Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə68/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
172 
sanın xilas olma zərurəti hamıya məlumdur. Siz əgər bizə zahiri imdad edə 
bilməsəniz  belə,  batini  mərdlikdən  (himmət)  və  diqqətdən  kənar  olmayın” 
[11, s.810; 14, s.119, 120]. Şeybanilərə qarşı hərbi əməliyyatlar aparan  I Şah 
Abbas Din Məhəmməd xanı məğlub edib 1598-ci ildə Xorasanı geri qaytardı 
[bax: 14, s.120]. Bu xüsusda “Tarixe- aləmaraye-Abbasi”nin məlumatları ma-
raq doğurur. Orada deyilir: “Özbək sultanlarının eyni sülaləsinə mənsub və 
Şeyban ibn Cuci ibn Çingiz xan nəslindən olan Ürgənc valisi Nurməhəmməd 
xan ibn Əbülməhəmməd xan və Xarəzm padşahı Hacı Məhəmməd xan ibn 
Əta xan Nisa vilayəti üstündə düşmənçiliyə başladılar. Nurməhəmməd xan 
Abdulla  xana  pənah  apardı,  Nisa  vilayətini  ondan  almaqdan  ötrü  kömək 
əvəzinə Mərvi peşkəş kimi verəcəyini boyun oldu. Abdulla xan Mərvi artıq 
özünə  götürdüyünə  baxmayaraq,  Nurməhəmməd  xanın  istəyinin  icrasın-
dan  ötrü  vaxtı  uzatdı,  çünki  Nurməhəmməd  xanla  Hacı  Məhəmməd  xanın 
arasındakı  düşmənçilik  Abdulla  xanın  məqsədinə  müvafiq  idi  [11,  s.866]. 
Bütün niyyəti Xorasan vilayətini və Xarəzmi ələ keçirmək olan Abdulla xan 
Ürgənc  sultanlarının  həzrət  zillallah  şahla  birlik  və  dostluq  etmələrindən 
narazı  idi.  O,  həmin  sultanların  bir-birləriylə  çəkişmələrini  qənimət  sanıb, 
bu  il  əlahəzrətin  sərhədyanı  işlərlə  məşğul  olmasını  fürsət  bildi  və  [oğlu] 
Əbdülmömin  xanı  Əbivərd,  Nisa  və  Nişapur  [şəhərlərini]  fəth  etməkdən 
ötrü  Xorasana  göndərdi,  özü  isə  Xarəzmə  qoşun  çəkdi.  Əbdülmömin  xan 
Mərvə  çatdıqda  Nurməhəmməd  xanın  xidmətində  olan  özbəklər  canla-
rının  qorxusu  və  mallarının  qarətə  gedəcəyindən  qorxub,  bivəfalıq  etdilər 
və  qala  açarını  ona  göndərdilər.  Ləşkərin  bivəfalığını  və  düşmənin  fəthini 
görən Nurməhəmməd xanın daha həmin vilayətdə qalmaq imkanı qalmadı, 
Hafizək Sultan Xəbuşaninin köməyi ilə həmin vilayətdən çıxaraq özünü şah 
[dərgahının] astanəsinə çatdırdı. Əlahəzrət də onun gəlişini qiymətləndirib 
adlı-sanlı şahzadə Məhəmməd Bağır Mirzəni xanı qarşılamaqdan ötrü cənab 
etimadüddövlə,  bəzi  əmirlər,  xüsusi  adamlar  və  yaxın  şəxslərlə  birlikdə 
bir  fərsəx  məsafəyə  göndərdi.  Məhəmməd  Bağır  Mirzəyə  gəlib  çatan 
Nurməhəmməd xan atdan yerə endi və şahzadə ilə rəsmi görüş qaydasını 
yerinə yetirdi, hümayun dövlətxanaya gəldi, Çehelsütun qəsrində hümayun 
nəvvabla görüşməklə şərəfləndi [11, s.866, 867]. Abdulla xan Xarəzmə qoşun 
çəkmişdi. “Hacı Məhəmməd xan fərardan başqa çarə görmədi, hiyləgərliklə 
özünün böyük oğlu Ərəb Məhəmməd Sultanı, kiçik oğlu Sevinc Məhəmməd 
Sultanı, nəvəsi Bərənduq Sultanı, qardaşı oğlu Babacan Sultanı və Astrabad 
hüdudunda türkmanların sayinxanı eli içərisində yaşayan qırx-əlli nəfər eti-
barlı mülazimini ataraq, oradan şahın mülazimət ehramına bürünüb ali pay-
taxta tərəf üz tutdu” [11, s.874]. Şah I Abbas Luristanda bu xəbəri eşidir. O, 
Qəzvində ondan ötrü münasib mənzillər hazırlatdı, savəri təyin etdi ki, bir 
neçə günlük yol yorğunluğundan və gecə-gündüz at sürmək məşəqqətindən 
asudə  olub  istirahət  etsin.  Hacı  Məhəmməd  xan  bir  neçə  gün  dincələrək, 
hümayun ordunun gəlişini gözləməkdəydi” [11, s.874, 875]. 
Luristandan  Qəzvinə  qayıdan  Şah  Abbas  “Əvvəlcə  Hacı  Məhəmməd  xa-
nın  qaldığı  mənzilə  getdi,  xosrovanə  sorğu-suallarla  onun  pərişan  ovqatı-
nı  sevindirdi.  Luristan  səfərində  hümayun  orduda  olan  Nurməhəmməd  xan, 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
173
əlahəzrətin  Hacı  Məhəmməd  xanla  görüşdüyü  bu  gün  gəlib  və  Çingiz  xan 
qayda-qanununa əməl edib, Hacı Məhəmməd xanın qabağında mülazimlər 
kimi ədəblə ayaq üstdə dayandı, icazə aldıqdan sonra irəli gəlib onunla görüş-
dü, Hacı Məhəmməd xan da onunla qucaqlaşma (rəsme-moaneqe) rəsmini 
yerinə  yetirdi.  Xülasə,  əlahəzrət  Qəzvin  darüssəltənəsində  bir  müddət  qaldı, 
padşahanə  məclislər  qurdu  və  adları  çəkilən  sultanlarla  mehriban  söhbətlər 
etdi [11, s.882, 883]. Şah buyurdu ki, əgər ilahinin razılığı olarsa, bir daha onu 
və Nurməhəmməd xanı Xarəzm və Ürgənc taxtına əyləşdirərəm. Şahın bu ar-
zusu İlahi tərəfindən qəbul olundu, nəhayət, onların hər ikisi bu dudmanın yar-
dım və imdadı sayəsində özlərinin irsi mülklərində yenidən taxta oturdu” [11, 
s.874,875]. O, Hacı Məhəmməd xanla söhbətə həzrət İsgəndər şanlı nəvvabı 
(Məhəmməd  Xudabəndəni  –  T.C.)  da  dəvət  edir,  hər  ikisi  bir  yerdə  əyləşib 
söhbətləşirdilər. Nəvvab şah çox vaxt sadəliklə onlara mizbanlıq edirdi. Qədim 
vaxtlardan indiyədək iki aliməqam padşah bir yerdə əyləşib məclis qurmaları 
ruzigarın nadir hadisələrindəndir” [11, s.882, 883].
2. Orta əsr diplomatiyasını praktik olaraq həyata 
keçirən elçilər haqqında
Qaynaqlarda orta əsr diplomatiyasını praktik olaraq həyata keçirən elçilər 
haqqında da maraqlı məlumatlara rast gəlinir. Şahın adından danışan yüksək 
məqamlı elçinin hökmdarı gözləməsi faktı da mənbələrdə öz əksini tapır. Belə ki, 
Xorasan səfərindən geri dönən I Şah Abbas  Osmanlı dövlətinə elçi göndərmək 
istəyir. O, Fərhad xanın xahişinə görə, “bu xidməti Zülfüqar xana tapşırdı və 
xan tam hazırlıqla Ruma yollandı, həqiqətən də öz vəzifəsini ləyaqətlə yerinə 
yetirdi. Zülfüqar xan ləşkərin ən seçilmiş adamlarından olan üç yüz mülazimi-
ni təmtəraqla bəzəyib özü ilə apardı və həmin səfərdə çox məsələni [lazımi 
kimi]  başa  çatdırdı.  Belə  ki,  rumiyyənin  bəzi  alçaq  xislətli  adamları  xanı 
səfehlik və israfda günahlandırsalar da, Rum padşahı, vəzirlər və paşalar 
xana cənnətməkan şahın vaxtında olduğundan da böyük ehtiramla yanaşmış-
dılar. Bu il Avropa [ölkələri] (firəngiyye) hücum edib saysız-hesabsız ləşkərlə 
Rum məmləkətlərinə qoşun çəkdilər, Sultan Murad xanın hakimiyyəti zamanı 
[osmanlıların] avropalılardan aldıqları qala və başqa yerləri geri almaq istədilər. 
Sultan Məhəmməd xan özü şəxsən onlara qarşı yollandı. Zülfüqar xan İstan-
bula çatdıqda xandgar həmin səfərdəydi. [Buna görə də Zülfüqar xan] Sultan 
Muradın gəlişinədək İstanbulda gözlədi. ...Məhəmməd xan zəfərlə İstanbula 
qayıtdı və Zülfüqar xan padşahla görüşdü. Həzrət xandgar o qələbə barədə 
əlahəzrətə  məktub  yazaraq,  onu  hələ  Zülfüqar  xanın  [İstanbula]  gəlişindən 
əvvəl  göndərmiş,  bu  tərəfdən  də  sultana  dostluq  və  məhəbbət  [hissləri  ilə] 
dolu  məktub  yola  salınmışdı.  Zülfüqar  xana  izzət  və  ehtiram  göstərildi  və 
o, layiqli töhfə və hədiyyələrlə geri döndü, gələn il [Qəzvinə] çatdı, xandgar 
tərəfindən əlahəzrətə məhəbbət üslublu və ədəbli müraciətlərlə dolu sözlərlə 
yazılan məktubu, həmçinin töhfə və hədiyyələri təqdim etdi [11, s.949, 999]. 
Qaynaqlarda “elçi” termininin qasid və ya rəsul ekvivalentlərindən də istifadə 
olunur. Məsələn, Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində göndərdiyi məktubu 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə