Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə61/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
153
malikdir. KİV-in fəaliyyət istiqamətləri insan 
hüquq və azadlıqlarına hörmət, demokratik-
lik, kütləvi informasiyanın azadlığı, dəqiqlik
müstəqillik,  obyektivlik,  sosial  əməkdaşlıq 
prinsiplərinə əsaslanmalıdır. Bu gün informa-
siyanın keyfiyyət prinsipi insan və cəmiyyət 
üçün böyük əhəmiyyət kəsb edir. İnforma-
siya insana hər şeydən əvvəl düşünmək, öz 
rolunu və yerini müəyyənləşdirmək üçün la-
zımdır. KİV-in vətəndaş cəmiyyətinin sosial 
və siyasi inkişafı ilə bağlı proseslərdəki rolunu müəyyənləşdirmək üçün onun 
informasiya, analitik və əyləncə kimi funksiyalarına baxmaq lazımdır.
Dövlətin müəyyən inkişaf mərhələlərində digər funksiyalar da meydana çı-
xır. Fərz olunur ki, bu gün KİV-in ideoloji funksiyasının xüsusilə vurğulanmasına 
ehtiyac var. KİV vasitəsilə şəxsiyyətdə vətəndaşlıq hissini formalaşdırmaq va-
cibdir. E.P.Proxorovun fikrincə, KİV-in ideoloji funksiyası ümumbəşəri dəyərlər 
haqqındakı  təsəvvürləri  yaymağa,  onların  müasir  cəmiyyətin  həyatında  il-
kin rola malik olmalarına inandırmağa, vətəndaşlığın məzmun və xarakterini 
müəyyənləşdirməyə xidmət edir  [3, s.96].
Demokratiya  heç  də  ictimai  münasibətlərin  tənzimlənməsində  öz-özünə, 
birdən-birə yaranan sosial-siyasi dəyər göstəricisi deyildir. Demokratiya ictimai 
formasiyalar kimi dinamik xarakter daşıyır və daim təkmilləşməyə məruz qalır 
[4, s.252]. Əlbəttə ki, formasiyalara bənzər dinamiklik müəyyən mənada nisbi 
qəbul olunmalıdır. Çünki formasiyalar bir-birini əvəz etdikcə köklü dəyişikliklərə 
məruz qalırsa, demokratiyadakı dəyişikliklər təkmilləşmələrlə müşahidə olunur 
və informasiya proseslərinin hüquqi tənzimlənməsini özündə hər zaman ehtiva 
edir. İnformasiyanın vətəndaş cəmiyyəti daxilində inkişaf mərhələlərinə nəzər 
saldıqda bunu aydın görmək mümkündür. 
Səmərəli media yayımı KİV-vətəndaş cəmiyyəti münasibətlərində reputa-
siyanı genişləndirir və aparıcı agentliklərlə etimadın qurulmasına səbəb olur. 
Media  sahəsində  qanunvericiliyin  təkmilləşməsi  həm  də  cəmiyyətdə  bu  qu-
rumları vacib ictimai rəy təsisatına çevirmiş olur.
KİV-lərin müstəqilliyi informasiya cəmiyyətinin də yaranmasına səbəb olur. 
Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir 
ki,  bu  da  vətəndaş  cəmiyyətinin  sturukturunun  zənginləşməsi  deməkdir. 
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya 
resurslarının və texnologiyalarının rolunun artması informasiyadan sui-istifadə 
hallarına qarşı yeni KİV peşəkarlığını vətəndaş cəmiyyəti üçün zəruri edir.
2. Fikir və söz azadlığı insan azadlığının real təzahürü 
üçün olduqca vacibdir
İstər qloballaşma və qlobal informasiya məkanına inteqrasiya, istərsə də 
informasiya  cəmiyyətinin  qurulması  təkcə  Azərbaycanın  qarşısında  duran 
KİV-in fəaliyyət istiqamətləri 
insan hüquq və azadlıqlarına 
hörmət, demokratiklik, 
kütləvi informasiyanın 
azadlığı, dəqiqlik, müstəqillik, 
obyektivlik, sosial əməkdaşlıq 
prinsiplərinə əsaslanmalıdır. 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
154 
faktor  deyil,  bütövlükdə  müasir  informa-
siya cəmiyyətlərini düşündürən məsələdir. 
Bütün insanlar azad şəkildə istənilən müm-
kün formada təqdim oluna bilən informa-
siya yarada bilərlər. Təqdimatının tipindən 
və  formasından  asılı  olaraq  informasiya 
açıq, kütləvi xarakter daşıyan, konfidensi-
al  və  s.  ola  bilər.  İnformasiya  qanuna  və 
ya bağlanmış müqaviləyə əsasən istənilən 
formada  digər  fiziki  və  hüquqi  şəxslərə 
ötürülə  bilər.  Fiziki  və  hüquqi  şəxslər  in-
formasiyanın  yayılmasını  KİV  vasitəsilə, 
şifahi  çıxışlarla,  informasiya  sistemləri  və 
şəbəkələri,  yaxud  başqa  vasitələrlə  qa-
nunun  tələblərinə  uyğun  şəkildə  həyata 
keçirirlər.  İnformasiyanın  bəzi  növləri 
isə  vətəndaşa  şəxsən  aid  olur:  məsələn, 
müəllif  hüququ  ilə  qorunan  informasiya. 
Vətəndaş  bu  informasiya  üzərində  bütün 
səlahiyyətlərə malikdir.
Fikir  və  söz  azadlığı,  öz  fikrini  sərbəst 
ifadə etmək insan azadlığının real təzahürü 
üçün  olduqca  vacibdir.  Lakin  bu  azadlıq 
mütləq, sərhədsiz ola bilməz. Söz ünsiyyətin əsas vasitəsi olduğu üçün insa-
nın şüur və davranışına çox güclü təsir göstərir. O, yarada və dağıda, sosial 
yüksəlişə və ya güc tətbiqetməyə çağıra, insanın daxili aləmini zənginləşdirə 
və ya mənəviyyatını alçalda bilər. Söz azadlığı ilə bağlı müəyyən mənəvi və hü-
quqi məhdudiyyətlərin vacibliyi bununla şərtlənir. İ.Kant yazırdı: “Mənəviyyat 
və siyasətin əsl birliyi yalnız hüquq əsasında mümkündür, onun zəmanəti isə 
aşkarlıqdır...  Söz  azadlığı  xalqın  yeganə  palladium  hüququdur”  [5,  s.45].  İn-
sanın  fikirləri  onun  daxili  aləmini,  şüurunun  məzmununu  xarakterizə  edir, 
fərdiliyini müəyyənləşdirir. Şəxsi fikir şüurun daha çox hərəkətdə olan elemen-
tidir. Əminlik şəxsiyyətin dəyərlər oriyentasiyasını xarakterizə edən dayanıqlı 
baxışlar sistemidir.
Söz azadlığı prinsipi dedikdə, təkcə hamıya subyektiv hüquqlar verilməsi 
deyil, həm də onların qarşısında müəyyən vəzifələrin qoyulması başa düşülür. 
Bəzən verilən hüququn vəzifə və mənəvi dəyərlər üzərində üstünlüyü situa-
siyası yaranır ki, bu da KİV fəaliyyəti sahəsində həmin hüquqdan sui-istifadə 
deməkdir.
Hüquqdan  sui-istifadə  institutu  hüquq  və  əxlaqın  qarşılıqlı  əlaqəsinin 
aspektlərindən  biridir.  Hüquq  əxlaqla  üst-üstə  düşməyəndə  KİV  yaranmış 
münaqişəni əyani surətdə nümayiş etdirir. Dövlət cəmiyyətin bütün üzvləri 
üçün  vacib  olan  qanunauyğun  davranışın  sərhədlərini  qanunun  köməyi  ilə 
müəyyənləşdirir. Qanunauyğun davranışın sərhədlərini genişləndirdikcə KİV 
Fikir və söz azadlığı, öz fikrini 
sərbəst ifadə etmək insan 
azadlığının real təzahürü 
üçün olduqca vacibdir. 
Lakin bu azadlıq mütləq, 
sərhədsiz ola bilməz. Söz 
ünsiyyətin əsas vasitəsi 
olduğu üçün insanın şüur və 
davranışına çox güclü təsir 
göstərir. O, yarada və dağıda, 
sosial yüksəlişə və ya güc 
tətbiqetməyə çağıra, insanın 
daxili aləmini zənginləşdirə 
və ya mənəviyyatını alçalda 
bilər. Söz azadlığı ilə bağlı 
müəyyən mənəvi və hüquqi 
məhdudiyyətlərin vacibliyi 
bununla şərtlənir. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə