Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə43/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
109
dırılıb. Belə ki, Aİ-də mövcud olan daxili qaz və enerji satışını nizamlayan “3-cü 
Enerji Paketi” adlanan qaydalara əsasən, enerji daşıyıcılarının istehsalçısı və sa-
tanı eyni zamanda nəql kəmərlərinə sahib ola bilməz. Rəsmi Brüssel tərəfindən 
“Cənub axını”  boru kəmərinin “3-cü Enerji Paketi”nə uyğunluğunun yoxlanılması 
məqsədi ilə onun Bolqarıstanda inşası müvəqqəti dayandırıldı. Rusiya isə 2014-
cü ilin sonunda “Cənub axını” layihəsini birtərəfli şəkildə dayandırdığını və onun 
yerinə “Türk axını” (Qara dəniz və Türkiyə vasitəsilə Yunanıstana nəql) layihəsinin 
inşa olunacağını bəyan etdi.  
Ukraynanın Rusiya qazının Avropaya nəqlində əsas ölkə qismində gələcəkdə 
dəyişməsi üçün səbəb kimi Ukrayna böhranın uzunmüddətli olması, “Türk axını” 
layihəsinin uğurla başa çatdırılması çıxış edə bilər. 
Regionda iqtisadi baxımdan əsas ziddiyyət kimi Xəzərdə hasil olunan təbii 
qazın Avropaya nəqli ilə bağlı Rusiya və Aİ-nin fərqli mövqeləri çıxış edir. Belə 
ki,  Aİ  ABŞ-ın  dəstəyi  ilə  Azərbaycan  və  Türkmənistana  məxsus  qazın  Xəzər 
dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə (Rusiya təsirindən kənar) 
nəqli layihəsini (“Cənub dəhlizi”) dəstəkləyirsə, Rusiya əvvəllər Qara dənizdən 
keçməklə Bolqarıstana (Ukraynadan kənar “Cənub axını” layihəsi), son zamanlar 
isə Qara dəniz və Türkiyədən keçməklə Yunanıstana (“Türk axını” layihəsi) qaz 
nəqlini irəli sürür.
Yaxın illərdə Xəzər və Qara dəniz regionunun iqtisadi inkişafı Qərb (ABŞ və Aİ) 
və Rusiyanın bu ərazilərə yönəlik siyasətindən asılı olacaqdır. Bu regionla bağlı 
onların maraqları üst-üstə düşməsə, yeni təhlükələrin yaranacağı qaçılmazdır.  
3. Təhlükəsizlik, regiondakı güclər və onların maraqları 
Regionda  təhlükəsizliyin  təmin  olunmasında  əsas  kimi  güc  mərkəzi  olan 
tərəflər  və  onların  maraqları  çıxış  edir.  Qara  dəniz  və  Xəzər  regionlarının 
təhlükəsizlik  problemlərinin  təhlili  zamanı  bu  maraqlar,  onların  ziddiyyətliliyi 
əsas faktorlar kimi diqqəti cəlb edir. 
Regionda mövcud olan iştirakçıları güc və təsir imkanlarına görə, əsasən, 4 
qrupa bölmək olar. Birinci qrupa Rusiya, ABŞ və Aİ daxildir. Bu dövlətlər qlobal 
güc mərkəzləri kimi formalaşmış və öz maraqlarını, siyasətlərini müstəqil şəkildə 
irəli  sürə  bilirlər.  Onların  maraqlarının  reallaşması  bu  qrupa  daxil  olan  digər 
dövlətlərlə manevr imkanlarından asılı olur. İkinci qrupa daxil olan dövlətlərə re-
gional güclər kimi çıxış edən Türkiyə və Rumıniya aiddir. Bu dövlətlər regionda 
öz maraqlarını irəli sürə bilir, lakin onların tam reallaşması birinci qrupa daxil olan 
dövlətlərin maraqlarından asılı olur. Üçüncü qrupa təbii ehtiyatlarla zəngin, stra-
teji coğrafi ərazilərdə yerləşmiş Azərbaycan, Gürcüstan və Ukraynanı aid etmək 
olar. Bu dövlətlər öz enerji ehtiyatları və strateji mövqeləri ilə regionun geosi-
yasi xəritəsində mühüm nöqtələr kimi çıxış edirlər. Dördüncü qrupa regionda 
fəaliyyət göstərən və ya təsiri olan beynəlxalq və regional təşkilatlar daxil edilir. 
Buraya NATO, ATƏT, MDB, QDİƏT (BSEC), KTMT,  GUAM-ı aid etmək olar. Qeyd 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
110 
etdiyimiz bu dörd  qrupun heç birinə daxil olmayan Çin Xalq Respublikası da son 
illər bu regionda öz iqtisadi maraqlarını tədricən irəli sürür. 
4. Rusiya
Birinci qrupa daxil olan ölkələr arasında Rusiya regionda indiyədək əsas güc 
kimi mövqeyini saxlaya bilir. İqtisadi, bəzi hallarda isə hərbi (ABŞ ilə müqayisədə) 
göstəricilərinə  görə  aid  olduğu  qrupdakı  digər  rəqibləri  ilə  müqayisədə  geri 
qalmasına baxmayaraq, Rusiya regionda təsir gücünə görə indiyə qədər əsas 
rəqibi olan ABŞ-ı üstələyə bilir. Bunu  ilk növbədə coğrafi determinizmlə izah 
etmək olar. Rusiya Xəzər və Qara dəniz regionlarını imperiya dövründən bəri öz 
təhlükəsizlik maraqları dairəsi kimi nəzərdən keçirir. Rusiya bu regionlardan təbii 
resursların  digər  qlobal  güclər  tərəfindən  istifadəsini,  həmin  resursların  onun 
nəzarətindən  kənar  nəqlini,  Aİ-nin  və  NATO-nun  şərqə  doğru  genişlənməsini 
milli maraqlarına təhlükə kimi qiymətləndirir. Enerji ehtiyatları ilə zəngin olan 
Mərkəzi Asiya və Cənubi Qafqazda öz təsirini gücləndirmək məqsədilə Rusiya 
yeni Avrasiya İqtisadi İttifaqı adlanan birlik formasını irəli sürür və dəstəkləyir.   
SSRİ-nin süqutundan sonra həm iqtisadi, həm də hərbi cəhətdən zəifləyən 
Rusiya regionda daha güclü rəqbiblərlə qarşılaşdı və onlara müəyyən mövqe 
güzəştlərinə getmək məcburiyyətində qaldı. Lakin 2000-ci illərin əvvəllərindən 
Rusiya maraq dairəsinə daxil olan bu və digər regionlarda hərbi və iqtisadi işti-
rakını gücləndirməyə, əvvəlki nüfuzunu bərpa etmək üçün cəhd etməyə başladı. 
Hazırda Qara dəniz  və Xəzər regionları onun maraq dairəsində əsas yerlərdən 
birini tutur. 
Liviya və Suriyada hərbi dəniz bazalarını itirdikdən sonra Sevastopol limanı 
Aralıq dənizinə çıxış üçün Rusiyanın təhlükəsizlik maraqları baxımından həyati 
maraq kəsb edir. 2010-cu il Xarkov razılaşmasına əsasən, Rusiyanın Hərbi Dəniz 
Qüvvələrinin 2040-cı ilə qədər Krımda yerləşməsinin təsdiqlənməsinə baxmaya-
raq [3], 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyindən sonra və bu ölkənin 
Aİ-yə, gələcəkdə isə NATO-ya interqrasiyasını qiymətləndirərək, Rusiya Krımda 
yerləşdirilmiş Hərbi Dəniz Qüvvələri  hissələrini gücləndirdi. Rusiya son illər istər 
Xəzər, istərsə də Qara Dəniz Hərbi Donanmalarının gücləndirilməsini prioritet 
kimi qəbul edir. “IHS Jane’s” dərgisinin verdiyi məlumata əsasən, 2019-cu ildə 
Novorosiysk hərbi dəniz bazasına 6 ədəd yeni dizel-elektrik sualtı qayığı (06363  
layihəsinə) daxil ediləcəkdir. 2016-cı ildə isə  Qara Dəniz Hərbi Donanmasının 
tərkibinə 11356М layihəsinə aid 6 ədəd raket freqatlarının daxil edilməsi planlaş-
dırılır. Ukrayna böhranına qədər Moskva  “Novorosiysk” hərbi bazasını iritutumlu 
hərbi gəmilərin (“Moskva” kreyseri də daxil olmaqla) yerləşdirilməsi məqsədi ilə 
genişləndirməyi planlaşdırırdı [4]. Bu istiqamətdə tikinti işlərinin başlanılması-
na baxmayaraq, çox güman ki, Ukrayna böhranından sonra və Novorosiysk li-
manının coğrafi yerləşmə problemləri (hərbi limanın akvatoriyasının sərhədləri 
qonşu  ticarət  limanının  akvatoriyası  ilə  məhdudlaşır)  ilə  əlaqədar  əsas  gücün 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə