Say 1 (12) • 2015 |
STRATEJİ TƏHLİL
109
dırılıb. Belə ki, Aİ-də mövcud olan daxili qaz və enerji satışını nizamlayan “3-cü
Enerji Paketi” adlanan qaydalara əsasən, enerji daşıyıcılarının istehsalçısı və sa-
tanı eyni zamanda nəql kəmərlərinə sahib ola bilməz. Rəsmi Brüssel tərəfindən
“Cənub axını” boru kəmərinin “3-cü Enerji Paketi”nə uyğunluğunun yoxlanılması
məqsədi ilə onun Bolqarıstanda inşası müvəqqəti dayandırıldı. Rusiya isə 2014-
cü ilin sonunda “Cənub axını” layihəsini birtərəfli şəkildə dayandırdığını və onun
yerinə “Türk axını” (Qara dəniz və Türkiyə vasitəsilə Yunanıstana nəql) layihəsinin
inşa olunacağını bəyan etdi.
Ukraynanın Rusiya qazının Avropaya nəqlində əsas ölkə qismində gələcəkdə
dəyişməsi üçün səbəb kimi Ukrayna böhranın uzunmüddətli olması, “Türk axını”
layihəsinin uğurla başa çatdırılması çıxış edə bilər.
Regionda iqtisadi baxımdan əsas ziddiyyət kimi Xəzərdə hasil olunan təbii
qazın Avropaya nəqli ilə bağlı Rusiya və Aİ-nin fərqli mövqeləri çıxış edir. Belə
ki, Aİ ABŞ-ın dəstəyi ilə Azərbaycan və Türkmənistana məxsus qazın Xəzər
dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə (Rusiya təsirindən kənar)
nəqli layihəsini (“Cənub dəhlizi”) dəstəkləyirsə, Rusiya əvvəllər Qara dənizdən
keçməklə Bolqarıstana (Ukraynadan kənar “Cənub axını” layihəsi), son zamanlar
isə Qara dəniz və Türkiyədən keçməklə Yunanıstana (“Türk axını” layihəsi) qaz
nəqlini irəli sürür.
Yaxın illərdə Xəzər və Qara dəniz regionunun iqtisadi inkişafı Qərb (ABŞ və Aİ)
və Rusiyanın bu ərazilərə yönəlik siyasətindən asılı olacaqdır. Bu regionla bağlı
onların maraqları
üst-üstə düşməsə, yeni təhlükələrin yaranacağı qaçılmazdır.
3. Təhlükəsizlik, regiondakı güclər və onların maraqları
Regionda təhlükəsizliyin təmin olunmasında əsas kimi güc mərkəzi olan
tərəflər və onların maraqları çıxış edir. Qara dəniz və Xəzər regionlarının
təhlükəsizlik problemlərinin təhlili zamanı bu maraqlar, onların ziddiyyətliliyi
əsas faktorlar kimi diqqəti cəlb edir.
Regionda mövcud olan iştirakçıları güc və təsir imkanlarına görə, əsasən, 4
qrupa bölmək olar. Birinci qrupa Rusiya, ABŞ və Aİ daxildir. Bu dövlətlər qlobal
güc mərkəzləri kimi formalaşmış və öz maraqlarını, siyasətlərini müstəqil şəkildə
irəli sürə bilirlər. Onların maraqlarının reallaşması bu qrupa daxil olan digər
dövlətlərlə manevr imkanlarından asılı olur. İkinci qrupa daxil olan dövlətlərə re-
gional güclər kimi çıxış edən Türkiyə və Rumıniya aiddir. Bu dövlətlər regionda
öz maraqlarını irəli sürə bilir, lakin onların tam reallaşması birinci qrupa daxil olan
dövlətlərin maraqlarından asılı olur. Üçüncü qrupa təbii ehtiyatlarla zəngin, stra-
teji coğrafi ərazilərdə yerləşmiş Azərbaycan, Gürcüstan və Ukraynanı aid etmək
olar. Bu dövlətlər öz enerji ehtiyatları və strateji mövqeləri ilə regionun geosi-
yasi xəritəsində mühüm nöqtələr kimi çıxış edirlər. Dördüncü qrupa regionda
fəaliyyət göstərən və ya təsiri olan beynəlxalq və regional təşkilatlar daxil edilir.
Buraya NATO, ATƏT, MDB, QDİƏT (BSEC), KTMT, GUAM-ı aid etmək olar. Qeyd