Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə46/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   42   43   44   45   46   47   48   49   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
115
ABŞ-ın irəli sürdüyü raketdən müdafiə sistemlərinin genişləndirilməsi sahəsində 
əsas tərəfdaşlardan biri kimi çıxış edir. Rəsmi Buxarest NATO-nun asimmetrik 
təhlükələrə qarşı həm alyans ölkələrinin sərhədləri daxilində, həm də bu hərbi 
blokun coğrafi ərazilərindən kənarda əməliyyatlar aparmaq üçün mümkün im-
kanların mövcudluğunu dəstəkləyir. Rumıniya belə imkanların digər beynəlxalq 
təşkilatların (məsələn, BMT-nin) mövcud konfliktləri nizamlaması zamanı həyata 
keçirdiyi əməliyyatlar zamanı aktiv istifadə oluna bilinəcəyini irəli sürür. 
Yaxın  illərdə  də  Rumıniyanın  regionda  ABŞ,  NATO  və  Aİ-nin  maraqlarının 
genişləndirməsində əsas vasitəçilərdən biri kimi çıxış edəcəyini söyləmək müm-
kündür. 
8. Çin Xalq Respublikası - regionda yeni güc?
Son  illər  Çinin  Qara  dəniz  regionuna  marağı  artmaqdadır.  Çin  bu  regiona 
superlayihə adlandırdığı “İpək Yolunun iqtisadi kəməri” strategiyasının tərkibində 
əsas faktorlardan biri kimi baxır. Çinin təqdim etdiyi layihənin Avropa İttifaqı-
nın və Rusiyanın təklif etdiyi regional layihələrdən başlıca fərqi onun sırf iqtisa-
di əməkdaşlıq kontekstində olması, dövlətlərin daxili siyasətlərinə qarışmamaq 
xəttidir. “İpək Yolunun iqtisadi kəməri” strategiyası Çin, Mərkəzi Asiya, Şərqi və 
Qərbi Avropa ölkələrini və onlara yaxın regionları əhatə edir. ABŞ, Avropa İttifaqı 
və Rusiya göstərilən regionlarda bəzən hətta hərbi münaqişələrlə müşayiət olu-
nan rəqabətdə olduqları zaman, Çin cəlbedici 
iqtisadi  təkliflərlə,  sərmayələrlə  həmin  regi-
onların bazarlarına daxil olur. “İpək Yolunun 
iqtisadi  kəməri”  layihəsinə  paralel  reallaşan 
“Su İpək Yolu” çərçivəsində Çin Cənub-Şərqi 
Avropada  portların  tikilməsini  və  alınma-
sını  nəzərdə  tutur  ki,  bu  da  onun  Avrasiya 
məkanının  iqtisadi  nəzarətə  götürülməsi 
niyyətlərindən xəbər verir. 
Ukrayna  böhranından  əvvəl  Çin  Krım 
adasını  “Su  İpək  Yolu”  layihəsi  çərçivəsində 
nəzərdən keçirir, Sevastopol yaxınlığında iq-
tisadi  və  texnoloji  inkişaf  zonasının  yaradıl-
masını nəzərdə tuturdu. Çini Krımda əsasən 
dərin  sulara  malik  portun  inşası  maraqlan-
dırır  [14].  Hətta  Ukrayna  böhranından  son-
ra,  2014-ci  ilin  avqust  ayında  adaya  Çinin 
işgüzar  nümayəndə  heyətinin  səfər  etdiyi 
bildirilirdi [15]. Çin Krımda iqtisadi layihələrin 
gerçəkləşdirilməsinə  2013-cü  ildən  başla-
yıb (Çin və Ukrayna arasında Krımda portun 
ABŞ, Avropa İttifaqı və Rusiya 
göstərilən regionlarda bəzən 
hətta hərbi münaqişələrlə 
müşayiət olunan rəqabətdə 
olduqları zaman, Çin 
cəlbedici iqtisadi təkliflərlə
sərmayələrlə həmin 
regionların bazarlarına daxil 
olur. “İpək Yolunun iqtisadi 
kəməri” layihəsinə paralel 
reallaşan “Su İpək Yolu” 
çərçivəsində Çin Cənub-Şərqi 
Avropada portların tikilməsini 
və alınmasını nəzərdə tutur 
ki, bu da onun Avrasiya 
məkanının iqtisadi nəzarətə 
götürülməsi niyyətlərindən 
xəbər verir. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
116 
inşası, hərbi-texniki və kənd təsərrüfatı sahələrində sərmayələrin yatırılması ilə 
bağlı müqavilə də imzalanmışdı) və hazırda da bu regionda iqtisadi layihələrdə 
maraqlı olduğunu bildirir [16]. 
Çin Böyük İpək Yolu nəqliyyat layihəsinin aktivləşməsi istiqamətində də fəal iş 
aparır. Bu yolun xətlərindən birinin Cənubi Qafqaz dövlətlərinin (Azərbaycan və 
Gürcüstan) ərazisindən keçməsi artıq razılaşdırılmışdır. 
Çin  Aİ  (xüsusilə  Şərqi  Avropa)  ölkələrində  də    böyük  investisya  layihələri 
həyata keçirir. 
Beləliklə,  Çin  layihəsinin  uğurla  gerçəkləşəcəyi  təqdirdə  regionda  mövcud 
olan qlobal güclərin hesablaşma məcburiyyətində qalacaqları yeni güc əmələ 
gələcəkdir. Belə olduqda yaxın gələcəkdə Qara dəniz regionunda ABŞ, Aİ, Ru-
siya və Türkiyə ilə yanaşı Çinin də geosiyasi  maraqlarının təmsil olunması baş 
verəcəkdir. 
Nəticə 
Hazırda Qara dəniz və onunla sıx bağlı olan Xəzər regionu qlobal və regional 
güclərin çox zaman ziddiyyətli olan maraqlarının toqquşma meydanına çevril-
mişdir. Son illərdə bu regiona maraq daha da artır və göstərilən ərazilər həm re-
gion güclərinin (Rusiya, Türkiyə, Rumıniya, İran), həm də qlobal güc mərkəzlərinin 
(ABŞ,  Aİ,  NATO,  Çin)  maraqlarının  kəsişmə  nöqtəsinə  çevrilir.  Bunun  başlıca 
səbəbi isə regiondan Qərb dövlətlərini karbohidrogen ehtiyatları ilə zəngin olan 
Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən əhəmiyyətli nəqliyyat xətlərinin 
keçməsidir. Eyni zamanda Qara dəniz və ətraf regionlarda mövcud olan böyük 
təbii qaz və şist qazı yataqları regiona olan, çox zaman bir-biri ilə ziddiyyət təşkil 
edən maraqları daha da artırır. Bu ərazilərdə nəzarəti ələ almaq Avrasiyanın indiki  
və gələcək geosiyasi mənzərəsini müəyyənləşdirəcəkdir. Məhz buna görə dün-
yada mövcud olan qlobal güclərin maraqları göstərilən regionda cəmlənmişdir. 
Regionun iqtisadi resurslarından istifadədə  başlıca müneə kimi mövcud və eh-
timal edilən münaqişə ocaqları çıxış edir. Həmin münaqişələrin istənilən zaman 
bu və ya digər güclərin maraqları çərçivəsində aktivləşmə ehtimalı kifayət qədər 
yüksəkdir. Bununla yanaşı, mövcud regional əməkdaşlıq təşkilatlarının heç biri 
baş vermiş və verə biləcək konfliktəri tam aradan qaldırmaq imkanı və gücündə  
deyil. Bu hal Ukrayna böhranı zamanı ozünü bir daha göstərdi. 
Öz  maraqlarını  reallaşdırmaq  üçün  Rusiya,  ABŞ,  Aİ  və  NATO  region 
dövlətlərinə təsir etməyə daimi cəhd göstərirlər. Hər bir tərəf region dövlətlərini 
öz təsir dairələrinə daxil etmək üçün fəaliyyət həyata keçirir. Aİ və NATO-nun re-
gionda genişlənmək cəhdlərinə Rusiya öz keçmiş nüfuzunu bərpa etmək və re-
gion dövlətlərini özünə məxsus siyasi, iqtisadi və hərbi ittifaqlarda birləşdirmək 
cəhdləri ilə cavab verir.  
Regionun təhlükəsizliyi üçün başlıca problemlər kimi aktiv və passiv şəkildə 
mövcud olan münaqişə ocaqları, separatçı təsisatlar (Dağlıq Qarabağ, Cənubi 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə