Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə67/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   63   64   65   66   67   68   69   70   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
170 
başqa fədakar mülazimləri onu və oğlanlarını sağ-salamat döyüş yerindən çı-
xararaq qızılbaş məmləkətinə çatdırdılar. O, elə ki, şahlığın Hümayun sərhədinə 
çatdı, əşrəfin (I Şah Təhmasibin) yanına bir adam yollayıb öz halını ərz etdi. 
İzzət büsatının yaxın adamlarından və ali məclisin mötəbərlərindən olan Həsən 
bəy Yüzbaşı Ustaclı onun yanına şahanə yaraq və başqa döyüş silahları yolladı. 
Qərara alındı ki, sərhəd əmrləri və hər vilayətin əyan-əşrafı onun xidmətinə 
yetişsinlər, ona yer-yerdən layiqli təzimlər və ləyaqətli xidmətlər edilsin, şərəfinə 
ziyafətlər təşkil olunsun. Azərbaycan və Şirvanın vəziri olan Mirzə Ətaulla İs-
fahani divan sərkarının dini qayda-qanununun icrası üçün saraya gəlib çatan 
vaxta kimi onunla birgə idi. O, deyilən hər sözə əməl edirdi və şahzadəyə zəruri 
xidmət  icra  olunurdu.  Təbriz    darüssəltənəsinin  böyük  adamları  və  əyanları 
şəhərdə yır-yığış  edib, Qeysəriyyə və bazarları gəzərək onu elə qarşıladılar ki, 
belə bir istiqbal qədim vaxtlardan bu vaxta qədər az görünmüşdü. Şahzadə elə 
ki, Təbriz darüssəltənəsindən çıxıb ali saraya yaxınlaşdı, şah rüknüssəltənə olan 
Məsum bəy Səfəvini yaraq və başqa şahanə nəfis şeylərlə onun yanına yolladı. 
Həzrət  cənnətməkan  şah  Təbriz  darüssəltənəsinin  Səadətabad  meydanında 
böyük  bir  ziyafət  və  şahanə  bir  büsat  qurdu,  [yollara]  əlvan  xalılar  döşəndi, 
zərli xeymələr və bəzəkli sayəbanlar açıldı. Elə bir məclis quruldu ki, ruzigarın 
gözləri  hələ  belə  bir  məclis  görməmiş,  zəmanənin  qulağı  belə  bir  səs-səda 
eşitməmişdi.  Onlar  şəhərə  daxil  olan  gün  əzəmətli  əmirlər,  ləşkər  hissələri, 
əsnaflar,  küçə  və  meydan  camaatı,  şəhərdə  və  şəhərdən  kənarda  yaşayan 
əhali  dəstə-dəstə  istiqbala  yollanıb,  bütün  səhranı,  çölü  və  dağı  bürüdülər” 
[11, s.197, 198]. Sultan Bayəzidin Qəzvinə gəlməsini təsvir edən müəllif yazır: 
“Xülasə, Sultan Bayəzid başdan-ayağa rum silahları ilə yaraqlanmış on min pi-
yada, yeniçəri və süvari ilə Qəzvinin Səadətabad meydanına yetişdi. O, şahın 
dayandığı yüksək bargahının yanına çatan kimi atdan düşdü. Cənnətməkan 
şah bir neçə qədəm irəli gəlib ona əl verdi (mosafehe), istiqanlıq göstərdi, 
onunla mehribanlıqla görüşdü. O isə öz təkəbbürünü tərk etməyib qətiyyən 
danışmır,  həmişə  gərəkli  olan  həkimanə  danışıqlara  əhəmiyyət  vermirdi. 
Nəhayət, rəsmi görüş ənənəsi bitdikdən sonra onu hər günlük ehtiyacı nəzərə 
alınmaqla  gözəl  bir  mənzilə  gətirdilər.  Yorğunluğunu  dəf  edəndən  bir  neçə 
gün sonra elə həmin Səadətabad meydanında [onun şərəfinə] ziyarət verildi, 
işrət  büsatı  başlandı.  Meydanın  yerini  Süleyman  sarayı  kimi  rəngarəng  xalı-
larla bəzədilər. Elə gözəl bir qonaqlıq verildi... Həmin məclisdə şahzadəyə on 
min  tumane-şahiye-İraqi  məbləğində  nağd  qızıl,  daş-qaşla  bəzədilmiş  silah, 
qumaş, parça, silah avadanlığı verildi. Onun mülazimlərini onların hər günlük 
ehtiyacları ödənilmək şərti ilə ayrı-ayrı əzəmətli əmir və hakimlərə tapşırdılar. 
[Sultan Bayəzid] şahın yanında olduğu vaxt ona verilən yerli (bumi) ülufədən 
başqa, qarşılanma zamanı pay göndərilən töhfələrdən və bu məclisdə təqdim 
olunan  ənamlardan  savayı  on  beş  min  tümən  pul,  cəvahir,  qiymətli  daşlarla 
bəzədilmiş silah, qızıl və gümüş qab-qacaq, gözəl töhfə, nəfis kitab, zərli saplar-
la toxunulmuş kirmani və cuşmani xalıları, əlvan parçalar, xarici ölkə qumaşla-
rına layiq görüldü. Şah, ümumiyyətlə o sultanzadəni layiq olduğundan daha 
çox şahanə diqqət və qiymətli hədiyyələrə layiq bildi” [11, s.199, 200]. Ata ilə 
oğul arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışan Şah I Təhmasib (1524 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
171
– 1576) “özünün bir etibarlı adamını xandgarın (Sultan I Süleymanın – T.C.) 
yanına göndərib, şahzadənin təqsirinin əfv edilməsini xahiş etdi. Lakin Sultan 
Süleyman oğlundan elə bərk incimişdi ki, onun sağ qalması ilə heç cür razı-
laşa  bilmir,  şahzadənin  vücudunun  Osman  sülaləsi  [“Ale-Osman”]  dövlətinin 
dağılacağına  səbəb  olacağını  düşünürdü.  O,  sülh  sazişinin  onun  vasitəçiliyi 
ilə imzalandığı öz etibarlı adamı olan Sinan bəyi əşrəfin [Şah Təhmasibin] ya-
nına  yolladı.  [Sinan  bəy]  əhd-peyman  şərtlərinin  möhkəmlənməsindən  söz 
açdı, Sultan Bayəzidlə əlaqədar təkzibolunmaz dəlillərlə söhbət apardı. Sultan 
Süleyman  öz  əli  ilə  yazdığı  məktubda  şahdan  şahzadənin  ya  diri  halda  onu 
aparmağa  gələnlərə  verilməsini,  ya  da  öldürülməsini  təmənna  etmişdi.  Yaz-
mışdı ki, əgər şah şahzadəni sağ halda vermək  istəməzsə, qoy onun fitnə-
fəsad  çırağı  olan  gözlərini  işıqdan  salaraq  kor  etsin.  Cənnətməkan  həzrət 
şah bu işin mürüvvətdən uzaq bir əməl olduğunu düşünüb, Sinan bəyi meh-
ribanlıqla yola saldı. O, yenidən oğlunun dilli-dilavər, sözlü-söhbətli elçilərini 
göndərərək ondan xahiş etdi ki, şahzadəyə iqta olaraq bir yer verilsin ki, o ge-
dib həmin yerdə ömrünü başa vursun. Əgər bundan sonra da ondan ədəbsiz 
bir hərəkət baş verərsə, onu cəzalandırmaq çətin bir məsələ ola bilməz” [11, 
s.200, 201]. Bu danışıqların getdiyi vaxt Sultanzadə Bayəzid qaçmaq planları 
hazırladı. Sultanzadəni yanına dəvət edən Şah I Təhmasib onu həbs etdirdi. 
Şah Təhmasibin bu hərəkətinə haqq qazandıran İsgəndər bəy Türman yazır: 
“Sülhün (1555-ci il Amasiya sülhu T.C.) ən mühüm şərtlərindən biri bu idi ki, 
əgər tərəflərin adamlarından biri qaçaraq qarşı tərəfə sığınarsa, onu himayə 
etməyərək geri qaytarsınlar [Bax: 10, s.173] Doqquz yüz altmış doqquzuncu 
ildə (miladi 1561/62) Sultan Süleyman Mərəş hakimi Əli paşanı və öz çaşnigir-
başısı Həsən ağanı iki yüz etimadlı ağa və çavuşla birlikdə şahzadəni geri tələb 
etmək  məqsədi  ilə  saraya yolladı”    [11, s.202]. Lakin Şah  I  Təhmasib  onlara 
“etibar etməyib, Allah bəndəsi olan ixtiyar sahibi ağsaqqalların göndərilməsini 
xahiş  etmişdi.  İkinci  dəfə  isə  əməlisaleh  və  Osmanlı  dudmanının  çoxdan-
kı  xidmətçilərindən  olan  Xosrov  paşa  bir  dəstə  etimadlı  ağsaqqalla  birlikdə 
gəldi. Heç güman edilmirdi ki, onlar bu məmləkətdə şahzadəyə xəsarət yetirə 
bilərlər. Buna baxmayaraq, onlar xandgarın fərmanı ilə, təxirə salmadan onla-
rın beşini də qətl edib, cəsədlərini Ruma apardılar” [11, s.202]. Şah Təhmasib 
“Təzkirəsinə” istinad edən Ş.Fərzəlibəyli bu əməlinə görə Qanuni və Səlimdən 
onun qızıl pul və bəxşişlər aldığını yazır [10, s.174].
Qarşılama  mərasimi  ilə  bağlı  təsvirlərə  XVI  əsrin  sonunda  baş  verən 
hadisələrdə də rast gəlirik. 1588-ci ildə Abdulla xan Şeybani Heratın tutul-
ması ilə Xorasana sahibləndi. Bu məsələdə Böyük Moğol dövlətinin başçı-
sı Cəlaləddin Məhəmməd Əkbər şah neytal mövqedə dayanmışdı [bax: 14, 
s.117-119]. 1590-cı ildə Osmanlı dövləti ilə müqavilə bağlayan Şah I Abbas 
(1587-1629)  Cənubi  Qafqaz  və  Cənubi  Azərbaycanı  onlara  güzəştə  gedib, 
əsas diqqətini Xorasana yönəltdi (14, s.119). 1590/1-ci ildə Şeybanilərə qarşı 
hərbə hazırlaşan Şah I Abbas Böyük Moğol dövlətinə Yadigar Sultan Rumlunu 
elçi olaraq göndərir. Onun Cəlaləddin Məhəmməd Əkbər şaha məktubunda 
deyilirdi: “Qəza-qədərin tələbi ilə Abdulla xan və özbək qoşunları Xorasanı 
tutmuşlar.  Özbək  ləşkərinin  dəf  olunması  və  irsi  məmləkətimiz  olan  Xora-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə