  olan  zamanda  gerçəkliyə  hər  zaman  düzgün  reaksiya 
vermək imkanının olmamasında axtarmaq lazım gəlir. 
Bu  baxımdan,  tarixi 
inkişaf prosesində ənənəviliklə müasirlik bir-birinə zidd olan və eyni zamanda 
bütövlük  təşkil  edən  fenomenlər  kimi  təzahür  edir.  Məhz  bunların  birindən 
digərinə  keçid  etmənin  mümkünlüyü  tarazlığın  qorunub  saxlanılmasının 
təminatçısı olaraq özünü göstərir. Tarixdə keçmişə yönəlmə ənənəsi əsasən iki 
formada təzahür edir: şüuraltı və dərkolunan fəaliyyət forması kimi. Monote-
ist dinlərin düşüncələrdən bütlərə tapınmanın silinməsini gerçəkləşdirməsinə 
baxmayaraq, sonda hər bir mədəniyyətin qalıqlarının bütləşdirilməsi cəhdlərini 
keçmişəyönümlülüyün  şüuraltı  formasının  təzahürü  kimi  təhlil  etmək  müm-
kündür. Keçmişə rasional şəkildə yönəlmə isə həmin mədəniyyətin bütləşmiş 
qalıqlarını  deyil,  həyat  enerjisini  özündə  ehtiva  edən  nüvədən  qidalanmanı 
nəzərdə  tutur.  Müasir  dövrdə  keçmişə  yönəlmə  özünü  təbiətə  oriyentasiya 
olunmuş  mədəniyyətə  qarşı  duran  dini  düşüncənin,  həyat  tərzinin  yenidən 
yaşanma  cəhdində  göstərməkdədir.  Onu  da  inkar  etmək  olmaz  ki,  ənənəvi 
dinə qayıdış ilk növbədə onun düşüncənin ətalətinə gətirib çıxaran, cəmiyyətin 
mütəhərrikliyini əlindən alan bütləşmiş qalıqlardan təmizlənməsini tələb edir. 
Yəni  keçmişə yönəlmə irrasional deyil, rasional avtoritetin təsiri ilə baş verən 
hadisəyə çevrilməlidir. Ənənələrin qorunub saxlanılmasını şüuraltı hadisə kimi 
xarakterizə etməklə, biz onu obyektiv dərketmənin nəticəsi deyil, ictimai nor-
manın və maraqların əksi də hesab edə bilərik. Substansionallıq prinsipindən 
çıxış edən fəlsəfi düşüncədə ictimai strukturun qorunub saxlanılması cəhdləri 
isə  insan  təbiətinin  dəyişməzliyi  düşüncəsi  ilə  izah  olunurdu.  Antropologiya 
və psixologiya elminin insan təbiətinin dəyişkənliyi ilə bağlı gəldiyi nəticə isə 
ictimai norma və institutların səbəb kimi deyil, nəticə kimi təzahürünə şərait 
yaratmış oldu ki, bu da sonsuza qədər davranış modifikasiyalarının yaranma-
sı ehtimalına yol açmış oldu. Eyni zamanda bununla da cəmiyyətin inkişafın-
da dini dəyərlərin substansiya kimi çıxış etməsi düşüncəsi də tədricən aradan 
qalxmağa  başladı.  Belə  ki,  cəmiyyətin  əsasında  dayanmalı  olan  sabit  insan 
düşüncəsinin  dəyişkən  insanla  əvəzlənməsi  prosesi  baş  verir.  Prosesin  belə 
istiqamət alması isə cəmiyyətin daimi kataklizmalarla üzləşməsi deməkdir. Bu 
baxımdan yanaşdıqda insan düşüncəsinin, duyğularının dəyişkənliyi və azadlı-
ğı sonsuza qədər yaşam dəyişikliyi yaratmaq gücündədir ki, bu dəyişikliklərin 
fonunda  sağlam  cəmiyyətin  var  olması  sual  altında  qalmış  olur.    E.Fromm 
göstərir ki, insanda həm öz təbiətini qoruyub saxlamaq, həm də mühitə uy-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə