Say 1 (12) • 2015 |
STRATEJİ TƏHLİL
111
Sevastopol limanına veriləcəyi ehtimalı güc-
lüdür. Rusiyanın Fransadan alacağı 2 ədəd
“Mistral” helikopter daşıyıcısından da birinin
Qara Dəniz Hərbi Donanmasına veriləcəyi
haqqında bəzi ehtimallar irəli sürülürdü.
Rusiyanın Qara dəniz höfzəsində hərbi işti-
rakını gücləndirməsinə baxmayaraq, burada
o güclü rəqiblərlə qarşılaşır. Belə ki, Türkiyə
Hərbi Donanması Qara dənizdə ən böyük
donanmalardan biri sayılır və son illər ABŞ
HDQ-ə məxsus gəmilərin buraya səfərləri
intensivləşir. Digər tərəfdən Rumıniyada son
illər NATO-nun dəstəyi ilə öz HDQ-ni inkişaf
etdirir.
Rusiya Xəzərdə özünü daha rahat hiss
edir. Burada onun hərbi donanması ən güclü
sayılır və onunla gələcəkdə rəqabət ehtima-
lı daha çox olan İran ilə bir çox məsələlərdə
razılaşması daha asandır. Buna baxmayaraq,
Rusiya son illər Xəzərdə hərbi donanmasını gücləndirir. Rusiyanı Xəzərdə nara-
hat edən əsas məqam burada digər qlobal güclərin iştirakı imkanlarıdır. Xəzərin
statusu məsələsində də Rusiya təbii ehtiyatlardan istifadədə konsensus varian-
tına üstünlük verir ki, bu da onun iqtisadi maraqları ilə yanaşı, dolayısı yolla
digər güclərin iştirakını nəzarətə götürmək cəhdlərindən irəli gəlir. 2014-cü ilin
sentyabrın 29-da keçirilən Xəzərətrafı dövlətlərin 4-cü sammitində yadda qalan
əsas məsələ qeyri-region güclərinin hərbi dəniz qüvvələrinin Xəzər akvatoriyası-
na buraxılmaması haqqında ümumi bəyanat oldu.
Regionda təhlkəsizlik baxımından Rusiyanın əsas təsir obyekti kimi çıxış edən
bir faktorun da nəzərdən keçirilməsi vacibdir. Bu da Rusiya–Ermənistan hərbi
əlaqələridir. Ermənistan müstəqillik əldə etdikdən sonra Rusiyadan tam asılı
vəziyyətdədir və regionda onun maraqlarının ifadəçisi kimi çıxış edir. Ermənistanın
siyasi, iqtisadi və hərbi sahələri Rusiyanın nəzarətindədir. Bu iki dövlət arasın-
da hərbi əlaqələr yüksək səviyyədədir. Hazırda Ermənistan bu regionda yeganə
dövlətdir ki, onun ərazisində Rusiyanın rəsmi hərbi bazası var. Hərbi əməkdaşlıq
Ukrayna böhranından sonra daha da fəallaşmışdır. 2014-cü il iyunun 25-də Ru-
siya Federasiya Şurası tərəfindən iki dövlət arasında imzalanmış “Hərbi-texniki
əməkdaşlıq haqqında” müqavilə ratifikasiya edildi [5], iyunun 28-də isə Rusi-
ya prezidenti tərəfindən təsdiq olundu. Müqaviləyə əsasən, iki dövlət arasında
hərbi məhsulların dövriyyəsi müvəkkil edilmiş təşkilatlar tərəfindən lisenziya-
sız həyata keçiriləcək. Halbuki Rusiyanın Federal Qanununun 5-ci maddəsinə
əsasən, xarici ölkə müəssisələri ilə hərbi məhsulların dövriyyəsi lisenziyalaşdırma
əsasında həyata keçirilməlidir. Ermənistana münasibətdə lisenziyalaşdırmanın
Regionda təhlkəsizlik
baxımından Rusiyanın əsas
təsir obyekti kimi çıxış edən
bir faktorun da nəzərdən
keçirilməsi vacibdir. Bu da
Rusiya–Ermənistan hərbi
əlaqələridir. Ermənistan
müstəqillik əldə etdikdən
sonra Rusiyadan tam asılı
vəziyyətdədir və regionda
onun maraqlarının
ifadəçisi kimi çıxış edir.
Ermənistanın siyasi, iqtisadi
və hərbi sahələri Rusiyanın
nəzarətindədir.