Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə37/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
93
hücum nəticəsində əhalinin böyük bir hissəsi elə evlərindəcə öldürül-
müşdür. Soyuq qış gecəsində evlərini tərk etməyə məcbur olan mülki 
əhalinin bir hissəsi şəhərin küçələrində vəhşicəsinə qətlə yetirilmiş, can-
larını qurtarmaq üçün qaçaraq meşələrə, çöllərə dağılan digər bir hissəsi 
isə təqib olunaraq xüsusi qəddarlıqla məhv edilmişdir. Onlara heç bir 
aman verilməmiş, insanlar yaşına, cinsinə fərq qoyulmadan qətlə yeti-
rilmişdir. Ermənilər tərəfindən əsir-girov götürülmüş azərbaycanlıların  
müəyyən bir hissəsi ağır işgəncələrə məruz qalmış, qeyri-insani şəraitdə 
saxlanılmış, qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına 
zidd olaraq alçaldılıb,  təhqir edilmişdir. 
Beləliklə,  həmin  gecə  613  nəfər,  o  cümlədən  63  uşaq,  106  qa-
dın,  70  qoca  qətlə  yetirilmiş,  1275  nəfər  əsir  və  girov  götürülmüş-
dür. 8 ailə tamamilə məhv edilərək yer üzündən silinmişdir. 130 uşaq 
valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirmişdir.  
487  nəfər,  o  cümlədən  76  uşaq  ağır  yaralanmışdır.  185  nəfər,  o 
cümlədən 59 nəfər qadın, 26  nəfər uşaq (11 azyaşlı qız), 44 nəfər qoca 
(21 qadın), 56  nəfər kişi itkin düşmüşdür. 
95 nəfərin, o cümlədən 11 nəfər uşaq (2 azyaşlı qız), 23  nəfər qa-
dın, 11 nəfər qoca (7 qadın), 50 nəfər kişinin əsir və girov götürülməsi 
barədə məlumatlar daxil olmuşdur.
381  nəfər,  o  cümlədən  106  nəfər  uşaq  (44  azyaşlı  qız),  191  nəfər 
qadın, 70 nəfər qoca (36 qadın), 14 kişi erməni əsir və girovluğundan 
azad edilmişdir.
119  nəfər  erməni  əsirliyində  olduğu  zamanı  qətlə  yetirilmiş, 
işgəncələrə  dözməyərək  vəfat  etmişdir.  Onlardan  20  nəfərinin  taleyi 
məlum deyildir.
Faciə  baş  verən  zaman  Xocalı  Rayon  İcra  Hakimiyyəti  şəhər 
nümayəndəliyinin  rəhbəri  vəzifəsində  işləyən  Həsənov  Şöhrət  Usub 
oğlu Azərbaycanın qədim  yaşayış məskənlərindən olan Xocalıda kur-
qanları dağıdıb “erməniləşdirən” o zamankı Əsgəran RPK rəhbərlərinin 
əməllərini əks etdirən “Daş sanduqələrin harayı” və digər yazılar çap 
etdirmişdi.  Erməni  quldurları  buna  cavab  olaraq  “səni  öldürməklə 
Dağlıq Qarabağın görən gözünü, eşidən qulağını, danışan dilini məhv 
edəcəyik” deyərək  onu xüsusi qəddarlıqla qətlə yetirmişdilər. Erməni 
girovluğundan azad edilmiş Səlimova Nənəş Səməd qızı və Abbasova 
Humay Müseyib qızı bu faktı təsdiq ediblər. Ermənilər meyidi ailəsinə 
bilərəkdən, intiqam almaq məqsədi ilə yalnız mart ayının 21-də, Novruz 
bayramı günü dəhşətli vəziyyətdə təhvil veriblər.
 
2. Xocalı soyqırımında Ermənistan Respublikasının 
pozduğu beynəlxalq humanitar hüquq normaları
Mülki  əhalinin  qorunması  haqqında  12  avqust  1949-cu  il  tarix-
li  Cenevrə  Konvensiyasının  II  bölməsinin  16-cı  maddəsinə  əsasən, 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
94 
müharibə zamanı yaralılar və xəstələr, habelə əlillər və hamilə qadın-
lar xüsusi himayə və müdafiə edilməlidirlər [5, s.174]. Lakin bunun tam 
əksi olaraq ermənilər Xocalıdan  girov götürdükləri yaralılara, xəstələrə  
və  qadınlara  nəinki  qəbul  olunmuş  beynəlxalq  hüquq  normalarına, 
hətta adi insani normalara sığmayan divan tutublar. Girov götürülmüş 
Səlimova Nənəş Səməd qızının gözləri qarşısında 2 oğlu - Səlimov Araz 
Bahadur  oğlu  və  Səlimov  Fəxrəddin  Bahadur  oğlunu  ermənilər  tikə-
tikə doğrayıblar. Psixoloji gərginlik içində yaşayan Səlimova girovluq-
dan azad edildikdən sonra övladlarının başlarına gətirilən müsibətlərə 
dözməyərək vəfat etmişdir.
 Əsirlərin arasından sağlam və cavan kişiləri sonradan insan orqaniz-
mi üçün zərərli olan sahələrdə, atom enerjisi və kimya sənayesində qul 
kimi  işlətmək  məqsədilə,  girov  götürdükləri  mülki  əhalinin  arasından 
isə yaraşıqlı qadınları, qızları müxtəlif məqsədlər üçün ayırıb maşınlara 
doldurub, naməlum istiqamətlərə aparıblar. Həmin şəxslərin taleləri bu 
günə kimi naməlum olaraq qalır. Girov götürülmüş mülki əhalini yaşın-
dan və cinsindən asılı olmayaraq Dəhraz və Pircamal kəndlərində hey-
vanlar saxlanılan  tövlələrə ağzına qədər doldurub, soyuq qış  ayların-
da günlərlə ayaqyalın, ac-susuz saxlayıblar. Kişilərə mənəvi və psixoloji 
işgəncələr verib, onların gözləri qarşısında qadınları incidib, təhqir edib, 
onlara qarşı alçaldıcı hərəkətlər tətbiq ediblər.
Müharibə  zamanı  mülki  əhalinin  qorunması  haqqında  12  avqust 
1949-cu il tarixli Cenevrə Konvensiyasının III bölməsinin I hissəsinin 27-
ci maddəsinə [5, s. 180] riayət etməyən ermənilər girov götürdükləri 
qadınlara hörmət etməyib, onlara qarşı hər cür zorakılıq tətbiq ediblər. 
Belə  hallara  dözməyən,  şərəf  və  ləyaqətləri  tapdanmış  qadınların 
bəziləri elə erməni girovluğunda intihar ediblər.  
Soyqırım mühitinin formalaşmasına gətirib çıxaran  psixoloji  və so-
sioloji tarixi aspektlər mövcuddur. Alimlərin fikrincə, bu kimi amillər ge-
nosid mühitinin formalaşmasına, bir qrupa qarşı düşmən qrupun, əks 
qüvvənin yaranmasına gətirib çıxarır. 
Özlərini  dünya  ictimaiyyəti  qarşısında  “əzabkeş”  xalq  kimi  tanıdan 
ermənilər  əldə  etdiyimiz  faktoloji  materiallara  istinadən  Xocalını  iş-
ğal edən zaman əsir və girovlara qarşı baş dərisinin soyulması, qulaq, 
burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, qadınların 
süd vəzilərinin kəsilməsi, qızıl dişlərinin mismar çıxarmaq üçün istifadə 
edilən  kəlbətinlə  və  çəngəllə  çıxarılması,  gənc  oğlanların  erməni 
qəbirlərinin üstündə qurbanlıq kimi kəsilməsi, dırnaqlarının çıxarılması, 
dəmir dəyənək və armatur parçaları ilə ölənə qədər döyməsi, itlərə at-
ması, qızdırılmış dəmir xaçla bədənlərinə, xüsusilə də sinələrinə damğa 
vurulması, diri-diri tonqalda yandırılması, azyaşlı uşaqların gözləri qar-
şısında valideynlərinin işgəncələrlə öldürülməsi, qadınların gözləri qar-
şısında həyat yoldaşlarının yandırılması, uşaqların çarmıxa çəkilməsi və 
s. bu kimi  vəhşilikləri törədiblər. Əsir və girovlara tətbiq edilmiş qeyri-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə