Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə71/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   67   68   69   70   71   72   73   74   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
178 
XVII əsrin əvvəllərində 
Azərbaycan Səfəvi 
imperiyası ilə 
Şərq ölkələri 
arasında diplomatik 
əlaqələrə dair
Сочинения, т.VI, Москва, Наука, 1971, с.189 - 198  (784 с.)
24. Piriyev V.Z.  Sulduz (Çobani) və Cəlairi tayfalarının Azərbaycanın etnik tarixində rolu 
/ “Şərqin aktual problemləri: Tarix və müasirlik”,  Akademik Z.Bünyadovun anadan 
olmasının 75 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları, Bakı, 2000, 
s.17 – 20.
25. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti (1136 – 1225-ci illər). Bakı: “Elm”,1985, 
-268 s.
26. Левин Д.Б. История международного права. Москва, Изд-во ИМО, 1962, -136 с. 
Tahir Jafiyev
From the history of diplomatic relations between Azerbaijan 
and the Turkish states in the XV-XVI centuries
The  article  deals  with  diplomatic  relations  between  Azerbaijan  and  the 
Turkic states in the XV-XVI centuries. A particular attention was paid to the 
norms of diplomatic etiquette, customs and protocol traditions of the heads 
of states and princes (shahzada). Those practices were based on the Turkic-
Mongol customs andwere taking place at the meetings with the participation 
of Genghis Khan (Yasa). The activities of elchies (ambassadors) that maintained 
and  developed  diplomatic  relations  between  Azerbaijan  and  the  states  of 
Teymurids, Sheybanids and Ottomans were analyzed in the article. The author 
concludes that the ideological basisof diplomatic relationswas formed under 
the influenceof the centuries long Turkic – Mongolian traditions. 
Таир Джафиев
Из истории дипломатических отношений Азербайджана 
с Тюркскими государствами  в  XV-XVI веках
В предлагаемой статье рассматриваются дипломатические отношения 
между  Азербайджаном и Тюркскими государствами в  XV-XVI вв. В статье 
особое внимание уделяется на нормы дипломатического этикета, обычаям 
и традициям  во время встречи глав государств и царевичей. Обнаружено, 
что во время  этих встреч соблюдались правила спешивания и традиция 
обнятия по обряду приветствия. Эти нормы, основанные на тюрко-мон-
гольских обычаях, отражались на правилах встреч Чингиз хана (Яса). 
В статье также проанализирована деятельность «элчи»ев – послов, ко-
торые обеспечивали дипломатические отношения между  Азербайджа-
ном и государствами Тимуридов, Шейбанидов  и Османской империей. 
Изменения,  происходившие  в  статусе  «Элчи»ев    в  начале    XVI  в.  было 
отражены в предлагаемой статье. Было доказано, что основу формиро-
вания  идеологических  основ  дипломатических  отношений    составляли 
многовековые тюрко-монгольские традиции.


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
179
Açar sözlər: Azərbaycan, Səfəvi dövləti, Böyük Moğol dövləti, Osmanlı im-
periyası, diplomatik əlaqələr 
Key words: Azerbaijan, the Safavid Empire, the Great Mughal Empire, Otto-
man Empire, diplomatic relations
Ключевые слова: Азербайджан, Государство Сефевидов, Государство 
Великих Моголов, Османская империя, дипломатические отношения
XVII əsrin əvvəllərində 
Azərbaycan Səfəvi 
imperiyası ilə 
Şərq ölkələri 
arasında diplomatik 
əlaqələrə dair
Mübariz 
Ağalarov
AMEA A.A.Bakıxanov adına 
Tarix İnstitutunun böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
180 
Giriş
XVI-XVII  əsrlərdə  dünyada  baş  verən  siyasi  və  iqtisadi  dəyişikliklər,  Yaxın 
və Orta Şərqdə də ciddi siyasi hadisələrlə müşahidə olunurdu. Bu dövrdə öz 
siyasi  coğrafiyasını  genişləndirməkdə  olan  Osmanlı  imperiyası,  Azərbaycan, 
Şərqi Anadolu, İraqi-Ərəb, İraqi-Əcəm, Fars və Xorasan vilayətlərini öz hüdud-
larında birləşdirən Azərbaycan Səfəvi dövləti, Mavərənnəhr bölgəsində hakim 
olan Şeybanilər, Hindistanda Böyük Мoğol imperiyası bölgədə baş verən siyasi 
hadisələrdə böyük rola malik idilər.    
Bu dövrdə bölgədə baş verən siyasi hadisələrdə fəal şəkildə iştirak edən 
Azərbaycan Səfəvi dövlətinin beynəlxalq münasibətlər sistemində böyük rolu 
olmuşdu.  XVI  əsrin  əvvəllərində  (1501)  Səfəvilər  sülaləsinin  Azərbaycanda 
hakimiyyətə gəlməsi ilə qurulan Səfəvi dövləti qısa bir müddətdə Ön Asiyada 
aparıcı mövqeyə malik olan dövlətlərdən birinə çevrilmişdi. Səfəvilər sülaləsinin 
hakimiyyəti  dövründə  (1501-1736)  Azərbaycanın  xarici  siyasi  əlaqələri  daha 
da  genişlənmiş,  qonşu  dövlətlərlə  diplomatik  münasibətləri  inkişaf  etmişdir. 
Həmin dövrdə Səfəvi dövlətindən xarici ölkələrə onlarla elçi heyəti göndərilmiş, 
bu  elçilər  Səfəvi  dövlətinin  siyasi  və  diplomatik  mənafelərini  yüksək  siyasi 
peşəkarlıqla qorumağı bacarmışlar.  
1. Azərbaycan Səfəvi imperiyası ilə Böyük Moğol imperiyası
arasında diplomatik  münasibətlər
 XVI əsrin sonu - XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi imperiyasının 
Şərq ölkələri ilə siyasi diplomatik münasibətləri davam edirdi. Bu dövrdə Səfəvi 
imperiyasının Şərq ölkələri ilə diplomatik əlaqələrində Böyük Moğol dövləti və 
Osmanlı imperiyası ilə münasibətlərinin əhəmiyyətli dərəcədə rolu var idi. 
XVI  əsrdə  I  Şah  İsmayılın  zamanında  əsası  qoyulan  Səfəvi-Moğol 
münasibətləri XVII əsrdə də davam etməkdə idi. Səfəvilərlə moğollar arasında 
zaman-zaman münaqişə mənbəyinə çevrilən Qəndəhar vilayəti I Şah Abbasın 
hakimiyyəti dövründə (1587-1629) də hər iki dövlət arasında mübahisəli ərazi 
olaraq qalırdı. Bu dövrdə Səfəvi dövlətində baş verən siyasi böhrandan istifadə 
edən  Moğol  hakimiyyəti  1595-ci  ildə  Qəndəharı  Böyük  Moğol  dövlətinin 
tərkibinə qatdı [5, s.222].
Bu dövrdə Səfəvi dövlətinin Moğol dövləti ilə siyasi münasibətlərində üç 
əsas amil mühüm rol oynayırdı. Birincisi, osmanlılara qarşı Moğol dövlətindən 
hərbi yardım almaq; ikincisi, özbəklərə qaşı birgə mübarizə aparmaq, üçüncüsü 
isə Qəndəhar məsələsini sülh yolu ilə həll etmək.
Bu  dövrdə  I  Şah  Abbasın  Moğol  hökmdarı  Əkbər  Şahın  oğlu  vəliəhd 
şahzadə Səlimə (Cahangir) göndərdiyi məktublar da olduqca maraqlıdır. Səfəvi 
hökmdarı  şahzadəyə  göndərdiyi  məktubunda  müttəfiqlikdən,  ənənəvi  dost-
luqdan bəhs edir və bu münasibətlərin Əmir Teymura dayandığını qeyd edir [1, 
s. 217]. Həmçinin şahzadə Səlimə göndərilən bu məktubda bəzi şikayətlər də 
edilmişdir: “... İndi bizim əhvalımızı soruşmursunuz? Nə oldu? Biz sizinlə dostlu-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə