Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə84/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   77   78   79   80   81   82   83   84   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
210 
xidmətkeçmə  (qanunla  müəyyən  olunmuş  müddətdə  hərbi  xidmətdə  olma) 
qaydasıdır.  Məlumdur  ki,  bilavasitə  obyektə  görə  qruplaşdırma  nəticəsində 
müvafiq  cinayətlərin  vahid  növ  obyekti  müəyyən  olunur.  Lakin  göstərilən 
cinayətləri birinci qrupun adına görə hərbi xidmət borcu və vəzifələri əleyhinə 
olan cinayətlər adlandırmaq və həmin sahədə yaranan ictimai münasibətləri 
sadalanan cinayətlərin növ obyekti kimi müəyyən etmək düzgün olmaz.
Bilavasitə  obyekti  hərbi  qulluqçular  arasında  qarşılıqlı  münasibətlərin 
nizamnamə qaydaları olan və CM-in 328-332-ci maddələrində nəzərdə tutu-
lan cinayətlərlə CM-in 346-cı maddəsində nəzərdə tutulan (əsirlikdə olan hərbi 
qulluqçunun cinayət hərəkətləri) və bilavasitə obyekti «Hərbi əsirlərlə davra-
nış  haqqında»  12  avqust      1949-cu  il  tarixli  Cenevrə  Konvensiyasına  uyğun 
olaraq hərbi əsirlərlə davranış qaydaları kimi müəyyən edilən əməlin «Hərbi 
intizamın  ümumi  qaydaları  əleyhinə  olan  cinayətlər»  adlanan  bir  qrupda 
birləşdirilməsi, bilavasitə obyekti xüsusi xidmətkeçmə qaydaları olan və CM-in 
336-340-cı maddələrində nəzərdə tutulan qarovul xidmətinin nizamnamə qay-
dalarını pozma, daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını 
pozma, döyüş növbəsi çəkmə qaydalarını pozma, sərhəd xidməti qaydalarını 
pozma, ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi 
üzrə  xidmət  qaydalarını  pozma  kimi  əməllərin  batmaqda olan  hərbi  gəmini 
tərk  etmə,  hakimiyyətdən  sui-istifadə  etmə,  hakimiyyət  həddini  aşma  və  ya 
hakimiyyətdən istifadə etməmə, qulluğa səhlənkar yanaşma kimi cinayətlərlə 
bir qrupda birləşdirilməsi heç bir məntiqə sığmır.
Hərbi əmlakı itirmə, zədələmə və ya məhv etmə ilə, yaxud onun tərkibinə 
daxil olan yüksək təhlükə mənbələri ilə davranış qaydalarını pozmaqla əlaqədar 
olan  cinayətlər  adlandırdığı  dördüncü  qrupda  müəllif  mövcud  ziddiyyətləri 
daha  da  kəskinləşdirərək  hərbi  əmlakın  qorunması  qaydaları  əleyhinə  olan 
cinayətlərlə özünün də qeyd etdiyi kimi, yüksək təhlükə mənbələri ilə davranış 
qaydalarının pozulması ilə əlaqədar olan cinayətləri birləşdirmişdir ki, bunu da 
heç bir halda bilavasitə obyektə görə qruplaşdırma kimi qəbul etmək olmaz.
Qeyd  olunduğu  kimi,  hərbi  xidmət  əleyhinə  olan  cinayətlər  bütünlükdə 
hərbi  qulluğun  müəyyən  edilmiş  qaydalarına,  Cinayət  Məcəlləsinin  müvafiq 
fəslinə  daxil  olan  hər  bir  konkret  cinayət  isə  hərbi  qulluğun  müəyyən  edil-
miş bu və ya digər qaydasına qəsd edir. Odur ki, hərbi xidmət əleyhinə olan 
cinayətlərin  sisteminə  daxil  olan  ayrı-ayrı  əməllərin  bilavasitə  obyektinin 
düzgün  müəyyən  edilməsi  belə  cinayətlərin  sistemdaxili  qruplaşdırılmasının 
qüsursuz  olmasına  təminat  verir  ki,  bu  da  öz  növbəsində  hüquqtətbiqetmə 
təcrübəsində  mümkün  ola  biləcək  səhvlərin  qarşısının  alınmasında  həlledici 
əhəmiyyət  kəsb  edir.  «Onu  da  nəzərə  almaq  lazımdır  ki,  müəyyən  qruplara 
daxil olan ayrı-ayrı cinayətlərin bilavasitə obyekti bəzi hallarda həmin qrup-
ların  bilavasitə  obyektindən  müəyyən  qədər  fərqlənir.  Lakin  bu,  bütünlükdə 
məsələnin mahiyyətinə pozucu təsir etmir, ziddiyyət yaratmır» [4, s. 16].
A.C.Əliyev cinayət qanunu normalarının bilavasitə obyektə görə qruplaşdı-
rılması prinsipinə əsaslanaraq hərbi xidmət əleyhinə olan cinayətləri aşağıdakı 
kimi qruplaşdırmağı təklif edir:
1)  tabeçilik  qaydaları  və  qarşılıqlı  münasibətlərin  nizamnamə  qaydaları 
əleyhinə olan cinayətlər – əmri icra etməmə, rəisə müqavimət göstərmə və 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
211
ya  onu  qulluq  vəzifəsini  pozmağa  məcbur 
etmə,  rəisə  qarşı  zorakı  hərəkətlər  etmə, 
hərbi  qulluqçunu  təhqir  etmə,  döymə  və 
ya işgəncə vermə, tabelik münasibətlərində 
olmayan  hərbi  qulluqçular  arasında  qarşı-
lıqlı münasibətlərin nizamnamə qaydalarını 
pozma (CM-in 328–332-ci maddələri);
2)  hərbi  xidmətdən  boyun  qaçırma 
cinayətləri – hərbi hissəni və ya xidmət yeri-
ni özbaşına tərk etmə, fərarilik, öz sağlam-
lığına zərər vurmaqla və ya sair üsulla hərbi 
xidmətdən  boyun  qaçırma  (CM-in  333  – 
335-ci maddələri);
3)  xüsusi  xidmətkeçmə  qaydala-
rı  əleyhinə  olan  cinayətlər  –  qarovul 
xidmətinin  nizamnamə  qaydalarını  poz-
ma, daxili xidmətin və ya patrul xidmətinin 
nizamnamə  qaydalarını  pozma,  döyüş 
növbəsi  çəkmə  qaydalarını  pozma,  sərhəd 
xidməti  qaydalarını  pozma,  ictimai  qay-
danın  mühafizəsi  və  ictimai  təhlükəsizliyin 
təmin edilməsi üzrə xidmət qaydalarını poz-
ma (CM-in 336–340-cı maddələri);
4) hərbi vəzifə cinayətləri – hakimiyyətdən 
sui-istifadə etmə, hakimiyyət həddini aşma 
və ya hakimiyyətdən istifadə etməmə, qul-
luğa səhlənkar yanaşma (CM-in  341–342-ci 
maddələri);
5) müharibə vaxtı, döyüş şəraiti və digər 
ekstremal  şəraitlə  bağlı  olan  cinayətlər  – 
müharibə aparma vasitələrini düşmən üçün 
qoyub getmə, batmaqda olan hərbi gəmini 
tərk etmə, döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən bo-
yun qaçırma, əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri (CM-in 343 
– 346-cı maddələri);
6)  hərbi  əmlakın  qorunması  qaydaları  əleyhinə  olan  cinayətlər  –  hərbi 
əmlakı itirmə, hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv 
etmə, hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə (CM-in 347–349-cu 
maddələri);
7) yüksək təhlükə mənbələri ilə davranış qaydaları əleyhinə olan cinayətlər 
– silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qay-
dalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma, uçuş və ya 
uçuşa hazırlıq qaydalarını pozma, hərbi gəmiləri idarəetmə qaydalarını pozma 
(CM-in 350–353-cü maddələri) [5, s. 21-23].
Göründüyü kimi, bu sistem Cinayət Məcəlləsinin “Hərbi xidmət əleyhinə olan 
cinayətlər” fəslinin 328-353-cü maddələrini həmin Məcəllənin strukturuna uy-
Hərbi xidmət əleyhinə olan 
cinayətlər bütünlükdə 
hərbi qulluğun müəyyən 
edilmiş qaydalarına, Cinayət 
Məcəlləsinin müvafiq 
fəslinə daxil olan hər bir 
konkret cinayət isə hərbi 
qulluğun müəyyən edilmiş 
bu və ya digər qaydasına 
qəsd edir. Odur ki, hərbi 
xidmət əleyhinə olan 
cinayətlərin sisteminə daxil 
olan ayrı-ayrı əməllərin 
bilavasitə obyektinin düzgün 
müəyyən edilməsi belə 
cinayətlərin sistemdaxili 
qruplaşdırılmasının qüsursuz 
olmasına təminat verir 
ki, bu da öz növbəsində 
hüquqtətbiqetmə 
təcrübəsində mümkün ola 
biləcək səhvlərin qarşısının 
alınmasında həlledici 
əhəmiyyət kəsb edir. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə