Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə63/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
157
uzunmüddətli  və  mürəkkəb  tarixi  keçid 
prosesində  ailədən  dövlətə  doğru  dialek-
tik irəliləyişin xüsusi bir mərhələsini əks et-
dirir.  Onun  fikrincə,  vətəndaş  cəmiyyəti  öz 
tələbatlarını  əmək  vasitəsilə  başqalarının 
tələbatlarına  uyğunlaşdıran  individumlar 
sistemi kimi çıxış edir [10, s.133]. Vətəndaş 
cəmiyyətinin  təməlini  şəxsi  mülkiyyət,  ma-
raqların  birliyi  və  vətəndaşların  qanunla 
təsbit  olunmuş  formal  ümumi  bərabərliyi, 
insanın təsadüflərdən qorunması təşkil edir. 
Yəni  vətəndaş  cəmiyyəti  insana  vətəndaş 
hüquqlarını  reallaşdırmaq  imkanı  yaradan, 
cəmiyyət  üzvlərinin  müxtəlif  maraqlarını, 
ehtiyaclarını və dəyərlərini ifadə edən qeyri-
dövlət,  ictimai  əlaqələr  və  institutlar  siste-
midir. Vətəndaş cəmiyyəti dövlətdən təcrid 
edilmiş və istənilən formada onunla müxa-
lif olan hansısa sosial məkan deyil. Əksinə, 
vətəndaş cəmiyyəti və dövlət bir-biri ilə sıx 
əlaqədədir.  Çünki  dövlət  ictimai  həyatda 
idarəetmə və vasitəçi funksiyalarını həyata keçirərkən, vətəndaş dəyərləri və 
institutları ilə əlaqədə olmağa məhkumdur.
Dövlətlə vətəndaş cəmiyyəti bir-biri ilə ayrılmaz vəhdət və vahid ictimai or-
qanizmin iki hissəsini təşkil edir. Normal inkişaf etmiş vətəndaş cəmiyyəti azad 
və demokratik fərdlərarası münasibətlər, ictimai fərdlərin müxtəlif maraqlarının 
və  tələbatlarının  ödənilməsi  üçün  şərait  yaradır.  Vətəndaş  cəmiyyətini  təşkil 
edən  institutların  dövlətlə  müqayisədə  müstəqil  olma  dərəcəsi  cəmiyyətdə 
hakimiyyət  bölgüsünə  və  hakimiyyətin  xarakterinə  həlledici  təsir  göstərir. 
Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin 
maraqlarını  cəmləşdirir.  Bu  isə  bəzən  xoşagəlməz  hallara  yol  açır.  Belə 
vəziyyətləri aradan qaldırmaq, müəyyən mənada sosial harmoniyanı yaratmaq 
vəzifəsi isə yalnız vətəndaşların borcu deyil.
Bu  mənada,  KİV  vətəndaş  cəmiyyətinin  mükəmməl  komponenti  kimi  çı-
xış etməklə fərdi şüur ilə cəmiyyət arasında əlaqə yaradır və bu əlaqə vasitəli 
xarakter  daşıyır.  Azərbaycanda  da  çap  və  elektron  KİV-lər  artıq  cəmiyyətin 
mənəvi həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar insanın bütün şüurlu həyatı 
boyunca sınaqdan keçirdiyi amillərə aiddir.
Aydın  olur  ki,  KİV  informasiyanın  məqsədyönlü  şəkildə  ötürülməsi  ilə 
vətəndaş cəmiyyətinin və şəxsiyyətin formalaşmasında ən vacib vasitədir. KİV 
vasitəsilə insan dövlətdən və cəmiyyətdən o informasiyanı mənimsəyir ki, həmin 
informasiya  onun  şəxsiyyət  kimi  formalaşmasında  və  vətəndaş  cəmiyyətinin 
inkişafında  mühüm  rol  oynayır.  Bir  çox  alimlər  KİV-in  vətəndaş  cəmiyyətinə 
daxil olmasının ənənəvi olduğunu hesab edirlər. Məsələn, N.İ.Matuzov qeyd 
Dövlətlə vətəndaş cəmiyyəti 
bir-biri ilə ayrılmaz vəhdət və 
vahid ictimai orqanizmin iki 
hissəsini təşkil edir. Normal 
inkişaf etmiş vətəndaş 
cəmiyyəti azad və demokratik 
fərdlərarası münasibətlər, 
ictimai fərdlərin müxtəlif 
maraqlarının və tələbatlarının 
ödənilməsi üçün şərait 
yaradır. Vətəndaş cəmiyyətini 
təşkil edən institutların 
dövlətlə müqayisədə müstəqil 
olma dərəcəsi cəmiyyətdə 
hakimiyyət bölgüsünə və 
hakimiyyətin xarakterinə 
həlledici təsir göstərir. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
158 
edir ki, onun ən vacib elementi müxtəlif növ deyil, yalnız azad KİV-dir [11, s.66]. 
Lakin V.S.Mokrıv hesab edir ki, onun üçün ən vacibi dövlət KİV-idir [12, s.28].
KİV  cəmiyyətdə  təkcə  informasiyanın  yayılma  aləti  kimi  deyil,  həm  də 
hakimiyyət və vətəndaş cəmiyyəti orqanı rolunda çıxış edir. Buradan da KİV-
in fəaliyyətinin qiymətləndirilməsində iki vəzifə ortaya çıxır. Bir tərəfdən onlar 
hakimiyyət strukturlarının fəaliyyət prosesinə informasiya xidməti göstərirlər, 
digər  tərəfdən  ayrı-ayrı  şəxslərin,  sosial  qrupların  və  bütövlükdə  vətəndaş 
cəmiyyətinin müxtəlif tələbat və maraqlarının reallaşma prosesini informasiya 
ilə təmin edirlər. Sağlam ictimai orqanizmdə göstərilən əksliklər cəmiyyətdə 
qarşılıqlı konstruktiv dialoq əsasında həll edilir.
KİV  sosial  tipindən  asılı  olmayaraq  vətəndaş  cəmiyyətinin  institutudur, 
fəaliyyəti  informasiya  azadlığının  konstitusion-hüquqi  prinsipinə  əsaslanır, 
öz hüquq və vəzifələrinə uyğun kənar təsir olmadan fəaliyyət göstərir. KİV öz 
fəaliyyətində sivilizasiyanın müxtəlifliyini nəzərə almalıdır [13, s.71]. Media qa-
nunvericiliyinin təkmilləşməsi həm də fikir və söz azadlığından sui-istifadə hal-
larının azalmasına müsbət təsir göstərir. Fikir, söz azadlığı və informasiya hüqu-
qu bir-biri ilə sıx bağlıdır. Belə ki, informasiya mənbəyinə giriş imkanı olmayan 
vətəndaş  sosial-siyasi  hüquqlarından  tam  həcmdə  istifadə  edə  bilməz.  Fikir 
azadlığına  Konstitusiya  tərəfindən  zəmanət  verilməsi  o  deməkdir  ki,  dövlət 
insanın şəxsi rəyinin formalaşmasına qarışmır, onu kənar müdaxilələrdən qo-
ruyur, şəxsiyyət üzərində hər hansı güc tətbiqetmə və ya nəzarətə yol vermir. 
 Söz azadlığı dövlətin zəmanət verdiyi öz fikrini sərbəst ifadə etmək imka-
nıdır. Fikrini sərbəst ifadə etmək azadlığı bir çox digər hüquq və azadlıqların 
(seçkilərdə iştirak hüququ, petisiya hüququ, vicdan azadlığı, yaradıcılıq hüqu-
qu, təhsil hüququ və s.) əsasında dayanır.
 Müxtəlif baxışların, rəylərin real zəmanətli sərbəst ifadəsi, tənqid azadlığı 
demokratikliyin konkret göstəricisidir.
  İnformasiyanın  bəzi  növləri  qapalı  xarakter  daşıyır,  yəni  yayılmaq  üçün 
nəzərdə  tutulmur.  Belə  informasiyaya  malik  olan  vətəndaşlar  onu  təkcə 
təşkilati-texniki deyil, həm də hüquqi yollarla qorumaq imkanına malikdirlər. 
Məxfilik haqqında anlayış KİV qanunvericiliyində tam təsvir olunmuşdur. İnfor-
matorun şəxsiyyətinin gizli saxlanılmasını təmin edən hüquqi zəmanət KİV-ə 
bəzən  onlardan  sensasion  məlumatlar  almağa  imkan  verir.  Lakin  bu  zaman 
imkan vermək olmaz ki, anonimlik böhtana, ictimai rəyin manipulyasiyasının 
digər üsullarına xidmət etsin.
Nəticə
Sivilizasiyanın  müasir  inkişaf  dövrü  industrial  cəmiyyətdən  informasiya 
cəmiyyətinə  keçidlə  xarakterizə  olunur.  “İnformasiya”  termini  getdikcə  daha 
böyük  dərəcədə  siyasi,  iqtisadi  və  hüquqi  ölçü  əldə  edir.  Bu,  hər  şeydən 
əvvəl informasiya sferasının cəmiyyətin həyatına təsirinin artması ilə şərtlənir. 
İ.N.Panarinin  sözlərinə  görə,  informasiya  istənilən  sistemin  dözümlülüyünü 
təmin edən idarəetmə və inkişaf proseslərinə bilavasitə aiddir [14, s.9].


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə