Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə18/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   14   15   16   17   18   19   20   21   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
46 
layış və inqilablara səbəb olan gərgin münaqişələrlə müşayiət edilmişdir. Bu 
proseslər Azərbaycanda  da bu mənada istisnalıq təşkil etməmişdir. 
Başlıcası  odur  ki,  Azərbaycan  son  əsrlərdə  modernləşmə  səylərini  yalnız 
Qərb-Avropa sivilizasiyasına daxil olmaq naminə deyil, öz dövlətçiliyini inkişaf 
etdirmək, möhkəmləndirmək, yaşatmaq və dünya birliyində öz yerini tutmaq 
yönündə davam etdirmişdir. Bu baxımdan, Azərbaycanda son bir əsrdən çox 
müddətdə  siyasi  modernləşmənin  genezisinə  və  dalgalarının  özünəməxsus 
cəhətlərinə  daha  dərindən  nəzər  salmaq  lazım  gəlir.  Bu,  həmin  dalğaların 
həm dövlətimizin, həm də politoloji elmimizin indisi və gələcəyi üçün hansı 
əhəmiyyətə malik olduğunu aşkar etmək üçün önəmlidir.
XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində baş verən köklü dəyişikliklər 
təkcə    dünyada    cərəyan  edən    siyasi  toqquşmaların  nəticəsi  deyil,  həm 
də  azərbaycanlıların  o  zamankı  nəslinin  siyasi  modernləşmə  meyillərinə 
həssaslığının təzahürü olmuşdur. XIX əsrin sonlarından başlayan “neft bumu” 
və Şərqdə ilk demokratik cümhuriyyətin yaranması ilə baş verən sənayeləşmə 
və modernləşmə prosesləri nəhəng ictimai və siyasi çevrilişlərə yol açmışdır. 
Ötən  əsrin  əvvəllərində  baş  verən  bütün  dramatik  tarixi  hadisələrə  rəğmən 
müxtəlif  imtiyazlı  təbəqələrin  və  patriarxallığın  üstünlük  təşkil  etdiyi  bir 
cəmiyyətin yerində ilk dəfə universal demokratik dəyərlərə oriyentasiya alan, 
sürətli urbanizasiyanın və sənayeləşmənin getdiyi, daha dinamik inkişafa me-
yilli cəmiyyət formalaşmışdır.
Azərbaycanda dövlətçilik və yeni müstəqillik tarixinin  yaradılması, XX əsrin 
sonları və XXI əsrin əvvəllərini əhatə edən siyasi zaman müddətində qət edilən 
böyük yolun tədqiqinə yeni metodoloji yanaşmanın tətbiq edilməsi aktual ol-
duğu qədər də yeni məqamları aşkar etməyə imkan verir. Milli politoloji elmdə 
yeni yanaşma hələlik geniş təhlil mövzusu olmasa da, Azərbaycanda milli qu-
ruculuq və inkişaf proseslərinin politoloji tədqiqi sahəsində “zaman amilinin, 
siyasi zamanın” vacibliyinin nəzərə alınmasını vurğulayan əsərlər işıq üzü gör-
müşdür [2; 3; 4; 5]. 
Qeyd  edilən  əsərlərdə  siyasi  zaman  amilinin  ölkənin  siyasi  sistemi-
nin  müasirləşməsində  əhəmiyyəti,  son  illərdə  qısa  zaman  intervalında  əsrə 
bərabər  yolun qət edilməsi, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən 
ölkələrindən  birinə  çevrilməsi,  ictimai-siyasi  həyatda  baş  verən  proseslərin 
dərin elmi-siyasi təhlili öz əksini tapmışdır. O da vurğulanmışdır ki: ““Sürət sim-
volu” ilə səciyyələnən iyirmi birinci yüzillikdə inkişafın başlıca meylinə çevrilən 
qloballaşma dalğası xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qar-
şısında zamanla ayaqlaşmaq, onun çağırışlarına uyğun siyasət yeritmək, müa-
sir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm tələblər 
qoymuşdur”.   
Azərbaycan dövlətçiliyi, onun siyasi sistemi XX əsrdə və XXI əsrin əvvəllərində 
təsəvvüredilməz  transformasiyalardan  keçmişdir.  Qeyd  edilənlər  baxımından 
Azərbaycan dövlətçilik tarixinə, konkret olaraq, siyasi sistemin modernləşməsinə 
xronopolitoloji  yanaşma    onun  daha  obyektiv  dəyərləndirilməsinə,  uğurları 
şərtləndirən amilləri üzə çıxarmağa imkan verir. Milli quruculuğun Azərbaycan 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
47
təcrübəsi  modelinin  xüsusiyyətlərinin  dərindən  izah  edilməsində,  xüsusilə 
Azərbaycanın ən yeni siyasi tarixinin, inkişaf və transformasiyaların tədqiqində 
fərqli yanaşma kimi xronopolitoloji yanaşma çox dəyərlidir. Bu yanaşma siyasi 
dəyişikliklərin zaman mərhələlərinin miqyasına, obyekti və subyektinə, trans-
formasiya formalarına  yeni baxışa əsaslanır. 
Yekunlar
Müstəqillik illərinin yekunlarının zaman və sürət aspektində təhlili göstərir ki, 
zamana həssas olan siyasi liderlərin fəhmi sayəsində dinamik  inkişaf  templəri 
milli məqsədlərə cavab vermişdir. Uğurların  həlledici səbəblərindən biri məhz 
çeviklik  və  sürət  olmuşdur.  Postsovet  məkanında  milli  quruculuğa  işğalçı 
müharibə şəraitində, ən ağır start imkanları ilə başlayan ölkə inkişafın lideri 
səviyyəsinə yüksəlmişdir. Qarşıya qoyulan hər bir məqsəd ümummilli layihə, 
dövlət proqramları kimi müəyyən edilmiş, həyata keçirilmiş, son dərəcə qısa 
müddətdə gerçəkliyə çevrilmişdir.  Beləliklə də, ən yeni tariximizə xronopolito-
loji baxış məhz bu məqamların aşkarlanmasını və düzgün qiymətləndirilməsini 
təmin edir.
Yeni yanaşmada Azərbaycan dövlətçilik tarixinin, siyasi sisteminin inkişafın-
da daha bir qanunauyğunluğun aşkarlanmasına nail ola bilərik. Belə ki, dünya 
iqtisadi və siyasi sistemində baş verən proseslərlə Azərbaycanda gedən siya-
si modernləşmə prosesinin qarşılıqlı təsirinin dərk edilməsi heç də o demək 
deyil ki, burada daxili siyasi inkişafın həlledici rolu xarici faktorlardan asılıdır. 
Azərbaycan  müstəqil  daxili  siyasət  həyata  keçirir  və  əldə  edilən  qələbələr 
onun  məhz  beynəlxalq  aləmdə  də  nüfuzunu  və  uğurlarını  təmin  edir.  Düz-
gün  xarici  siyasət  bu  proseslərə  təkan  verir.  Həmçinin  qeyd  edilən  qarşılıqlı 
əlaqələrin dərk edilməsi Azərbaycanda siyasi modernləşmənin yaxın və uzaq 
perspektivlərinə yeni  baxışla nəzər salmağa, hətta müəyyən mənada gələcək 
fazalarını və mərhələlərini proqnozlaşdırmağa imkan verir.   
Siyasi sistemin zaman müddətində forma və mahiyyətcə dəyişməsi davamlı 
prosesə çevrilmişdir. On il əvvəlki və iyirmi il sonrakı sistem arasında böyük 
fərqlər, mütərəqqi dəyişikliklər məhz bu baxımdan önəmlidir. Bu olmadığı hal-
da institusional transformasiyalar və modernləşmə haqqında danışmaq müm-
kün deyil.
Azərbaycanda  1993-2003-cü  illərdə  demokratik  istiqamətli  siyasi 
modernləşməyə keçid dövrünə və ilkin fazasının həyata keçirilməsinə qədəm 
qoyulmuş, onun bütün istiqamətlərdə təməllərinin  möhkəmləndirilməsinə nail 
olunmuşdur. 2003-2013-cü illərdə isə dinamik inkişaf və siyasi modernləşmənin 
bütün sahələrdə həyata keçirilməsi nəticəsində onun yekun fazasına keçid baş 
tutmuşdur. Bununla belə, qeyd edilən bu siyasi modernləşmə dövrlərinin, təbii 
olaraq, daha təfərrüatla araşdırılmasına ehtiyac var. Lakin bütövlükdə bu xro-
nologiya  keçilən  obyektiv  yolun  mənzərəsidir.  Onlara əsasən  demək  olar ki, 
Azərbaycan dövlətçiliyinin XX əsrdə və XXI əsrin əvvəllərində həlledici siyasi 
inkişaf mərhələlərini müəyyən etmək mümkündür.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə