Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə34/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
86 
mür.  Siyasi  müşahidəçilərin  fikrincə,  həmin 
dövlətlər  belə  süni  maneələrlə  müsəlman 
dövləti olan Türkiyənin təşkilata gedən yo-
luna sipər çəkməyə, Avropa İttifaqını “xris-
tian klubu” kimi qoruyub saxlamağa çalışır-
lar. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci 
ildə  Fransanın  xüsusi  səyləri  ilə  qondarma 
“erməni  soyqırımı”nı  tanıyan  Avropa  Parla-
menti 2005-ci ildə həmin ədalətsiz qərarını 
yeniləmiş, üstəlik Türkiyə hökuməti qarşısın-
da  Ermənistanla  sərhədləri  açmaq  tələbini 
irəli  sürmüşdür.  Həmin  qərarda  Türkiyənin 
1915-ci  ildə  baş  verənləri  “soyqırım”  kimi 
tanıması  Avropa  İttifaqına  üzvlüyün  əsas 
şərtlərindən biri olaraq göstərilmişdir. Doğ-
rudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parlamentinin 
qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin 
təşkilata tamhüquqlu üzvlüyünə səs verəcək qurum məhz Avropa Parlamenti 
olmalıdır. Əgər Türkiyə həmin mərhələyə qədər gedə biləcəksə, çox ehtimal ki, 
rəsmi Ankaradan bu şərtin yerinə yetirilməsi tələb ediləcəkdir.
Siyasi müşahidəçilər bu məsələdən həm də Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində bir vasitə kimi istifadə edil-
diyini xüsusi olaraq vurğulayırlar. Əgər belə olmasaydı, münaqişə başlayandan 
keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruk-
tiv mövqeyindən - işğalçılıq siyasətindən əl çəkərdi. Çox təəssüf ki, yarandığı 
vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın 
ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının 
zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu 
olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu 
qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin 
dondurulmuş  şəkildə  qalmasında  məsuliyyət  daşımamış  və  təcavüzkara  qarşı 
heç bir təzyiq göstərmək niyyətində olmamışlar [9, s.93-108].
Nəticə
Bütün  bunlar  göstərir  ki,  xristian  dünyasında  qondarma  “erməni  soy-
qırımı”  ilə  bağlı  başlanmış  kampaniyanın  kökündə  Türkiyə  və  Azərbaycana 
təsir  göstərmək,  hər  iki  strateji  müttəfiq  ölkəni  prinsipial  mövqeyindən 
çəkindirmək  niyyəti  dayanır.  Əvvəla,  bu  qondarma  təbliğat  yolu  ilə  hər  il 
xristian dünyası ermənilərin XX əsrin əvvəllərində və sonlarında Anadolu və 
Azərbaycan  türklərinə  qarşı  apardıqları  etnik  təmizləmə  siyasətini  və  soy-
qırımını  pərdələməyə  çalışır.  İkincisi,  erməni-daşnak  faşistləri  Azərbaycan 
türklərinə  qarşı  soyqırımını  davam  etdirmək  niyyətində  olduqlarını  numayiş 
etdirirlər. Üçüncüsü, uydurma soyqırımını dünya birliyinə tanıtdırmaqla Türkiyə 
Cümhuriyyətindən təzminat almaq, torpaq qoparmaq iddiasından əl çəkmək 
fikrində olmadıqlarını açıq şəkildə bəyan edirlər.
2005-ci ilin aprel ayında 
Türkiyənin Baş naziri Rəcəb 
Tayyib Ərdoğan Ermənistanın 
sabiq prezidenti R.Köçəryana 
müraciətlə qondarma “erməni 
soyqırımı” iddialarının 
araşdırılması üçün müştərək 
komissiyanın yaradılmasını, 
bu məsələ ilə bağlı bütün 
sənədlərin arxivlərdən üzə 
çıxarılmasını təklif etmişdi. 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
87
Bu mənada “qondarma erməni soyqırımı” iddialarına qarşı mübarizə apar-
maq və Qarabağ probleminin həlli istiqamətində səy göstərmək harada doğu-
lub və yaşamasından asılı olmayaraq hər bir türkün əsas vəzifəsi olmalıdır. Biz 
bu iddiaların qarşısını almaq üçün tarixi həqiqətləri bütün dünyaya daha geniş 
şəkildə çatdırmalıyıq.
İstifadə edilmiş ədəbiyyat:
1.  Ali Karaca. Türkiyede Ermeniler için Yapılan Reformlar ve Tehcir Gerçeği (1878-1915). İstanbul,
2003.
2.  Başbakanlık Osmanlı Arşivi (BOA), HR. SYS, D. 2284, G. 4, lef. 3, 8, 10
3.  BOA, HR. SYS, D. 110, G. 12.
4.   BOA, HR. HU, D. 122, G. 4.
5.  BOA, HR. SYS, D. 2284, G. 1.
6.  BOA, DH., KMS, D. 2., G. 2/5, lef. 59.
7.  BOA, DH. KMS., D. 2, G. 58, lef.59.
8.  Эрих Ф. Правда о терроре. Армянский терроризм – истоки и причины. Баку, 2000.
9.  Əhmədov  E.  Ermənistan-Azərbaycan    Dağlıq  Qarabağ  münaqişəsinin  beynəlxalq-hüquqi
aspektləri // “Strateji təhlil”, aprel-iyun, 2011, №1 (2), s. 93-108.
10.  Halaçoğlu Y. XVIII Yüzyılda Osmanlı İmparatorluğunun iskan Siyaseti ve Aşiretlerin Yerleştiril-
mesi. Ankara, 1988.
11.  İbrahimov N.A. Azərbaycan tarixinin alman səhifələri. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, -336 s.
12.  Isgenderli A. Realities of Azerbaijan: 1917-1920. Published by Xlibris, USA, 2012, -234 p.
13.  Koçaş S. Tarih Boyunca Ermeniler ve Türk-Ermeni İlişkileri. Ankara: Altınok Matbaası, 1967,
-326 s.
14.  Musayev İ. Böyük dövlətlər və erməni məsələsi. XIX əsr, birinci hissə. Bakı: İqtisad Universiteti
nəşriyyatı, 2003, -238 s.
15.  Sevinc N. Arşıv Belgeleriyle Tehcir Ermeni İddiaları ve Gerçekler. Ankara: Avrasiya Bir Vakfı
Yayınları, 2003,-185 s.
16.  Sonyel S. Yeni Belgelerin İşığı altında Ermeni Tehcirleri. Ankara: TTK Yayınları, 1972, -303 s.
Ziyad Amrakhov
On historical and political aspects of the Decree on resettlement issued 
by the Ottoman Empire on 24 April 1915
The author analyzes the historical and political aspects of the Decree on 
resettlement issued by the Ottoman Empire on April 24, 1915. Henotes that 
Tsarist Russia, depending on the outcome of the First World War, guaranteed 
the establishment of an autonomous Armenian state on the territories of the 
Ottoman Empire. Thus it was able to draw the Armenians living in the Ottoman 
Empire into the war against the Ottomans. Inspired by those promises, the 
Armenian gangs went into action on the mass extermination of Muslims in 
eastern Anatolia.
The  Ottoman  government,  given  the  seriousness  of  the  situation  and 
because  of  its  fear  of  eastern  Anatolia  coming  under  the  Russian  control 
decided  to  resort  to  defensive  countermeasures.  In  order  to  ensure  the 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə