Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə30/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
76 
B.Şahtaxtinskinin Sovet Azərbaycanının vəziyyəti haqqında göndərdiyi ma-
teriallarla tanışlıqdan sonra G.V.Çiçerin elə həmin gün RK(b)P MK Siyasi Büro-
suna məktubla müraciət etmiş, təcili tədbirlər görmək və bu məsələni dərindən 
öyrənmək üçün xüsusi komissiya yaratmağı təklif etmişdi [9,s.269].
1921-ci il martın 1-də B.Şahtaxtinski erməni məsələsi ilə əlaqədar növbəti 
məktubunu  RK(b)P  MK  katibi  N.N.Krestinskiyə  göndərmişdi.  Məktuba 
ermənilərlə mübahisə obyekti olan ərazilər haqqında arayış da əlavə edilmiş-
di. B.Şahtaxtinski qeyd edirdi ki, “Yelizavetpol quberniyasının Qazax qəzasının 
aran hissəsində azərbaycanlılar, dağlıq hissəsində isə ermənilər məskunlaşıb. 
Bu qəza Ermənistanın iddia obyektidir. Qarabağ geniş dağlıq vilayətidir, onun 
aran hissəsində müsəlmanlar, dağ ətəklərində ermənilər yaşayır, yuxarı dağlıq 
vilayətlər  isə  otlaqlardır,  yayda  müsəlmanlar  buraya  sürülərini  gətirirlər.  Qa-
rabağın erməni əhalisinin sayı 170 min,  müsəlmanların sayı isə 415 mindir. 
Naxçıvan və Şərur qəzalarında Azərbaycan türkləri yaşayır. Qaçqınlar məsələsi 
ən  kəskin  ixtilafa  səbəb  olub.  Zəngəzur  qəzası  hal-hazırda  Ermənistan  Res-
publikasının hakimiyyəti altındadır. Burada müsəlmanların sayı 123.095 nəfər, 
ermənilərin sayı isə 99.257 nəfərdir. Yüzminlərlə qaçqın Zaqafqaziyanın müxtəlif 
yerlərində dolaşır” [3, f, 276, siy. 2, iş 161, vərəq 8-9].
Bu məktub onu göstərir ki, B.Şahtaxtinski Azərbaycanın ərazi bütövlüyü-
nün təmin edilməsi, azərbaycanlıların kompakt yaşadığı yerlərdə təhlükəsizlik 
və  əmin-amanlığın  bərqərar  olunmasını  tələb  etməklə,  əzəli  torpaqlarımızın 
özünəməxsusluğunu faktlarla sübut etməyə çalışmışdır.
Bu faktlar təsdiq edir ki, vətənpərvərliklə bolşevizm arasında orta məxrəci 
tapmağa  çalışan  Behbud  Şahtaxtinskinin  Azərbaycanın  doğma  torpaqlarının 
millətimizə məxsus olmasında xidmətləri əvəzsizdir. Bütün bunlar isə Naxçıva-
nın taleyi və “erməni məsələsi” ilə bağlı olan tarixi əhəmiyyətə malik Moskva 
(mart 1921) və Qars (okyabr 1921) müqavilələrində öz əksini tapmaqla Behbud 
Şahtaxtinski kimi diplomatın önəmli fəaliyyətini bir daha göstərir.
Ulu  öndərimiz  Heydər  Əliyev  demişdir:  “Bəli,  o  vaxt  o  insanlar  çox  mil-
li qürurlu insanlar olublar. İndi bəziləri onların hamısının kommunist, bolşe-
vik  kimi,  necə  deyərlər,  üzərindən  qara  xətt  çəkirlər.  Bu,  ədalətsizlikdir.  Mən 
buna həmişə etiraz etmişəm, bu gün də etiraz edirəm. Hansı partiyaya, han-
sı  siyasi  qüvvəyə  mənsubluğundan  asılı  olmayaraq  kim  Azərbaycanın  mil-
li  mənafelərinin  keşiyində  durubsa,  ona  xidmət  göstəribsə,  o  insanlar  bizim 
tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdır-
lar... Qars müqaviləsinin altında Azərbaycanın xarici işlər naziri Behbud Şahtax-
tinskinin imzası vardır ” [10].
Nəticə
Behbud  Şahtaxtinski  XX  əsrin  I  rübündə  Azərbaycanda  geniş  siyasi  və 
dövlətçilik fəaliyyəti ilə tanınmış və cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş 
diplomat olmuşdur. O, dövrünün mətbuat orqanlarında yazdığı məqalələri və 
Sovet Rusiyası rəhbərliyinə göndərdiyi faktlarla dolu məktubları ilə ermənilərin 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
77
məkrli  siyasətini  ifşa  etmiş  və  Azərbaycan  torpaqlarının  müdafiə  olunma-
sında  mühüm  xidmətlər  göstərmişdir.  XX  əsrin  20-ci  illərində  ermənilərin 
Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə qarşı mübarizədə 
rolu onun nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha sübut edir. Məhz 
bu xidmətlərinə görə Behbud Şahtaxtinski Azərbaycan xalqının milli dövlətçilik 
tarixində öz layiqli yerini tutmalıdır.
İstifadə edilmiş ədəbiyyat:
1.  Azərbaycanda  sovet  hakimiyyəti  uğrunda  mərd  mübarizələr.  Bakı:  Azərbaycan  Dövlət 
Nəşriyyatı, 1958, -157s.
2.  Behbud Şahtaxtinskinin ölümü ilə əlaqədar məlumat.// “Зара Востока” qəzeti (rus dilində). 
Tiflis, 31 may 1924-cü il
3.  Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi /ARSPİHDA/. 
4.  Шахтахтинский Бейбуд. Отклики жизни. // Газета “Азербайджан”, № 23, Баку, 31 (18) 
октября 1918.
5.  Шахтахтинский Бейбуд. Советская политика на Востоке.// Газета “Коммунист”, № 83,  
Баку, 11 апреля 1921.
6.  Шахтахтинский  Бейбуд.  О  революционном  движении  на  Востоке.  //  Газета 
“Коммунист”, № 90, Баку, 20 апреля 1921.
7.  Məmmədov İ.M., Məmmədov Ç.İ Siyasi tarix. I hissə. Bakı: BDU-nun nəşriyyatı, 1995, -184s. 
8.  Архив при Президенте Российской Федерации. 
9.  Искендеров М.С. “Из истории борьбы Коммунистическая партия Азербайджана за 
победу Советской власти в Азербайджане”. Баку: Азернешр, 1958.
10. Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  Naxçıvan  Muxtar  Respublikasının  75  illik  yubi-
leyi üzrə dövlət komissiyasının iclasında yekun nitqi // “Azərbaycan” qəzeti, № 32, Bakı,  
11 fevral 1999-cu il.
Fuzuli Ibrahimzade
Beybud Shakhtakhtinsky and the “armenian issue”
Beybud  Shakhtakhtinsky  gained  popularity  in  the  first  quarter  of  the 
twentieth  century  due  to  his  political  and  social  activities.  He  was  a  skilled 
diplomat, having a great reputation in the local community.
Beybud  Shakhtakhtinski  was  submitting  his  articles  to  media  outlets,  as 
well as sending letters to the  leadership of the Soviet Russia to reveal the 
insidious practices of Armenians, thus making an invaluable contribution to 
the protection of ancestral lands of Azerbaijan.
Beybud  Shakhtakhtinski’s  fight  against  the  Armenian  territorial  claims 
against Azerbaijan in the beginning of the twentieth century was a direct proof 
of his political vision.
It  is  because  of  the  impeccable  work  and  merits  before  his  homeland, 
Beybud Shakhtakhtinski took a well-deserved place in the national history of 
the state of Azerbaijan.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə