Say 1 (12) • 2015 |
STRATEJİ TƏHLİL
107
tan. Təşkilatın əsas məqsədi Qara dəniz regionu dövlətlərinin Hərbi Dəniz
Qüvvələri arasında əməkdaşlığı inkişaf etdirməklə hövzədə təhlükəsizliyin
birgə səylər ilə qorunmasından ibarətdir. Yarandığı vaxtdan bəri bir neçə hərbi
təlimin keçirilməsinə baxmayaraq, QDİƏT-in inkişafına mane olan amillər
“Blackseafor”un da güclənməsinə mənfi təsir edir. Belə ki, Rusiya və Gürcüstan
arasında 2008-ci ilin avqustunda baş vermiş müharibədən sonra rəsmi Tbilisi öz
hərbi qüvvələrini “Blackseafor”dan geri çağırıb [1]. 2014-cü ildə başlayan Ukray-
na böhranından sonra təşkilatın gələcək fəaliyyəti suallar doğurur.
Regionun geosiyasi mənzərəsini daha aydın əks etdirmək, mövcud və
gözlənilən meyilləri aydınlaşdırmaq üçün bu mənzərənin bir-biri ilə sıx bağ-
lı olan ayrı-ayrı hissələrinin - iqtisadi, siyasi, təhlükəsizlik və hərbi aspektlərinin
təhlili vacibdir.
2. İqtisadi meyillər – enerji təhlükəsizliyi
Qara dəniz və onunla sıx bağlı olan Xəzər regionları üçün geosiyasi anlam-
da əsas iqtisadi məqam formasında enerji ehtiyatları və onların nəqli çıxış edir.
Dünya iqtisadiyyatında əsas təbii enerji növü kimi qaza keçilməsindən son-
ra regionun enerji ehtiyatlarına və onun nəqli yollarına beynəlxalq səviyyədə
maraqların artması enerji təhlükəsizliyi ilə bağlı qərarlara qlobal güclərin
təsirinin möhkəmlənməsi ilə səciyyələnir. Təbii qazdan istifadə ilə bağlı enerji
təhlükəsizliyi artıq ancaq region dövlətlərinin suveren qərarları ilə deyil, eyni za-
manda regionda mövcud olan böyük qaz ehtiyatlarında maraqları olan qlobal
güc mərkəzlərinin təsiri ilə formalaşır. Əgər
XX əsrin ortalarında yanacaq bazarın-
da kömürdən neftə keçid iqtisadi və siyasi
sistemlərdə inqilabi yeniliklərə gətirib çı-
xartdısa, neftdən təbii qaza keçid gələcəkdə
ekoloji təmiz enerjiyə transformasiya üçün
keçid dövrü kimi nəzərdə tutulur. Buna görə
də təbii qaza keçid indiyədək tarixdə baş ver-
miş ən sürətli faza kimi qiymətləndirilir. Dün-
ya iqtisadiyyatında təbii qaza sürətli keçid
dövrü isə öz növbəsində regionda geosiyasi
hadisələrin sürətlənməsinə birbaşa təsir edir.
Təbii qaz ehtiyatları, istehsalı, nəqli və
istifadəsi Xəzər və Qara dəniz regionu ilə
Aralıq dənizi hövzəsini geosiyasi maraq-
lar baxımından daha da yaxınlaşdırır. Təbii
qaz ehtiyatları ilə bağlı enerji təhlükəsizliyi
məsələsində məsafə əsas rol oynayır. Xəzər
regionunda mövcud olan qaz ehtiyatlarının
Təbii qaz ehtiyatları, istehsalı,
nəqli və istifadəsi Xəzər və
Qara dəniz regionu ilə Aralıq
dənizi hövzəsini geosiyasi
maraqlar baxımından daha
da yaxınlaşdırır. Təbii qaz
ehtiyatları ilə bağlı enerji
təhlükəsizliyi məsələsində
məsafə əsas rol oynayır. Xəzər
regionunda mövcud olan
qaz ehtiyatlarının Avropa
İttifaqı ölkələrinə nəqli Xəzər
və Qara dəniz regionunun
əhəmiyyətini tranzit ərazilər
kimi daha da artırır.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
108
Avropa İttifaqı (Aİ) ölkələrinə nəqli Xəzər və
Qara dəniz regionunun əhəmiyyətini tran-
zit ərazilər kimi daha da artırır. Təbii qazın
nəqli məsələsində isə qlobal güclərin möv-
qeyi xüsusi əhəmiyyət kəsb edir. Son illər
təbii qazın sıxılmış vəziyyətdə yox, boru
kəmərləri vasitəsilə nəqlinə yaranan ehtiyac
regionda geosiyasi vəziyyətin fəallaşmasına
səbəb olur. Qərbi Avropaya uzanacaq qaz
kəmərlərinin tikintisində Cənubi Qafqaz
dövlətləri (Azərbaycan və Gürcüstan) mü-
hüm rol oynayırlar. Hazırda bu region-
da enerji təhlükəsizliyi baxımından əsas
təhlükəli ölkə kimi Ukrayna çıxış edir. Uk-
rayna uzun müddətdir ki, Rusiya qazının Aİ-
yə nəql olunmasında əsas tranzit ölkə kimi
çıxış edir. Rusiyadan Aİ-yə ixrac olunan qa-
zın təqribən 80%-i Ukrayna vasitəsilə nəql
olunur. Bu vəziyyətdə hər hansı səbəbdən
qazın nəqlində yarana biləcək böyük fasilə
Aİ-nin enerji təhlükəsizliyinə ciddi zərər vura
bilər. Gas Infrastructure Europe (GIE) verdiyi
məlumata əsasən, Ukraynada yerləşən qaz
anbarlarının tutumu optimal olaraq 36,1 mil-
yard kubmetrdir. Müqasiyə üçün qeyd edək
ki, Aİ-nin 30 ölkəsində yerləşən qaz anbarla-
rının ümumi tutumu 75,4 milyard kub metr
təşkil edir [2]. Məhz bu faktorlar hazırda Ukraynanı Aİ-nin enerji təhlükəsizliyində
mühüm dövlətə çevirir. Amma “Meydan” hadisələrindən əvvəl də Rusiya və Uk-
rayna arasında qazın tranzit qiymətləri ilə bağlı davam edən sonsuz mübahisələr,
Ukrayna böhranı və nəhayət, Rusiyaya tətbiq olunan sanksiyalar bu ölkənin
qazın tranziti ilə bağlı əsas oyunçu kimi qalması Aİ-nin enerji təhlükəsizliyi ilə
əlaqədar ciddi suallar yaradır. Lakin Aİ-nin son dövrlər Rusiya qazından aslılığın
azaldılmasına istiqamətlənmiş alternativ təbii qaz kəmərlərinə üstünlük verməsi,
ABŞ və digər ölkələrdən şist qazının idxalına istiqamətlənən siyasəti, habelə bəzi
tədqiqatlara əsasən, təbii qazdan alternativ təbii enerjiyə keçidin yaxın 30 ildə
baş tuta biləcəyi haqqında məlum proqnozu nəzərə aldıqda yaxın illərdə Uk-
raynanın məhz Rusiya qazının Avropaya tranzitində əsas ölkə kimi qalacağını
söyləmək olar. Hazırda məhz Rusiya qazının Aİ-yə ixracı üçün ən sərfəli və möv-
cud qaz tranziti infrastrukturuna malik olan dövlət kimi Ukrayna çıxış edir. Ru-
siyanın Ukraynadan yan keçməklə birbaşa (Qara dəniz və Bolqarıstan vasitəsilə)
Aİ-yə qazın nəqli üçün inşa etmək istədiyi “Cənub axını” layihəsi hazırda dayan-
Regionda iqtisadi baxımdan
əsas ziddiyyət kimi Xəzərdə
hasil olunan təbii qazın
Avropaya nəqli ilə bağlı
Rusiya və Aİ-nin fərqli
mövqeləri çıxış edir. Belə
ki, Aİ ABŞ-ın dəstəyi ilə
Azərbaycan və Türkmənistana
məxsus qazın Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və
Türkiyədən keçməklə (Rusiya
təsirindən kənar) nəqli
layihəsini (“Cənub dəhlizi”)
dəstəkləyirsə, Rusiya əvvəllər
Qara dənizdən keçməklə
Bolqarıstana (Ukraynadan
kənar “Cənub axını” layihəsi),
son zamanlar isə Qara dəniz
və Türkiyədən keçməklə
Yunanıstana (“Türk axını”
layihəsi) qaz nəqlini irəli
sürür.