Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
95
insani rəftardan sonra onlarla insan ruhi xəstə vəziyyətində azad edilib.
Xocalı faciəsi zamanı girov götürülüb sonradan azad edilmiş, mənəvi
sarsıntılar içində yaşayan 40 qadın tez bir vaxtda vəfat etmişdir.
14 dekabr 1974-cü ildə qəbul olunmuş “Hərbi münaqişələr və
fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqqında”
Bəyənnamənin müddəalarına qarşı çıxan erməni cəlladları hazırda
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Məşəl”
düşərgəsində məskunlaşmış, ailəliklə girov götürülmüş azyaşlı Abı-
şov Məhəmməd Kamal oğlunun (1986) gözləri qarşısında anasını
işgəncələrlə öldürdükləri üçün o, ruhi xəstəliyə düçar olmuşdur. Atası
isə girovluqdan azad ediləndən az sonra vəfat etmişdir.
Ermənilər öz uşaqlarında əbədi olaraq “türk xofu” yaratmaq
məqsədilə onları yuxarıda adı çəkilən Konvensiyanın III bölməsinin
II hissəsinin II fəslinin 27-ci maddəsinə [5, s.89] və III bölməsinin II
hissəsinin III fəslinin 29-cu maddəsinə [5, s.90] zidd olaraq aylarla gi-
giyena və ictimai sağlamlıqlarını təmin etməyən, üzləri qırxılmayan və
antisanitariya vəziyyətində saxladıqlarından qorxunc görkəm almış, cır-
cındır geyimdə olan Xocalıdan olan əsirlərin saxlanıldıqları həbsxanalara
gətirərək onlarla sanki zooparkda saxlanılan əcaib məxluqlar kimi davra-
nıblar. Qəzetləri yandıraraq məşəllər düzəldib, azyaşlı uşaqların əllərinə
verərək əsirlərin qırxılmamış saç-saqqalını yandırmaqla, “türkə əzab
verməklə” övladlarını əyləndiriblər. Ağrı-acıdan başlarını geri çəkən
əsirləri uşaqlarının gözləri qarşısında huşlarını itirənə qədər döyüblər.
Xocalı sakini, əsirlikdən azad edilmiş Hüseynov Kamil Dadaş oğlu özünə
və kamera yoldaşlarına qarşı dəfələrlə törədilmiş bu vəhşiliyi təsdiqləyə
bilər. Ermənilər Kamili əsir götürən zaman onun gözləri qarşısında 5
yaşlı qızı Maralı vəhşicəsinə qətlə yetiriblər. Əsirlik dövründə Kamilə
qarşı amansız olan erməni quldurları onun əl və ayaq barmaqlarının
dırnaqlarını kəlbətinlə qoparıb, qızıl dişlərini çəngəllə çıxarıblar.
Ermənilər girov götürdükləri yerli sakinlərlə yanaşı 1989-cu ildə tarixi
vətənləri olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) qovulmuş
soydaşlarımıza və 1944-cü il noyabr ayının 14-də Stalin rejimi tərəfindən
dədə-baba torpaqları olan Ahıskadan (indiki Gürcüstandan) Orta Asiya-
ya sürgün edilmiş, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrindən can-
larını qurtararaq Azərbaycana pənah gətirmiş, Xocalıda yerləşdirilmiş
Ahıska türklərinə qarşı da cinayətlər törədiblər.
Müharibə zamanı mülki əhalinin qorunması haqqında 12 avqust 1949-
cu il tarixli Cenevrə Konvensiyasının I bölməsinin 3-cü maddəsindən
irəli gələn müddəaları kobud şəkildə pozan ermənilər [5, s.3] hazırda
Bakı şəhəri, Sabunçu rayonu, Mehdiabad qəsəbəsində, Yenikənd ya-
şayış massivində yaşayan 1989-cu ildə Qərbi Azərbaycandan (indiki
Ermənistandan) deportasiya olunandan sonra Xocalıda məskunlaşmış,
ailəliklə girov götürülmüş, sonradan azad edilmiş şəxslərlə qəddarcasına
rəftar ediblər.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
96
Ermənilər müharibə zamanı mülki əhalinin qorunması haqqında 12
avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının II bölməsinin 13-cü
maddəsini də kobudcasına pozublar [5, s.173]. Xocalı faciəsi zamanı
10 nəfərlik ailəsi ilə birlikdə girov götürülən, 1941-ci ildə Gürcüstan
Respublikasının Adıgün rayonunun Xevaşen kəndində anadan olmuş,
milliyyətcə Ahıska türkü olan Gülalı Binali oğlu Binaliyevə Ermənistanın
sabiq prezidenti Robert Köçəryan özü şəxsən dəhşətli işgəncələr vermiş-
dir. Soyuq fevral ayında, istismar vaxtı bitmiş köhnə avtobazada, şüşələri
olmayan köhnə avtobuslarda, yarıçılpaq, ayaqyalın saxlanılan girovlara
Robert Köçəryanın başçılığı ilə işgəncələr verilib. Köçəryan Azərbaycan
dilində Binaliyevə “türk, sən burada nə gəzirsən?” deyə istehza edib. Ona
ailəsi ilə birlikdə Azərbaycan vətəndaşlığından imtina edib Ermənistan
vətəndaşlığını qəbul etməyi, İrəvana köçməyi təklif edib. Lakin Gülalı
Binaliyev ona türk və müsəlman olduğunu, Azərbaycanın onun ikinci
Vətəni olduğunu, ən ağır günlərində Azərbaycan xalqının onlara qucaq
açdığını xatırladıb. Bundan əsəbiləşən Köçəryan Binaliyevi təpiklə və
əlindəki armatur parçası ilə huşunu itirənə qədər döyüb. Səhər ayılanda
özünü ona verilən işgəncələr nəticəsində qulağından və ağzından axan
qandan əmələ gəlmiş soyuq və laxtalanmış qan gölməçəsində üzü-üstə
görüb. Sonradan Gülalı Binaliyev ailə üzvü ilə birlikdə azad edilib. Ha-
zırda o, Azərbaycan Respublikasının Şabran rayonunun Udulu kəndində
yaşayır, təqaüdçüdür. İxtisasca kimya-biologiya müəllimi olan Binaliyev
uzun müddət Udulu kənd məktəbinin direktoru vəzifəsində çalışıb. La-
kin 2 oğlu – Binaliyev Alişer (1967) və Binaliyev Cabbar (1969), yaxın qo-
humu, gəlininin qardaşı Bədişov Ali Rais oğlu (1968) və həmkəndliləri
İlyasov Əhməd Məhəmməd oğlu (1968), Həmdiyev Osman Həmdi oğlu
(1954) və Fəzliyev Qədim Fəzli oğlu (1954) bu günə kimi də əsirlikdən
qaytarılmayıblar. Ermənilər əsir götürdükləri 6 nəfər gənc, sağlam Ahıs-
ka türkünü bu günə kimi qaytarmayıblar. Girovluqdan azad edilmiş Xo-
calı sakini Abbasov Mərkəz Salman oğlu Dəhraz kəndində ermənilərin
6 nəfər gənc Ahıska türkünə ağır işgəncələr verdiklərinin şahidi olub
[6, s.89, 90, 91, 250, 253]. “Beynəlxalq Aministiya” Təşkilatının Avropa
üzrə təhqiqatlar şöbəsinin müdiri Ann Burlin və İnsan Hüquqlarının
Müdafiəsi Uğrunda “Helsinki Uotç” Təşkilatının nümayəndələri 1992-ci
ilin aprel ayında Xankəndidə, polis idarəsində ermənilərlə görüş zamanı
Xocalıdan əsir götürülmüş 6 nəfər ahıskalının da adı olan azərbaycanlı
əsir və girovlara aid sənədlə tanış olublar [6]. Qarşı tərəf faktları inkar
etdiyi üçün, çox təəssüf ki, bu günə kimi onların heç birini qaytarmaq
mümkün olmayıb. İşgəncələrə məruz qaldıqdan sonra erməni girov-
luğundan azad edilmiş Xocalı sakini sayılan ahıskalılar bu gün Şabran
rayonunda, onlar üçün salınmış Udulu kəndində məskunlaşıblar.
Beləliklə, Xocalı faciəsi zamanı ümumilikdə 15 nəfər Ahıska türkü itkin
düşüb. Onlardan 13 nəfəri kişi, 1 nəfəri qadın, 1 nəfəri azyaşlı oğlandır. 6
nəfər kişi, şahid ifadələrinə əsasən, əsir götürülüb və bu günə kimi qayta-
Dostları ilə paylaş: |