Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə66/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   62   63   64   65   66   67   68   69   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
168 
mülazimlərinə göstəriləcək xidmətdən Məhəmməd xan Şərəfəddinoğluya yazı-
lan fərmanda da cümlələr vardır. “Tarixe-Əkbəri” kitabının müəllifi Şeyx Əbülfəzl 
ibn Şeyx Mübarək Hümayunun hakimiyyət dövrünü əvvəldən axıradək təsvir 
etmişdir. Oradan məlum olur ki, o ali məqamlı padşah ətraf yerləri tələsmədən 
seyr edə-edə Sistandan çıxaraq, Herat darüssəltənəsinə gəlib çatdı. O, ruziga-
rın gedişindən məlala düşmüşdü və qəlbinə bir qədər şadlıq bəxş etməkdən 
ötrü bəzən şikar etməkdəydi. Yuxarıda adı çəkilən fərmanda işarə olunduğu 
kimi,  Məhəmməd  xan  Şərəfəddinoğlu  Pole-Malan  körpüsünün  başında  bər-
bəzəkli qoşunla, müxtəlif qiymətli peşkəşlərlə o cah-cəlal dairəsinin mərkəzini 
(Hümayun  padşahı)  qarşıladı.  Onlar  Baqşəhrə  (Bage-şəhr)  təşrif  gətirdikləri 
gün aləmlər şahzadəsi Sultan Məhəmməd Mirzə onu qəbul olunmuş qayda 
üzrə qarşıladı. Belə ki, o həzrət gəlib çatdıqda, atdan düşərək, onu salamladı 
(təhiyyət).  O  həzrət  də  atdan  enib,  şahzadəni  öz  mehribanlıq  ağuşuna  aldı. 
Şahzadə isə [ali qonağı] piyada qarşılamaq və ata minməmək böyüklük təriqi 
və qaydası olduğundan (seçmələr bizimdir – T.C.), elə də hərəkət etdi, öz oğul-
luq münasibətini göstərib təvazökarlıq və insanpərvərliyini əldən vermədi. O 
həzrət bir  neçə  gün  həmin  ürəyəyatımlı  yerdə, fərəhbəxş bağ  və  bostanlar-
da,  xüsusən,  “Bağe-Murad”da,  “Bağe-Zağan”da  və  “Bağe-cəhanara”  da  eyş-
işrətlə  məşğul  oldu,  öz  qüssəli  xatirini  şənləndirdi.  Hümayunun  fərmanının 
məzmununu  gündəlik  dəstirüləmələ  çevirən  Məhəmməd  xan  layiqli  xidmət 
edib  onun  nurlu  nəzərinə  ləyaqətli  peşkəşlər  yetirdi.  [Hümayun  padşah] 
Heratda  bir  neçə  gün  qalıb,  yol  yorğunluğu  və  atda  əyləşmək  əziyyətindən 
uzaqlaşdıqdan sonra yürüş cilovunu İraqa və orada baş verəcək dünya xos-
rovu ilə görüşə doğru yönəltdi. Onların çatdıqları hər bir şəhər və vilayətlərdə 
o yerlərin hakimləri və əyan-əşrafi qarşılama mərasimi təşkil edib, peşkəşlər 
verirdilər.  Qəzvin darüssəltənətində o yerin kəlantəri olan Xacə Əbdülqəni 
Cəladətinin evində iqamət etdilər və bir neçə vaxt həmin mənzildə istirahətlə 
məşğul oldular. Orada Bayram xan şahın yanına adam yollayaraq görüş xa-
hiş etdi. Cənnətməkan şah Bayram xan gəldikdən sonra “Buzlaq” yaylağında 
onunla  görüşdü.  Hümayun  əzəmətli  ordunun  bir  fərsəxliyinə  çatdığı  zaman 
məqamı uca olan həzrətin (Şah Təhmasibin) qiymətli qardaşları Bəhram Mirzə, 
Sam Mirzə, vəzir Qazi Cahan, qoriçibaşı Sevindik bəy Əfşar, Bədr xan Ustaclı, 
Möhrdar Şahqulu Xəlifə Zülqədər və başqaları onu istiqbal etdilər. Onlardan 
sonra  əzəmətli  yüzbaşılar,  igid  qoriçilər,  başqa  həşəmqətli  adamlar  səliqə-
səhmanla mərasim qaydalarını yerinə yetirdilər. Onlar saraya gəlib yetişdikləri 
vaxt atdan yerə endilər. Cənnətməkan şah öz xüsusi xərgahından çölə çıxaraq, 
ona tərəf irəliləyib, böyüklərə xas olan ayin və şahlara məxsus qayda ilə 
o alicah padşahla görüşdü və onlar bir-birlərini qucaqladılar (moaneqe)... 
[Şah]  onun  əlindən  tutub  çadıra  gətirdi.  Onların  arasında  bir  ürəkli  iki  dost 
kimi dostluq söhbəti başlandı. Hər ikisi bir-biri ilə iki bir ürəkli dost kimi dos-
tuna söhbət edir, həqiqətlə bəzənmiş sözlər söyləyirdilər. O həzrətin gətirdiyi 
töhfələr  içində  bir  neçə  bədəxşi  ləl  və  bir  qiymətli  almas  da  vardı.  Həmin 
mərasimdə  iştirak  edən  tarixçi  Həsən  bəy  Rumlu  və  “Tarixi-cəhanara”nın 
müəllifi Qazi Əhməd həmin almasın vəzninin dörd misqal və dörd danğ ol-
duğunu yazmışlar. Xülasə, cənnətməkan şah həmin neçə gün ərzində hər gün 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
169
xüsusi görüşlər təyin edib, məliklərə və şahlara layiq şahanə məclislər qururdu” 
[11, s.192, 193; 12, s.109]. Təsvirini davam etdirən müəllif yazır: “Seyr, ov və 
qəbəqəndazi oyunlardan sonra müəyyən olunmuş bir gündə ali bir bayram 
və böyük bir toy  təşkil edildi. Məclisin sonunda o həzrətə töhfə və hədiyyələr 
təqdim olundu: qızıl-gümüş, tac, qiymətli daşlarla bəzənmiş kəmər, zərli İraq, 
Rum, Avropa, Çin və Xətay qumaşı, silahlar, sıx halqalarla hazırlanmış Davu-
di  zireh,  cəvahirlə  bəzədilmiş  tüfənglər,  tazı  atlar,  Bərdə  qatırları,  qatar-qatar 
dəvələr, çoxlu xeymə, hərəm və divanxana çadırları, atlas və məxmərdən tikilən 
sayəbanlar”  sadə  və  naxışlı  əşyalar,  çadırlar  və  evlər,  hər  ləvazimatla  təchiz 
olunmuş təbil, ələm, nağaraxana alətləri. O həzrətin əmir və yaxın adamlarına 
da nəfis xələtlər və bol ənamlar verildi. Bayram xana ələm və nağara təqdim 
edilərək, ona yüksək xane-xanan  mənsəbi verildi” [11, s.194].
Böyük  Moğol  hökmdarı  Məhəmməd  Hümayun  Səfəvi  qüvvələri  ilə 
hakimiyyətini bərpa etməyə getməzdən öncə Təbrizi və Ərdəbili də ziyarət edir. 
Münşi yazır: “O həzrət Təbrizə getmək meylini və Təbriz şəhərinə rəğbətini, 
habelə övliyalar və alimlər sultanı (sultanül-övliya) olmuş Şeyx Səfinin qəbrini 
ziyarət etməyə meyl etdiyi üçün şahdan rüxsət alıb, Təbriz darüssəltənətinə 
təşrif  apardı.  Təbrizlilər  cahan  şahının  fərmanına  əsasən  şəhərin  küçələrini 
təmizləyib, qeysəriyyə və bazarları təzə gəlinlər kimi bəzədilər, o fələk ehtişam-
lı padşahı qarşılamaqdan ötrü istiqbala çıxdılar. Sahibabad meydanında o əsil-
nəsəbli hökmdarın önündə, təbrizlilərin adəti üzrə, çovkan və başqa oyunlar 
nümayiş etdirərək, onun şənliyinin artmasına səbəb oldular. Onlar oradan çıxıb 
əzəmətli Səfəvi şeyxlərinin məzarlarını ziyarət etmək məqsədi ilə Ərdəbil darü-
lirşadına getdilər və belə böyük bir səadətə yetməklə ulu şeyxlərin müqəddəs 
ruhlarından  kömək  xahiş  etdilər.  O  şərif  yerdə  yaşayan  əzəmətli  şeyxavənd 
seyidləri səmimi-qəlb ilə xidmətlər göstərib onu bir neçə mərhələ yol boyu 
müşayiət  etdilər.  Oradan  qayıdan  [Hümayun  şah]  Miyanc  çəmənliyində  da-
yanan ali orduya yetişərək, orada vidalaşma mərasimini (seçmələr bizimdir 
  T.C.)  yerinə  yetirdi,  ürək  qətiyyəti  və  aydın  məqsədlə  məqsədə  doğru  üz 
tutdu. Onu Hümayun şahlığının sərhədinə çatana qədər ordu müşayiət etdi” 
[11, s.195].
Bu təsvirlərdə bir neçə məqam xüsusilə diqqəti cəlb edir. Əvvala, yüksək 
mənsəbli dövlət adamlarının qarşılanması  zamanı onlar atdan düşür və qu-
caqlaşma  törəni  keçirirlər.  Dövlət  adamlarından  başqa  əhali  də  qarşılama 
tədbirlərinə cəlb edilir. İkincisi, tərəflər biri digərinə qiymətli hədiyyələr təqdim 
edir,  gələn  qonağın  şərəfinə  mərasimlər  keçirilirdi.  Üçüncüsü,  hökmdarlar 
təkbətək görüşür və nəhayət, vidalaşma mərasimi keçirilir.
Kütahiyə  sancağını  idarə  edən  Osmanlı  şahzadəsi  Bayəzid  h.966 
(1558/1559)-cu ildə qardaşı Səlimlə qarşıdurmada məğlubiyyətə uğradı. Atası I 
Sultan Süleyman Qanuni ilə razılığa gələ bilməyən bu şahzadə Səfəvi dövlətinə 
sığındı [13, s.56]. İsgəndər bəy Münşi bu hadisələri təsvir edərkən yazır: “Sultan 
Bayazid bu dəfə özündə o ağır qoşunla döyüşmək qüdrəti görməyərək, var-
yoxunu orada qoyub, dörd oğlu, on iki min paşası, mülazimi və yeniçəriləri ilə 
birlikdə qaçdı. Xandgarın döyüşçüləri onu bir qədər təqib etsələr də, döyüş hər 
dəfə qaçışla nəticələnirdi. Quduz Fərhad, Axsaq Seyfəddin və Sultan Bayazidin 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə