STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
340
Mediada miflər vasitəsilə kütləvi şüurun manipulyasiyası probleminə kon-
septual yanaşmanı Q.Şiller ortaya qoyub. O, ABŞ-da kütləvi manipulyasiya tex-
nologiyasının elementlərinə toxunaraq yazırdı ki, bu proses çərçivəsində, birin-
cisi, individualizm və şəxsi seçim, ikincisi, neytrallıq, üçüncüsü, insan təbiətinin
dəyişməzliyi, dördüncüsü, sosial münaqişələrin mövcud olmaması və beşin-
cisi, KİV-də plüralizmin olması haqqında miflərin yaradılması ilə cəmiyyətin
aktivliyinə deyil, əksinə passivliyinə nail olunur [8, s. 145]. Bu prosesdə passivlik
özünü
həm fiziki, həm də intellektual olaraq nümayiş etdirir.
Kütləvi şüurun manipulyasiyası eyni zamanda KİV-də siyasi proseslərin
işıqlandırılması texnologiyası ilə də bağlıdır. Bir çox hallarda siyasi proseslərin
mahiyyətini özündə əks etdirən siyasi polemikaların və qərarların qəbulu
əvəzinə simvolik tədbirlərin keçirilməsi ilə qarşılayırıq. Bu simvolik siyasət o
siyasi məkanlarda həyata keçirilir ki, orada hakimiyyət istər siyasi, istərsə də so-
sial həyatda köklü dəyişikliklərin baş verməsini istəmir, insanların gözləntilərini
nəzərə almır. Buna misal olaraq, Ermənisan dövlətini göstərə bilərik. Burada
psevdohadisələr və proseslər vasitəsilə cəmiyyət üçün vacib olan əhəmiyyətli
hadisələrə və tənqidi düşüncəyə gedən yol bağlanır. Bu baxımdan KİV
sahəsində çalışanlar həqiqət əvəzinə daha çox uydurulmuş hadisələri qələmə
alır, sensasiya axtarışında olurlar. Buna görə də son illər ərzində siyasi real-
lıqları nəzərə alaraq demək olar ki, audiovizual effektlər vasitəsilə auditoriya-
da rasional düşüncə əvəzinə sabit artefaktlar formalaşdıran simvolik siyasət
diqqət mərkəzinə gəlir. Nəzərə alınmalıdır ki, cəmiyyəti manipulyasiya etməyə
yönəlmiş istənilən siyasi fəaliyyətin və ya davranışın simvolik tərəfləri olur. Bir
sözlə, simvolik siyasət anlayışlar reallığa uyğun olduqda sözlər vasitəsilə yara-
dılan həqiqətdir. Bu baxımdan simvolik hakimiyyət real mövcud olan obyektləri
aşkarlamaq və gizlətmək xüsusiyyətlərinə malikdir.
Nəticə
Araşdırmanın yekunu olaraq demək olar ki, kütləvi informasiya vasitələri
və sosial şəbəkələr müasir dövrdə kütləvi şüurla manipulyasiya edilməsi və
siyasi idarəetmənin effektinin artırılması baxımından əhəmiyyətli rol oynayır.
Dövlətin daxili və xarici siyasətində milli gücün mühüm komponentlərindən
biri kimi çıxış edən KİV-lər siyasi maraqların təmin edilməsi, cəmiyyətdə siyasi
aktivliyin və ya passivliyin formalaşdırılması, sosiumun perspektiv düşüncə və
davranış formalarının yaradılması baxımından ən effektli vasitədir. Tədqiqatın
nəticəsi onu deməyə imkan verir ki, gələcəkdə də KİV-lərin kütləvi şüurun ma-
nipulyasiyasında, siyasi qərarların qəbulu prosesinin asanlaşdırılmasında, milli
maraqların qorunmasında və cəmiyyətin səfərbər edilməsində xüsusi rolu ola-
caq.
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
341
İstifadə edilmiş ədəbiyyat:
1) Канетти Э. Масса и власть. Москва: “M.Ad Marginem”, 1997.
2) Ле Бон. Психология народов и масс. Москва: “Макет”, 1995.
3) Фрейд З. Массовая психология. Москва: “Азбука”, 2008.
4) Московичи С. Психология масс. Москва: “Прогресс-Академия”, 1996.
5) Mehdiyev Ramiz. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”./ “Azərbaycan”
qəzeti, 2009.
6) Лассуэлл Г. Структура и функции коммуникации в обществе // М.М. Назаров.
Массовая коммуникация в современном мире: методология анализа и
практика исследований. Хрестоматия. Москва: “УРСС”, 2002.
7) Липпманн У. Общественная мнения. Москва: “Наука”, 2004.
8) Шиллер Г. Манипуляторы сознанием. Москва: “Мысль”, 1980.
Ramil Valibayov
Role of mass media and social networks in ruling of mass consciousness
Importance of the capability of mass media to influence and shape mass
consciousnesses were noticed long ago. The crowd tends not to have its own
opinion and is not inclined to theoretical thinking; therefore any opinion is
mainly imposed on it from outside and under pressure.
During information era the role of mass media in formation of values, ori-
entation and views has considerably increased. Media began to get more de-
eply into life of people and have dynamic and purposeful impact on mass
consciousness.
Today it is possible to speak with confidence about that who supervises
mass media, is capable to actively influence views of people, their behavior
and in general on mass consciousness in society.
Рамиль Велибеков
Роль средств массовой информации в социальных сетей
в управлении массового сознания
Способность СМИ существенно влиять на массовое сознания была
подмечена давно. Толпа не имеет собственного мнения, поскольку она не
приспособлена к теоритическому мышлению, поэтому любое мнение в
нее приходится втискивать извне и нередко под давлением.
В информационную эпоху роль СМИ в формировании ценностей и
воззрений в обществе значительно возрастает. СМИ стали все глубже
проникать в жизнь людей и оказывать динамичное и целенаправленное
воздействие на массовое сознание.
Сегодня можно с уверенностью сказать о том, что тот кто контролиру-
ют СМИ, способен активно влиять на воззрения людей, их поведение и в
целом на массовое сознание в обществе.
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
343
Açar sözlər: sosial şəbəkə, Facebook, Twitter, informasiya azadlığı, sosial
media, media təmsilçisinin
sosial şəbəkədəki rolu
Key words: Social Network, Facebook, Twitter, freedom of information,
social media, media representatives' activities in the social networks
Ключевые слова: социальная сеть, Facebook, Twitter, свобода инфор-
мации, социальные медиа ресурсы, роль представителей СМИ в соци-
альных сетях
Sosial
şəbəkələrin
ənənəvi mediadan
üstünlüyü və
media təmsilçilərinin
sosial şəbəkələrdəki
fəaliyyətinin
müsbət və
mənfi tərəfləri
Almaz
NƏSİBOVA
Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsinin dissertantı
almazmahmud@gmail.com