Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə79/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
196 
Yəqubinin “Tarix” əsrində də rast gəlirik [11, s.195-205].
Yəmən  hökmdarlarına  həsr  olunmuş  əsərlər  Vətən  tarixşünaslığında  zəif 
öyrənilmişdir.  Azərbaycan  tarixşünaslığında  ilk  dəfə  bu  əsərlər  Z.M.Bünyadov 
tərəfindən elmi tədqiqata cəlb olunmuşdur. Belə ki, o, ilk dəfə olaraq öz kitabında 
“Kitab ət-Tican” əsərinə istinad edərək Əməvilər sülaləsindən olan ərəb xəlifəsi I 
Müaviyənin qədim tarixə bələd olan yəmənli Abid (Übeyd) bin Şəriyə adlı şəxslə 
olan dialoqunu vermişdir. Burada I Müaviyyə soruşur: “Türklər və Azərbaycan nə 
deməkdir?” Abid cavab verir: “Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir” 
[1,  s.174].  Z.M.Bünyadov  elə  oradaca  qeyd  edir  ki,  bu  məlumatı  şübhə  altına 
almaq  olardı,  lakin  1126-cı  ildə  tərtib  olunmuş,  fars  dilində  naməlum  müəllif 
tərəfindən yazılmış “Mucməl ət-təvarix va-l-qasas” adlı əsərdə də həmin oxşar 
məlumata  rast  gəlirik.  Həmin  əsərdə  deyilir:  “Azərbaycan  qədimdən  türklərin 
əlində olan bir ölkədir” [1, s.174]. Z.M.Bünyadovdan sonra həmin fakt bir sıra 
Azərbaycan tədqiqatçılarının əsərlərində də öz əksini tapmışdır [12, s.47-48; 13, 
s.65; 14, s.477]. Lakin bu gün müxtəlif elmi nəşrlərdə və elmi diskussiyalarda bu 
faktı şübhə altına almaq cəhdləri vardır. Ona görə də Yəmən (Himyər) hökm-
darları ilə bağlı əsərlərdə Azərbaycan və Azərbaycan türkləri haqqında verilən 
məlumatlar üzərində daha ətraflı dayanmağa ehtiyac vardır. 
3. Yəmən hökmdarlarına həsr olunmuş əsərlər 
Azərbaycan və türklər haqqında
Yuxarıda adı çəkilən və Yəmən tarixi haqqında yazmış müəlliflərin hamısının 
əsərlərində Azərbaycan və  onun “türklər ölkəsi” adlanması haqqında bir sıra 
maraqlı faktlara rast gəlinir. Həmin əsərlərdə həm bir-birinə oxşar,  həm də bir-
birindən fərqli məlumatlara təsadüf olunur.
Məqalədə əsas məqsəd məhz Azərbaycan türkləri haqqında məlumatları 
müəyyənləşdirmək olduğuna görə biz burada həmin əsərlərdə, ümumiyyətlə, 
türklər  haqqında  verilən  məlumatlar  üzərində  dayanmayacağıq.  Yalnız  onu 
qeyd edə bilərik ki, təkcə Yəmən hökmdarlarına həsr olunmuş əsərlərdə de-
yil,  bir  sıra  digər  ərəbdilli  mənbələrdə  də  hələ  Ərəb  xilafətinin  yaranmasın-
dan əvvəlki dövrlərdə ərəblərin türklərlə təmasları haqqında məlumatlara rast 
gəlinir.  Bu  faktlar  tarixi  ədəbiyyatda  da  öz  əksini  tapmışdır  [15,  s.21-23;  16, 
s.39-45].
“Kitab ət-Tican” əsərinin müəllifi digər ərəb mənbələrində olduğu kimi, dün-
yanın yaranışından, Yafət övladlarından bəhs edərkən Yəcuc-Məcuc, xəzərlər 
və türklərin eyni nəsldən törəndiyini göstərir [3, s.33]. Nəşvan əl-Himyərinin 
əsərində və Şəriyə əl-Curhuminin “Əxbar”ında  da oxşar məlumata rast gəlirik.
“Kitab  ət-Tican”a  əlavə  edilmiş  Şəriyə  əl-Curhuminin  “Əxbar”ında  ox-
şar  məlumatdan  sonra  türklərin  “Cərbi”  iqlimində  yaşadığı  deyilir  [3,  s.334]. 
“Cərbi”  iqlimi  dedikdə  ərəbdilli  müəlliflər  Azərbaycanın  da  daxil  olduğu  şi-
mal nahiyələrini başa düşürdülər. “Cərbi” iqlimi ifadəsinə biz bir sıra ərəbdilli 
müəlliflərin əsərlərində də rast gəlirik. Məsələn, əl-Yəqubinin əsərində bu iqlim 
haqqında xüsusi paraqraf vardır [11, s.178; 17, s.204-205].
Biz Nəşvan əl-Himyərinin əsərində türklərin adına daha çox Yəmən hökm-
darı Haris ər-Rəişin hakimiyyəti dövrü ilə bağlı hadisələrdən bəhs olunarkən 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
197
rast  gəlirik  [10,  s.61].  Əsərdə  türklərin  farslar  üzərində  zülmündən  və  Babil 
hökmdarının elçisinin Haris ər-Rəişin sarayına gəlməsindən ətraflı şəkildə bəhs 
olunur.  Həmin  epizodda  Babil  hökmdarının  Yəmən  hökmdarına  göndərdiyi 
qiymətli hədiyyələr haqqında məlumat verilir [10, s.65-66]. Yəmən hökmdarının 
“Bu hədiyyələrin hamısı sizin ölkənizdəndirmi?” sualına elçi tərəfindən “Bəziləri 
bizim, bəziləri türk ölkəsindəndir” şəklində cavab verilir. Elçi onların farslardan 
arxa tərəfdə yaşadığını və heç kimə tabe olmadıqlarını bildirir. Burada verilən 
məlumatlardan belə nəticəyə gəlmək olar ki, bu hədiyyələr həm farsların, həm 
də Babil əhalisinin sıx təmasda olduğu bir türk ölkəsindəndir. O, həmin türk 
ölkəsinin  məhz  Azərbaycan  olduğuna  işarə  edir.  Belə  ki,  elçi  Haris  ər-Rəişin 
suallarına cavab verərkən deyir ki, onlar əsasən “Azərbaycanda yerləşirlər, Babil 
də onlardan asılıdır və Şam əhalisi də onlardan qorxu içərisində yaşayırlar” [10, 
s.65]. Oxşar epizoda bir qədər fərqli şəkildə, “Kitab ət-Tican” əsərində də rast 
gəlirik [3, s.416]. Hər iki əsərdə fars hökmdarının Haris ər-Rəişə məktubundan 
bəhs olunur. Həmin məktubda fars hökmdarının Azərbaycandakı türklərə qarşı 
Yəmən hökmdarından yardım istədiyi bildirilir [10, s.65].
Nəşvan  əl-Himyərinin  əsərində  daha  sonra  Haris  ər-Rəişin  türklərə  qarşı 
farslara yardımından bəhs edilir və bu zaman “türklər ölkəsi” dedikdə məhz 
Azərbaycan başa düşülür. Burada Yəmən ordusunun “Türk Azərbaycana daxil 
olduğu”  göstərilir  [10,  s.65].  Sözlərinə  davam  edən  müəllif  deyir  ki,  Himyər 
ordusu orada türklərlə vuruşaraq, onların qalalarını fəth etdi, çoxlu əsir alaraq 
“türk ölkəsinin içərilərinə doğru irəlilədi” كرتلأ دلب يف لغوا) və Yəmən ordusunun 
sərkərdəsi bu qələbə haqqında Yəmən hökmdarına xəbər verdi  [10, s.65]. Haris 
ər-Rəiş ona “Türk şəhəri Bab”da (كرتلا ةنﻳدم باب) qarşı-qarşıya olan əzəmətli qaya 
üzərində bu yürüş haqqında kitabə yazdırmağı əmr etdi [10, s.66]. Zənnimizcə, 
burada Dərbəndin iki dağ arasında yerləşdiyinə, Dərbənd keçidinə işarə edilir. 
Digər bir Yəmən hökmdarı Tübbə bin Tübbə əl-Əqrənin fəaliyyətindən bəhs 
edən Nəşvan əl-Himyəri onun Azərbaycan sərhədlərində türklərlə qarşılaşdı-
ğını yazır [10, s.114]. O qeyd edir ki, Müaviyə Übeyd bin Şəriyədən Tübbənin 
Azərbaycanda türklərlə qarşılaşmasının doğru olub-olmadığını soruşduqda o, 
bu faktı təsdiq etmişdir (10, s.115). Biz bu mənbədə Azərbaycanla bağlı “türk 
ölkəsi” ifadələri ilə yanaşı, farslarla bağlı “fars ölkəsi”, xəzərlərlə bağlı “Xəzər 
ölkəsi” ifadələrinə də rast gəlirik [10, s.117]. 
Qeyd  etmək  lazımdır  ki,  digər  ərəbdilli  mənbələrdə  olduğu  kimi,  Yəmən 
hökmdarlarına  həsr  olunmuş  əsərlərdə  də  “türklər”  və  “xəzərlər”  şəklində 
təqdim  olunan  xalqlar  arasında  fərq  qoyulur.  Belə  ki,  onlar  eyni  kökdən 
törənmiş müxtəlif xalqlar şəklində təqdim olunur.  
Yəmən  hökmdarlarına  həsr  olunmuş  əsərlərdə  rast  gəlinən  “türklər”  və 
“Azərbaycan türkləri” məsələsini araşdırmazdan əvvəl etnogenezlə bağlı bəzi 
məsələlərə aydınlıq gətirmək lazımdır. Bu zaman ilk növbədə ilkin mənbələrdə 
rast  gəlinən  “türklər”,  “türk  mənşəli  xalqlar”  və  “türkdilli  xalqlar”  kimi  anla-
yışları dəqiqləşdirməyə ehtiyac duyulur. Məsələ burasındadır ki, bu anlayışlar 
bir-birinə çox yaxın olsa da, bir-birini tam şəkildə əvəz etmir. Digər tərəfdən 
mənbələrdə  tez-tez  qarşılaşdığımız  “türklər”  etnoniminin  özündə  müəyyən 
çalarları fərqləndirmək lazımdır. Belə ki, bu anlayış ilkin yazılı qaynaqlarda iki 
şəkildə təqdim olunur: 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə