Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə82/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   77   78   79   80   81   82   83   84   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
204 
Hərbi xidmət 
əleyhinə olan 
cinayətlərin 
sistemi


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
205
Açar  sözlər:  xidməti  cinayətlər,  hərbi  xidmət  əleyhinə  olan  cinayət, 
cinayətkarlıq sistemi, cinayətin bilavasitə obyekti 
Key words:  service crimes, crimes against military service, system crimes, 
the direct object of the crime
Ключевые  слова:  служебние  преступления,  преступления  против 
военной  службы,  система  преступлений,  непосредственный  объект 
преступлений
Hərbi xidmət 
əleyhinə olan 
cinayətlərin 
sistemi
Nəsir 
HÜSEYNOV
hüquq üzrə fəlsəfə doktoru
nasir.huseynov@yahoo.com


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
206 
Hərbi xidmət əleyhinə olan cinayətlərin sisteminin müəyyən edilməsində 
həmin cinayətlərin obyektinin düzgün müəyyən edilməsi həlledici əhəmiyyət 
kəsb edir. Bu səbəbdən ilk növbədə göstərilən cinayətlərin obyekti ilə bağlı 
məsələlərə aydınlıq gətirməyi zəruri hesab edirik.
“Hərbi xidmət əleyhinə olan cinayətin obyekti” anlayışı məzmununa görə 
cinayətkar qəsdin obyektinin ümumi anlayışının törəməsidir. Həmin obyektə 
verilən  anlayış  dövlətin  hərbi  təşkilatının  vəzifə  və  funksiyalarını  əks  etdirən 
səciyyəvi əlamətlərdən başqa cinayət-hüquqi mühafizə obyektlərinə xas olan 
bütün digər əlamətləri də hökmən əhatə etməlidir [9, s.16].
Hərbi  xidmət  əleyhinə  olan  bütün  cinayətlərin  cinsi  (xüsusi)  obyek-
ti  Azərbaycan  Respublikasının  qüvvədə  olan  Cinayət  Məcəlləsinin  327-ci 
maddəsində göstərildiyi kimi, hərbi qulluğun müəyyən edilmiş qaydaları, baş-
qa sözlə desək, hərbi xidmətkeçmə qaydasıdır. O, döyüşə hazırlıq vəziyyətinin 
tərkib elementləri (hərbi birləşmələrin, hissələrin, gəmilərin və s. şəxsi heyətlə, 
silahlarla, döyüş texnikası ilə komplektləşdirilmiş olması; zəruri maddi vəsait 
ehtiyatlarının mövcudluğu; silahların və hərbi texnikanın saz vəziyyətdə saxla-
nılması; qoşunların yüksək döyüş hazırlığı vəziyyətində olması; yüksək hərbi in-
tizam və s.) ilə bilavasitə bağlı olan növlərə bölünür. Döyüşə hazırlıq vəziyyətinin 
bu elementlərindən hər biri hərbi xidmətkeçmə qaydasının müəyyən tələbləri 
ilə qorunur [8, s.35].
Hərbi  xidmət  əleyhinə  olan  cinayətləri  müəyyən  edən  qanun  norma-
larının  təhlili  göstərir  ki,  hərbi  xidmət  əleyhinə  olan  hər  bir  cinayət  əməli 
bütünlüklə hərbi-ictimai münasibətlərin məcmusuna yox, hərbi xidmətkeçmə 
qaydalarının müəyyən hissəsini təşkil edən (onun tərkib hissəsi olan) konkret 
münasibətə – cinayətin bilavasitə obyektinə qəsd edir. Hərbi xidmət əleyhinə 
olan  cinayətlərin  obyektlərinin  növlərinin  təhlili  göstərir  ki,  bəzi  hallarda  bir 
neçə cinayət eyni bilavasitə obyektə malik olur. Məsələn, Cinayət Məcəlləsinin 
328–332-ci  maddələrində  nəzərdə  tutulmuş  cinayətlərin  bilavasitə  obyek-
ti tabeçilik qaydaları və qarşılıqlı münasibətlərin nizamnamə qaydaları, 336–
340-cı maddələrində nəzərdə tutulmuş cinayətlərin bilavasitə obyekti xüsusi 
xidmətkeçmə qaydalarıdır [4, s.13]. 
İstər Azərbaycan Respublikasının, istərsə də digər MDB dövlətlərinin hüquq 
nəzəriyyəçiləri  hərbi  xidmət  əleyhinə  olan  cinayətlərin  sisteminin  müəyyən 
edilməsinin əsası kimi həmin cinayətlərin bilavasitə obyektə görə qruplaşdırıl-
ması prinsipini qəbul edirlər.
Azərbaycan alimləri R.İ.Quliyev və M.N.İmanov cinayətlərin bilavasitə obyektə 
görə  qruplaşdırılması  prinsipinə  əsaslandıqlarını  qeyd  etməklə,  Azərbaycan 
Respublikası Cinayət Məcəlləsinin hərbi xidmət əleyhinə olan cinayətlər fəslinin 
normalarını beş qrupa bölərək aşağıdakı kimi sistemləşdirmişlər:
1)  tabeçilik  əlamətləri  olduqda  hərbi  qulluqçular  arasında  qarşılıqlı 
münasibətlərə aid müəyyən edilmiş qaydaların pozulması (rəisə tabe olma-
ma, rəisə müqavimət göstərmə və ya onu hərbi xidmət vəzifələrini pozma-
ğa məcbur etmə, rəisə qarşı zorakı hərəkətlər etmə), tabeçilik əlamətləri ol-
madıqda və ya bu əlamətlərlə əlaqədar olmadan hərbi qulluqçular arasında 
qarşılıqlı əlaqələrin müəyyən edilmiş qaydalarını pozma (hərbi qulluqçunu 
təhqir etmə, döymə və ya işgəncə vermə);


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
207
2) müəyyən edilmiş qaydaları hərbi xidmət vəzifələrinin icra edilməsindən bo-
yun qaçırma ilə əlaqədar pozma: hərbi hissəni və ya xidmət yerini özbaşına 
tərk etmə, fərarilik, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi 
xidmətdən boyun qaçırma;
3)  hərbi  xidmətin  aşağıdakı  xüsusi  növlərinin  çəkilməsi  qaydalarının  pozul-
ması: qarovul xidmətinin, daxili xidmətin, patrul xidmətinin, döyüş növbəsi 
çəkmənin,  sərhəd  xidmətinin,  ictimai  qaydanın  mühafizəsi  və  ictimai 
təhlükəsizliyin təmin edilməsi üzrə xidmətin;
4)  hərbi əmlakla davranma qaydalarının pozulması: hərbi əmlakı itirmə, onu 
qəsdən və ya ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə;
5)  aşağıdakı yüksək təhlükə mənbələri ilə davranma qaydalarının pozulması: 
silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla; döyüş, xüsusi 
və ya nəqliyyat maşınları ilə; hərbi uçuş aparatları ilə; hərbi gəmilərlə [7, s. 
784-785].
Azərbaycan  Respublikasının  qüvvədə  olan  Cinayət  Məcəlləsinin  hərbi 
xidmət əleyhinə olan cinayətlər fəslinin normalarının qruplaşdırılmasının elmi 
cəhətdən  əsaslandırılmasına  ilk  dəfə  cəhd  edilməsi,  əlbəttə  ki,  təqdirəlayiq 
haldır.  Lakin  təəssüflə  qeyd  etməliyik  ki,  həmin  normaların  bu  şəkildə 
sistemləşdirilməsi son dərəcə ziddiyyətli və qüsurludur. Belə ki, həmin sistem 
tərtib edilərkən hərbi xidmət əleyhinə olan cinayətlər fəslində əmri icra etməmə 
(CM-in 328-ci maddəsi), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini 
aşma və ya hakimiyyətdən istifadə etməmə (CM-in 341-ci maddəsi), qulluğa 
səhlənkar yanaşma (CM-in 342-ci maddəsi), 
müharibə aparma vasitələrini düşmən üçün 
qoyub getmə (CM-in 343-cü maddəsi), bat-
maqda  olan  hərbi  gəmini  tərk  etmə  (CM-
in  344-cü  maddəsi),  döyüş  meydanını  öz-
başına  tərk  etmə  və  ya  silah  işlətməkdən 
boyun qaçırma (CM-in 345-ci maddəsi) və 
əsirlikdə  olan  hərbi  qulluqçunun  cinayət 
hərəkətləri  (CM-in  346-cı  maddəsi)  kimi 
cinayət  növlərinin  mövcudluğu  nəzərdən 
qaçırılmış, Azərbaycan   SSRİ-nin 1960-cı il 
Cinayət Məcəlləsində mövcud olmuş, lakin 
qüvvədə olan Cinayət Məcəlləsində nəzərdə 
tutulmayan tabe olmama əməli isə məlum 
olmayan  səbəbdən  həmin  sistemə  daxil 
edilmişdir.
Göstərilən sistemin müəlliflərindən biri olan M.N.İmanovun az sonra çap 
olunmuş «Cinayət hüququ» dərsliyində hərbi xidmət əleyhinə olan cinayətlərin 
əvvəlkindən  əhəmiyyətli  dərəcədə  fərqlənən  yeddi  qrupdan  ibarət  aşağıda 
göstərilən yeni sisteminin verilməsi yuxarıda göstərilən tənqidi fikrin əsaslı ol-
duğunu bir daha təsdiq edir:
1)  tabelik və qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (CM-in     
328–332-ci maddələri);
2)  hərbi  qulluq  qaydalarını  (məhdud  mənada  hərbi  xidmətdən  yayınmada 
İstər Azərbaycan 
Respublikasının, istərsə də 
digər MDB dövlətlərinin 
hüquq nəzəriyyəçiləri 
hərbi xidmət əleyhinə olan 
cinayətlərin sisteminin 
müəyyən edilməsinin əsası 
kimi həmin cinayətlərin 
bilavasitə obyektə görə 
qruplaşdırılması prinsipini 
qəbul edirlər.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə