Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə57/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
144 
rılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
•   regionlarda müxtəlif kateqoriyalı yeni mehmanxanaların və digər yerləşdirmə 
vasitələrinin,  turizm  xidməti  obyektlərinin  yaradılmasının  dəstəklənməsi” 
[14].
 Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələbinə uyğun 
olaraq “Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi” hazırlanmışdır.
Turizmin inkişafının Azərbaycan modeli açıq iqtisadi şərait, ixracyönlü is-
tehsal və stimullaşdıran sahələrin artması yolu ilə baş verməlidir ki, bu da öz 
növbəsində turizmin inkişafında yeni xüsusiyyətlər yaradır. Bu gün respubli-
kadan  ixrac  olunan  məhsulların  çox  hissəsini  -  70%-ə  qədərini  neft  və  neft 
məhsulları təşkil edir. Bu isə neft sahəsinə gətirilən məhsullara nisbətən xeyli 
azlıq təşkil edir.
Statistik  məlumatlara  görə,  2014-cü  ildə  dünya  turizim  bazarında  tu-
rist  səfərlərinin  sayında  azalma  müşahidə  edilmişdir.  Bizim  ölkəyə  gəldikdə 
isə  vəziyyət  ürəkaçan olmuşdur.  Belə  ki,  ötən  il  Azərbaycana  2,5  milyon  tu-
rist  gəlmişdir.  Birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsini  nəzərə  alsaq, 
bu  il  Azərbaycana  əcnəbilərin  gəlişində  böyük  artımın  olacağı  gözlənilir.  III 
Beynəlxalq “Caspian Energy Forum-2015”də çıxışı zamanı AR Mədəniyyət və 
turizm naziri Ə.Qarayev bu barədə qeyd etmişdir: “2014-cü ildə Azərbaycana 3 
milyona yaxın turist gəlib. Bu gün ölkəyə ayaq basan hər bir turist orta hesabla 
700 dollar pul xərcləyir. Bu baxımdan turistlərin sayını 2 dəfə artırmalıyıq. Yaxın 
5 ildə Azərbaycana gələn turistlərin sayını 4,5-5 milyon nəfərə çatdırmaq qar-
şıya hədəf kimi qoyulmuşdur. Bunun üçün normal infrastruktur yaradılacaqdır” 
[15].
2015-ci idə birinci Avropa Oyunları kimi beynəlxalq tədbirin dünya üzrə ilk 
dəfə olaraq Azərbaycanda keçirilməsini və tədbirə olan marağı nəzərə alsaq, 
turizm sahəsində dönüşə bərabər yüksəliş gözlənilir. 
5.  Turizmin sosial rifah fenomeni kimi mahiyyəti
 
Turizm sahəsinin qloballaşması prosesi və sürətli inkişafı, onun dünya iqti-
sadiyyatının zəruri sahələrindən birinə çevrilməsi turizmin sosial və sosial qlo-
bal funksiyasının təhlilini tələb edir [8, s.57-63]. Turizmin inteqrativ funksiyası 
1996-cı ildə qəbul edilmiş “Turizmə insanpərvər və sosial baxış” adlı Monreal 
bəyannaməsinin “Sosial turizm ayrı-seçkiliyə qarşı və inteqrasiya problemi ilə 
bağlı  ali  idealdır”  adlı  birinci  fəslində    müəyyənləşdirilir  [16].  Turizmin  sosi-
al funksiyası sosial subyektlərin, o cümlədən sosiumların qlobal məkanda ra-
zılaşdırılmış  qarşılıqlı  fəaliyyətinin  genişləndirilməsini  nəzərdə  tutur.  Turistlər 
sosiumun,  sosial  etnik  birliklərin  üzvləri  ilə  ünsiyyətə  daxil  olurlar,  müxtəlif 
sosiumların  üzvlərinin  qarşılıqlı  intensiv  fəaliyyəti  və  ünsiyyəti  fərdlərin  və 
sosial qrupların dəyələr sisteminin qarşılıqlı təsirini sürətləndirir, onların qar-
şılıqlı  anlaşmasını  asanlaşdırır,  həyatlarında  ümumi  tərəflərin,  motivlərin  və 
dəyərlərin yaranmasına səbəb olur, ictimai həyatın müxtəlif sahələrində onların 
fəaliyyətini əlaqələndirir [8]. 
Turizmin  sosial  xüsusiyyətlərindən  biri  işsizlik  probleminin  həllinə  təsiri 
ilə  bağlıdır.  Belə  ki,  inkişaf  etmiş  ölkələrdən  olan  insanların  səyahəti  böyük 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
145
məbləğdə pul sərfinə başa gəlir və az inkişaf edən ölkələrdə turizmin inkişa-
fına, yeni iş yerlərinin açılmasına, bu ölkələrdə qarışıq sahələrin yaranmasına 
və  iqtisadiyyatların  yaxınlaşmasına  səbəb  olur.  Turizm  fəaliyyəti  ilə  əlaqədar 
olaraq bir çox ölkələrdə təbiətin qorunmasına və mədəniyyətin inkişafına, ta-
rixi abidələrin və ənənələrin qorunmasına böyük sərmayələr qoyulur. Beləliklə, 
böyük insan qruplarının yeni sosial mədəni məkanda yerdəyişməsi nəticəsində 
müasir cəmiyyətin mahiyyəti transformasiyaya uğrayır .
Turizmin sosial səmərəliliyi əhalinin asudə vaxtının rasionallaşdırılmasında, 
mənəvi və fiziki bacarıqlarının inkişaf etdirilməsində ifadə olunur. Sosial turizm 
insanın istirahət və azad hərəkət etməsi, sağlamlığının qorunması, aztəminatlı 
əhalinin fiziki və mənəvi reabilitasiyası hüquqlarının təmin edilməsinə yönəlir. 
Sosial  turizm  həm  də  cəmiyyətin  müxtəlif  təminatlı  təbəqələri  arasındakı 
ziddiyyətlərin yumşaldılmasına yönəlir, dövlətin sosial və siyasi sabitliyini təmin 
edir.    Sosial  turizm  ölkənin,  regionun  sosial-iqtisadi  vəziyyətinə  əhəmiyyətli 
təsir edir. Ölkə daxilində sosial məhsulun istifadəsi, pul mübadiləsi baş verir 
ki, bu da vergi bazasının genişlənməsinə və yerli mal istehsalına tələbatın art-
masına, xidmət sahəsinin inkişafına şərait yaradır. Sosial turizmin inkişafı kiçik 
şəhərlərin dirçəlişinə kömək edir, yeni iş yerlərinin açılmasına və saxlanılma-
sına, məşğulluq məsələsinə təsir edir. Sosial turizm faktiki olaraq cəmiyyətin 
birləşməsinə, onun davamlı inkişafına şərait yaradır. 
Müasir dövrdə turizm bütöv sənaye və ərazi kompleksi kimi formalaşır. Bu 
sahəyə  insanların  istirahəti  ilə  bağlı  olan  sənaye,  nəqliyyat  və  digər  sahələrin 
qarşılıqlı əlaqəsi, turist xidmətinin təşkili və idarəçiliyi məqsədi ilə formalaşmış 
müəssisə, təşkilat və orqanlar daxildir. Turizm sənayesi və kompleksinə ərazinin 
əhatəsində və ona yaxın sahələrdə artıq formalaşmış mehmanxana kompleksləri, 
yeməkxanalar,  ekskursiya  şirkətləri,  nəqliyyat  müəssisələri  və  sosial-mədəni 
sahələr daxildir [17, s.9].
Dövlət  turizmin  inkişafı  ilə  məşğul  olan  sahibkarlara,  hüquqi  və  fiziki 
şəxslərə yardım və bir sıra iqtisadi-təşkilati mexanizmlərlə təsir etməklə həmin 
regionun turizm dövriyyəsinin artmasına səbəb olur. O cümlədən, bazarların 
kəsişməsi, ümumi əmtəə və xidmət tələb və təklifinin formalaşmasında turizm 
dövriyyəsinin rolu və xüsusi çəkisi qiymətləndirilir. Turizmin inkişafının iqtisadi 
artımla yaxınlığı respublika daxilində əhalinin digər tələbatlarının ödənilməsi 
və turist məqsədi ilə yerdəyişmənin həyat tərzinə çevrilməsi meyilləri ilə bağ-
lıdır. Hər bir fəaliyyət sahəsinin turist infrastrukturuna çevrilməsi bu sahənin 
kompleks inkişaf xüsusiyyətləri ilə bağlıdır.
Turizmin inkişafının hər bir ölkədə əsasını iqtisadi potensial və onun iqti-
sadi-sosial aspektdən səmərəliliyi təşkil edir. O cümlədən, iqtisadi artım və re-
sursların potensialı və onların turizm dövriyyəsinə cəlb edilməsi imkanları iqti-
sadi əsas yaradır. Turizm bazarı təkcə daxili tələbat deyil, həm də xarici ölkələrin 
kapital  axınına  səbəb  olduğu  üçün  onun  genişləndirilməsi  təbii-coğrafi  və 
həmçinin iqtisadiyyatın struktur dəyişmələri ilə əlaqəlidir. Belə ki, təbii-coğrafi 
mühit,  əhalinin  məşğulluğunun  yüksəldilməsi  məqsədi,  həmçinin  investisiya 
ayırmaları üçün dövlət və xüsusi vəsaitlərin istifadəsinin turizm bazarına cəlb 
edilməsi yolları iqtisadi stimulları və idarəetmə üsullarını təkmilləşdirir.  
Turizmin sistem kimi təhlili baxımından onun mövcud vəziyyəti respublika-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə