Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə77/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
192 
Giriş
 
Erkən  orta  əsrlər  dövründə  Azərbaycan  əhalisinin  etnik  tərkibinin 
öyrənilməsi  tarix  elmi  qarşısında  duran  ən  mühüm  problemlərdən  biridir. 
Azərbaycan ərazisində əhalinin türkləşməsi məsələsi ilə bağlı qarşıya çıxan bir 
sıra  suallara  indiyədək  cavab  verilməmişdir.  Bu  suallar  ilk  növbədə  türklərin 
Azərbaycan ərazisində aborigen olub-olmaması ilə bağlıdır. Bu, çox mürəkkəb 
məsələdir və indiyədək həll edilməmişdir. Z.M.Bünyadovun qeyd etdiyi kimi, 
türkləşmənin  XI-XII  əsrlərdə  baş  verdiyini  qəbul  etmək  səhv  olardı.  Türkləri 
Azərbaycan ərazisinə kənardan gəlmə bir ünsür hesab etmək də səhvdir. Çünki 
o zaman Azərbaycan ərazisindəki yerli böyük türk tayfa təşəkküllərinin varlığı-
na göz yumulur [1, s.171]. 
Tarixi torpaqlarımızda baş vermiş etnik prosesləri ətraflı şəkildə öyrənmək 
üçün  xalqımızın  qədim  və  orta  əsrlər  tarixi  qərəzsiz  şəkildə,  elmi  faktlara 
əsaslanaraq araşdırılmalıdır. Bu zaman əvvəlcədən müəyyən edilmiş standart-
lardan imtina edilməlidir. 
Məlumdur ki, hər hansı bir xalqın formalaşması əsrlər boyu bir yerdə ya-
şamış və ya bir-biri ilə sıx təmasda olmuş qəbilə və tayfaların qaynayıb-qa-
rışması  nəticəsində  baş  verən  uzunmüddətli  və  mürəkkəb  bir  prosesdir.  Bu 
proses  nəticəsində  formalaşmış  xalqın  son  nəticədə  necə  adlanması  həmin 
birləşmə prosesində iştirak edən etnoslardan hər hansı birinin üstünlük təşkil 
etməsi  ilə  bilavasitə  bağlıdır.  Bugünkü  dilimizin  Azərbaycan  türk  dili  adlan-
ması  Azərbaycan  ərazisində  qədimdən  “türk”  adlanan  etnosun  yaşaması  və 
sonralar buraya şimaldan və cənubdan daxil olan türkdilli tayfaların çoxalması 
ilə bağlıdır. Gəlmə türkdilli tayfalar onlardan əvvəl burada yaşayan, oturaq və 
yarımköçəri həyat tərzinə malik olan və “türk” adlanan xalq arasında qaynayıb-
qarışaraq vahid Azərbaycan türk xalqı və dilinin yaranmasında yaxından iştirak 
etmişdir. 
Təqdim olunan məqalədə əsas məqsəd Yəmən hökmdarlarına həsr olun-
muş  əsərlərdə  rast  gəlinən  faktlara  əsasən,  Ərəb  xilafətinin  yaranmasından 
əvvəlki  dövrlərdə  Azərbaycan  ərazisində  yaşayan  əhalinin  etnik  tərkibində 
türklərin tutduğu yeri müəyyənləşdirməkdir. 
 
1. Azərbaycan əhalisinin türkləşməsi məsələsinə ümumi baxış
Tarixi mənbələrin araşdırılması göstərir ki, Ərəb işğalları ərəfəsində və Ərəb 
xilafəti dövründə Azərbaycan ərazisində yaşayan əhali etnik baxımdan, əsasən, 
aşağıdakı üç qrupa bölünürdü: 1. Türk  mənşəli əhali; 2. İran mənşəli əhali; 3. 
Qafqaz mənşəli əhali.
Azərbaycan  ərazisində  yaşayan  türklərin  dili  və  onun  mənşəyi  haqqında 
üç əsas fikir mövcuddur: 1. Azərbaycanın qədim əhalisinin dili Hind-Avropa 
dilləri  ailəsinin  İran  qrupuna  aid  olmuşdur;  2.  Azərbaycan  əhalisinin  bö-
yük  əksəriyyətinin  dili  türk  dilləri  ailəsinə  məxsus  olmuşdur;  3.  Azərbaycan 
əhalisinin  dili  Qafqaz  dilləri  ailəsinə  daxil    olmuşdur.  Lakin  burada  bir  fakt 
inkaredilməzdir. Hal-hazırda Azərbaycan ərazisində yaşayan, Türk, İran və Qaf-
qaz  dillərində  danışan  xalqlar  çox  qədim  dövrlərdən  bir-biri  ilə  sıx  təmasda 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
193
olmuş və qaynayıb-qarışmışlar. Məhz elə buna görə də bir sıra hallarda onların 
oxşar və müştərək tarixləri vardır və onlar ortaq dəyərlərə malikdirlər.
Azərbaycan türkləri və onların dili ilə bağlı XX əsrdə formalaşmış əsas möv-
cud  konsepsiya  belədir  ki,  guya  bu  xalq  XI-XII  əsrlərdə  digər  xalqları  əsaslı 
surətdə sıxışdıraraq aradan çıxarmış və onun dili hakim dilə çevrilmişdir. Baş-
qa  sözlə,  bu  proses  səlcuqların  XI  əsrdə  Azərbaycanda  məskunlaşması  ilə 
əlaqələndirilir. Bu zaman bir sıra suallar meydana çıxır: Nə üçün digər xalqlar 
və onların dilləri (talış, fars, ləzgi və s.) deyil, məhz say etibarilə üstünlük təşkil 
edən, bugünkü Azərbaycan ərazisində yaşayan əsas əhali kütləsinin dili ara-
dan çıxdı, gəlmələrin dili ilə əvəz olundu və türk dilinə çevrildi? Bu qəbildən 
olan sualların hamısının yalnız bir cavabı vardır: XI-XII əsrlərdə əsaslı şəkildə 
hər hansı bir etnik-dil dəyişikliyi baş verməmişdir, heç bir yeni xalq və dil ya-
ranmamışdır. Azərbaycan ərazisinə gələn səlcuqlar isə burada, az-çox fərqlə, 
onlar kimi danışan türkdilli xalqla qarşılaşmışdır. Səlcuqların gəlişi heç bir etnik 
və dil dəyişikliklərinə səbəb olmamışdır. Onların heç buna qüdrəti də çatmaz-
dı. Çünki onların XI əsrin ortalarında yaratdığı dövlət Mərkəzi Asiyadan Ara-
lıq dənizi sahillərinə, Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri 
əhatə edən böyük bir imperatorluq idi. Əgər hər səlcuq ailəsinə bir kənd bağış-
lansa belə, onlar bütün bu əraziləri tam şəkildə məskunlaşdıra və yerli əhalini 
etnik dəyişikliyə məruz qoya bilməzdilər. Onlar bu ərazilərdə yalnız hərbi-siyasi 
hakimiyyəti ələ almışdılar. Səlcuqlar kütləvi şəkildə Azərbaycanın cənub və şi-
mal torpaqlarına gələnə qədər artıq Xarəzm və Xorasan ərazilərində, Nişapur, 
Həmədan, Rey, İsfahan kimi əlverişli mövqeyə malik olan bir sıra şəhərlərdə 
hakimiyyəti  ələ  keçirmişdilər.  Onlar  1066-cı  ildə  Şirvanşahlar  dövlətini  asılı 
vəziyyətə  salmazdan  əvvəl,  artıq  Bağdad  da  daxil  olmaqla,  İraq  torpaqlarını 
da ələ keçirmişdilər. Başqa sözlə, səlcuqların həmin ərazilərdə məskunlaşması 
prosesi  və  hakimiyyəti  ələ  keçirmələri  Azərbaycandan  daha  tez  başlamışdır. 
Səlcuqlar  yerli  əhalini  kütləvi  şəkildə  köçürmürdülər,  soyqırıma  məruz  qoy-
murdular, olsa-olsa tutduqları ərazinin hakimini dəyişirdilər, onlar əhalinin et-
nik  mənsubiyyəti  və  dilini  dəyişmirdilər.  Əgər  səlcuqların  istilası  etnik  və  dil 
dəyişikliyinə səbəb olsaydı, bu zaman yuxarıda adı çəkilən və Azərbaycandan 
əvvəl  ələ  keçirilən  ərazilər  daha  üstün  şəraitə  malik  olardı.  Digər  tərəfdən 
səlcuqların həmin ərazilərdə siyasi hakimiyyəti daha uzun sürdü. Bu dövlət XII 
əsrdə parçalanarkən dörd əsas hissəyə bölündü: Suriya, İraq, Konya, Kerman. 
Bu yeni sultanlıqların belə adlanması səlcuqların məhz həmin ərazilərdə daha 
üstün mövqeyə malik olması ilə bağlı idi. Təsadüfi deyil ki, Səlcuq dövlətinin 
paytaxtlarından (Nişapur, Rey, İsfahan) heç biri Azərbaycan şəhərləri sırasına 
daxil deyildir. Beləliklə, səlcuqların regionda ən az təsir dairəsinə malik olduğu 
ərazilərdən biri Azərbaycan torpaqları idi. Deməli, səlcuqların gəlişi ilə yalnız 
Azərbaycan əhalisinin etnik tərkibinin və onun dilinin dəyişməsi ideyası elmi 
baxımdan  yanlışdır  və  qəbuledilməzdir.  Azərbaycan  əhalisinin  XI-XIII  əsrlərə 
qədər  şimalda,  guya  Qafqaz  dillərindən  birində  və  cənubda  isə  iranmənşəli 
dildə danışması, səlcuqların gəlişi ilə yeni dilə - Azərbaycan türk dilinə keçməsi 
inandırıcı deyil. 
 Unutmaq olmaz ki, gəlmə tayfalar, bir qayda olaraq, yerli xalqa nisbətən 
azlıq təşkil etmişdir. Digər tərəfdən, başqa xalqın ərazisini işğal edənlər, adətən, 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə