Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə72/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   68   69   70   71   72   73   74   75   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
181
ğa hazırıq. Sizdən bir məlumat gözləyirik. Bu 
dostluq, əvvəllər olduğu kimi, hər iki ölkənin 
əmin-amanlığına  səbəb  olacaqdır.  Əvvəllər 
də  bizim  sülalələrimiz  sizinkilərlə  dostluq 
və  əmin-amanlıq  içində  yaşayırdı...  İndi  biz 
Qərb  və  Osmanlı  sultanları  ilə  müqavilələr 
bağlayırıq. Qərblə Səfəvilər arasında ticarət 
və  siyasi  əlaqələr  davam  etməkdədir.  Əsas 
məqsədimiz  Hind  ilə  də  belə  bir  müqavilə 
bağlamaqdır.  Biz  bunu  Hind  ilə  də  həyata 
keçirməyi  arzu  edirik.  İndi  Qərb  ölkələrinin 
tacirləri  rahatlıqla  İrana  (Səfəvi  dövlətinə  
A.M.)  gəlir  və  ticarətlə  məşğul  olurlar.  Biz 
bunu Hindlə də həyata keçirməyi arzu edi-
rik. Mən öncədən bir təmsilçimi göndərdim. 
Amma  istədiyimiz  məqsədə  çata  bilmədik. 
Məqsədimiz  iki  ölkə  arasında  siyasi  və 
ticarət  əlaqələrini  genişlətməkdir.  Yenidən 
bir  təmsilçimi  göndərirəm.  Ümid  edirəm  ki, 
iki  ölkə  arasında  siyasi  və  ticarət  əlaqələri    əvvəlkindən  daha  güclü  olacaq-
dır...  Məqsədim  sizin  ölkə  ilə  İran  (Səfəvi  dövləti  -  A.M.)  arasında  əlaqələrin 
genişlənməsidir. Bu ana qədər sizin ölkədən İrana (Səfəvi dövlətinə - A.M.) heç 
bir təmsilçi gəlmədi. Arzu edirəm ki, sizin də bir təmsilçiniz ölkəmizə gəlsin və 
əlaqələrimiz daha da inkişaf etsin...” [1, s.219; 17, s.274-278].
Şahzadə Səlim I Şah Abbasa cavab məktubunda yazırdı: “Məktubunuzda 
bizim  üçün  sevgi  və  dostluqdan  bəhs  edirsiniz.  Biz  də  qarşılıqlı  olaraq  eyni 
hissləri bölüşürük. Sevgi və hörmətimizi çatdırırıq. Son 4-5 il ərzində bizim də 
məqsədimiz və düşüncəmiz İran (Səfəvi - A.M.) şahı ilə əlaqələrimizin daha da 
möhkəmlənməsi idi. Bunu yaxşı bilirik ki, iki ölkənin əlaqələri lap əvvəllərdən  
başlamışdır və həmişə də davam edəcəkdir. Biz sizinlə ticarət və siyasi baxım-
dan hər cür anlaşmaya hazırıq [1, s.220; 17, s.278-279].
Bu məktublaşmalardan göründüyü kimi tərəflər siyasi və ticarət əlaqələrinin 
qurulmasında maraqlı görünürlər. Lakin bu dövrdə Moğol dövlətinin Hindis-
danın cənub hissələrində həyata keçirdiyi fəthlər səfəvilərə kömək göstərməyə 
imkan vermirdi. Bu baxımdan Əkbər Şah (1556-1605) yazdığı məktublarında 
Şah I Abbasa özbəklərlə mübarizədən yayınmağı və sülh bağlamağı məsləhət 
görürdü [1, s.220].
Qəndəhar vilayəti moğollar tərəfindən ələ keçirildikdən sonra Moğol sa-
rayında dörd il saxlanan Səfəvi elçisi Yadigar Sultan Rumluya geri qayıtmağa 
icazə verildi. O, Mirzə Ziyaəddinin rəhbərlik etdiyi moğol elçi heyəti ilə birlikdə 
geriyə  -  I  Şah  Abbasın  sarayına  məktubla  yola  salındı.  Mirzə  Ziyaəddinin 
rəhbərlik etdiyi elçi heyəti Əkbər şah tərəfindən Səfəvi dövlətinə göndərilən 
ilk böyük elçilik idi. Elçi heyəti 1596-cı ildə Səfəvi sarayına gələrək Əkbər şahın 
məktubunu I Şah Abbasa təqdim etdi [3, s.431; 7, s.82; 9, s.61-62].
XVI əsrdə I Şah İsmayılın 
zamanında əsası qoyulan 
Səfəvi-Moğol münasibətləri 
XVII əsrdə də davam etməkdə 
idi. Səfəvilərlə moğollar 
arasında zaman-zaman 
münaqişə mənbəyinə 
çevrilən Qəndəhar vilayəti 
I Şah Abbasın hakimiyyəti 
dövründə (1587-1629) də 
hər iki dövlət arasında 
mübahisəli ərazi olaraq 
qalırdı.


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
182 
Əkbər şahın I Şah Abbasa yazdığı bu məktubda o, Səfəvi hökmdarından 
məktub aldığı üçün ona öz təşəkkürünü bildirir və etiraf edirdi ki, o, Şah Ab-
basa bu məktubu əvvəl yazmalı idi. Lakin Hindistan daxilində işləri səhmana 
salmaqla məşğul olduğuna görə gec məktub yazmaq məcburiyyətində qal-
mışdı.  Məktubda Əkbər şah  Qəndəharın tutulması  səbəblərini  geniş  şəkildə 
izah edir və Qəndəharın tutulmasından sonra da səfəvilərlə dostluq əlaqələrini 
saxlamaq arzusunda olduğunu bildirirdi. Əkbər şah məktubda səfəvilərə hər 
hansı hərbi kömək göstərilməməsinin səbəbini izah edərək bildirirdi ki, onun 
bu addımı bölgədə anlaşılmazlıq yarada bilərdi. Həmçinin Moğol hökmdarı I 
Şah Abbasdan Səfəvi dövlətindəki  işlər barədə ona daim məlumat verilməsini 
xahiş edirdi. Əkbər şah Abdulla xana münasibətini izah edərək yazırdı ki, “sülh 
axtarana qarşı müharibə başlamaq olmaz” [7, s.81].
Şəfəvi  hökmdarı  I  Şah  Abbas  1007-ci  ildə  (oktyabr/1598)  Əkbər  şahın 
elçiləri ilə birlikdə Mənuçöhr bəy Eşikağasıbaşının rəhbərliyi ilə Moğol sarayına 
növbəti elçi heyəti göndərdi [3, s.431; 9, s.64]. Hatəm bəy Ordubadi tərəfindən 
tərtib edilmiş məktubu Əkbər şaha aparan bu elçilik 1598-ci ildə Hindistana 
gəldi və Əkbər şah tərəfindən hörmətlə qəbul edildi [7, s.83].
I Şah Abbasın Əkbər şaha göndərdiyi bu məktubda yenə də səfəvilər və 
moğollar arasında ənənəvi dostluq münasibətlərindən bəhs olunurdu: “Alla-
ha şükür olsun ki, sələflərimiz tərəfindən əkilən ağaclar zaman keçdikcə böyü-
yür və öz bəhrəsini verir. Bizim dostluğumuzun yeni təzahürü sənin məktubun 
oldu. Orada bizə zəruri olan xeyli dəyərli məsləhətlər var idi. Bu məsləhətlər bizə 
dövlət  və  idarə  işlərini,  dini  məsələləri  və  xalqın  həyatını  qaydaya  salmaqda 
kömək etdi” [7, s.125].
I  Şah  Abbas  məktubda  daha  sonra  I  Şah  Təhmasibin  ölümündən  sonra 
yeridilən  siyasət  və  xarici  dövlətlərlə  münasibətlər  barədə  məlumat  verir.  O, 
Şah  Məhəmməd  Xudabəndə  zamanı  ölkədə  baş  alıb  gedən  anarxiya,  Xora-
sanın  işğal  edilməsi,  səfəvilərin  qərb  sərhədlərində  daim  gərginliyin  olması 
barədə də Moğol imperatoruna yazırdı. Daha sonra o, Osmanlı sultanı ilə sülh 
bağladığından, Xorasanı geri almaq üçün özbəklərə qarşı müharibə hazırlıq-
larından yazır və bu işdə Əkbər şahdan xeyir-dua almaq istəyini bildirirdi [7, 
s.126-127].
Moğol  sarayına  gələn  Səfəvi  elçiləri  burada  böyük  hörmət  və  ehtiram-
la qarşılansa da, bu dəfə də Əkbər şah elçi heyətini 4 il öz sarayında saxla-
dı. Yalnız 1011-ci ilin rəcəb ayında (oktyabr/1603) Moğol hökmdarı öz elçisi 
Mirməhəmməd Məsum Bəkri ilə birgə Səfəvi elçilərini geri  göndərdi. Onlar  I 
Şah Abbas İrəvanda osmanlılara qarşı vuruşarkən onun yanına gəldilər. 
Əkbər şahın Səfəvi hökmdarına göndərdiyi məktubda deyilirdi: “Bizim ar-
zumuz  budur  ki,  siz  biz  tərəfi  özünüzünkü  hesab  edəsiniz,  tez-tez  öz  səmimi 
məktublarınız  və  elçilərinizlə  bizi  sevindirəsiniz.  Biz  şad  olarıq,  əgər  siz  vacib 
məsələlərlə bağlı bizə müraciət etsəniz, biz qüvvəmiz daxilində hər şey etməyə 
hazırıq...” [15, s.8].
Səfəvi  hökmdarı  Moğol  imperatorunun  onun  səfirini  lazımsız  olaraq  4  il 
saxladığı üçün moğol elçisinə lazımi səviyyədə ehtiram göstərmədi və yalnız 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə