Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
119
A
30 000
1
30 000
B
6 000
3
2 000
C
22 000
5
4 400
Mənbə: Применение анализа «затраты-эффективность» для выбора
препаратов из группы аналогов, А. С. Бекетов, Качественная клиническая
практика, 2002
Bir məqama aydınlıq gətirmək lazımdır. Səhiyyə sektorunda tətbiqi
təcrübəsinin populyar olmasına baxmayaraq eyni metodu təhsil xərclərinin
səmərəliliyinin qiymətləndirilməsi üçün də tətbiq etmək mümkündür.
3.Xərclərin Minimallaşdırılmasının Təhlili. Xərclərin Minimallaşdırıl-
ması Metodu Xərc-Səmərəlilik Metodunun
bir forması olaraq alternativ
qiymətləndirmə üsulu kimi istifadə edilir. Eyni səmərəliliyi xarakterizə edən
iki və daha artıq müdaxilə nəticəsində məsrəflərin minimuma endirilməsi
məqsədilə istifadə olunur. Yəni müxtəlif dəyərlərdə olan, lakin eyni nəticəni
verən iki və daha artıq variantın nəticələrinin təhlili üçün tətbiq edilir. Çox nadir
hallarda eyni kliniki nəticələri olan alternativ texnologiyalar tapmaq mümkün
olduğu üçün bu metod çox az hallarda istifadə edilir. Bir qayda olaraq aşağı-
dakı kimi qiymətləndirilir:
CMA = (DC
1
+IC
1
) – (DC
2
–IC
2
)
CMA –
xərclərin fərq göstəricisi
DC
1
və DC
2
–
1-ci və 2-ci texnologiyalarının tətbiqi nəticəsində pul ifadəsində
yaranan birbaşa xərclər
IC
1
və
IC
2
–
1-ci və 2-ci texnologiyalarının tətbiqi nəticəsində pul ifadəsində
yaranan dolayı xərclər
4.Xərc–Faydalılıq Təhlili. Xərc-Faydalılıq (Cost Utility) Metodu. Bu iki me-
todun davamı olaraq Xərc-Faydalılıq (Cost Utility) Metodunda QALY (quality
adjusted life years) – “keyfiyyətli həyat səviyyəsinin saxlanılması illəri” (KHSİ)
göstəricisindən istifadə olunur. Bu göstəricinin hesablanması daha çox sosio-
loji sorğular vasitəsilə həyata keçirilir. Tətbiq edilən metod sosiologiya elminin
metodologiyasına əsaslanır. Bu indikatorun tətbiqi zamanı öncədən müəyyən
edilmiş dəyər parametrlərinin kəmiyyət ifadəsi xüsusilə əhəmiyyət kəsb edir.
Əhəmiyyətlilik parametrləri (
U
t
) tam sağlamlıq nisbətindən (1.00) tam “huşsuz-
luq” vəziyyətinə qədər sıralanır.
Müalicənin alternativ metodları olaraq aşağıdakı formuldan istifadə edilir:
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
120
CUA – keyfiyyətli yaşanan 1
ilin dəyəri
Ut
1
və Ut
2
–
1-ci və 2-ci texnologiyalarının tətbiqi nəticəsində yararlılıq və ya
əhəmiyyətlilik.
5. Xəstəliyə Çəkilən Xərcin Təhlili [Cost Of İllness (COI)]. Bir xəstəliyin
müxtəlif mərhələlərdə maliyyələşdirilməsinə çəkilən xərc təhlil edilir. Qeyd olu-
nan göstərici bilavasitə səhiyyə sektoru üçün nəzərdə tutulmuşdur və yalnız
bir səhiyyə təşkilatı çərçivəsində qiymətləndirmə aparmaq üçün istifadə edilir.
Lakin bu metod keyfiyyəti qiymətləndirməyə imkan vermir [10, s.229].
COI = (DC + IC)
N – xəstələrin sayıdır.
Təhsilə dövlət büdcəsindən ayrılan xərclərin səmərəliliyinin qiymətləndirilməsi
məqsədilə bir sıra göstəricilərdən istifadə edilir. Cəmiyyətin, demək olar ki, bütün
təbəqələrini əhatə etməsi və ümumən hər bir ölkədə hökumətin əsas məqsədinin
keyfiyyətli təhsil xidməti təqdim etməyə hədəflənməsini nəzərə alaraq təhsilin
hər bir pilləsi üzrə fərqli səmərəlilik göstəricilərindən istifadə edilir. Məktəbəqədər
təhsildə ərazidə yaşayan uşaqların məktəbəqədər təhsillə təmin edilmə əmsalı
(nisbəti), orta təhsildə üç fənn (riyaziyyat, oxu və təbiət elmləri) üzrə toplanan bal-
lar, ali təhsildə təhsili bitirərək həmin ildə işlə təmin edilmə əmsalı əsas götürülür.
6.Məktəbəqədər təhsilə çəkilən xərclərin səmərəliliyi. Bu və ya digər ra-
yonun ərazisində çoxlu sayda məktəbəqər təhsil müəssisəsi fəaliyyət göstərir.
Hansı inzibati ərazi vahidinin daha səmərəli şəkildə büdcə vəsaitlərini istifadə
etməsini müəyyələşdirmək üçün iki əsas göstərici a) Məktəbəqədər təhsilə
çəkilən büdcə xərclərinin səmərəlilik əmsalı və b) Məktəbəqədər təhsilə çəkilən
büdcə xərclərinin səmərəlilik nisbəti istifadə edilə bilər [5, s. 57-62].
C
e
= A/B
C
e
− Məktəbəqədər təhsilə çəkilən büdcə xərclərinin səmərəlilik əmsalı,
A – uşaqların məkəbəqədər təhsillə təmin edilmə nisbəti, %-lə
B
– hər bir uşağa büdcədən
məktəbəqədər təhsil alması üçün
çəkilən xərc, mln.
manat
E
r
− Məktəbəqədər təhsilə çəkilən büdcə xərclərinin
səmərəlilik nisbəti, %-lə
C
max
– inzibati ərazi vahidləri arasında daha yüksək paya malik olam subyekt, %-lə
Daha sonra hər iki göstərici nəzərə alınmaqla daha yüksək səmərəliliyə ma-
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
121
lik rayon və ya əyaləti müəyyənləşdirmək mümkündür.
7.Riyaziyyat və təbiət fənləri üzrə orta təhsildə biliyin qiymətləndirilməsi
sistemi [Trends in Mathematics and Science Study (
TIMSS)]. Bu proqra-
mı ABŞ-ın Boston Kollecinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil
Mərkəzi reallaşdırır. Proqram orta təhsildə keyfiyyətin qiymətləndirilməsinə
yönəldilməklə yanaşı bir neçə ildən bir aparılmaqla nəticələrin dinamikasını
müqayisə etməyə imkan verir.
Əsas xüsusiyyəti orta təhsil proqramının şagirdlər tərəfindən mənimsənilməsi
dərəcəsini müəyyən etməkdir. Sistem 1995-ci ildən başlayaraq hər 4 ildən bir
tətbiq olunur. Sonuncu dəfə TIMSS 2007-ci ildə 500000-dən artıq şagird ara-
sında 1000-dən artıq dərslik üzrə qiymətləndirilmişdir.
Bir qayda olaraq 4-cü,
8-ci və sonuncu buraxılış sinifləri üzrə qiymətləndirmə aparılır [18].
Bu proqram çərçivəsində həmçinin şagirdlərin hər bir fənn üzrə “savadlılıq
dərəcəsi” müəyyən edilir:
Aşağı səviyyə. Şagirdlərin fənn üzrə baza biliklərinin olması, şəkil və rəsmləri
izah etmək qabiliyyəti
əsas götürülür.
Orta səviyyə. Şagirdlərin fənn üzrə bilikləri nümayiş etdirmək qabiliyyəti
şərtdir.
Yuxarı səviyyə. Şagirdlərin fənni dərindən mənimsəmək
qabiliyyəti, qazanı-
lan bilikləri tətbiq etməsi mühüm şərtdir.
“İrəliləmiş” səviyyə. Daha dərin biliklərə malik olmaqla çoxmərhələli
məsələləri həll etmək qabiliyyətinin aşkarlanmasıdır.
8.Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proq-
ram [Programme for International Student Assessment (
PISA)] İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatı reallaşdırır. Bu proqram TIMSS-dən fərqli ola-
raq şagirdin təhsil proqramını mənimsəməsi ilə kifayətlənməyərək daha çox
bu (riyaziyyat, təbiət və oxu) fənlərin dünyada və ümumən həyatda rolunu
və istifadə yerini müəyyən etməyə hədəflənmişdir. Bir sözlə, PISA daha çox
şagirdin mühakimə yürütmək qabiliyyətini müəyyən etməyə yönəlmişdir [19].
Əsas sual “Şagirdlərin icbari 15 illik təhsil aldığı dövrdə qazandığı biliklər on-
lara cəmiyyətdə “fəaliyyət göstərməyə” imkan verirmi?” Proqram 2000-ci ildən
başlayaraq hər 3 ildən bir tətbiq olunur. 15 yaşlı şagirdlərin testlər vasitəsilə
qiymətləndirilməsi zamanı onların “səriştəlilik dərəcəsi”nin aşağıdakı şərtləri
ödəməsi zəruridir:
Bu və ya digər fənn vasitəsilə ətrafda baş verən problemlərin həll edilməsinə
çalışmaq;
Bu fənlərin dilində həmin problemləri keçirtmək;
Bu problemləri öz “ bilik alətləri”
vaistəsilə həll etmək;
Tətbiq edilən metodları təhlil etmək;
Qoyulan problem üzrə əldə
edilən nəticələri şərh etmək;
Əldə edilən nəticələri sistemləşdirmək, qeydlər aparmaq.
9.Oxuma və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq