Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə58/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   54   55   56   57   58   59   60   61   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
146 
ya gələn və gedən turistlərin sayı, respublika əhalisinin yerli turist xidmətindən 
müxtəlif formada istifadəsi, turist infrastrukturunu yaradan obyektlərin sayı və 
həmçinin onların keyfiyyəti ilə ölçülür. Həmçinin turist obyektlərinin planlaşma-
sı, turist tələbatının xarakteri, marketinq strukturu və standartlara uyğun xidmət 
sferası ilə ölçülür. Turizmin marketinq xidməti, ayrı-ayrı sahələrin göstəriciləri 
ilə  tarazlı  inkişaf  meyillərinə  malikdir.  Belə  ki,  hər  hansı  struktur  dəyişmələri 
turizmin marketinq strukturu və maddi-texniki bazasının inkişafında öz əksini 
tapır.  Turizmin  inkişafı  makrosəviyyədə  iqtisadi  artımın  və  həmçinin  ümumi 
daxili məhsulun bölgüsü və yenidən bölgüsünün tərkib hissəsi kimi müxtəlif 
ölkələrdə özünün qanunauyğunluqları ilə seçilir. Azərbaycanda turizmin poten-
sial göstəricisi, onun əhalisinin sayı, əhalisinin turist xidmətindən istifadə etmək 
qabiliyyətinə malik olan kontingentlərinin sayı, həmçinin turizmin maddi-tex-
niki bazasını təşkil etmək üçün maliyyə resurslarının miqdarı ilə müəyyənləşə 
bilir.  Təbii  ki,  potensial  imkanlar  həmin  imkanların  turizm  dövriyyəsinə  cəlb 
edilməsi  ehtimalından,  konkret  proqramlar  və  iqtisadi  təşkilati  tədbirlərin 
məcmusu  ilə  müəyyənləşir.  Bütövlükdə  turizmin  mövcud  vəziyyəti  ilə  onun 
perspektivi arasında müəyyən ətalət və variant olsa da, islahatlar şəraitində və 
gəlirlərinin perspektiv artım sürətinə malik olan Azərbaycanda bu transforma-
siya keyfiyyətli və çox güclü olmalıdır. 
  Turizmin  təşkili  üçün  mövcud  olan  resurslar  bunlardır:  a)  turist  qəbul 
edən ölkənin təbii xüsusiyyətləri (coğrafi vəziyyəti, iqlim xüsusiyyətləri, ərazi 
quruluşu,  bitki  örtüyü  və  heyvanlar  aləmi);  b)  ölkənin  sosial-mədəni  mühiti 
(mədəniyyəti, adət-ənənələri, dünyəvi və dini quruluşu, qonaqpərvərliyi, milli 
mentaliteti); c) turizm infrastrukturu. 
Son  illər  Azərbaycanda  iqtisadi  sabitlik  qorunub  saxlanılmış,  qeyri-neft 
sektorunun  və  regionların  inkişafı  daha  da  sürətlənmiş,  valyuta  ehtiyatla-
rının  səmərəli  idarə  edilməsi  təmin  olunmuş,  sahibkarlığa  dövlət  dəstəyi 
gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya 
mühiti  yaradılmış,  əhalinin  sosial  rifahı  daha  da  yaxşılaşmışdır.  Əgər  əvvəlki 
illərdə iqtisadi artım əsasən neft sektorunun hesabına baş verirdisə, 2011-ci 
ildən başlayaraq bu tendensiya dəyişməyə başlamışdır. 2012-ci ildə ümumi da-
xili məhsulun artımı tamamilə qeyri-neft sektorunun hesabına formalaşmış və 
2,2 faiz olmuşdur. Qeyd etmək lazımdır ki, qeyri-neft sektoru üzrə artımın 9,7 
faiz təşkil etməsi 2012-ci ilin mühüm iqtisadi uğuru kimi dəyərləndirilə bilər. 
Artıq ümumi daxili məhsulda qeyri-neft sektoru neft sektorunu üstələmiş və 
ÜDM-də payı artaraq 52,7 faizə çatmışdır [18].
Qeyd edək ki, xüsusilə informasiya texnologiyaları və turizm kimi Azərbaycan 
üçün qeyri-ənənəvi olan sahələrdən gələn gəlirin ÜDM-də xüsusi çəkisinin art-
ması olduqca diqqətəlayiqdir. İnformasiya texnologiyalarının inkişafı və tətbiqi 
dairəsinin genişlənməsi elektron xidmətlərin göstərilməsini, elektron ticarətin 
və  elektron  ödəmələrin  genişlənməsini  təmin  edirsə,  turizm  həm  əhalinin 
həyat  səviyyəsinin  yaxşılaşdırılmasında  və  məşğulluğunun  artmasında,  həm 
də  turizm  bölgələrinin  inkişafında  və  infrastrukturun  yenilənməsində  özünü 
göstərir. Neft strategiyasının reallaşmasının ilk dövrlərində dövlət büdcəsinin 
və bütövlükdə  iqtisadiyyatın neft gəlirlərindən asılılığı kimi narahatlıq artıq öz 
əhəmiyyətini itirməkdədir.


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
147
Azərbaycanda  regional  sosial  turizm  mərkəzləri  ilk  növbədə  sağlamlığın 
bərpasına yönəlib, daha çox sosial xarakter daşıyır və müəyyən əhali qrupu 
üçün nəzərdə tutulub. Məlumdur ki, sosial turizm müxtəlif kateqoriyalı insan-
ları  –  tələbələri,  təqaüdçüləri,  əlilləri,  müharibə  və  əmək  veteranlarını  əhatə 
edir.  Sosial  turizmin  əsas  iştirakçıları  aztəminatlı  ailələrdir.  Burada  imtiyazlar 
yalnız yaş məhdudiyyətinə malik olmur, həm də maddi vəziyyətlə bağlı verilir. 
Təcrübə göstərir ki, sosial turizmin əsas məqsədi təşkilatın, müəssisənin inki-
şafına  səbəb  olan  daha  fəal  işçilərin  əməyinin  mükafatlandırılmasıdır.  Sosial 
turizmin maliyyə mənbələri dövlət və bələdiyyələrin sosial ehtiyaclara ayırdığı 
vəsait,  sosial  sığorta  və  sosial  təminat  fondları  və  s.  ola  bilər.  Sosial  turizm 
fərdi əsaslarda həyata keçirilsə də, onda kollektiv və təşkilati forma üstünlük 
təşkil edir. Sosial turizmin əsas məqsədi yalnız sağlamlığın bərpa edilməsi de-
yil, həm də istirahət edənlərin mədəni ehtiyatlarının zənginləşməsi, onların ta-
rixi təfəkkürünün genişlənməsi və s. ilə bağlıdır. Azərbaycanda sosial turizm 
əsasən regional səviyyədə inkişaf edir. Burada yerli büdcə hesabına uşaqların, 
ahılların, veteranların, həmçinin digər zəif müdafiə olunan əhali təbəqələrinin 
istirahəti həyata keçirilir [19].
Bu gün turizmin sosial xüsusiyyətlərindən biri də əhalinin məşğulluğunun 
təmin edilməsi sahəsi kimi çıxış etməsidir. Belə ki, turizm turist şirkətlərində, 
mehmanxanalarda,  turizm  mərkəzlərində,  sanatoriya  və  pansionatlarda  işlər 
təqdim etməklə məşğulluğun təmin edilməsinə yardım edir,  dövlət və sahib-
karlar  tərəfindən  dəstəklənən  səyahətlər  isə  sosial  bərabərliyin  azalmasına, 
müxtəlif sosial qruplar arasındakı sosial uçurumun zəifləməsinə şərait yaradır. 
Hazırda sosial  turizm bilavasitə regional və regional sahə səviyyəsində inki-
şaf edir. Sosial turizm mənbələri büdcədən ayrılan vəsait hesabına təmin edilir 
[20]. Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaq-
ları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərir. Res-
publikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici 
turistlərin qəbulu və yerli əhaliyə turist xidmətlərinin göstərilməsi ilə məşğul 
olur,  149  mehmanxana  rəsmi  qeydiyyatdan  keçmişdir.  Həmin  hotellərdə 
yerlərin  ümumi  miqdarı  5000-dən  artıqdır.  Turizm  üçün  əlverişli  regionlarda 
müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Turizm 
sahəsində  əldə  olunan  nailiyyətlər  ölkəmizə  gələn  turistlərin  statistikasında 
da özünü göstərir. Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 2 ildə 
ölkəyə gələn turistlərin sayı 41 faiz yüksəlib. 2001-ci ildə Azərbaycana gələn 
xarici vətəndaşların sayı 767 min nəfər olduğu halda, 2005-ci ildə onların sayı 1 
milyon 177 min, 2010-cu ildə isə 1 milyon 963 min nəfərə yüksəlmişdir. 
2002-ci ildə ölkə iqtisadiyyatı ölkəmizə gələn turistlərdən 432 milyon ma-
nat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon ma-
nata yüksəlib. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və 
digər turist yerləşdirmə obyektinin təməli qoyulur. 2001-ci ildə Azərbaycanda 
93 hotel və yerləşdirmə obyekti fəaliyyət göstərirdisə, 2010-cu ildə onların sayı 
artıq 499-a çatmışdır, Bakı və regionlarda istifadəyə veriləcək yeni hotellərin 
sayı 50-ə yaxındır. Hazırda 50-yə qədər mehmanxana kompleksinin inşası da-
vam etdirilir. 2002-ci illə müqayisədə yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb. 
Xüsusilə  2002-2003-cü  illərdə  iş  adamlarında  turizm  sahəsinə  böyük  maraq 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə