Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə53/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   49   50   51   52   53   54   55   56   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
136 
“Azərbaycanın  turizm  potensialı  artıq  ölkəmizin  inkişafı-
na, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. 
Azərbaycanda  yaradılan  imkanlar  dünya  səviyyəsindədir. 
Qeyri-neft  sektorunun  inkişafı  ilə  bağlı  olan  bu  istiqamət 
çox önəmlidir” [1].
İlham  ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Giriş 
Turizm  həm  iqtisadiyyatın  güclü  amili,  həm  təsirli  sosial  institut,  həm 
də  cəmiyyətdə  ictimai  rifah  və  mədəniyyətin  göstəricisi  kimi  insanın  həyat 
səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Azərbaycan 
dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sek-
toru üzrə prioritet istiqaməti elan etmişdir. Son illər turizmin təşviqi ilə bağ-
lı  görülən  işlər,  qəbul  edilən  dövlət  proqramları,  normativ-hüquqi  bazanın 
təkmilləşdirilməsi bunu bir daha sübut edir. Dövlət və regional səviyyələrdə 
həyata keçirilən sosial siyasətdə turizm strateji əhəmiyyətli məsələ kimi çıxış 
edir.
Sosial-iqtisadi  inkişaf  sahəsində  də  şaxələndirmə  siyasətini  yürüdən 
Azərbaycan XXI yüzilliyin əvvəllərində dinamik inkişafla səciyyələnən proseslər 
kontekstində dünyaya yeni dövlətçilik modelini tanıtdırmağa nail oldu. Daha 
dəqiq  deyilsə,  bu  nailiyyət  ölkənin  ümumdaxili  məhsulun  artım  tempinə 
görə 2005-ci ildən başlayaraq sıçrayışlı dövr yaşaması, bir neçə il ərzində isə 
ÜDM-in artım tempinə görə dünyada lider dövlətə çevrilməsi oldu. Son on 
ildə  Azərbaycanda  adambaşına  düşən  ümumdaxili  məhsul  7.5  dəfə,  dövlət 
büdcəsinin xərclər hissəsi isə 21 dəfə artmışdır. Bu illər ərzində ölkədə orta 
illik iqtisadi artım tempi 15.6 faiz təşkil etmişdir. Məhz sosial rifaha ünvanlan-
mış islahat və balanslaşdırılmış inkişaf kursu nəticəsində Azərbaycan postso-
vet ölkələri arasında ilk olaraq bir ictimai-iqtisadi formasiyadan digərinə keçid 
dövrünü uğurla başa çatdırmış oldu.
1.  Turizmin təkamülü və perspektivlərinə qısa baxış
XVIII – XIX əsrlərdə turizm elitar xarakter daşıyırdı və yalnız kübar təbəqələrə   
xas olan əyləncə forması idi. Bu zaman səyahətlər elitar submədəniyyətin ayrıl-
maz hissəsi kimi çıxış edir və təhsil almaq, müalicə olunmaq məqsədilə həyata 
keçirilirdi. XIX əsrdə kütləvi mədəniyyətin inkişafı kütləvi turizmin də inkişafına 
səbəb oldu.  
Turizm  əsasən  XIX  əsrin  ortalarından  inkişaf  etməyə  başlamışdır.  Bu 
dövrə  qədər  isə  turizm  fərdi  gəzinti  və  səyahət  xarakteri  daşımış,  qeydiy-
yata  düşməyən  müxtəlif  əraziləri,  ölkələri  gəzən  adamlara  “turist”  deyilmiş-
dir.  1954-cü  ildə  Birləşmiş  Millətlər  Təşkilatının  yığıncağında  “turizm”  sözü 
müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, sosial-kulturoloji əhəmiyyəti 
müəyyənləşdirilmişdir.


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
137
“Turizm” fransız sözü olan “tur” sözündən yaranıb, mənası “gəzinti, istirahət 
və əyləncə” deməkdir. Tədqiqatçıların fikrinə görə, ilk dəfə “turist” sözü  1772-
ci ildə, “ tourism” sözü isə 1811-ci ildə tətbiq edilmişdir [2, s.65-67].  
Kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. O, 
1841-ci ildə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas 
Kuk müasir turizmin əsasını qoymuşdur [3].
Müasir  dövrdə  turizm  beynəlxalq  mədəni  əlaqələrin  inkişafında  va-
cib  amillərdən  birinə  çevrilmişdir.  Belə  ki,  turizmin  təşkili  işi  ölkələrarası 
münasibətlərin düzgün istiqamətdə aparılmasına, dünya əhalisinin bir-birinə 
yaxınlaşmasına  təminat  yaradan  bir  sahə  olmaqla  yanaşı,  həm  də  insanla-
rın sosial və iqtisadi problemlərinin aradan qaldırılmasına yönələn böyük bir 
fəaliyyət sahəsinə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, bu gün turizm fenomenini sosial rifah mövzusun-
dan və iqtisadi inkişaf proseslərindən ayrı təsəvvür etmək qeyri-mümkündür. 
Çünki turizmin təşkili əslində hər bir insanın həyat səviyyəsinin təşkili və  asudə 
vaxtının mədəni keçirmək forması kimi nəzərə çarpır. İnsanlar yalnız özlərinin 
asudə vaxtlarında turist səfərlərinə çıxır, bu və ya digər formada istirahət və 
əyləncənin əsas iştirakçıları olurlar.
XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərində turizmin intensiv inkişaf dövrü 
hesab edilir.  Qlobal təzahürə çevrilən turizmin dinamikası daim yüksələn xətt 
üzrə inkişaf edir. XX əsrdə kütləvi mədəniyyətin başlıca təzahürlərindən olan 
sosial (kütləvi) turizm II Dünya müharibəsindən sonra daha da genişlənmişdir. 
Belə ki, əgər 1950-ci ildə dünyada 25 milyon, 1970-ci ildə 165 milyon nəfər 
turist var idisə, onların sayı 1985-ci ildə 327,1 milyon, 1990-cı ildə 457,2 milyon, 
1995-ci ildə 565,4 milyon, 2000-ci ildə 667,7 milyon, 2002-ci ildə 715 milyon, 
2010-cu ildə 1006,4 milyon nəfər olmuşdur [4, s.65-67].  
Bu gün turizm sənayesi ən gəlirli sahələrdən birinə çevrilib. Beynəlxalq Tu-
rizm Təşkilatının məlumatına görə, digər sənaye sahələri ilə müqayisədə turizm 
sənayesi inkişaf tempinə görə ilk yerlərdən birini tutur. Turizm DMM-in 12%-
ni verir, 2002-ci ildə turizmdən əldə edilən gəlir 474 milyard dollara çatmış-
dır. Məhz turizm bir çox ölkələrə iqtisadi böhranı yumşaltmağa, iqtisadiyyatın 
digər sahələrini inkişaf etdirməyə imkan vermişdir [21, s.45-57]. Turizm zəruri 
ictimai funksiyanı yerinə yetirir, əhalinin məşğulluğunu təmin edir. Beynəlxalq 
Turizm Təşkilatının qiymətləndirməsinə görə, hazırda dünyada 260 milyon in-
san turizm işi ilə məşğuldur [5, s.75-82].
Proqnozlara görə, 2020-ci ildə turistlərin sayı 1561,1 milyon nəfərə çatacaq. 
XXI əsrdə kütləvi, yaxud sosial turizm müasir cəmiyyətin ayrılmaz hissəsi 
hesab  edilir.  Turizm  yalnız  maraq  və  dəb  olmayıb,  son  onilliklərdə  getdikcə 
daha çox insanın vərdiş etdiyi həyati tələbatdır.
Ümumdünya  Turizm  Təşkilatı  (ÜTT)  mütəxəssislərinin  proqnozlarına  görə, 
2020-ci ildə 2000-ci ilə nisbətən səyahət edən turistlərin sayı 1,6 milyard nəfərə, 
turizmdən əldə olunan gəlirlərin miqdarı isə 481 milyard ABŞ dollarından 2 tril-
yon dollara qədər artacaqdır. 2020-ci ildə ən çox turist axını olan ölkə Çin, dina-
mik inkişaf edən turizm ölkəsi isə Türkiyə olacaqdır.
Kütləvi turizm xidmətləri insanların dünyagörüşünə təsir edir. Turizm kütləvi 
mədəniyyətlə bənzər funksiyaları yerinə yetirir, daimi stress şəraitində insanla-


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə