Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə73/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   69   70   71   72   73   74   75   76   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
183
1013-cü  ilin  məhərrəm  ayında  (iyun/1604)  İrəvan  qalasının  fəthindən  sonra 
elçiyə qayıtmağa icazə verdi [3, s.431; 9, s.65-66].  
Elçi vasitəsilə  Əkbər şaha bir məktub göndərdi. Həmçinin Şah Abbasın xa-
lası Zeynəb Bəyim də bu elçi vasitəsılə Əkbər Şahın anası Həmidə Banu Bəyimə 
bir  məktub göndərdi. 
Şah Abbas Əkbər şaha 1604-cü ildə yazdığı bu məktubda Hind və Səfəvi 
əlaqəsinin  dostcasına  olmasının  lazımlılığını  ifadə  edərək,  Sultan  Süleyman 
Qanuninin  oğlu  Şahzadə  Bayazidin  Səfəvi  dövlətinə  sığınma  hadisəsini,  ba-
bası  Şah Təhmasibin ölümündən sonra Səfəvi dövlətində qarışıqlıq çıxdığını 
və bundan istifadə etmək istəyən Osmanlı dövlətinin Azərbaycan ilə Şirvanı 
öz torpaqlarına qatdığını ifadə etmişdir. Bu məktubda Şah bu hadisəni belə 
ifadə edirdi: “Anadolu sultanları ucalar ucası Şah babam [Təhmasib] ilə sülh 
və  andlaşma  şərtlərini  möhkəm  bir  iman  üzrə  qurmuşdular.  Cənnət  məkanlı 
bu  qulların  ölümündən  sonra    Qızılbaş  tayfaları  arasındakı  ixtilafları  bəhanə 
edərək onlar fürsət tapdılar və Azərbaycan ilə Şirvanı almağa yönəldilər”. Ar-
dından sözü Təbrizin fəthinə gətirən Şah Abbas Osmanlı dövləti ilə döyüşdən 
başqa çarəsi olmadığını izah etməyə çalışmış və yaşanan hadisələrlə əlaqədar 
Əkbər şaha məlumat vermişdir. Şah Abbas bunları məktubunda belə ifadə et-
mişdir: “Biz, Osmanlı dövləti ilə əvvəldən andlaşma etmişdik. Amma onlar bu 
əhdi heç sayıb, Nəhavəndə qədər bizim torpağımızı alıb, ələ keçirdikləri yerləri 
məhv etdilər. Bu barədə öz sədaqətsizliklərini göstərdilər. Səltənət və hökumət 
namusunun  paramparça  olmasına  dözə  bilməyib,  dərhal  bölgəyə  ordu  sövq 
edib,  40  gün  içində  Təbriz  və  ətrafını  fəth  etdik.  Beləcə  Osmanlı  əsgərləri  bu 
bölgələrdən geri çəkildilər. Bu döyüşdə təxminən 10.000 düşmən süvarisi bizim 
qılıncımızla ölmüşdür. Bizim ordumuz Təbriz qalasını 20 gün içində almışdır. Bu 
qalanın fəthi nəticəsində təxminən 2000 top, 5000 tüfəng , 100.000 men (83.300 
kq) barıt, 10 illik yemək və vəsait əlimizə keçmişdir. Buradan İrəvan, Naxçıvan 
və Azərbaycanın digər qalalarına doğru hərəkət etdik. Düşməni buralarda da 
məğlub edib, adı çəkilən bölgələri nəzarətimiz altına aldıq. Biz əvvəldən and-
laşma edib, hüdudumuzu müəyyən etmişdik. Gəncə və Şirvanı aldıqdan sonra 
artıq yeni hüdud ortaya çıxmışdır. Hal-hazırda isə biz sülhə hazırıq. Artıq daha 
çox insanın ölməsini istəmirik... Osmanlıdan bizə aid olan bütün qalaları aldıq. 
Hal-hazırda isə onlardan cavab gözləyirik. Barışa hazırıq. Sizə Allahdan güc və 
sağlamlıq diləyirik” [16, s.371; 17, s.302-304].
Şah  Abbas  Əkbər şahın  ölümündən sonra onun yerinə taxta keçən  oğlu 
Cahangirlə  də  (1605-1627)  yaxşı  əlaqələr  qurmağa  səy  göstərdi.  O,  Mo-
ğol  hökmdarına  səmimi  məktublar  göndərərək  iki  dövlət  arasında  dostluq 
münasibətlərinin davam etdirilməsinə çalışırdı. Lakin I Şah Abbasın Qəndəhara 
yürüşü iki dövlət arasında münasibətləri gərginləşdirdi.
Şah Abbas 1611-ci ildə Yadigar Əli Sultan Talış adlı elçisi ilə Moğol sarayına 
bir başsağlığı məktubu və bir təbrik məktubu göndərmişdi [1, s.229].
Şah Abbas Əkbər şahın vəfatı səbəbilə yazdığı başsağlığı məktubunun baş-
lanğıcında insanın Allah tərəfindən yaradılışı, güc və elm verilməsi haqqında 
bəzi məsələləri anladaraq “Biz, şübhəsiz, (hər şeyimizlə) Allaha aidik və Ona 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
184 
dönəcəyik” ayəsini xatırlatmışdır. Şah Abbas məktubunda Əkbər Şahın yerinin 
cənnət olmasını dilədikdən sonra bu dünyanın insanlar üçün qalıcı bir məkan 
olmadığını söyləmiş və öz yerinin də harada olacağına Allahın qərar verəcəyini 
yazmışdır.  Şah  Abbas  Nasir  Tusi  tərəfindən  qələmə  alınan  bu  məktubunda 
Cahangirə belə yazır: “Mən Hind padşahının vəfatına çox kədərləndim. Amma 
o cənnətə getdi və Allahın dəvətini razılıqla qarşıladı. Bu fani dünyanı buraxıb, 
baqi dünyaya getdi. amma onun yerinə Allah sevər və Allahı bilən bir kimsə 
oturmuşdur.  Biz  bu  kədəri  sizin  padişahlığınız  sayəsində  xoşbəxtliyə  çevirdik. 
Əkbər şahın vəfatından sonra sizin yola daha güclü bir şəkildə davam etmənizi 
diləyirik.  Üzüntünü  bir  kənara  qoyub,  ölkənizi  gücləndirmənizi  və  yaxşı  idarə 
etmənizi arzu edirik. Bizi də bir qardaş ölkə olaraq bilin. İki ölkənin gün keçdikcə 
bir-birinə yaxınlaşmasını Allah-Təaladan arzu edirik” [1, s.230]. Şah Abbas taxta 
çıxması səbəbi ilə göndərdiyi ikinci təbrik məktubunda Cahangirə  “Gürgan 
məqamında oturan, Sahibqıranlıq tacına varis olan” deyə xitab edərək bunla-
rı yazır: “Allahdan, böyük Padişaha [Şah Səlimə] müvəffəqiyyətlər diləyirik. Öz 
ölkənizi inkişaf etdirmənizi və irəliyə götürmənizi Allahdan arzu edirik. Taxta çıx-
manızı can bir qəlbdən təbrik edirik... Sarayımızın əhəmiyyətli şəxsiyyətlərindən 
və  mənim  də  yaxın  bəndələrimdən  olan  Yadigar  Əli  Sultanı  sizə  göndərdim. 
Həm  təbrik,  həm  də  iki  ölkənin  bundan  sonrakı  əlaqələri  barəsində  bu  şəxs 
mənim vəkilim olaraq sizin ölkənizdə olacaq” [1, s.231; 17, s.307].
Şah Abbas məktubun sonunda iki ölkə arasında yazışmaların davam etməsi 
istəyini təkrar xatırlatmışdır. Bu səbəbdən Şah Səlim də qarşılıq olaraq Şah Ab-
basa sevgi dolu bir məktub göndərmişdir. Bu məktubu iki ildən sonra (1613)  
Yadigar Əli Sultan ilə birlikdə Səfəvi sarayına göndərilən moğol elçisi Mirzə 
Bərxudar Xan [Xan Aləm] gətirmişdir. Bu məktubda Cahangir yazır: “Həmişə 
Səfəvi ölkəsi ilə əlaqələrin yaxşı olmasını diləyirəm. Allahdan dostluğumuzun 
daha irəli getməsini arzu edirəm. Mən taxta yeni keçdim və hakimiyyəti ələ al-
dım. Ən əhəmiyyətli işim qonşu ölkələrlə dostluq əlaqəsi qurmaq olacaq. Mənim 
sizin xatirinizi nə qədər istədiyimi Allah bilir. İki ölkənin əlaqələri bundan sonra 
əbədiyyətə qədər sürəcək”  [17, s.308-309]. 
1614-cü ildə Şah Abbasın Robert Şerli adlı elçisi Moğol sarayına gəlmiş və 
Səfəvi hökmdarının məktubunu Cahangirə çatdırımışdır. Burada olduqca yaxşı 
qarşılanan Şerli, Cahangirin Şah Abbas üçün göndərdiyi iki fil, səkkiz antilop və 
çoxlu sayda hədiyyələrlə birlikdə (may/iyun 1615) geri qayıtmışdır [1, s.232].
1615-ci ildə Şah Abbasın Mustafa bəy adlı elçisi hədiyyələrlə birlikdə Moğol 
sarayına gəlmişdir. Bu elçi Şah Abbasın Gürcüstandakı zəfəri haqqında Cahan-
giri məlumatlandırmışdır [20, s.282-283].
Bir neçə ay sonra ölkəsinə dönməsinə icazə verilən, Cahangir tərəfindən 
20.000 rupi və bir xələt hədiyyə edilən bu elçiyə Şah Abbasa təqdim edilmək 
üçün hədiyyələr ilə bir məktub da verilmişdi. Şah Abbas 1615-ci ildə iranlı ta-
cir  Xoca  Əbdulkərim  Gilani  vasitəsilə  Cahangirə  Yəməndən  gəlmə  əqiq  da-
şından hazırlanmış bir təsbeh, Venesiyadan gətirilmiş bir kasa və bir məktub 
göndərmişdir [20, s.310]. 
Moğol hökmdarı Cahangir 28 oktyabr 1616-cı il tarixində Şah Abbasın elçisi 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə