Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə20/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   16   17   18   19   20   21   22   23   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
50 
düzgün  müəyyən edərək hədəfə almaq,  onları konkret milli proqram və 
layihələrlə  icra  etmək  müstəqilliyin  əldə  edildiyi  siyasi  zamandan  maksi-
mum  bəhrələnməyə imkan vermişdir.
•  Dünya  sistemində  baş  verən  dəyişikliklərlə  əlaqəli  götürüldükdə  
Azərbaycanda  da  siyasi  modernləşmə  proseslərinin  müəyyən  məntiqi  və 
struktur  ardıcıllığını,  onun  mərhələ  və  dalğalarının    ümumdünya  inkişa-
fının  mütərəqqi məzmunlu dalğaları ilə  ardıcıl olaraq səsləşən nisbətini 
müəyyən etmək, bir çox hallarda isə dövlətimizin müasir cəmiyyətə doğru 
inkişaf yolunda üzləşdiyi qəfil dönüşlərin və qeyri-müəyyən hadisələrin iza-
hını tapmaq olar.
•  Modernləşən cəmiyyətlərdə milli sosial-siyasi inkişafın dalğaları ilə ümum-
dünya inkişafının dalğaları qarşılıqlı təsirdə olur. Eyni zamanda bir daha vur-
ğulamaq lazımdır ki, aşkar edilən qarşılıqlı bağlılıq və təsirlər heç bir vəchlə 
Azərbaycanda siyasi modernləşmə proseslərinin daxili amilləri və potensia-
lının həlledici əhəmiyyətə malik olmasını zərrə qədər də olsa nəinki  azalt-
mır, əksinə onların taleyüklü statusunu daha da çoxaldır. 
•  Azərbaycan dövlətçiliyinin qurulmasında “siyasi lider - zaman münasibətləri” 
birmənalı  həlledici  əhəmiyyətə  malik  olmuşdur.  Dünya  iqtisadi  və  siyasi 
sistemində  baş  verən  proseslər,  yaşanılan  siyasi  zaman  müstəsna  olma-
dan bütün cəmiyyətlərə təsir edir. Adı çəkilən məşhur ingilis alimi Arnold 
Toynbinin dediyi kimi, siyasi zaman öz “çağırışlarını” irəli sürür. Lakin həmin 
çağırışlara  “cavablar”  da  müstəsna  olaraq  daxili  faktorlardan  asılı  olaraq 
müəyyən edilir.
•  A.Toynbi formulu Azərbaycana tətbiq edildikdə məlum olur ki, daxili faktor 
ilk növbədə siyasi lider və onun formalaşdırdığı siyasi elita faktoru olmuş-
dur. Dövlətçilik tarixində “siyasi lider - zaman münasibətləri”ndən ölkədə  
modernləşmənin sonrakı taleyi bilavasitə asılı olmuşdur. Ümummilli lider 
Heydər Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyası islahatlar dalğası-
na təkan verməklə müstəqilliyin təməlini qurdu. Azərbaycan öz dövlətçilik 
tarixində  ilk  dəfə  dönməz  və  əbədi  müstəqilliyinin  əsaslarını  yaratdı  və 
möhkəmləndirdi, cəmiyyət köklü surətdə dəyişən yeni reallığa tədricən uy-
ğunlaşdı və modernləşmə istiqamətində  ardıcıl olaraq  irəliləməyə başladı.
•  2003-cü  ildən  etibarən  həyata  keçirilən  modernləşmə  proseslərini 
səciyyələndirən  başlıca  xüsusiyyəti  və  simvolu  ayırd  etmək  istəsək,  bu, 
sürət və zaman faktorudur. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin 
rəhbərliyi  ilə  Azərbaycan  dövlətçiliyi  inkişafının  yeni  mərhələsinə  və 
modernləşmənin yeni fazasına daxil olmuşdur.  
•   Qeyd edilən zaman intervalında Azərbaycanda modernləşmə proseslərinin 
uğurunu  həm  də  belə  bir  amil  təşkil  etmişdir  ki,  onun  hər  bir  dalğası 
çərçivəsində heç bir ölkədə həyata keçirilməsi mümkün olmayan miqyaslı 
məsələlər həllini tapmış, tarixi fürsətdən maksimum istifadə edilmiş, zama-
nın Azərbaycanın xeyrinə işləməsi təmin edilmişdir.
•  Əgər siyasi modernləşmə proseslərində zaman aspektinin həlledici xarakterə 
malik  olması  tezisini  Azərbaycan  təcrübəsinə  tətbiq  etsək,  onda  tam 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
51
əsasla deyə bilərik ki, 2013-cü ildən başlayaraq Azərbaycanda müstəqillik 
dövründən başlayan proseslər modernləşmənin son fazasına və eyni za-
manda, postmodern - inkişaf etmiş ölkələr səviyyəsinə keçid mərhələsini 
əks etdirir. Bu mərhələ yeni modernləşmə tsiklinin - ən vacib fazasının baş-
lanğıcıdır. Daha dəqiq desək,  inkişaf etmiş ölkələrə çatmaq  məqsədinə 
xidmət edən siyasi islahatların start nöqtəsidir. Bu fazanın davamı isə xal-
qımızın dövlət başçısına etimadı və cəmiyyətin islahatlara hərtərəfli dəstəyi 
ilə təkamülün yeni vektorunu müəyyən edir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə müəyyən etdiyi müasirləşmə 
siyasətinin  bundan  sonra  da  əsas  xətt  kimi  yaşadılması  əvvəlki  dövrdə  əldə 
edilmiş  bütün nailiyyətlərin dəfələrlə artacağını sübut edir. Bu isə Azərbaycanın 
müasir və qüdrəli dövlətə çevrilməsinin qarantı və müqəddəm şərtlərindəndir.
Yeni  baxış  son  onilliklərdə  baş  verən,  milli  quruculuq  proseslərində  əldə 
edilən  və  dünyada  etiraf  olunan  böyük  uğurların  əsasında  məhz  siyasi 
liderlərin dövlətçiliyin daha güclü gələcəyini təmin etmək əzmini, ümummilli 
lider Heydər Əliyevin “zamanı önləyən” siyasi kursunun inkişaf strategiyası kimi 
müəyyən edilməsini,  dövlət başçısı İlham Əliyev tərəfindən  onun bu gün də 
davam etdirilməsini aşkara çıxarır. 
Bu gün qloballaşan dünyada siyasi zaman Azərbaycanda  milli maraqların 
təmin olunmasına,  demokratik istiqamətli modernləşmənin, güclü dövlət qu-
ruculuğuna aparan inkişafın xeyrinə işləyir.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
52 
İstifadə edilmiş ədəbiyyat:
1.  Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat:  çıxışlar, nitqlər, bəyanatlar, 
məktublar, müsahibələr. 1993-2013. http://heydaraliyev.preslib.az/musteq.html     
2.  Mehdiyev R. Azərbaycan - 2003-2008: reallığa çevrilən qeyri-adi zaman (zaman və 
sürətə qısa fəlsəfi baxış). Bakı, 2008. 
3.  Mehdiyev R. Gələcəyin strategiyasını müəyyənləşdirərkən: Modernləşmə xətti. Bakı, 
2008.
4.  Mehdiyev R. Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik 
və innovasiyalılıq. Bakı, 2009.
5.  Мехдиев Р. Десять лет, изменившие Азербайджан (2003-2013). Москва, 2013.    
6.  Dark K.R. The Waves of Time: Long-Term Change in the International Politics. N.Y., 
1998.  
7.  Mansbach R.W., Vasques J.A. In Search of Theory: New Paradigm for Global Politics. 
N.Y., 1981. 
8.  Modelski G. From Leadership to Organization: The Evolution of Global Politics // Jo-
urnal of World Systems Research. 1995, Vol.1,  №7.
9.  Modelski G. Time, Calendars and International Relations: Evolution of Global Politics 
in the 21st Century. Paper presented at the 37th annual convention of the Internatio-
nal Studies Association in San Diego, April 16-20, 1996. 
10. Osborne P. The Politics of Time // Radical Philosophy. 1994, № 68.
11. Virilio Paul.  Strategy of Deception. London: Verso, 2000.  
12. Virilio Paul. From Modernism to Hypermodernism and Beyond. London: Sage, 2000.
13. Virilio Paul. Speed and Politics: An Essay on Dromology. New York: Semiotext(e), 1977.
14. Virilio Paul. The Information Bomb. London: Verso, 2000.
15. Virilio Paul. Desert Screen: War at the Speed of Light. London: Continuum, 2002.
16. Wallerstein I. SpaceTime as the Basis of Knowledge. Keynote address at Convergen-
cia/World  Congress  of  Convergence,  Cartagena,  Colombia,  May  31-June  5,  1997.    
http://binghamton.edu
Elnur Aslanov
Сhronopolitical approach to processes of political 
modernization as a new analytical method
In the article the author analyzes the new chronopolitical approach of con-
temporary theoretical politology in relation to the processes of political mo-
dernization. The importance of the application in national political science is 
highlighted in this article. For the first time author attempts to view the politi-
cal reality of Azerbaijan through the prism of a new scientific direction.
Genesis and extensive development of a new method in the past decade 
is also discussed. The importance of the investigation of the political system 
from chronopolitical perspective is explained, where the main printsiple is the 
time factor. The generalized understanding of the essence of  chronopolitical 
knowledge, as well as methodological and strategic principles of new method 
are offered by the author in this article .
In this paper, a new scientific approach  applies not only in theoretical but 
also practical aspect to the processes in Azerbaijan via the factor of political 
time.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə