Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə50/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   46   47   48   49   50   51   52   53   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
128 
təşkilatlandıran dəyərlər, normalar və əlaqələr sistemi kimi izah edilir. Sosial 
institutlar tarixi mənşəyə malik olub, daima dəyişməyə və inkişafa məruz qalır. 
Onların  formalaşması  institutlaşma  adlanır.  İnstitutlaşma  sosial  normaların, 
əlaqələrin, statusların və rolların müəyyənləşməsi və möhkəmlənməsi, onların 
sistemləşdirilməsi prosesi olub, bir sıra ictimai tələbatların təmin edilməsinə 
yönəlir. Bu proses bir neçə mərhələdən ibarətdir:
1.  yalnız  birgə  fəaliyyət  nəticəsində  təmin  edilə  bilən  tələbatların  meydana 
çıxması; 
2.  mövcud tələbatların təmin edilməsi ilə bağlı qarşılıqlı fəaliyyəti tənzimləyən 
norma və qaydaların yaranması;
3.  mövcud norma və qaydaların qəbul edilməsi və praktikada reallaşdırılması;
4.   institutun bütün üzvlərini əhatə edən statuslar və rollar sisteminin yaranması [22].
Sosial institutlar aşağıdakı funksiyaları yerinə yetirir:
1.  təkrar istehsal – ictimai münasibətlərin möhkəmlənməsi və təkrar istehsalı, 
fəaliyyət nizamının və çərçivələrinin təmin edilməsi;
2. tənzimləyici – davranış nümunələri hazırlamaqla cəmiyyət üzvləri arasındakı 
qarşılıqlı münasibətlərin tənzimlənməsi;
3.  sosiallaşma – sosial təcrübənin ötürülməsi;
4.  inteqrativ  –  institusional  normalar,  qaydalar,  qərarlar  və  rollar  sisteminin 
təsiri ilə qrup üzvlərinin toplanması, qarşılıqlı əlaqəsi və məsuliyyəti;
5.  kommunikativ – institut daxilində və xarici mühitdə informasiyanın yayılması, 
digər institutlarla qarşılıqlı əlaqənin saxlanılması;
6.  avtomatlaşma – müstəqilliyə cəhd.
İnstitutların yerinə yetirdiyi funksiyalar açıq və gizli ola bilər. 
İnstitutun  gizli  funksiyaları  cəmiyyətə  elan  ediləndən  daha  çox 
xeyir  gətiriləcəyi  haqqında  məlumat  verir.  Sosial  institutlar  cəmiyyətdə 
sosial  idarəetmə  və  sosial  nəzarət  funksiyalarını  yerinə  yetirir,  cəza  və 
mükafatlandırma  sistemi  vasitəsilə  birlik  üzvlərinin  davranışını  idarə  edir. 
Sanksiyalar  sisteminin  yaranması  institutlaşmanın  əsas  şərti  hesab  edilir. 
Belə  ki,  cəzalar  vəzifə  borclarının  qeyri-dəqiq,  düzgün  olmadan  yerinə 
yetirilməsinin qarşısını alır. Pozitiv sanksiyalar (minnətdarlıq, maddi kömək, 
əlverişli şəraitin yaranması) düzgün və təşəbbüskar davranışın dəstəklənməsi 
və  stimullaşdırılmasına  yönəlir.  Beləliklə,  sosial  institut  qarşılıqlı  razılaşma 
əsasında formalaşmış davranış standartları sistemi vasitəsilə sosial fəaliyyətin 
və sosial münasibətlərin istiqamətini müəyyən edir [22].
İnstitutlaşmış sosial əlaqələr formal və qeyri-formal ola bilər.
Sosial əlaqələrin institutlaşması aşağıdakılar əsasında mümkündür:
1.  Xüsusi reqlamentləşdirmə tipi (sosial nəzarət, sanksiyalar əsasında).
2.  İnstitutlaşmış qarşılıqlı fəaliyyət iştirakçılarının funksiyalarının, hüquqlarının 
və məsuliyyətlərinin dəqiq müəyyənləşdirilməsi.
3.  Sosial  institutların  böyük  əksəriyyətinin  müntəzəmliliyi  və  özünü 
yeniləşdirməsi  institutun  fəaliyyətinə  qoşulanlara  qarşı  olan  tələblərin 
şəxssizləşməsini təmin edir.


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
129
4.  Müəyyən  vəzifələr  dairəsinin  yerinə  yetirilməsi  əmək  bölgüsünə  və 
funksiyaların yerinə yetirilməsinin təkmilləşməsinə gətirib çıxarır. 
5.  Öz funksiyalarını yerinə yetirməsi üçün institut müəssisəyə malik olur və bu 
və ya digər institutun fəaliyyəti həmin müəssisə çərçivəsində təşkil edilir, 
onun fəaliyyətinin idarə edilməsi və nəzarəti həyata keçirilir. Hər bir institut 
zəruri vasitə və ehtiyatlara malik olmalıdır [16; 25].
Sosial institutlar müxtəlif istiqamətli tələbatların təmin edilməsinə yönəlir. 
Məsələn,  cəmiyyətin  təhlükəsizliklə  bağlı  tələbatları  müdafiə  institutu 
tərəfindən həyata keçirilir. Hər bir institut bir neçə tələbatı yerinə yetirə bilər 
(kilsə  bilavasitə  dini,  əxlaqi,  mədəni  tələbatları  təmin  edir),  yaxud  eyni  bir 
tələbat  müxtəlif  institutlar  tərəfindən  təmin  edilə  bilər  (mənəvi  tələbatlar 
incəsənət,  elm,  din  və  s.  bağlı  tələbatları  ödəyə  bilər).  Tələbatların  təmin 
edilməsi prosesi (məsələn, əmtəənin istehlakı) institusional olaraq tənzimlənə 
bilər [25]. 
İctimai  mahiyyətli  funksiyaları  yerinə  yetirən  sosial  institutlar,  adətən, 
nisbi sabit sosial əlaqələr və münasibətlərə nail olunmasını təmin edir, lakin 
sosial  institutlar  tərəfindən  təmin  edilməyən  sosial  tələbatlar  yeni  qüvvə  və 
tənzimlənməyən fəaliyyət formalarının yaranmasına gətirib çıxarır. Təcrübədə 
belə bir vəziyyətdən çıxmaq üçün aşağıdakı yollardan istifadə edilir: 
1.  köhnə sosial institutların yenidən yönəldilməsi;
2.  yeni sosial institutların yaradılması;
3.  ictimai şüurun yönəldilməsi [22].
Onu da qeyd etmək lazımdır ki, sosial institutlar üzərində qurulan cəmiyyətin 
inkişafı prosesində bəzi norma və dəyərlər aradan çıxır, bəziləri isə yeni formada 
təzahür edir, yaxud yeni norma və dəyərlər sistemi müəyyənləşir [25].
Sosial  institutlar  sosial  mühiti  strukturlaşdırır.  Dövlətin  sosial  siyasətinin 
uğuru  məhz  sosial  institutların  mövcud  qanunvericilik  çərçivəsində  həyata 
keçirilən məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Dövlətin sosial siyasətində əsas 
məqsədlərdən  biri  sosial-peşə  və  sosial  ərazi  qrupları  ilə  münasibətlərin 
saxlanılması, həmçinin əhalinin rifah halının, yaşayış səviyyəsinin yüksəldilməsi, 
sosial zəmanətin təmin edilməsidir [17].
Sosial  siyasətin  reallaşdırılması  istiqamətləri  aşağıdakılar  kimi  müəyyən 
edilir:
1.  Əhalinin gəlir siyasəti (həyat səviyyəsi, rifah halı, yaşayış minimumu, istehlak 
zənbili).
2.  Əmək və əmək münasibətləri sahəsi ilə bağlı siyasət (əməyin ödənilməsi, 
əməyin müdafiəsi, sığorta, məşğulluq).
3.  Sosial dəstək və müdafiə (təqaüd təminatı, sosial xidmət, sosial təzminat, 
əmək qabiliyyəti olmayanların, aztəminatlıların və s. müdafiəsi).
4.  Sosial sahələrin inkişafı (səhiyyə, təhsil, elm, mədəniyyət, bədən tərbiyəsi, 
idman və s.).
5.  Sosial-ekoloji siyasət.
6.  İnfrastrukturla  bağlı  siyasət  (nəqliyyat,  yollar,  əlaqələr,  ticarət  və  məişət 
xidməti və s.).


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə