Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə33/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
84 
59.]. Beləliklə, rəsmi məlumatlar göstərir ki, bütün imperiya ərazisində 1.250.000 
nəfər erməni yaşayırdı. Deməli, ermənilərin iddia elədiyi əhalinin yalnız üçdə biri 
döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Belə olan halda Osmanlı ərazisində 
1 milyondan çox erməninin kütləvi şəkildə qırılması iddiası sadəcə gülüş doğu-
rur. Qeyd etdiyimiz bu fikirlər erməni nümayəndə heyətinin rəhbəri Boqos Nübar 
paşanın 1918-ci ildə Fransa Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Mo-
iser Goutaya göndərdiyi məktubunda daha aydın görünür. Nübar paşaya görə, 
sürgün  edilənlərin  ümumi  sayı  600-700  min  nəfər  idi  [10,  79].  Osmanlı  arxiv 
sənədləri isə təhcir edilən ermənilərin sayını 478.758 nəfər olduğunu göstərir [7, 
BOA, DH. KMS., D. 2, G. 58, lef.59]. Burada Nuru paşanın aşağıdakı sözləri yerinə 
düşür:  “Erməninin  nə  vaxt  və  necə,  harada  ölməsindən  asılı  olmayaraq  başını 
məzardan qaldırır və qışqırır: mən kütləvi qırğın zamanı öldürülmüşəm” [8, 57]. 
Yuxarıda göstərilən faktlar bir daha onu əminliklə deməyə əsas verir ki, Osmanlı 
hökumətinin məlum qərarı ilə heç bir fiziki məhvolma – soyqırımdan söhbət get-
mirdi, rəsmi sənədlərdə isə erməni ideoloqlarının bütün dünyanı inandırmağa 
çalışdığı “ermənilərin kütləvi şəkildə öldürülməsi” deyil, “silahlı üsyan edənlərin, 
düşmənlə əməkdaşlığa girərək casusluq edənlərin köçürülməsi” əksini tapmışdır.
1915-ci il 1 may tarixində Osmanlı hökumətinin Daxili İşlər Nazirliyindən 
Başbakanlığa göndərilmiş məlumatdan aydın olur ki, müharibənin davam etdi-
yi bir vaxtda mülki müsəlman əhalisinə qarşı kütləvi qətllərin və terror aktlarının 
sayı durmadan artırdı. Qiyamçı dəstələrin böyük əksəriyyəti ermənilərdən təşkil 
edilmişdi. Qiyamçı erməni dəstələrinin Van, Bitlis, Ərzurum, Adana, Sis, Mərsin, 
İskəndərun və Antakyadan ölkənin cənub vilayətlərinə köçürülməsi xahiş olu-
nurdu  [16,  s.37].  1915-ci  il  30  may  tarixli  məlumatda  köçürülən  ermənilərin 
məskunlaşdırılması, onların iaşə və tibbi məsələlərinin həlli tələb edilirdi [16, 
s.85]. Osmanlı hökumətinin 1 iyun 1915-ci il tarixli digər bir məlumatından isə 
orduya  zərər  verilməsinin  qarşısının  alınması  üçün  “erməni  əsgərlərinin  dö-
yüş birləşmələrindən çıxarılaraq təchizat birləşmələrinə göndərilməsi və cəbhə 
bölgəsində məskunlaşmış ermənilərin İraqa köçürülməsi” [16, s.91] aydın olur. 
Deməli, Osmanlı hökumətinin 1915-ci il 24 aprel tarixli “Təhcir qanunu”nda 
əksini tapmış təhlükəli hesab olunan qiyamçı dəstələr, dövlətə xəyanət edənlər 
müddəası daha çox ermənilər arasında müşahidə edilirdi.
Başbakanlık Osmanlı Arxivinin sənədləri təhcir zamanı ölənlərin sayı barədə 
də  məlumat  verir.  Belə  ki,  təhcir  əsnasında  köçürülən  478.758  ermənidən 
382.148  nəfəri  köçürülən  bölgələrə  gəlib  çatmışdır.  Müharibə  şəraitinin 
çətinlikləri, ağır yol həyatı, xəstəliklər və bu kimi səbəblərdən ölən ermənilərin 
sayı isə 200 min nəfərə yaxın idi [7, BOA, DH. KMS., D. 2, G. 58, lef.59].
Bütün bu gerçəkliklərin işığında təhcir əsnasında ölən ermənilərin sayının 
1.200.000-dək şişirdildiyi, bunun elmi əsaslara söykənmədiyi və sadəcə təbliğat 
xarakteri daşıdığı bir daha aydın olur.
3.  Qərbin və Rusiyanın bətnində doğulub böyüyən qondarma 
“erməni soyqırımı”nın siyasi motivləri
Qərbin və Rusiyanın qondarma “erməni soyqırımı”nı yuxarıda sadaladığımız tari-
xi həqiqətlər çərçivəsindən çıxararaq siyasiləşdirmələrinə dair planlarına nəzər salaq.


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
85
Qeyd  olunduğu  kimi,  qondarma  “erməni  soyqırımı”  məsələsinin  hara-
da  və  necə  müzakirə  edilməsindən  asılı  olmayaraq,  ümumilikdə  bu  həm 
Türkiyəyə,  həm  də  Azərbaycana  qarşı  yönəldilmiş  bir  mövzudur.  Bu  iddialar 
həqiqətdən uzaq olmaqla yanaşı, erməni lobbisinin, Ermənistan dövlətinin və 
onlara havadarlıq edən bəzi imperialist güclərin siyasi ambisiyalarına xidmət 
edir.  Siyasətçilərin  tarixə  müdaxilə  etməsi  isə  saxtakarlıqla  müşayiət  olunur. 
Əgər  belə  olmasaydı,  erməni-daşnak  terrorçularının  törətdiklərini  demirik, 
sənədlərlə bağlı cinayətlərini belə müdafiə etməzdilər. Axı sənədlərin saxta-
laşdırılmasının özü də dövləti cinayətdir. Hər bir dövlətin cinayət məcəlləsində 
saxtakarlara qarşı maddə, cinayət məsuliyyətinə cəlbolunma tələbləri var. Bəs, 
görəsən, həmin ölkələrin qanun keşikçiləri nə üçün erməni saxtakarlığına hü-
quqi qiymət vermirlər?! Nə üçün özlərini sivil, demokratiyanın flaqman adlan-
dıran dövlətlər və onların ali qanunvericilik orqanları ermənilərin törətdikləri 
cinayətləri müdafiə edirlər?!
Bəli, bu gün “erməni məsələsi” ABŞ-da prezident seckilərində namizədlər üçün 
səs toplamaq vasitəsinə, senatorlar, konqresmenlər, qubernatorlar üçün isə varlı 
erməni diasporlarından və beynəlxalq təşkilatlardan pul qoparmaq məsələsində 
bir oyuna çevrilib. Hər il aprel ayının 24-də dünyanın aparıcı ölkələrində əlləri yüz 
minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini 
dövlət  siyasətinə  çevirən  erməni-daşnak  faşistləri  uydurma  “erməni  soyqırı-
mı”  yalanını  təmtəraqlı  şəkildə  qeyd  edirlər.  Onlar  erməni  millətini  “məzlum”, 
“əzabkeş” qismində dünya birliyinə təqdim etməyə çalışırlar.  
Bəs, görəsən, niyə xatırladılmır ki, XIX əsrin əvvəllərindən Çar Rusiyasının 
Cənubi Qafqazın işğalına başlaması ilə İrandan və Osmanlı imperiyasının ay-
rı-ayrı  əyalətlərindən  köçürülən  ermənilər  tədricən  Azərbaycan  ərazilərində 
yerləşdirilməklə  imperiya  maraqlarına  uyğunlaşdırılmışdı?  Niyə  deyilmir  ki, 
1918-ci ilin mart günlərində ermənilər təkcə Bakıda üç gün ərzində 11 min,  
Şamaxı qəzasının 53 kəndində 8027, Quba qəzasında 16 mindən çox, Zəngəzur 
qəzasında 10068 nəfər azərbaycanlını öldürmüşdülər. Azərbaycanın bu əzəli 
torpaqlarını  Rusiyanın  tərkibinə  qatmaq  və  ya  hansısa  uydurma  monoetnik 
erməni dövləti yaratmaq hansı məntiqə sığır?!
Hələ 2005-ci ilin aprel ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 
Ermənistanın sabiq prezidenti R.Köçəryana müraciətlə qondarma “erməni soy-
qırımı”  iddialarının  araşdırılması  üçün  müştərək  komissiyanın  yaradılmasını, 
bu  məsələ  ilə  bağlı  bütün  sənədlərin  arxivlərdən  üzə  çıxarılmasını  təklif  et-
mişdi. Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay isə ermənilərin hər il 
aprelin 24-ü tarixini dünyaya “erməni soyqırımı günü” kimi təqdim etmələrinin 
yalan  olduğunu  sübuta  yetirmək  məqsədilə  Osmanlı  dövrünə  aid  arxivlərin 
qapılarını dünya ölkələrinin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan 
etmişdir.  Bu  təklifə  indiyədək  cavab  verməyən  ermənilərin  real  faktlara 
əsaslanmadığı,  bu  qondarma  iddiadan  ideoloji  və  siyasi  məqsədlərlə  yarar-
landığı indi dünya ictimaiyyətinə də yaxşı bəllidir. Deməli, qondarma “erməni 
soyqırımı” ilə bağlı qətnamə və bəyanat qəbul edən dövlətlərin nümayəndələri 
nə  Türkiyə,  nə  digər  Qərb  dövlətlərinin  arxivlərində  olmuş,  sadəcə,  siya-
si motivli qərəzli və ədalətsiz qərarı rəsmiləşdirmişlər. Belə qərar qəbul edən 
dövlətlərin  əksəriyyətinin  Avropa  İttifaqının  üzvü  olması  da  təsadüfi  görün-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə