STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
338
KİV-lərin daxili və xarici siyasətdə rolu
KİV-lərə daxili və xarici siyasətə nəzarət aləti kimi də baxmaq olar. Media
dünya siyasətində dövlətin aparıcı mövqe tutmasını təmin edən başlıca fak-
tor kimi “dünya ağalığının üçüncü nəsil vasitəsi”nə çevrilib. Bu mənada KİV-
lərin dövlətin xarici siyasətində, beynəlxalq münasibətlər sistemində dövlətin
maraqlarının və mövqeyinin müdafiə edilməsi işində, ölkənin müsbət imicinin
formalaşdırılmasında rolu əhəmiyyətli dərəcədə böyükdür. Azərbaycanın tim-
salında söyləmək olar ki, xüsusilə də yenicə müstəqillik əldə etmiş və dünya
güclərinin geosiyasi və geoiqtisadi maraqlarının kəşişmə nöqtəsində yerləşmiş
dövlət üçün medianın rolu danılmazdır. Elə “Eurovision-2012” musiqi yarış-
ması ərəfəsində Azərbaycanın kütləvi şəkildə Qərb, erməni və İran mətbuatı
tərəfindən şantaja məruz qoyulduğu zaman ölkə mətbuatının bir hissəsinin
tutduğu mövqe nəticəsində bütün əsassız fikirlərin ictimai rəyə çevrilməsinə
imkan verilmədi. Yəni Azərbaycanın aparıcı mətbuat orqanları ölkədə kütləvi
şüurun kənar təzyiqlər altında deformasiyaya uğramasının qarşısını aldı.
KİV-lərin ölkənin daxili siyasətində də rolu böyükdür. Siyasi hakimiyyətin
daxili siyasətinin əhəmiyyətli və səmərəli olması üçün media ictimai rəyin
formalaşdırılması işi ilə məşğul olur. Akademik Ramiz Mehdiyevin sözlərilə
desək, kütləvi informasiya vasitələri ədəbi dilin yaranması və inkişafında,
xalqın maariflənməsində, mədəniyyətin, milli-mənəvi dəyərlərin təbliğində,
həmrəylik ideyalarının yayılmasında əvəzsiz rol oynayırlar. Bundan başqa,
ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət
siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin
müzakirəsi, günün nəbzinə uyğun verilişlərin hazırlanması da KİV üçün daim
prioritet istiqamətlər olublar [5, s. 3-4].
Göründüyü kimi, media orqanları dövlətin atacağı addımlarla bağlı diaq-
nostik müayinə keçirir, kütləvi şüuru veriləcək yeni qərarlara uyğunlaşdırır və
son nəticədə cəmiyyətdə düşüncə və davranış harmoniyası formalaşdırır.
Mozaik mədəniyyət və simvolik siyasət
KİV həmçinin cəmiyyətdə mozaik mədəniyyətin formalaşdırılmasında da
xüsusi rol oynayır.
Qloballaşan dünyada gündəlik mövzuların sürətlə dəyişməsi
nəticəsində insanlarda qısafraqmentli düşüncə stilləri yaranır. Bu mənada
mətbuatı daimi izləməyən insanlarda yalnız təsəvvür xarakterli fikirlər mey-
dana gəlir. Bunun yekununda da cəmiyyətdə mozaik mədəniyyət formalaşır.
Əlbəttə ki, medianın bu funksiyası da manipulyasiya üçün xüsusilə əhəmiyyətli
platforma yaradır.
Məhz KİV-lərin, eyni zamanda sosial şəbəkələrin yuxarıda qeyd olunan
keyfiyyətlərinin mövcud olması elitaya və siyasi dairələrə kütləvi şüurun mani-
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
339
pulyasiyası vasitəsilə idaəetmənin həyata
keçirilməsi və siyasi maraqların təmin olun-
ması üçün real şanslar yaradır. Bu mənada,
xüsusilə də XX əsrdə müəyyən siyasi
qərarların qəbulu və ya addımın atılma-
sı üçün əvvəlcədən düzgün formada icti-
mai rəyin formalaşdırılması istiqamətində
uzunmüddətli və dərin tədqiqatlara baş vu-
rulub. Amerikalı tədqiqatçılar manipulyasiya
prosesinin elmi əsaslarını işləyib hazırlayıblar.
Harold Lassuellin tədqiqatları manipulya-
siyanın əsaslarını təşkil edən media təsirinin,
xüsusilə də təbliğatın xüsusiyyətlərinin
öyrənilməsində əsas rol oynayıb. O deyib ki, təbliğat fəaliyyətinin əsaslarını
öyrənmədən kütləvi şüur fenomeninin tədqiqatı və onun manipulyasiyası
texnologiyasını müəyyənləşdirmək olmaz. Bu mənada H.Lassuell cəmiyyətdə
kommunikasiyanın 3 əsas funksiyasını göstərirdi:
- insan kütləvi kommunikasiya vasitəsilə dünyada baş
verən hadisələr haq-
qında daha ətraflı
məlumat əldə edə bilər;
- kütləvi media kütlələrə hadisələrə yanaşmanı
və onun təhlilini göstərir;
- KİV vasitəsilə yaşlı və gənc nəsil arasında təcrübə və mədəni irsin
mübadiləsi gedir [6, s. 133].
Görünən odur ki, təbliğat prosesi özündə kütləvi şüurun uzun müddət ha-
zırlanmasını ehtiva edir. Burada insanları tədrici olaraq bu və ya digər qərarların
qəbulu üçün hazırlamaq prosesi mərhələli şəkildə öz əksini tapır. H.Lassuellin
təbirincə desək, bunun üçün təbliğatçıların ideyanı qəbul etdirmək üçün in-
sanların şüuruna təsir edən vasitələri və strategiyası olmalıdır.
Təbliğat sahəsində nəzəriyyəçi kimi tanınan Uolter Lippmann hesab edirdi
ki, təbliğatın mövcudluğu üçün auditoriya ilə baş verən hadisələr arasındakı
səddi müəyyənləşdirmək lazımdır. Yəni ictimai rəyin formalaşdırılması üçün
mərkəzi anlayış “stereotip”dən istifadə olunur. Bu, insanlar arasında ünsiyyətin
xüsusiyyətlərini və reallığı qəbuletmə səviyyəsini müəyyənləşdirir. U.Lippmann
hesab edirdi ki, insanlar reallıqda gördüklərinə deyil, daha çox “beyinlərində
formalaşdırdıqları şəklə” reaksiya verirlər. Bu səbəbdən də kütlə böyük infor-
masiya axını içərisində idarə olunmaya ehtiyac duyur [7, s. 285].
Aparılan araşdırmaların məntiqi ondan ibarətdir ki, daxili və ya xarici sfe-
rada siyasi fəaliyyətin həyata keçirilməsindən öncə ictimai qınaqla və kütləvi
mənfi rəylə üzləşməmək üçün əvvəlcədən kütləvi şüur məqsədli şəkildə ya-
yılmış informasiyalar vasitəsilə formalaşdırılır. ABŞ-ın Əfqanıstana, İraqa və ya
NATO qüvvələrinin Liviyaya hərbi müdaxilə etməsi prosesində KİV ilə hücumu
dəstəkləyən beynəlxalq ictimai rəy formalaşdırılmışdı. Burada isə KİV vasitəsilə
miflərin yaradılmasına daha çox yer verilmişdi.
Qloballaşan dünyada gündəlik
mövzuların sürətlə dəyişməsi
nəticəsində insanlarda
qısafraqmentli düşüncə stilləri
yaranır. Bu mənada mətbuatı
daimi izləməyən insanlarda
yalnız təsəvvür xarakterli
fikirlər meydana gəlir. Bunun
yekununda da cəmiyyətdə
mozaik mədəniyyət formalaşır