«Maliyyə və uçot».-2015.-№1.-S.44-51.
Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində
Azərbaycanın transregional qaz layihələrinin rolu
N.Ç.Baxışov,
Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı
Açar sözlər: Avropa İttifaqı, enerji təhlükəsizliyi, transregional qaz layihələri, TANAP, TAP
Hazırda Avropa İttifaqı neftin 82%, qazın 57%-ni idxal edir ki, bu göstəricilərə görə o, dünyada ilk
yeri tutur. Avropa İttifaqının enerji siyasəti haqqında konsepsiya ilk dəfə Avropa Şurasının 27.10.2005-ci il
tarixində Londonda keçirilmiş iclasında qəbul edilmişdir. Avropa enerji siyasətinin əsas prinsipləri
Dayanıqlı və Təhlükəsiz Enerji naminə Avropa Strategiyası Planında təsbit edilmişdir. Bu, Avropanın
enerji təhlükəsizliyi məsələləri ilə yanaşı, postsənaye cəmiyyətində aşağı karbonlu, ekoloji təmiz yanacağın
tətbiqini nəzərdə tutur. Bura əsas etibarilə daxildir:
- 1990-cı illə müqayisədə ilkin enerji mənbələrindən çıxan istixana qazının həcmini 2020-ci ilədək azı
20% azaltmaq;
- 1990-cı illə müqayisədə ilkin enerji mənbələrindən çıxan karbonun həcmini 2050-ci ilədək azı 50%
azaltmaq;
- 2020-ci ilədək nəqliyyat vasitələrində bioyanacaqdan istifadə payını azı 10% həcmində hədəf kimi
götürmək;
- Aİ qonşuları ilə enerji sahəsində əlaqələri genişləndirmək;
- Bərpa olunan, altemativ və nüvə enerjisi sahəsində texnologiyaları inkişaf etdirmək. Bərpa olunan
enerjidən istifadə həcmini 2020-ci ilədək 20% artırmaq;
- Afrika-Avropa Enerji əməkdaşlığıni genişləndirmək. Bu zaman Afrika ölkələrinə aşağı həcmli
karbonla işləyən texnologiyanı ötürmək və əvəzində qitədən stabil enerji təchizatçısı kimi istifadə etmək.
2004-cü ildə qüvvəyə minən Qaz təhlükəsizliyi Direktivi təbii qaz təchizatında təhlükəsizliyin inkişaf
etdirilməsini nəzərdə tutmuşdur.
Aİ enerji sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə ittifaqdaxili direktivlər qəbul etməklə yanaşı,
həmçinin Enerji Xartiyası Müqaviləsi, Kyoto Protokolu kimi beynəlxalq sazişlərə qoşulmuş, regionda və
qitədə qonşu ölkələrlə enerji sahəsində əməkdaşlığa dair layihələrə imza atmışdır (İNOGATE, Bakı
Təşəbbüsü və s.). Belə layihələrə misal kimi Avropa Qonşuluq Siyasəti çərçivəsindəki Enerji
Əməkdaşlığına dair Anlaşma Memorandumların (Azərbaycan, Qazaxıstan, Ukrayna, Əlcəzairlə), Aralıq
hövzəsi ölkələri ilə Assosiasiya Sazişlərini, Aİ-Afrika sazişlərini göstərmək olar.
Sənaye obyektlərinin, istixanaların, nəqliyyatin və s.-nin inkişafmda Avropa hələ uzun müddət ucuz və
ekoloji cəhətdən nisbətən təmiz olan təbii qaza ehtiyac duyacaqdır. Avropa İttifaqı aşağı karbonlu, sağlam,
yüksək keyfiyyətli, sərfəli qiymətə malik, dayanıqlı və təhlükəsiz enerji mənbələri axtarışındadır. Bu
kontekstdə Avropa təbii qaza daha çox etibar edir. Qazın üstünlükləri çoxdur. Təbii qaz təkcə enerji
mənbəyi deyil, həmçinin xammaldır. Son dövrlərdə istehsalı artan bioqaz bərpa olunan enerji mənbələri
sırasındadır. Elektrikdən fərqli olaraq, təbii qaz saxlanıla bilir, bu baxımdan onun istehsalı və paylanması,
logistik məsələlər daha rahat başa gəlir. Nəzərə alsaq ki, Rusiya Aİ-ni qazla təmin edən əsas enerji
ölkəsidir, о zaman birliyin enerji təhlükəsizliyi məsələsi mühüm məsələyə çevrilir. Hazırda Aİ buna
təchizat mənbələri üzrə diversifikasiyaya nail olmaq və maye-qaz terminallarının tikintisi ilə nail olmaq
istəyir. Şimal dənizindəki qaz yataqlarının mövcudluğuna baxmayaraq, Aİ idxal olunan qazdan birbaşa
asılıdır.
[səh. 44-45]
Avropa təbii qaz ticarəti assosiasiyası Eurogasın məlumatma görə, Aİ-nin qaz istehlakının 38%-i birlik
ölkələrinin payına düşür (xüsusən B.Britaniya və Niderland). Aİ qazı, əsasən, Rusiya (istehlakın23%-i),
Norveç (18%) və Əlcəzairdən (10%) idxal edir.
Aİ-nin enerji təhlükəsizliyində təbii qaz sahəsində problemlərinin aradan qaldırılmasında
mayeləşdirilmiş təbii qaz idxalı da böyük rol oynaya bilər. Şimali Amerikanın şərq sahillərinə nisbətən
Avropa mayeləşdirilmiş təbii qaz mənbələrinə daha yaxındır. Qitə Aralıq dənizi hövzəsi, Qərbi Afrika və
Yaxm Şərq qaz mənbələrinə coğrafi cəhətdən ABŞ-a nisbətən daha əlverişli mövqedədir. Bu üstünlük təkcə
coğrafi mövqe deyil, həm də çatdırılmanın daha ucuz başa gəlməsindədir. Hazırda Avropada maye qazı
reqazifikasiya edəcək yeni terminallar tikilməkdədir. Onlardan ən böyüyü Uelsdə tikilib. Bundan başqa,
belə terminallar daha çox İspaniya, Portuqaliya, Fransa, Belçika, B.Britaniya, İtaliya və Yunanıstan
ərazisindədirlər. 50-dən çox yeni terminal Albaniya, Niderland, Xorvatiya, Kıрг, Almaniya, İrlandiya,
Polşa, Rumıniya, Ukrayna ərazisində tikilməkdədir. Qeyd edək ki, belə terminalların tikintisi və maye qazı
təbii qaza çevirəcək texnologiyaların quraşdırılması səbəbindən mayeləşdirilmiş qazın qiyməti təbii
qazdan qat-qat baha başa gəlir. Lakin Avropa enerji təhlükəsizliyinin təmin edilməsi üçün bu addıma
getməli olur. Bəzi ölkələrdə isə maye qazın idxalı sadəcə geniş şəbəkəli boru xətlərinin olmaması
səbəbindən irəli gəlir. Məsələn, İspaniya və Portuqaliya Avropanın daha çox maye qaz idxalçısı
ölkələrindəndir və onlar
[səh. 45-46]
bu qazı Qatar, Əlcəzair kimi ölkələrdən idxal edirlər.
2030-cu ilədək Aİ-nin qaz tələbatı 700 milyard kub metrədək artacaq. Digər tərəfdən bu tələbatın idxal
hesabına ödənməsi də getdikcə artacaqdır. Buna səbəb Avropanın əsas qaz hasilatçılarından olan
B.Britaniyada qaz ehtiyatlarının azalmağa doğru getməsidir. Bəzi təşkilatlar Britaniyada 2020-d ildə qaz
istehsalı həcminin 80-90 milyard kub metr olacağını proqnozlaşdırsalar da, ölkə rəsmiləri bunu, hətta 20
milyarddan aşağı həcmdə qiymətləndirirlər. Aşağıda Aİ qaz idxalının 2005-2030-cu illər üzrə proqnozuna
baxmaq olar.
Göründüyü kimi, yenə də idxalda yüksək paya Rusiya, Norveç, Şimali Afrika, Körfəz ölkələri
malikdirlər, özü də bu ölkələrdən idxalın həcmi ilbəil artmaqda davam edəcək. Ən az və stabil həcmə isə
Latın Amerikası ölkələri aid olacaq. Cədvəldə Xəzər regionu ölkələri diqqəti xüsusilə cəlb edir. 2020 və
2030-cu illərdə bu regiondakı Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistandan ümumilikdə 13
milyard kub.m qaz idxalı proqnozlaşdırılır ki, bunun da hamısının Azərbaycan hesabına baş verəcəyi
nəzərdə tutulur. Belə olan halda, Azərbaycanın Aİ üçün necə etibarlı və əhəmiyyətli tərəfdaş olduğunu
görmək olur. Qazaxıstan, Türkmənistan və Ozbəkistanın etibarlı tərəfdaş olmadığı və bu ölkələrin istehsal
etdikləri qazlarını Rusiyaya satacağı əsas kimi götürülüb.
Adıçəkilən ölkələrin Aİ-nin qaz idxalında stabil paya sahib olması üçün bir sıra maliyyə,iqtisadi,
siyasi, institusional problemlər həll edilməlidir. Yaxın Şərq, Misir, Liviya, Nigeriya kimi ölkələrdən qaz
idxalı həcminin artırılması üçün infrastruktur inkişaf etdirilməlidir: yeni kəmərlər və maye-təbii qaz
terminalları.
2006-cı ildə Avropanın qaz istehlakında mayeləşdirilmiş təbii qazın həcmi 51 milyard kub.m
olmuşdursa, 2030-cu ildə bu rəqəmin 227 milyard kub.m-ə çatacağı gözlənilir. Maye təbii qazın dünyada
ticarəti isə 2006-cı ildə 748 milyard kub.m və ya ümumi qaz ticarətinin 28%-i olmuşdur. Ümumilikdə
maye qaz idxal edən ölkələrin sayı son illərdə Çin və Meksika da daxil olmaqla 17-yə çatmışdır. Avropada
maye qaz idxalının artımı (21%) dünya maye qaz idxalı artımından (12%) çox olmuşdur. Maye qaz idxalı
ümumi qaz idxalında 27% olan Avropanın ən böyük maye qaz idxalçısı Ispaniyadır.
[səh. 46-47]
Dünyanın ən böyük maye-qaz ixracatçısı Qatardır. Onun ümumi ixracda payı 15% təşkil edir. Digər
böyük həcmdə maye-qaz ixracatçıları isə İndoneziya, Malayziya, Əlcəzair, Nigeriya, Trinidad və Tobaqo,
Misir, Bruney və Omandır. Maye-qaz ixracatının artımına görə Misir ilk pillələrdə durur.
Avropada ümumi qaz istehlakında maye-qazın payı 10%-dir. Lakin bu rəqəm müxtəlif ölkələrdə
müxtəlif cürdür. Məsələn, İspaniyada qaz istehlakının 68%-i mayeləşdirilmiş təbii qazdır.
Maye-təbii qazın istehsalçıdan istehlakçıya çatdırılması neftin nəqlindən təqribən 7 dəfə baha başa
gəlir. Təbii ki, qazın qiyməti məsafədən, tərəflər arasındakı müqavilənin şərtlərindən və s.-dən asılı olaraq
dəyişə bilir. Maye-təbii qaz təchizatı zəncirini nəzərdən keçirmək üçün xəyali rəqəmlər götürək: Misal
üçün, 5Mt qazın mayeləşdirilərək istehlakçıya çatdırılması. 5Mt qazm hasilatı 1.5 milyard dollar (hər tona
300 dollar), onun mayeləşdirilməsi 3.25 milyard dollar (hər tona 650 dollar), 5 gəmi ilə çatdırılması 1
milyard dollar (hər gəmi ilə 1 Mt üçün 200 dollar), onun reqazifikasiyası 0.5 milyard dollar (1 milyard
kub.m üçün 75 dollar) və cəmi xərclər 6.25 milyard dollara başa gəlir. Göründüyü kimi, xərclərdə ən böyük
pay qazın mayeləşdirilməsidir (52%). Hasilat 24%, nəqliyyat xərci 16%, reqazifikasiya 8% təşkil edir.
Aİ-nin prioriteti qaz infrastrukturlarına qaz anbar və limanları, maye qaz terminalları və mövcud qaz
boru xətlərinə əlaqələndirici kəmərlərin çəkilişidir. Bunu Cənub Qaz Dəhlizinə daxil olan bir neçə layihədə
görmək mümkündür.
Külək, günəş, bioyanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı
və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdirlər. Xüsusən də XX
əsrin 70-ci illərindəki yanacaq böhranı dünya ölkələrini bərpa olunan enerji mənbələri üzərində
fikirləşməyi məcbur etdi. Aİ-nin bərpa olunan enerji mənbələri üzrə 2008-ci ilin dekabrında qəbul edilmiş
direktivində hər bir ölkənin bu enerjidən istifadə payını artırması və ümumilikdə birlik daxilində bu həcmin
2020-ci ilədək 8.5%-dən 20%-dək artırılması tələb edilir.
İllər üzrə mərhələli şəkildə bu artım aşağıdakı kimi olmalıdır:
2011 və 2012-ci illərdə orta 20%;
2013 və 2014-cü illərdə orta 30%;
2015 və 2016-cı illərdə orta 45%;
2017 və 2018-ci illərdə orta 65%.
Həcmi (milyard cub metr)
Artım sürəti
Təchizatçılar
2002
2020
Artım
(2002-2020)
2002
2020
Rusiya
126
200
74
63%
39%
Afrika
65
199
134
33%
37%
Yaxm Şərq
7
100
93
4%
18%
Xəzər hövzəsi
0
16
16
0%
5%
Digər
1
3
2
1%
1%
Cəmi
199
518
319
100%
100%
Cədvəl 1: Avropanın 2002 və 2020-ci illərdə qaz idxalı potensialı Mənbə: EU Energy Portal
Cədvəldən göründüyü kimi, Avropa İttifaqının gələcəkdə də qaz istehlakı idxal hesabına artmaqda
davam edəcək və bu tələbatın ödənilməsində Xəzər regionu, xüsusəndə Azərbaycan böyük rol
oynayacaqdır. Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu günü-gündən artır. Bu həm onunla
bağlıdır ki, Xəzər hövzəsi ölkələri enerji resursları
[səh. 47-48]
həcminə görə dünyanın ən əhəmiyyətli
ikinci (Fars körfəzi regionundan sonra) geoiqtisadi bölgəsi hesab olunur, həm də Bakı-Tbilisi-Ceyhan neft
boru kəməri dünyada ən təhlükəsiz enerji məhsullarının dünya bazarlarına, istehlakçılara çatdırılması
marşrutudur. Son onillikdə Qərbi Avropada, daha dəqiq desək, iqtisadiyyatı sürətlə inkişaf edən Avropa
İttifaqında karbohidrogen ehtiyatlarına, xüsusən də təbii qaza olan tələbatın durmadan artması, Aİ-nin ən
böyük qaz təchizatçısı olan Rusiyadan enerji asılılığı, 2006-cı ildən başlayan və 2009-cu ildə Avropaya
qısa müddətə qaz verilişinin dayandırılması ilə nəticələnən Rusiya-Ukrayna qaz münaqişələrinin baş
verməsi, Rusiyanın qitədə öz enerji şərtlərini diktə etməsi, geniş şaxəli təbii qaz marşrutlarının mövcud
olmaması Avropa İttifaqını alternativ təbii qaz mənbələri, eləcə də təchizat marşrutlarını axtarmaq
məcburiyyəti qarşısına qoydu. Bu hal Qərbin Yaxın Şərq, Xəzər və Mərkəzi Asiyanın zəngin qaz
ehtiyatlarına malik dövlətləri ilə əməkdaşlığını şərtləndirdi. Nəticədə Mərkəzi Asiya və Xəzər regionu
qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi qaz layihəsi irəli sürüldü.
Aİ-nin 2006-cı ildən etibarən həyata keçirilən yeni enerji siyasətinin vacib və ən əsas məqamlarından
biri enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə təbii qaz mənbələri və marşrutlarının
diversifikasiyasına nail olmaqdan ibarətdir. Layihənin gerçəkləşməsində qaz mənbələrindən biri kimi
Xəzər regionunda məhz Azərbaycan qazı, xüsusən də Şahdəniz qaz yatağı çıxış edəcəkdir. Layihənin istər
ilkin istismar dövründə, istərsə də növbəti fazalarda kəmərin qazla təchizatında Şahdəniz yatağı nəzərdə
tutulur. 2007-ci ildən etibarən dünya bazarına artıq qaz ixracatçısı kimi çıxan Azərbaycan neft sahəsində
apardığı güclü strategiyanı və zəngin təcrübəni bir qaz hasilatçısı olan ölkə kimi də davam etdirmək
niyyətindədir. Azərbaycan öz qazını 4 marşrutla dünya bazarına ixrac etsə də, geniş şaxəli enerji
marşrutlarının əldə edilməsi ölkəmizin də marağındadır. Bundan başqa, ölkə iqtisadiyyatının inkişafında
enerji resurslarının mühüm rolunu nəzərə alaraq, Azərbaycanın əsas iştirakçılarından olacağı belə iri
layihənin reallaşmasının neft-qaz gəlirlərinin artmasına və bütövlükdə iqtisadi artıma təsir edəcəyi
şübhəsizdir.
[səh. 48-49]
Cənub Qaz Dəhlizi Avropa və Xəzər regionu arasında enerji və nəqliyyat əlaqəsi yaradacaq yeni İpək
Yolu rolunu oynayan vasitə kimi qəbul edilir.
"Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin
genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə
bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26
sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni
texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz
Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Italiya və digər ölkələrdə milyonlarla istehlakçını təmin
edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağırun işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı
ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və
"Cənub" qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük
və mürəkkəb təşəbbüslərdən hesab olunur.
"Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin
şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin
ediləcəkdir. "Şahdəniz” XXI əsrin müqaviləsi olacaqdır. 1996-cı ildə "Şahdəniz" qaz yatağı ilə bağlı saziş
imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru
kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla
birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa
edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər
layihə ilə birləşdirmişdir.
2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığa dair memorandum
imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa
istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. 2013-cü ildə Azərbaycan Türkiyə ilə
Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalamış, 2014-cü ildə isə TAP layihəsi əsas
ixrac marşrutu seçilmişdi. Nəhayət, "Şahdəniz-2" yekun investisiya qərarı imzalanmışdır.
Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu
sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Ekspertlərin hesablamalarına görə, Azərbaycanın qaz
ehtiyatı 3 trilyon kubmetrə bərabərdir.
"Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar
məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri
yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.
Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir. Azərbaycanda
enerji sahəsinin iki lideri və strateji tərəfdaşı olan ARDNŞ və BP arasında 20 illik əməkdaşlıq təcrübəsi
vardır.
Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan
yaratmışdır. Bu gün özəl sektor ölkə iqtisadiyyatının 85 faizini təşkil edir. İşsizlik səviyyəsi 4,8 faizə,
yoxsulluq səviyyəsi isə 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8
faizini təşkil edir, maliyyə vəziyyəti sabitdir və iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft
sektoruna yatırımlar davam etdirilir.
Bu səbəbdən enerji siyasəti, beynəlxalq təsisatlarla six əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu
inkişafın əsas elementlərindəndir. Bu gün, təbii ki, qazımızm Avropa bazarlarına vaxtında çatdırılması
üçün diqqətimizi TANAP və TAP layihələrinin icrasına yönəltməliyik. Burada "Şahdəniz" layihəsinin ilkin
mərhələsinin əhatə etdiyi ölkələr - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya,
Bolqarıstan ilə
[səh. 49-50]
six əməkdaşlıq tələb olunacaqdır. Sonrakı mərhələdə Monteneqro və Xorvatiya
ilə fəal əməkdaşlığa başlayacağıq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planlarımız da
vardır. Eyni zamanda qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru
kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görüləcək.
Təbii ki, "Şahdəniz-2" layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi
onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır Bu
səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin
tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir.
Bu layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyasının tətbiqi ilə
Azərbaycandan Avropaya qədər 6 ölkəni birləşdirəcək təxminən 3500 kilometr uzunluğunda boru
kəmərləri sisteminin tikintisi və istismarı gerçəkləşdiriləcəkdir.
Qeyd etmək lazımdır ki, avropalıların bir çox nəsillərinə xidmət edəcək "Cənub" qaz dəhlizinin
yaradılmasında ən böyük investorlardan biri SOCAR olacaqdır.
"Şahdəniz-2" layihəsi üzrə platforma və sualtı qurğuların əksər hissəsi faktiki olaraq Azərbaycanda
inşa olunacaq.
Bunun üçün Bakı yaxınlığında yerləşən tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları
artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional
imkanları təkmilləşdiriləcəkdir. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün çoxprofilli bir nadir gəmi
inşa ediləcəkdir. Onu da həmin gəminin Bakıda yenicə istifadəyə verilmiş Gəmiqayırma zavodunda
tikilməsi planlaşdırılırr. Bunlar, əlbəttə ki, ölkəmiz üçün yeni texnologiyalar, yeni biliklər, yeni potensial
deməkdir. Ən mühümü isə "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri
Azərbaycanda işçi qüvvəsi üçün təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaqdır.
TANAP və TAP layihələrinin inşası prosesində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və digər
ölkələrdə də minlərlə yeni iş yeri açılacaq, həmin ölkələrin iqtisadiyyatlarına müsbət təsir göstərəcəkdir.
"Mərhələ-2" çərçivəsində işlənilməsi planlaşdırılan "Şahdəniz"in əlavə ehtiyatlarından, bu yaxınlarda
Xəzərdə kəşf edilmiş 'Abşeron" və "Ümid" yataqlarının, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı dərin
qaz ehtiyatlarının olduqca perspektivli "Şəfəq-Asiman", "Babək", "Zəfər-Məşəl" və başqa strukturların
potensialından tam istifadə ediləcəkdir. Bu transregional qaz layihələrinin reallaşdırılması ölkənin qlobal
iqtisadiyyatda mövqeyinin daha da gücləndirilməsinə real xidmət edəcəkdir.
ƏDƏBİYYAT
1. Heydər Əliyevin neft strategiyası. Bakı, 2001.
2. Nəsirov E. Azərbaycan nefti və beynəlxalq müqavilələr. (1991-1999) Bakı, 1999.
3. Ильхам Алиев. Каспийская нефть Азербайджана. Москва. Известия. 2003.
4. Мехтиев Р. Азербайджан: вызовы глобализации. Баку, 2004.
5. Юсифзаде Х.Б., Состояние и перспективы развития нефтегазодобычи в Азербайджане,
журнал «Азербайджанское нефтяное хозяйство», №11-12, 2000, 70-76
6. Мухсинова Л.Х., Газовый потенциал Азербайджана в мировой добыче и потреблении,
журнал «Азербайджанское нефтяное хозяйство», №9 2006, 50-57
7. Обзор мирового рынка нефти, №30- 33, 25.07-16.08
8.
http://europa.eu.int/-Avropa
İttifaqının rəsmi saytı
9.
www.eurasianet.org
[səh. 50-51]
Н.Ч.Бахишов
Роль трансрегиональных газовых проектов Азербайджана в обеспечении энергетической
безопасности Евросоюза
РЕЗЮМЕ
В статье анализируется энергоснабжение Евросоюза, его геополитика, проблема энер-
гетической безапасности стран, входящих в интеграционное объединение. Особо отмечается роль
осуществляемых Азербайджаном трансрегиональных газовых проектов в обеспечении
энергетической безопасности Евросоюза и отмечается, что реализация данных проектов приведет к
еще большему укреплению позиции страны в глобальной экономике.
N.Ch.Bakhishov
The role of the trans-regional gas projects of Azerbaijan in the provision of the European
Union's energy security
SUMMARY
In this article the European Union's energy supply, its geopolitics, the problem of energy security of the
countries within integration community are analyzed. The role of the trans- regional gas projects
implemented in Azerbaijan in the provision of the European Union's energy security is spesially market and
it is mentioned that the implementation of these projects will bring further strengthening of its position in
the global economy of the country.
[səh.51]
Dostları ilə paylaş: |