Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə69/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   65   66   67   68   69   70   71   72   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
174 
gətirən  adam  birinci  halda  “elçi”,  qətlinə 
fərman verildikdə isə “qasid” adlandırılır [15, 
II c., s.250; 3, IV c., s.183].  Xoca Sədəddin el-
çinin  ozamankı  beynəlxalq  münasibətlərdə 
statusunu  da  müəyyən  edən  ifadəni  öz 
əsərinə  salmışdır.  Belə  ki,  Sultan  Səlim  gü-
nahlarına  görə  sulta  hafizi  Həsəncanı  suç-
layan  I  Sultan  Süleymanın  vəziri  İbrahim 
paşa belə deyir: “Elçinin işi ancaq söz çatdır-
maqdır,  məzmunu  üzrə  elçiyə  zaval  olmaz 
– xatirihəzrətlərinə (Sultan Səlimə) bəlli ikən 
qızılbaşdan  gələn  elçiləri  həbs  etdiklərinə 
səbəb nədir? Xüsusilə, Mir Abdulvahab kimi 
hörmətli seyidi və alimi həbs etmək münasib 
idimi?”. Bununla da Xoca elçinin toxunulmazlıq statusunun olmasını yada salır 
[15, c.II, s.374; 3, c.IV, s.213].
Ş.Fərzəlibəyli  Mahmud  Kaşğarinin  “Divani  lüğət-it-türk”,  Ə.Ə.Dehxudanın 
“Lüğətnamə”  əsərlərinə  istinadən  doğru  olaraq  “elçi”  sözünün  izahını  “el 
nümayəndəsi” kimi göstərmişdir [10, s.168]. O, həmçinin  orta əsrlər boyu da-
imi səfarətxana və ya daimi fəaliyyət göstərən səfirlərin olmadığını da qeyd 
etmişdir [10, s.169]. 
Tez-tez hərbi konflikt və toqquşmalara cəlb olunan feodal dövlətləri ara-
sında  münasibətlərin  tənzimlənməsində  elçi-səfirlərin  müstəsna  xidmətləri 
olmuşdu. Türk dünyasında, o cümlədən də Azərbaycanda göndərilən elçilər 
minik vasitəsi olan atlarla ilk növbədə təmin olunurdular. Çingiz xan Yasa-
sına  görə,  elçilərin  imperiyanın  yam  (poçt)  xidmətindən  pulsuz  istifadə 
etmək hüququ var idi [16, 19, 25].  1487-ci ildə Məkkəyə mahmal aparacaq 
zəvvarlardan nə elçi, nə də yamçılar üçün ulağa (minik heyvanlarının alınma-
sı mükəlləfiyyəti – T.C.) alınmamasının əmr edilməsinin  Ağqoyunlu Sultan 
Yaqubun fərmanında əks olunması yuxarıda dediyimiz fikrini bir daha sübut 
edir [17, s.71].
Elçilik adəti mənşə etibarilə qədim türk dünyasına söykənir. Orta əsrlərin daha 
bir tədqiqatçısı Saleh Zakirov qeyd edir ki, diplomatik idarənin nümayəndələrinə 
mərtəbələrindən - ranqlarından asılı olaraq xüsusi geyim geyməyə icazə ve-
rilirdi [17, s.110]. “Tacüt-təvarix”də Sultan Fateh Məhəmmədin Misirə getmiş 
elçisi Məmlüklər tərəfindən alçaldılmaya məruz qalmışdı. Bu zaman Məmlük 
əmirləri elçini atdan yerə enməyə vadar etmiş, özləri isə at üstündə qalmışdılar. 
Osmanlı elçisi bu vaxt paltarını çıxarmamış öz hökmdarının yanına gəldikdə isə 
onu cırmışdı [2, I c., s.568; 3, III c., s.170]. Eyni hərəkəti təhqir olunaraq Sultan 
Əhməd Cəlairinin yanından qayıdan Toxtamış elçisi tərəfindən öz hökmdarının 
yanında etdiyinin də şahidi  oluruq [4, s.11]. “Aşiqpaşazadə tarixi” elçi geyimi-
nin adını - ﮏﻳدا  - şəklində saxlamışdır (18, s.209). Qədim türk lüğətində isə 
biz “ıd” – göndərmək feilinə, həmçinin “ıduk” müqəddəslik və təmizlik bildirən 
sözlərə rast gəlirik [19, s.217]. Deməli, elçinin əynindəki paltar onun göndərilən 
və toxunulmaz olmasını simvollaşdırırdı. 
Qaynaqlarda “elçi” 
termininin qasid və ya 
rəsul ekvivalentlərindən də 
istifadə olunur. Məsələn, Şah 
İsmayılın Çaldıran döyüşü 
ərəfəsində göndərdiyi 
məktubu gətirən adam 
birinci halda “elçi”, qətlinə 
fərman verildikdə isə “qasid” 
adlandırılır. 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
175
Elçilərə məktublarda yazılmayan, lakin elçiliyin məqsədini daha geniş əhatə 
edib, danışıqlar aparmağa imkan verən tapşırıq və səlahiyyət verilirdi. Bu isə 
elçilərin olduqca etibarlı şəxslər olduğunu göstərir. 
Elçi göndərilməsi həm də mütəmadi xarakter daşıyırdı. Bəzi tədqiqatçıların 
əsərlərində daimi səfirlərin olmas faktları da yer almaqdadır [10, s.168-169].
Şah  İsmayıl  Şeybək  xana  məktubunda  “elçilər  və  məktublar  göndərmək 
işində meydana çıxmış ləngliyin və təxirə salınmaların üzrlü səbəbdən baş ver-
diyini”  nəzərə çatdırır, “belə qəbul olunmuş mərasimlərə və ənənəvi qaydalara 
riayət etməyə macal tapmamasından” şikayətlənirdi [20, s.52]. “XVI əsr boyun-
ca  Osmanlı  imperiyası  və  Azərbaycan  Səfəvilər  dövləti  arasında  müxtəlif  tari-
xi hadisələr münasibətilə (taxta çıxan hökmdarı təbrik etmək, sülh müqaviləsi 
imzalamaq, fəthnamə çatdırmaq və s.) elçi heyətlərinin mübadiləsi baş vermiş-
di. Dövrün diplomatiya qaydalarına görə, elçi ilə birlikdə qiymətli hədiyyələrin 
göndərilməsi  də  nəzərdə  tutulurdu”  [21,  s.79].  Şahin  Fazil  qeyd  edir  ki,  “XVII 
əsrdə Səfəvi və Osmanlı saraylarından Qərb ölkələrinə göndərilən rəsmi dövlət 
məktubları, əsasən, fars, qismən də türk dillərində yazılırdı. Məsələn, 1618-ci 
ildə Rusiya çarı tərəfindən Səfəvi hökmdarının yanına yollanan yüksək dərəcəli 
elçinin göndərdiyi məktub türk dilində yazılmışdı. İsgəndər bəy yazır: “Həmçinin 
bu il o uca sülalənin (romanovların) mötəbər əmir və knyazlarından (kənnas) 
ibarət  böyük  bir  elçi  heyəti  Xəzər  dəryası  və  o  çöllərdən  keçərək  Şirvanın 
Dərbəndinə gəldi və Hümayun şah (I Sah Abbas) məiyyətinin ardınca Ərdəbildən 
[çıxıb] Qəzvin darüssəltənəsinə çatdı. O elçi də Səadət [abad] meydanında şah-
la görüş səadətinə yetişdi və mütərcim [tərcoman] vasitəsilə padşah tərəfindən 
özlərinin ehtiyac (niyazməndi) xahişini və möhkəm birlik (ettehad) istəyini ərz 
edərək, türk dilində yazılmış uzun bir məktubu şaha təqdim etdi” [11, I c., s.XXIII]. 
XVI  əsr  Osmanlı  müəllifi  Xoca  Səadəddin  Əfəndinin  “Tacüt-təvarix”  əsərində 
dövlətlər arasında əlaqələrin mühüm vasitələrindən biri olan diplomatik yazışma 
sənədləri də öz əksini tapmışdır. Müəllifin mühüm dövlət vəzifələrində çalışması 
ona diplomatik sənədlərlə tanış olmaq imkanı vermişdi. Elçilər vasitəsilə çatdırı-
lan bu məktubların müxtəlif cür adlandırılması (übudiyyətnamə, namei-bəşarət, 
namei-təvbix, misaqnamə, niyaznamə, təhniyyətnamə və s.) yalnız məktubların 
xarakterini  nəzərə  çatdırmaq  üçün  orta  əsr  tarixçiləri  tərəfindən  istifadə  olu-
nurdu. Məsələn, Xoca Səadəddinin I Şah İsmayıla yazılan tənbeh məktubu (na-
mei-tevbix) adlandırdığı məktubu Sultan I Səlim “Şanlı məktub” (name-i nam) 
adlandırmışdır  [15,  II  c.,  s.246-247;  3,  IV  c.,  s.177-180].  “Tacüt-təvarix”  Sultan 
Səlimin Şah İsmayıla yazdığı daha üç məktubu özündə qoruyub saxlayır. Dip-
lomatik sənəd olmaqla yanaşı, bu məktublar o dövrün düşüncə tərzini, dünya-
ya baxış sistemini özündə əks etdirir. Birinci məktubda Osmanlı sultanı özünü 
“xan” adlandırır, Şah İsmayıla “bahadur” deyə müraciət edir, məktubunu “yar-
lıq”  adlandırır.  “Tacüt-təvarix”in  başqa  bir  yerində  Xocanın  şahzadə  Qorquda 
münasibətdə onu “Qorqud noyon” [15, II c., s.224; 3, IV c., s.175] adlandırma-
sı monqol epoxasının izlərinin bu əsərdə hələ də qaldığını göstərir. Məktubda 
“xaqanlar  məzhəbinə  görə” ifadəsi də qədim türk izlərinin əsərdə yaşadığını 
əks etdirir. “İranın Kembric tarixi”nin müəllifləri “xaqan”, “noyon”, “bahadur” 
kimi titulların Elxani dövlətinin siyasi forması olaraq əxz olunduğunu qeyd edirlər 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə