Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə38/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
95
insani rəftardan sonra onlarla insan ruhi xəstə vəziyyətində azad edilib. 
Xocalı faciəsi zamanı girov götürülüb sonradan azad edilmiş, mənəvi 
sarsıntılar içində yaşayan 40 qadın tez bir vaxtda vəfat etmişdir. 
14  dekabr  1974-cü  ildə  qəbul  olunmuş  “Hərbi  münaqişələr  və 
fövqəladə  hallar  zamanı  qadın  və  uşaqların  müdafiəsi  haqqında” 
Bəyənnamənin  müddəalarına  qarşı  çıxan  erməni  cəlladları  hazırda 
Bakı  şəhəri,  Xəzər  rayonu,  Mərdəkan  qəsəbəsində  yerləşən  “Məşəl” 
düşərgəsində  məskunlaşmış,    ailəliklə  girov  götürülmüş  azyaşlı  Abı-
şov  Məhəmməd  Kamal  oğlunun  (1986)  gözləri  qarşısında  anasını 
işgəncələrlə öldürdükləri üçün o, ruhi xəstəliyə düçar olmuşdur. Atası 
isə girovluqdan azad ediləndən  az sonra vəfat etmişdir. 
Ermənilər  öz  uşaqlarında  əbədi  olaraq  “türk  xofu”  yaratmaq 
məqsədilə  onları  yuxarıda  adı  çəkilən  Konvensiyanın  III  bölməsinin 
II  hissəsinin  II  fəslinin    27-ci  maddəsinə  [5,  s.89]  və  III  bölməsinin  II 
hissəsinin III fəslinin 29-cu maddəsinə [5, s.90] zidd olaraq aylarla  gi-
giyena və ictimai sağlamlıqlarını təmin etməyən, üzləri qırxılmayan və 
antisanitariya vəziyyətində saxladıqlarından qorxunc görkəm almış, cır-
cındır geyimdə olan Xocalıdan olan əsirlərin saxlanıldıqları həbsxanalara 
gətirərək onlarla sanki zooparkda saxlanılan əcaib məxluqlar kimi davra-
nıblar. Qəzetləri yandıraraq məşəllər düzəldib, azyaşlı uşaqların əllərinə 
verərək  əsirlərin  qırxılmamış  saç-saqqalını  yandırmaqla,  “türkə  əzab 
verməklə”  övladlarını  əyləndiriblər.  Ağrı-acıdan  başlarını  geri  çəkən 
əsirləri uşaqlarının gözləri qarşısında huşlarını itirənə qədər döyüblər. 
Xocalı sakini, əsirlikdən azad edilmiş Hüseynov Kamil Dadaş oğlu özünə 
və kamera yoldaşlarına qarşı dəfələrlə törədilmiş bu vəhşiliyi təsdiqləyə 
bilər.  Ermənilər  Kamili  əsir  götürən  zaman  onun  gözləri  qarşısında  5 
yaşlı  qızı  Maralı  vəhşicəsinə  qətlə  yetiriblər.  Əsirlik  dövründə  Kamilə 
qarşı  amansız  olan  erməni  quldurları  onun  əl  və  ayaq  barmaqlarının 
dırnaqlarını kəlbətinlə qoparıb, qızıl dişlərini çəngəllə çıxarıblar. 
Ermənilər girov götürdükləri yerli sakinlərlə yanaşı 1989-cu ildə tarixi 
vətənləri olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) qovulmuş 
soydaşlarımıza və 1944-cü il noyabr ayının 14-də Stalin rejimi tərəfindən 
dədə-baba torpaqları olan Ahıskadan (indiki Gürcüstandan) Orta Asiya-
ya sürgün edilmiş, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrindən can-
larını  qurtararaq  Azərbaycana  pənah  gətirmiş,  Xocalıda  yerləşdirilmiş 
Ahıska türklərinə qarşı da  cinayətlər törədiblər. 
Müharibə zamanı mülki əhalinin qorunması haqqında 12 avqust 1949-
cu  il  tarixli  Cenevrə  Konvensiyasının  I  bölməsinin  3-cü  maddəsindən 
irəli gələn müddəaları kobud şəkildə pozan ermənilər [5, s.3] hazırda 
Bakı  şəhəri,  Sabunçu  rayonu,  Mehdiabad  qəsəbəsində,  Yenikənd  ya-
şayış  massivində  yaşayan  1989-cu  ildə  Qərbi  Azərbaycandan  (indiki 
Ermənistandan) deportasiya olunandan sonra Xocalıda məskunlaşmış, 
ailəliklə girov götürülmüş, sonradan azad edilmiş şəxslərlə qəddarcasına 
rəftar ediblər.


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
96 
Ermənilər müharibə zamanı mülki əhalinin qorunması haqqında 12 
avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının II bölməsinin 13-cü  
maddəsini  də  kobudcasına  pozublar  [5,  s.173].  Xocalı  faciəsi  zamanı 
10  nəfərlik  ailəsi  ilə  birlikdə  girov  götürülən,  1941-ci  ildə  Gürcüstan 
Respublikasının Adıgün rayonunun Xevaşen kəndində anadan olmuş, 
milliyyətcə Ahıska türkü olan Gülalı Binali oğlu Binaliyevə Ermənistanın 
sabiq prezidenti Robert Köçəryan özü şəxsən dəhşətli işgəncələr vermiş-
dir. Soyuq fevral ayında, istismar vaxtı bitmiş köhnə avtobazada, şüşələri 
olmayan köhnə avtobuslarda, yarıçılpaq, ayaqyalın saxlanılan girovlara 
Robert Köçəryanın başçılığı ilə işgəncələr verilib. Köçəryan Azərbaycan 
dilində Binaliyevə “türk, sən burada nə gəzirsən?” deyə istehza edib. Ona 
ailəsi ilə birlikdə Azərbaycan vətəndaşlığından imtina edib Ermənistan 
vətəndaşlığını qəbul etməyi, İrəvana köçməyi təklif edib. Lakin Gülalı 
Binaliyev ona türk və müsəlman olduğunu, Azərbaycanın onun ikinci 
Vətəni olduğunu, ən ağır günlərində Azərbaycan xalqının onlara qucaq 
açdığını  xatırladıb.  Bundan  əsəbiləşən  Köçəryan  Binaliyevi  təpiklə  və 
əlindəki armatur parçası ilə huşunu itirənə qədər döyüb. Səhər ayılanda 
özünü ona verilən işgəncələr nəticəsində qulağından və ağzından axan 
qandan əmələ gəlmiş soyuq və laxtalanmış qan gölməçəsində üzü-üstə 
görüb. Sonradan Gülalı Binaliyev ailə üzvü ilə birlikdə azad edilib. Ha-
zırda o, Azərbaycan Respublikasının Şabran rayonunun Udulu kəndində 
yaşayır, təqaüdçüdür. İxtisasca kimya-biologiya müəllimi olan Binaliyev 
uzun müddət Udulu kənd məktəbinin direktoru vəzifəsində çalışıb. La-
kin 2 oğlu – Binaliyev Alişer (1967) və Binaliyev Cabbar (1969), yaxın qo-
humu, gəlininin qardaşı Bədişov Ali Rais oğlu (1968) və həmkəndliləri 
İlyasov Əhməd Məhəmməd oğlu (1968), Həmdiyev Osman Həmdi oğlu 
(1954) və Fəzliyev Qədim Fəzli oğlu (1954)  bu günə kimi də əsirlikdən 
qaytarılmayıblar. Ermənilər əsir götürdükləri 6 nəfər gənc, sağlam Ahıs-
ka türkünü bu günə kimi qaytarmayıblar. Girovluqdan azad edilmiş Xo-
calı sakini Abbasov Mərkəz Salman oğlu Dəhraz kəndində ermənilərin 
6 nəfər gənc Ahıska türkünə ağır işgəncələr verdiklərinin şahidi olub 
[6, s.89, 90, 91, 250, 253]. “Beynəlxalq Aministiya” Təşkilatının Avropa 
üzrə  təhqiqatlar  şöbəsinin  müdiri  Ann  Burlin  və  İnsan  Hüquqlarının 
Müdafiəsi Uğrunda “Helsinki Uotç” Təşkilatının nümayəndələri 1992-ci 
ilin aprel ayında Xankəndidə, polis idarəsində ermənilərlə görüş zamanı 
Xocalıdan əsir götürülmüş 6 nəfər ahıskalının da adı olan azərbaycanlı 
əsir və girovlara aid sənədlə tanış olublar [6]. Qarşı tərəf faktları inkar 
etdiyi üçün, çox təəssüf ki, bu günə kimi onların heç birini qaytarmaq 
mümkün  olmayıb.  İşgəncələrə  məruz  qaldıqdan  sonra  erməni  girov-
luğundan azad edilmiş Xocalı sakini sayılan ahıskalılar bu gün Şabran 
rayonunda, onlar üçün salınmış Udulu kəndində məskunlaşıblar. 
Beləliklə, Xocalı faciəsi zamanı ümumilikdə 15 nəfər Ahıska türkü itkin 
düşüb. Onlardan 13 nəfəri kişi, 1 nəfəri qadın, 1 nəfəri azyaşlı oğlandır. 6 
nəfər kişi, şahid ifadələrinə əsasən, əsir götürülüb və bu günə kimi qayta-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə